Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə14/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

55
və astadan civildəyirdi. Beləliklə, həyat pişik və siçan varlı-
ğı arasında baş verən əlamətlərlə özünü onu duyanlara real 
şəkildə təqdim edir. 
Qoşadır dünyada ələmlə nəşə
Həyat başlanğıcdır hər keşməkeşə. 
Almaq istəyirsən nəşə həyatdan, 
Mübariz olmağı eylə sən peşə. 
Ey  insan,  unutma  ki,  gənckən  öz  yaxşı  yaşayışını  tə­
min etmək üçün mübarizə aparmamışsansa, qocalanda ta­
leyindən  şikayətçi  olacaqsan.  Gənclik  insan  ömrünün  ən 
yaxşı çağıdır. Ömrün bu çağının qədrini bilmək, ömrün bu 
çağından düzgün istifadə etmək lazımdır. 
Həyat vəsiqədir ömür yolların, 
Gənclikdə sürürsən ömrün baharın. 
Belin büküləndə nə iş görərsən, 
Çalış ki, görünsün gənclikdə barın. 
   
***
Qədrin bil gəncliklə keçən hər ilin
Gənclik nəşəlidir, şənlənin, gülün
Fəsillər dəyişib illər ötəcək
Gəncliyin qədrini gənclikdə bilin. 
Kim  ki,  gənclikdə  faydalı  işlərlə  məşğul  olub  öz  yax­
şı yaşamağını təmin etmək üçün əlindən gələni edib, qoca 
vaxtı  xoş  və  sakit  güzəran  keçirəcək  və  hərdənbir  də  öz 
gəncliyini xatırlayıb kövrək xatirələrinə qürur hissi də əlavə 
edəcəkdir. Kim ki, gəncliyində faydasız olub, qoca vaxtın­
da da qiymətsiz olub əl ayağa dolaşacaqdır. 


56
Axtar gəncliyində qocalığını, 
Çalış puç olmasın ömrünün sonu. 
Gənclikdə bir kişi olmamışsansa, 
Qoca vaxt geyəsən min cürə donu. 
Taleyin dönüşləri çox amansız və sərtdir. İnsan öz əmə  ­
liylə  onu  xoşbəxtlikdən  bədbəxtliyə,  bədbəxtlikdən  xoş­
bəxtliyə yönləndirə bilər. Öz bir yaşamlıq ömür çərçivəsi 
daxilində insan tez­tez taleyin sərt dönüşləri ilə üzləşir. Və 
bu  dönüşlərin  onunçün  əlverişli  olmayanından  yaxa  qur­
tarmağa çalışır. Lakin baş vermiş hər hansı bir hadisəni öz 
xeyrinə həll etmək və ondan yaxa qurtarmaq həmişə müm­
kün olmur. Ona görə də ağıllı kəslər özlərinə ziyan gətirəcək 
bir işin qarşısını tərəddüd etmədən ilkin mərhələdən almağa 
çalışırlar. Yaxud da elə işlər görməyə çalışırlar ki, bu işlərin 
son  nəticələri  onların  xoşbəxtliyinə  mane  olmasın.  Əksər 
hallarda da buna nail olurlar. Çünki düşünülmüş işin son 
nəticəsi  çox  vaxt  əvvəlcədən  fikirləşdiyin  kimi  olur.  Ona 
görə də hər hansı əməl sahibi taleyinin onunla xoş və aman­
sız rəftarı üçün özünü cavabdeh sanmalıdır. Aşağıdakı bir 
təmsilə nəzər salaq. 
Gözlərin tor aldı qarğanın, 
Qorumaq istədi öz canın. 
Yadına düşdükcə keçmişi
Anırdı tutduğu hər işi. 
Bilirdi çox edib zülmlər, 
Nə qədər günahsız ölümlər. 
Onunçün düşündü o xeyli
Oxudu bir qədər gileyli. 


57
Girsə də yarasa donuna, 
Tutuldu boyandı qanına. 
Qarğanın əməli, nəhayət,
Qarğaya gətirdi fəlakət. 
Doğurdan da belədir, hər bir insan öz əməlinin nəticə­
sindən asılı olaraq özünü xoşbəxt və ya bədbəxt edə bilər. 
Ey insan, öz məqsədin üçün çalışarkən vəzifə dostlarının 
sədaqətinə bel bağlama, vəzifə gəldi, gedərdi, öz əməlinə 
güvən. Yenə də bir təmsilə baxaq. 
Gözlərində təbəssüm, yerişində təkəbbür
Dovşan gəzir şəst ilə, danışıb dil-dil ötür. 
Canavar qulluğunda müntəzir dayanıbdır, 
Dovşanın bəxt ulduzu necə parlaq yanıbdır. 
Təqribən bir neçə ay bu görünüşdən sonra mən, 
Həmin dovşanı gördüm küçələrdə dolanan. 
Yaxınlaşıb öyrəndim sonra bütün işləri
Aydınlaşdı taleyin bəzən sərt dönüşləri. 
Demə dovşana arxa aslan işdən çıxıbmış, 
Dovşanın evini də bu çevriliş yıxıbmış. 
Dostum çalış əqlinlə yalnız özünə güvən, 
Başqasıyla öyünmə, aslan tək çıxar işdən. 
Hər bir kəs həyatda öz əqlinə və əməlinə güvənməlidir. 
İnsan  düşünməlidir  ki,  onun  daxilində  yaranan  hər  hansı 
bir çirkin əməlin nəticəsi taleyinə müxtəlif cür təsir göstərə 
bilər. Ona görə də hər bir kəs yalnız öz daxilindəki saf və 
təmiz hisslərin əmələ çevrilməsinə çalışmalıdır. 


58
Gözəldir sevilmək, sevmək həyatda
Gözəldir yaşamaq bu kainatda. 
Elə işlər tut ki, gülməsin sənə, 
Dostun düşməninlə birlikdə yad da. 
   
***
Əqilsiz işindən alçalar insan
Zəhməti sevəni ucaldar zaman. 
Əgər insan ömrü mənasız keçsə, 
İblis yuvasına dönər xaniman. 
Ey  insan,  bir  halda  ki,  xoşbəxtliyin  öz  əlindədir,  bəd­
bəxt likdən  uzaq  qaç.  Bəd  taleli  şəxslərə  heyfsilənən  çox, 
kömək edən az olar, çünki belə tale sahibləri özləri özlərini 
bu vəziyyətə salırlar. Öz əli ilə özünə bədbəxtlik gətirənlərə 
kömək etməyin də faydası çox olmaz. Belə kəslərin yeganə 
çıxış  yolu  öz  əməllərində  dönüş  yaratmağa  səy  etmələri 
olar. Ataların belə bir misalı var: “Özü yıxılan ağlamaz”. 
Ona görə də düşünüb yeni yollar axtarıb tapmaq lazımdır. 
Qətlin mənbəyidir kiçiçik dilin
İnsanlıq adının qədrini bilin. 
İşin bir azacıq çətinə düşsə, 
Düşün, axıtma tez gözünün selin. 
 
 
***
Hər kəsin fərqlidir həyata baxşı, 
Hamının özündən asılıdır naxışı. 
Düşünüb səadət yolların ara, 
Heç kəs doğulmayıb nə pis, nə yaxşı. 
Yaxşı yaşamağın da, həyatda öz istək və arzularına çat­
mağın  da,  xoşbəxtliyin  də  hamısının  yeganə  yolu  ağılla 
hərəkət  etmək,  düşüncəli  olmaq,  həyatla  mübarizə  apar­


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə