Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə27/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   19   20   21   22   23   24   25   26   27

107
etməsi onun yaşamağa hünərinin və cəsarətinin çatmama­
sı  deməkdir.  Həyatına  qəsd  edən  kəslər  ya  özü  özlərinin 
hiss  və  ehtiraslarını  cilovlaya  bilmədiklərindən  qüsurla­
ra yol verib xəcalətlərindən bu işi tuturlar, ya da həyatda 
bilavasitə onun özünə də təsir edən nadanlığa, nadürüstlüyə, 
qarşı  mübarizə  aparmağa  iradələrinin  çatmamasına  görə 
bu vasitədən istifadə edirlər. Hər iki hal üçün isə bu doğ­
ru yol deyildir. Həyatda mübarizə aparmaqla hər şeyə qa­
lib gəlmək və hər məqsədə çatmaq olar. Öz həyatına qəsd 
etmək, nadürüstlüyə yol vermək iradəsiz və axmaq adam­
ların işidir. Belə iradəsiz axmaqlarla biz aşağıdakı təmsildə 
tanış ola bilərik. 
Namərd hökmdarlığı o qədər artmışdı ki, 
Buna tab gətirməyib dovşan özün asmışdı. 
Şəxsiyyəti olmayan bir şələquyruq tülkü
Öz doğma anasının əmcəyini kəsmişdi. 
Nadanlara, nadürüstlərə qarşı mübarizə apararkən ruh­
dan düşmək lazım deyildir. 
Düşün barsız ağac meyvə verərmi, 
Gözsüzlər dünyada işıq görərmi? 
Nadanın, zalımın hökmranlığı, 
Düşünün insanlar, uzun sürərmi? 
Həyatda yaşamaq lazımdır, özü də bir insan kimi yaşa­
maq lazımdır. 
Yaşamaq çətin deyil, 
İnsan kimi yaşamaq çətin olmuş əzəldən. 


108
Ey insanlar, verməyin həqiqəti siz əldən. 
Cəsarət verilib ki, işlədəsən yerində, 
Yerində işlənməsə inanın ki, qiyməti, 
Olmaz hətta zəyin də. 
Məhəbbəti, nifrəti qəlbinizdə boğmayın, 
Günəş də olsaz belə, vaxtdan əvvəl doğmayın. 
Məclislərdə yerini, hörmətini bil insan, 
Şadlananda, güləndə öz yerində gül insan. 
Qoy meyarın həmişə hörmətin, şanın olsun, 
Gördüyün əməllərə güzgü vicdanın olsun. 
İnsan həyatda həmişə öz həddini bilməlidir. Öz həddini 
bilməyənlər cəmiyyət içərisində hörmətdən və qiymətdən 
düşərlər. 
Ağıl dərk etdiyi bütün varlığın, 
Öz həddi, öz nisbi çərçivəsi var. 
Ruha qida verən laləzarlığın, 
Özü də olmazdı gəlməsə bahar. 
Günəş öz həddindən artıq isitsə, 
Od tutub yanardı bütün yer üzü. 
Bıçaq qaydasından bir qədər kütsə, 
Adi bir şeyi də kəsməzdi düzü. 
Çaylar kükrəyərək həddin aşanda. 
Qarşısın almağı lazım bilirlər. 
Ürəkdən kədəri, həddin aşanda, 
Yanaqdan süzülən yaşla silirlər. 
Bütün söylənilən bu hikmət inan
Tabedir özünə uyğun qanuna. 
Aşma öz həddini sən də, ey insan, 
Hədd aşmaq gətirər xələl adına. 


109
İnsanın  xoşbəxt  həyatının  hər  günü  zəhmət  sərf  etdiyi 
anlardan  ibarətdir. Vaxtında  və  mənalı  çəkilən  zəhmət  üz 
ağardar, insanın lazımi ehtiyaclarını ödəyər. 
Fikirlər mənalı olsa yaxşıdır, 
Qanqallar, tikanlar solsa yaxşıdır. 
Zəhmətdən axsa da alın tərləri, 
Elinin sərvəti bolsa yaxşıdır. 
Zəhmətə  qatlaşmağı  bacaranları,  həyat  heç  vaxt  ehti­
yac  məngənəsində  sıxa  bilməz.  İnsanı  zəhmətə  qatlaşdı­
ran, onu yaşadan, həyata insanlara bağlayan məhəbbətdir. 
Məhəbbətin saflığını qorumaq istəyirsənsə, onu alçaltma­
malısan. 
Məhəbbət hisslərin ən alisidir, 
Günəşdən də artıq hərarəti var. 
Məhəbbət hisslərin ən xalisidir, 
Büllurdan da təmiz lətafəti var. 
Onda gözəllik də, nikbinlik də var, 
Onda həyat eşqi tapır intişar. 
Məhəbbət duyğular, hisslər varlığı, 
Məhəbbət könüllər laləzarlığı. 
Məhəbbət insanın güc-qüvvəsidir. 
Həyatda yenilməz iradəsidir. 
Bütün müsbət insani hisslər içərisində məhəbbət hissinin 
xüsusi yeri vardır. Məhəbbətsiz ömür təsəvvür etmək olsa, 
onda o, ömrün həyatda itkisi böyük olardı. Məhəbbət insanı 
təmizliyə, nəcibliyə, gözəlliyə səsləyir. Məhəbbətlə atılan 
hər addımın sonunda saflıq, mübarizlik, həyat eşqi dayanır. 
Tikan törəyəndən gül ola bilməz, 
Günəş hey yansa da kül ola bilməz. 


110
Desələr ürəklər biganələşsin, 
Ey insan övladı, bil, ola bilməz. 
   
 
***
Günəşsiz bəllidir olmazdı həyat, 
Buz kimi donardı bütün kainat. 
İnsan həyatının özü də inan, 
Eşqsiz olsaydı heç idi heyhat. 
Məhəbbət insanın həyatda yenilməz iradəsidir. Məhəb­
bətlə insan həyatda ən çətin əldə olunan arzu və istəkləri 
belə  cəsarətlə  ram  edir.  Məhəbbətin  gücü  ilə  insan  yeri 
gələndə ölümə belə qalib gəlir. Atəşli bir eşq ilə sevən kəs 
öz məhəbbəti yolunda Fərhad kimi lazım gəlsə, dağı belə 
qoparmağa  hazır  olar.  Eşq  və  məhəbbətlə  döyünən  ürəyə 
qibtə etməyə dəyər. 
Tükənməz bir hissdir sevgi insanda
Diri sayılırmı sevgisiz can da? 
Eşqsiz olsaydı ürəklər, qəlblər
Yaşayış olmazdı yəqin cahanda. 
   
 
***
Heçdir bu dünyanın, xoş ləzzətindən, 
Yaşamaq hissindən, məhəbbətindən, 
İlıqlıq duymayan durğun bir könül;
Məhrumdur taleyin səxavətindən. 
Məhəbbət ömrü mənalandırır. Məhəbbətlə döyünən ürək 
sahibləri öz həyati fəaliyyətlərində həmişə nümunəvi olma­
ğa çalışırlar. Məhəbbətin qiyməti insanı hünərli və cəsarətli 
etməsindədir. Məhəbbət insana hər vaxt lazımdır. Məhəbbət 
insanın gənclikdə cəsarətini, ahıllıqda dəyanətini, qocalıqda 
müdrikliyini sübut edir. 


111
Bəllidir ətri açılan gülün, 
Fəğanı gülədir şeyda bülbülün, 
Yarımla söhbətin bircə anını, 
Fövqündə qoymaram adi bir ilin. 
   
 
***
İncimə yarının gileylərindən, 
Büllur deyilsən ki, qırılasan sən. 
O gül yanaqları solmasın deyə, 
Oxşa saçlarını yarının şən-şən. 
   
 
***
Yansa da illərlə eşqin oduna, 
Sən xələl gətirmə eşqin adına. 
Eşqə xəyanətkar gözüylə baxma, 
Vəfalı dilbərin düşsün yadına. 
Məhəbbətin həddi yoxdur. O, insanı ölümlə mübarizəyə 
belə apara bilər. O, insanı gəncliyindən ta qocalığa qədər 
olan  dövrlərində  haqlaya  bilər.  Məhəbbətə  ağılla  hökm 
etmək olmaz, o hisslərin yeganəsidir ki, ağıla hökm edir. 
Məhəbbət gözlünü kor, ağıllını divanə, qocanı qəlbən ca­
van edər. Məhəbbət elə bir hissdir ki, onun əzabı da insana 
xoşdur. Məhəbbət ona qarşılıqlı düçar olan kəslər arasında 
bütün  sədləri  götürür,  könüllərdən  könüllərə  körpü  salır. 
Məhəbbətin  ilk  müjdəçisi  gözlərdir.  Gözlər  həqiqətən  də 
insanın hiss və ehtiraslarının zühuredicisidir. 
Min yara sağalar, min iş düzələr
Mətləbi anlayıb güləndə gözlər. 
Ürəyin başına qızmar köz ələr, 
İntizar, həsrətdə qalanda gözlər. 
   
 


112
   
 
***
Tale boyun burar, fələk baş əyər, 
Gövhərin qiyməti qəpiyə dəyər. 
Könül gülzar olar, laləzər geyər, 
Gözlərə körpülər salanda gözlər. 
   
 
***
Hayqıran çaylar tək kükrəyib daşar, 
Qan tutan igid tək həddini aşar. 
Bəzən tələsiyər, bəzən də çaşar, 
Düşməndən intiqam alanda gözlər. 
   
 
***
Qəmlənər, doluxar, gülər, ağlayar, 
İntim duyğularla coşar cağlayar, 
Ürək sevindirər, ürək dağlayar
Hərdən xəyallara dalanda gözlər. 
Məhəbbət ləkə götürməz. Əgər sən öz məhəbbətini hər 
hansı bir hərəkətinlə ləkələyirsənsə, demək o, əsil məhəbbət 
deyildir. Əsil məhəbbətlə sevən insan öz məhəbbətinə öm­
rünün  axırınadək  sadiq  qalmalıdır.  Sədaqət­məhəbbətin 
mühafizəçisidir.  Sevgidə  xəyanət,  məhəbbətdə  dönüklük 
deməkdir. Məhəbbətin qiyməti onun saflığındadır. 
Uyma hər gülruxsarə, onda etibar olmasa, 
Açma qəlbini yara nazənin dildar olmasa. 
Piyalə gözlər ki, var aşiqlərə bir bəladır, 
Düşərsən səhralara bəxtin sənə yar olmasa. 
Çatarsan vüsala sən yar olsa həmdəmin əgər, 
Güllə bülbül qovuşar aralıqda xar olmasa. 


113
Siyah tellə oynaşan qələm qaşlı mələk ki, var, 
Bir anda yolun azar qəlbində qərar olmasa. 
Əli yarsız da qalar vəfalı yar tapanadək, 
Kimə lazım o nigar, onda düz ilqar olmasa. 
Vəfalılıq,  düz  ilqarlılıq  məhəbbətin  təmizliyinə  dəlalət 
edir.  Təmiz  məhəbbətə  qara  yaxmaq  çətindir.  İnsan  öz 
məhəbbətinin  təmizliyini  hər  an  qorumağı  bacarmalıdır. 
Yüngül əyləncələrə meyl etmək, bir anlıq ləzzətin şirinliyinə 
uymaq insanın təmiz məhəbbətini hər an ləkələyə bilər. Öz 
təmiz məhəbbətinə ləkə düşə biləcəyindən qorx. Qarşılıq­
lı  məhəbbət­səadət  deməkdir.  Ailə  xoşbəxtliyi  iki  ürəyin 
birliyindədir. 
Ailə başçısı hörmətli gərək, 
Ağıllı qadını kişiyə dirək. 
Bir qızla evlənib həyat qurdunmu, 
Bir olsun gərəkdir onlarda ürək. 
   
 
***
Olma hər şey üstə ürəyi qara, 
Dostum xilaf çıxma əhdə, ilqara. 
Ömrünü ömürlə birləşdirəndə, 
Düşün ki, sonradan gəlməyin zara. 
Qarşılıqlı  məhəbbətin  qədrini  bilmək  lazımdır.  Yalan, 
hiylə,  ikiüzlülük  qarşılıqlı  məhəbbətin  şübhə  toxumları­
dır. Səmimiyyətdən uzaq ailədə qarşılıqlı məhəbbət olmaz. 
Səmimiyyət qarşılıqlı məhəbbəti əbədiləşdirər. Səmimi ailə 
məkrdən həmişə uzaq olar. Ey insan, öz səadətinin qədrini 
bil. Səadət heç də hər kəsə qismət olmur. O da bir yaşantıdır. 
Onu qazanmaq çətin, itirmək asandır. Məhəbbəti nə sədəqə 


114
kimi bağışlamaq nə də qəbul etmək olmaz. Məhəbbət ürəyin 
hökmü ilə olmalıdır. Ürəkdən bəxş edilməyən və yaxud da 
qəbul olunmayan məhəbbətin sonu əzab, işgəncə və ayrılıq­
dır. Məhəbbət insanın elə saf hisslər toplusundan ibarətdir 
ki, məhəbbətə xəyanət, insanlığı təhqir etmək deməkdir. 
Eşqidir dünyada ən şirin nemət, 
Onun acısı da yaradır ləzzət. 
Heyf ki, qönçəyə xar da meyl edir? 
Kaş ki, olmayaydı bircə bu hikmət. 
   
***
Həqiqi yarına vurğun olan kəs, 
Özgə gülüstandan çiçək istəməz. 
Əgər kim özgəyə göz yetirsə, 
Onda onun hissi sayılır həvəs. 
Sevgi libas deyildir ki, onu tez­tez dəyişəsən. Məhəbbətin 
qüdrəti onun yeganəliyindədir. İnsan öz eşqini yüngül hiss 
və ehtiraslara qurban verməməlidir. Öz məhəbbətini həvəslə 
eyniləşdirmə.  Həvəs  bir  anlıq  məstliyin,  məhəbbət  əbədi 
səadətindir. Kimsələrin özünə qarşı məhəbbətindən əyləncə 
kimi  istifadə  etmək  qeyrətsizlikdir.  Bu  başqalarının  sənə 
qarşı lütfkarlığından, sadədilliyindən sui­istifadə etməkdir. 
İnsan gərək hər vaxt öz nəfsini boğmağı bacarsın. Nəfsin 
iblis caynaqlarından qurtarmaq əsil insanlıq adını qorumaq 
üçün özündə hər vaxt cəsarət və hünər tap. 
Bir qarın yeməyin tamahıyla sən, 
Çalış mənliyini endirməyəsən. 
Bİr soyuq sevgiyə ehtiras qatıb, 
Könülsüz odunu söndürməyəsən. 


115
Ey insan, özgə səadətini əyləncə və həvəs xatirinə puç 
etmək  sənə  yaraşmaz.  Başqalarının  səadətinə  xəyanət  in­
sanlıq adına ləkədir. 
Hər kəsin həyatda öz mövqeyi var, 
Hər kəsin qəlbində bir dünya yaşar. 
Tutduğun işlərə fikir ver ki, sən, 
Qoyma pis əməllər tapa intişar. 
   
***
Gül-çiçək açmazmı bülbül gəlməsə? 
Səma olmazmıdı quş yüksəlməsə? 
İnsan səadəti pozularmıdı? 
Yəqin uymasaydı insanlar nəfsə. 
Əsil məhəbbət həyatın bütün sınaqlarından saf çıxmalı­
dır. Həyatın keşməkeşli burulğanlarında öz təmiz adlarını 
qoruya bilməyənlərə məhəbbət töhfəsi layiq deyildir. Hər 
yetənə ürək açmaq, hər yetənə sevirəm demək məhəbbəti 
cılızlaşdırmaq, ucuzlaşdırmaqdır. Məhəbbətin saflığını qo­
rumaq elə öz şəxsiyyətini qorumaq deməkdir. Şəxsiyyətini 
və  mənliklərini  qiymətləndirə  bilməyənlər  məhəbbəti  də 
qiymətləndirməyi bacarmazlar. Qəlbində saf hisslər yaşa­
danlar əsil məhəbbətlə sevə bilərlər. 
İlk baharın gəlişində, 
Mən hərarət istəyirəm. 
Nazlı qızın gülüşündə, 
Xoş lətafət istəyirəm. 
Məsum, təmiz ürəklərdə, 
Arzularda, diləklərdə, 
Mələksima mələklərdə, 
Saf məhəbbət istəyirəm. 


116
Əhdi peyman bağlayanda, 
Eşq əmanət saxlayanda. 
Qüssə, ələm haqlayanda
Mən dəyanət istəyirəm. 
İnamsız məhəbbətin ömrü uzun olmaz, demək o, əsil mə­
həbbət deyildir. Məhəbbət olan yerdə inam birinci şərtdir. 
İnam­istək  yaradır.  İnamsızlıq  insan  ömrünün  əzab  və 
işgəncələr  içərisində  keçməsinin  başlıca  səbəbidir.  İnam­
sız  ürək  müəyyən  bir  qərara  gələ  bilməz  və  daim  sıxıntı 
içərisində qalar. İnamsız qurulan ailə qum təpəsi kimidir, 
adicə  bir  titrəyişdən  uçulub  dağıla  bilər.  Ürəyində  inam 
olub öz sevdiyi ilə qovuşanların isə həyatı şən keçər. 
Bir az təkəbbürlü, bir az məst olar, 
Sevdiyi oğlanla nişanlanan qız. 
İnamlı, ürəkli və sərbəst olar, 
Sevdiyi oğlanla nişanlanan qız. 
Qəlbində qüssədən, qəmdən iz olmaz, 
Yarıyla görüşü ona söz olmaz, 
Hicranın odundan qəlbi köz olmaz
Sevdiyi oğlanla nişanlanan qız. 
Açılar günbəgün qönçə gül kimi, 
Bənzi gözəlləşər dümağ tül kimi, 
Sevinər, şadlanar, tuti dil kimi
Sevdiyi oğlanla nişanlanan qız. 
Əsil məhəbbətin ürəyə bir yolu var, içəri girən kimi o 
da bağlanır. Əsil məhəbbət heç vaxt unudulmur. Əsil mə­
həbbətlə bir­birini sevənləri yalnız ölüm ayırar. 


117
Aşiqə gözəldir öz yarı əzəl, 
Öz yarı yolunda olar o, məşəl. 
Dilbər öz yarını sevirsə əgər, 
Yalnız ölüm olar bu yolda əngəl. 
   
***
Dünya üzükdürsə, qaşı insandır, 
İnsan gövhərdirsə, şöləsi candır. 
Parlayan gövhərin zövqündən yüksək, 
Vurğunu olduğun, gözəl canandır. 
Əsil məhəbbətlə sevən aşiqə, öz dilbəri hər şeydən üs­
tündür. Aşiq  öz  dilbəri  yolunda  həmişə  can  fəda  etməyə 
belə hazırdır. Onu bu yoldan heç bir şeylə çəkindirmək ol­
maz. Əsil məhəbbətlə sevənlərə dünya malı ilə hökm etmək 
olmaz.  Öz  məhəbbətində  dünya  malına  uyanların  sevgisi 
həvəsdir. Tamahla sevgi bir çərçivəyə sığmaz. Məhəbbətin 
saflığını yalnız saf və təmiz hisslərlə qorumaq olar. Dünya 
malına möhtac olanlar öz məhəbbətlərinin saflığını qoruya 
bilməzlər. Aşağıdakı bir təmsilə nəzər salaq. 
Çaqqalı evləndirmək vaxtı gəlib çatmışdı, 
Doğurdan da, artıq o böyüyüb boy atmışdı. 
Gözaltı eyləmişdi dovşanın qızın çaqqal, 
Atasısa deyirdi: – Canavarın qızın al. 
Dovşan kimdir ax lütün biri lüt deyil? 
Bilirdim olacaqdır sənin axırın veyl. 
Canavarın qızıyla edəcəyəm toyunu, 
Elə bircə sürüdür qapısında qoyunu. 
Tək dovşanın evinə dəyər onun maşını, 
Nə məhəbbət, nə sevgi itirmisən başını? 
Tamah güc gəldi, çaqqal oldu sərvətə möhtac, 
Dünya malı üstündə quruldu bir izdivac. 


118
Hər hansı bir məqsədlə qurulan ailədə riyakarlıq, iki üz­
lülük,  yalan  hökmranlıq  edər.  Məqsədli  qurulan  ailə  xoş­
bəxtlikdən  çox­çox  uzaqdır.  Belə  ailələrin  sonu  puçdur. 
Yalnız  təmiz  məhəbbətlə  qurulan  ailədə  səadət  bərqərar 
olar. Yalnız təmiz və qarşılıqlı məhəbbət xoşbəxtliyin açarı­
dır. Vüsalın şirinliyi hicranın acılığı qədərdir. İnsan qarşısı­
na çıxan maneələrlə mübarizə aparmağı bacarmasa, vüsala 
çata  bilməz.  Vüsalın  şirin  nəşələrindən  həzz  almaq  üçün 
yeri  gələndə  hicranın  acı  günlərinə  də  dözmək  lazımdır. 
Vüsalla hicran daim bir­birini izləyən proseslərdir. Yalnız 
sevən ürəklər bu proseslər burulğanında ləngər vurarlar. 
Ziddiyyət artarsa, çevriliş olar 
Əksliklər olmazsa idrak süst qalar. 
Baxıb bir-birinə zidd əməllərə
Deyərdim bunların əlaqəsi var. 
   
