Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə3/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   2   3   4   5   6   7   8   9   ...   27

11
Doğrusa əhdinə, sözünə insan
Özündən heç vədə olmaz bədgüman. 
Gül əgər əhdinə möhkəm olsaydı,
Töhməti olmazdı və varsızlıqdan. 
 
 
 ***
Bir qəlbə toxundum bilmədən dünən, 
Sızladım o günü özüm də qəlbən. 
Kiçicik dilimin ucundan o gün, 
Duydum ki, iki qəlb incitmişəm mən. 
İnsan  öz  daxili  hissləri  üzərində  hakimlik  etməyi  ba­
carmalıdır  ki,  öz  təmiz  hisslərinin  qələbəsini  təmin  etsin. 
Öz hərəkətlərinə cavabdehlik edə bilməyən kəs əsil insan­
lıqdan uzaqdır. Yaxşı olar ki, öz həddini və qiymətini bilib 
ləyaqətini və mənliyini qorumağı bacarasan. Əks təqdirdə, 
halın aşağıdakı təmsildəki kimi olar. 
Yağışın təsirindən dağ çayı aşıb daşdı, 
Sahilləri götürüb məcrasını da aşdı. 
Bundan qürrələnərək dedi: – böyük çayam mən
Sayəmdə qoy sulansın yamac, meşə, çöl, çəmən,
Lakin bu çox çəkmədi, yağış kəsdi, su yatdı. 
Suyu azalan kimi çayın da səsi batdı. 
İnsanın daxilində iki hiss daim bir­biri ilə mübarizə apa­
rır. Çalışmaq lazımdır ki, daim müsbət hisslərin mənfi hislər 
üzərində qələbəsi təmin edilsin. Əsil insan ona verilən ömür 
payının qiymətimi bilməlidir. Ataların belə bir misalı var: 
“vaxt qızıldan qiymətlidir”, keçilən an geri qayıtmaz. Vaxtı 
faydalı əməyə, istirahətə, ailə münasibətlərinin həllinə və 
digər işlərə düzgün bölmək lazımdır. 


12
Yaşamaq istəsən ömrü firavan, 
Öz işinə cavabdeh ol, ey insan. 
Ömürdən illərim ötdükcə gördüm, 
Qızıl qimətliymiş keçən hər bir an. 
Doğurdan da fikirləşəndə adam hiss edir ki, bir yaşamlıq 
ömür payı həyatın şirinliyinə görə insan üçün çox azdır, la­
kin nə etmək olar, təbiətin bu hədiyyəsi ilə kifayətlənməkdən 
başqa hələlik özgə əlacımız yoxdur. Biz olsa­olsa yalnız fi­
ziki və mənəvi inkişafımızı düzgün istiqamətləndirib bizə 
verilən  ömür  payını  bir  qədər  uzada  bilərik.  Lakin  bütün 
bunlar  öz  yerində,  indi  keçək  məsələnin  o  biri  tərəfinə. 
Ömür  var  çox  qısa  olub,  xatirələrdə  yaşayır,  əbədiyyətə 
qovuşub.  Ömür  var  uzun  olub  tarixin  heç  bir  səhifəsinə 
düşməyib.  Bunu  nə  ilə  əlaqələndirmək  olar?  Əlbəttə  ki, 
vaxtı düzgün qiymətləndirib onun müəyyən hissəsini icti­
mai faydalı əməyə sərf etməklə. Əks təqdirdə, düşünmədən 
gördüyün  işin  səmərəsi  olmaz,  əlin  boşa  çıxar,  axmaq 
vəziyyətə düşərsən, aşağıdakı təmsildə olduğu kimi. 
Yatmışdı lehməli bir göldə camış, 
Kölgəlik salmışdı üstünə qamış. 
Bu yerdə bir vağ da dövrə vururdu
Onun təpəsində yuva qururdu. 
Ötüşdü bir neçə saat aradan, 
Durub uzaqlaşdı camış oradan. 
Xeyirsiz işindən kədərləndi vağ, 
Faydasız iş görən sayılar axmaq. 
Doğurdan da, düşüncəsiz və səmərəsiz iş heç kəsə fay­
da verməz. Özünün və başqalarının səadəti üçün səmərəli 
zəhmət çəkib ondan həzz almağı bacarmaq lazımdır. 


13
Heç kəsin qiymətin itirmir zaman
Əbədi yaşayır qurub yaradan. 
Sənə illər qədər uzun görünsün, 
Ömründən sərfəsiz keçən bircə an. 
Ey insan, sən başqaları ilə öz şadlığını bölməyi bacar­
malısan ki, başqaları da sənin kədərinə yeri gələndə ortaq 
olsunlar. Öz səadətini halal zəhmətinlə əldə etməyə çalış, o 
zaman qəlbin rahat, vicdanın sakit olar. Unutmamalısan ki, 
zəhmətsiz heç bir səadət əldə etmək mümkün deyildir. 
Zəhmət üz ağardır demiş atalar,
Doğrudur bilin ki, doğru söz yaşar. 
İnan ki, tapmazsan zəhmətsiz ruzi,
Yanmasa olmazdı ocağın közü.
Qoxlamaq istəsən ətirli gül sən, 
Gəzib gülüstanı taparsan hökmən. 
Balıq əti yemək düşsə könlünə
Gərək ki, çırmanıb girəsən gölə, 
 Gedib bal yesə də zəhmətsiz ayı, 
Sancılmaq da olur dübarə payı. 
Zəhmətlə qazansan bir parça çörək, 
Xoşdur o çörəyi yavan da yemək. 
Əsil  insan  öz  həyatını  xoşbəxt  qurmaq  üçün  hökmən 
mübarizə etməyi bacarmalıdır. Əks təqdirdə, xoşbəxtlik on­
dan ömrü boyu uzaq qaçmış olar. 
Xəstəlik var isə əlacı da var, 
Bacaran arzuya, istəyə çatar. 
Həyata layiqli o insandır ki, 
Ömrünə, gününə səadət qatar. 


14
Həyatın  təzadlı  dalğaları  arasına  düşmüş  insan  yalnız 
öz  səyi  nəticəsində  müəyyən  mövqe  tuta  bilər.  Mövqeyi­
nin yaxşılığı isə onun işə necə yanaşmasından asılıdır. Əsil 
insan  yaxşını  pisdən  seçməyi  bacarmalıdır.  Ümumiyyətlə 
götürdükdə, həyat özü mübarizə deməkdir. 
Tale nə bəxşeyiş veribsə sənə
Bəsdir daha ondan pay umma yenə. 
Mətin insansansa mübarizəylə
Zaman gərdişinə sən də gər sinə. 
İnsan öz səadəti üçün var qüvvəsi ilə mübarizə aparma­
lıdır. Həyatla mübarizə insanı kamilləşdirir, mətinləşdirir, 
sönük arzulardan uzaqlaşdırır, xoşbəxtliyə, daha yaxşı yeni 
gələcəyə səsləyir. Ağıllı kəslər ictimaiyyət, ailə içərisində 
də öz həyatını məqsədyönlü qurmağı bacarır. Xoşbəxtliyi, 
səadəti  özündən,  ailəsindən  uzaqlaşmağa  qoymur.  Səbir 
və  təmkinlə  görəcəyi  işləri  əvvəlcədən  planlaşdırır,  özü 
üçün müsbət mənada həll edir. Elə xoşbəxt yaşamağı ba­
carmaq da, həyatını düzgün qurmaq da məhz bu deməkdir. 
Ümumiyyətlə, əsil insan olmaq çox çətindir, lakin şərəflidir. 
İnsanın əsil gözəlliyi onun daxilən gözəl olmasındadır. İn­
san mənəvi cəhətcə nə qədər zəngin olarsa, bir o qədər də 
hörmət və ehtirama layiq görülər. 
Dünyanın şöhrəti, şərəfi insan
Sözsüz gözəl olmaq istəmiş hər an. 
Fəqət gözəlliyi satmayır həyat, 
Daş-qaşın möhtacı deyil kainat. 
Beləsə biz nədə axtaraq onu, 
Bəlkə gözəl edək libası, donu? !
Zərli parçayamı bürünüb gəzək, 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə