97
həyat bəzən insanla həddindən artıq sərt rəftar edir. Lakin
artıq mənə həyatın bəzi sərt cığırları ilə irəliləmək müyəssər
olmuşdur. Bu mənim dünya görüşümə də, həyata, insan
lara baxışıma da böyük təsir etmişdir, Şeyda. İnsan həyatın
nə qədər enişliyoxuşlu yolları ilə hərəkət edərsə, o qədər
möhkəmlənər və mətinləşər. Həyatın belə bir rəftarı insanda
özünə qarşı mübariz bir əhvaliruhiyyə yaratmışdır. Həyat
məni də möhkəm sıxmış və mübariz olmağa səsləmişdir. La
kin mən heç də günahkar deyiləm. Mən günahsız müqəssir
idim. Mən özümü ancaq bir şeydə günahlandıra bilərdim ki,
könlümün cilovunu vaxtında yığmamış, onu Sentiyə əmanət
vermişdim. Məsum, təmiz, saf hisslərimi boğmamış, onu
Sentiyə əmanət vermişdim. Sevibsevilməyə haqqı olan bütün
insanlar kimi, mən də sevmişdim. Budurmu mənim güna
hım? Budurmu mənim hicranla, həsrətlə cəzalanmağıma isti
nad edən dəlil. Yox, mən günahkar deyiləm, Şeyda. Heç vaxt
da özümözümü bir günahkar kimi də günahlandırmamışam.
Buna mənim haqqım da yoxdur. Senti mənə qarşı biganə olsa
da, başqa qadınla görüşsə də, başqa qadını sevsə də, yenə
də mən onu sevirəm. Bu sevgi yalnız öz yandırıcı hicranı və
həsrəti ilə mənim ürəyimin dərinliklərində qalacaq bir baş
lanğıc və sondur. Mən öz məhəbbətimdən doğan hicranı bu
dünyanın hər cürə nəşəsindən üstün tuturam. İnsanın daxilən
ehtiyac duyğusu hər hansı bir hissi yaşamaq onun üçün ən
böyük nəşədir. İnsan həm də daxilən ehtiyacı olduğu hissi
yaşamaqla mübarizləşir və həyata inamı daha da artır. İndi
halhazırkı həyat şəraitində mən də belə bir vəziyyətdəyəm,
Şeyda. Bəzən aldadıcı bir hisslə mənə daxilən rahatlıq verən
hisslər yaransa da tez də yox olub gedir. Elə bir tutarlı dəlilə
istinad etməyən boşboş sözlər kimi.
98
Şeyda nəzakətlə onu dinləyirdi. O, artıq görüşdükləri
müddət ərzində psixologiyasına dərindən bələd olduğu xa
nımının bütün daxili iztirablarını duyurdu. O, başa düşürdü
ki, məhəbbətin müqəddəsliyini öz pak və təmiz hərəkətləriylə
əyani surətdə göstərən bir kəs üçün, məhəbbətin yalnız hicran
və həsrətindən həzz almaq özü də bir xoşbəxtlikdir. Fridanın
tutduğu yolun da belə bir yol olması artıq ona aydın idi. Odur
ki, nəzakət çərçivəsi daxilində könülə yatan bir səslə dedi:
– Mənim saf qəlbli və gözəl xanımım, məhəbbət hissi dünya
da ən ulu hisslərdən biri olduğu kimi, təmizlik meyarı kimi də
şöhrət qazanmışdır. Bütün canlılar arasında xoş münasibətlər
yaradan məhəbbət hissi, canlıların ən alisi arasında da öz ro
lunu məharətlə oynayır və insanları təmizliyə, inama, etibara,
sədaqətə səsləyir. Dünyanın ən xoşbəxt bir üzvü kimi siz fəxr
etməlisiniz ki, məhəbbətin yaratdığı işgəncələrə mübtəla ol
musunuz və bu işgəncələrin daxilində yaratdığı fırtınalardan
həzz alırsınız.
Öz daxili aləminə qapılmış Frida bütün bu deyilənləri
mexaniki surətdə qavrayırdı. O öz düşüncələrinə dalmışdı və
düşündükcə də bir bakirə və pak qız kimi indiyə qədər keç
diyi həyat yolu gözləri qarşısında canlanırdı. Nəhayət ki, öz
daxili düşüncələrindən ayrılan Frida hiss olunacaq bir kədərlə
dedi:
– Həyat mənə yaşamaq üçün bir insan ömrü bəxş etmişdir,
lakin özüm də hiss etmədən bir ömürdə iki ömür yaşayıram.
Yaşadığımız, üzərində həyat sürdüyümüz dünyadakı ömrüm
və öz ürəyimin dərinliklərində xəyalən yaratdığım dünyada
Senti ilə birgə yaşadığım ömür. Bəli, mən bir ömürdə iki ömür
yaşayıram, Şeyda. Bu mənim üçün həm bədbəxtlikdir, həm də
xoşbəxtlik. Bədbəxtəm ona görə ki, dünyamızda zahid kimi
ömür edirəm, xoşbəxtəm ona görə ki, öz xəyallarım vasitəsiylə
99
yaratdığım ürək dünyamda Senti ilə birlikdə yaşayıram və
özümü dünyanın ən xoşbəxt bir yaranışı hesab edirəm. Do
ğurdan da, əsl hissə qapılan insan üçün gözləri qarşısında can
lanan xəyal özü də bir həqiqətdir. Mən bunu dumanlı şəkildə
olsa da, dərk edirəm. Dərk edirəm ki, doğurdan da, Senti ilə
birlikdə yaşamaq hissini xəyalən yaşamışam və bu bir həqiqət
kimi, mənim ürəyimin xatirələr yaşayan hissəsində özünə
yer tapmışdır. Doğurdan da, insan psixologiyası, onun daxili
hisslərinin inkişafı nə qədər perspektivli və geniş bir dairəni
əhatə edir. Bəli, bəşəriyyət onu yaradan ən ali varlıq olan in
sanla fəxr etməyə haqlıdır. Biz də insan cəmiyyətinin bir üzvü
kimi dünyada varlığımızdan heç də usanmamalıyıq. Həyat
insana faydalı, vicdanı qarşısında hərəkətləri üçün cavabdeh
olmağa ağıl, şüur vermişdir. Bu ağlldan istifadə etməklə, in
san öz insanlığını sübut edə bilər, istifadə etməməklə isə insan
özünü hörmətdən sala bilər. Bəli, mən bütün bunları anlayı
ram və hiss edirəm ki, həyatımdan narazılıq etməkdə heç də
haqlı deyiləm və belə də olmalıdır. İnsan insan kimi dünyaya
gəlmişsə, o, həyatda insan kimi yaşamalıdır və həyatı insan
cəmiyyətinin xeyrinə yaxşılığa doğru dəyişdirməyə çalışma
lıdır. Bəşəriyyət belə insanlarla fəxr etdiyi kimi, belə hərəkət
edən insanlar da öz əməlləriylə fəxr etməlidirlər. Şeyda,
həyatda yaşamaq heç də asan deyildir, lakin yaşamaq üçün
öz yaxşı yaşayışını təmin edən qüvvəni tapmaq mümkündür
və bu, insanın öz bacarığından asılıdır. Həyat heç də insanla
rı irəliləcədən müxtəlif təbəqələrə bölməmişdir. Kimin varlı,
kimin yoxsul olması ta ibtidai icma quruluşunun axırlarında
əmək məhsuldarlığının artması ilə meydana çıxsa da, bunun
səbəbi heç də əmək məhsuldarlığının artmasında deyil, hər
kəsin öz şəxsi mənafeyini güdməsindən irəli gəlmişdir. Nə
isə... İnsanlar arasında belə bir bərabərsizliyin hökm sürdü
Dostları ilə paylaş: |