***
Qönçə dodaqlara al yanaq yarar, 
Bülbüllər gül üstə fəğan qoparar. 
Məhəbbət töfhəsi ömürdə yoxsa, 
Sənin varlığının nə mənası var. 
İnsanın həyatda gündəlik rastlaşdığı canlı və cansız var­
lıqlar onun üçün adiliyə çevrilə bilər. Lakin daim yenilik 
axtaran insan üçün adiləşmək sözü yaddır. Əsil məhəbbət 
də  adiləşməməlidir.  İnsanın  əsil  məhəbbətinin  gücü  vü­
salın  şirinliyindən  sonra  da  azalmamalıdır.  Əksinə,  vüsal 
şirinliyindən sonra bir­birini sevən kəslər arasında mehri­
banlıq  və  ülfət  artmalıdır.  İnsan  əsil  məhəbbətlə  sevdiyi­
nin  bütün  hiss  və  ehtiraslarına  qarşı  biganə  olmamalıdır. 
Sevdiyinin bütün sevinci kədəri sənin şadlığın, iztirabların 
deməkdir. 


119
Qartal oylağında sar ola bilməz, 
Hər aşiq vəfalı yar ola bilməz. 
Sevginin, dostluğun, vəfalılığın. 
Qarşısın heç sərvət, var ala bilməz. 
    
***
Qəzəb kükrəyərmi səbəb olmasa, 
Gözdən yaş çıxarmı ürək dolmasa? 
Bülbül gülüstanı tərk eyləyərmi, 
Söyləyin çəmənzar, çiçək solmasa? 
Sevgi ilə döyünən ürəyin ritmləri səadət soraqlıdır. Sev­
gi ilə döyünən ürəyə qibtə etməyə dəyər. 
Yüksələn zirvələr qarsız olmasın, 
Ağaclar meyvəsiz, barsız olmasın. 
Təmənna edirəm ulu tanrıdan, 
Həyatda insanlar yarsız olmasın. 
Əsil aşiqlər məhəbbət yolunda maneələrə sinə gərməyi 
bacarmalıdırlar.  Məhəbbət  yolunun  yolçuları  cəsarətli  və 
sədaqətli olmalıdırlar. Xəyanətə uyan aşiqlərin son qisməti 
acı göz yaşları olar. Hər kəs həyatda olduğu kimi görünməyə 
çalışmalıdır.  Riyakarlığın,  yalanın,  boş  tərifin  ömrü  üzün 
olmaz.  Əsil  məhəbbət  yolçuları  adiliyə  uymamalı,  öz  saf 
məhəbbəti  uğrunda  mübarizə  aparmağı  bacarmalıdırlar. 
Məhəbbətdə süniliyin son nəticəsi acı uğursuzluq olar. Aşa­
ğıdakı bir təmsilə nəzər salaq. 
Turş alça dərman, boya çəkib qızartdı üzün, 
Budaqda şəstlə durub təriflədi öz-özün. 
Ay beləyəm, filanam mənim də öz adım var, 
Hər meyvənin öz dadı, mənim də öz dadım var. 


Deyib axır ki, tapdı bir müştəri özünə
Dərilib yeyilincə sığal çəkdi üzünə, 
Turşluğunu görüncə üdərən də atdı onu, 
Hər kəs axır tanınır geysə də min cür donu. 
Əsil  məhəbbətlə sevən insanlar ömrü boyu öz məhəb­
bətlərinə sadiq olmalıdırlar. Məhəbbətdə hər iki tərəfin sev­
gisi əsas şərtdir. Birtərəfli sevginin ömrü uzun olmaz. Ca­
vabsız məhəbbətin yanğısı çox olar. 
Üzünü tutma kənara, 
Bir anlıq dayan dilbərim. 
Dərdimə eylə sən çarə, 
Qəlbimi duyan dilbərim. 
Gözlərin ulduza bənzər, 
Dəyməsin sənə bəd nəzər. 
Gedişin canımı üzər, 
Ol mənə həyan dilbərim. 
Sən məni sevdaya saldın, 
Başımdan əqlimi aldın. 
Sinəmi oxlara çaldın, 
Edirəm bəyan dilbərim. 
Məhəbbət  insan  hisslərinin  tacıdır.  Məhəbbətin  hicran 
əzabları belə adi günlərdən xoşdur. 
_______________

Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə