Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə6/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   2   3   4   5   6   7   8   9   ...   27

23
kimi tanınır, onun cəmiyyət içində hörməti olmaz. Tədricən 
dostu, tanışı da ondan uzaqlaşar. Bu isə insanın qüsurudur, 
onun mənfi keyfiyyəti deməkdir. 
Demirəm hamıya ülfətin olsun
Yəni ki, kimsəyə nifrətin olsun. 
Çalış qədirbilən, safqəlbli ol ki, 
Cəmiyyət içində qiymətin olsun. 
Çox  yaxşı  haldır  ki,  tutduğu  əmələ  və  ya  işə  görə 
cəmiyyət içində hər kəsənin öz qiyməti vardır. Ona görə də 
sən sadə ol, xeyirxah ol ki, təmiz ol bu əməllərin itməsin. 
Mükafatın isə cəmiyyətin içərisində sadə, xeyirxah, gözəl 
bir insan olmaq olacaqdır. Əks təqdirdə, vəziyyətin aşağı­
dakı təmsildəki kimi olar. 
Nar dedi: – Bar verəndə əyilir budaqlarım. 
Barım yığılandasa qırılır yarpaqlarım. 
Elə yaxşısı budur bar verməyim heç vədə
Əyilsin budaqlarım, qopsun yarpağım nə də. 
Sözünə əməl etdi daha bar vermədi nar, 
Barsız görərək onu çıxardılar, atdılar. 
Doğurdan  da  belədir,  cəmiyyətə  xeyri  dəyməyənlərin 
cəmiyyət  içərisində  yeri  olmaz.  Belə  adamlar  sadəlikdən 
və təvazökarlıqdan həmişə uzaq olarlar. İnsanın mənliyi və 
ləyaqəti onun daxili hisslərinin saflığı və mənəvi kamilliyi 
ilə ölçülür. Başqalarının hərəkətlərini düzgün qiymətləndirə 
bilməyən  şəxs  öz  hərəkətlərini  də  düzgün  qiymətləndirə 
bilməz. İnsanın qiymətin onun tutduğu əməllərin, hiss və 
ehtiraslarının  müsbət  və  mənfiliyi  ilə  daha  dürüst  müəy­
yənləşdirmək olar. İnsan gərək həmişə özünə, sözünə qiy­


24
mət qoysun, öz şəxsiyyətini və mənliyini qorumağı bacar­
sın. Özünə qiymət verməyi bacarmayan kəsi başqaları da 
müsbət  qiymətləndirməz.  Çünki  hər  kəsin  qiyməti  onun 
əməlinə görə bəlli olur. 
Üzüyə qiymət ver qaşına baxıb, 
Palıda arxalan yaşına baxıb. 
Doğrunu, yalanı yoxlasan əgər, 
Qiymət ver ilk təməl daşına baxıb. 
Ey insan, əgər öz hörmətinin azlığından narazısansa, heç 
kəsdən yox, özündən narazı ol. Çünki sənin şəxsiyyətinin 
və mənliyinin qiyməti tutduğun əməllərin nəticəsi ilə ölçü­
lür. Ataların gözəl bir misalı var, el gözü tərəzidir. 
Kimsəyə uzat ki, kömək əlini
Kimsə rədd etməsin sənin əlini. 
Deyirlər həyatın o işi yaxşı, 
Hər kəsə göstərir öz əməlini. 
Doğurdan da, hər kəsənin qiymətini kənardan baxanlar 
daha düzgün verirlər, bu təmsildə olduğu kimi. 
Qırmızı üzlü bibar dişlərini ağartdı, 
Elə bil ki, canından əyri tikan çıxardı. 
Dedi: – Halın mübarək, qızarmısan pomidor, 
Deyən sənin işinin içindən də çıxdı şor. 
İndi kim deyə bilər həyasız tək bibərdir, 
Üzdə məndən qırmızı pomidorlar da vardır. 
Bunun ilə təsəlli tapdısa da al bibər, 
Kənardan baxan üçün hər kəsin öz yeri var. 


25
Yaxud da başqa bir təmsildə deyildiyi kimi. 
Meyvələr arasında özün öyərək heyva
Dedi: – Hamınız heçsiz süfrədə məndən səva. 
Lakin o unutmuşdu bir el məsəlin bu an, 
Hər kəsin öz qiymətin verir kənardan baxan. 
Düzü  belədir.  Həmişə  elmizin  müdrikləri,  ağsaqqalları 
bizə sadə, təvazökar, məclislərdə öz yerimizi bilən olma­
ğımızı  tövsiyə  ediblər.  Bu  fikirlərə  əməl  edən  kəslər  isə 
həmişə bu tövsiyələrin xeyrini hiss ediblər. İnsan öz mövqe­
yini öz hərəkət və davranışları ilə özü müəyyənləşdirir. İn­
san öz hərəkət və davranışlarını elə istiqamətləndirməlidir 
ki,  ondan  nə  özünə,  nə  də  başqalarına  ziyan  dəyməsin. 
Əks təqdirdə, belə kəslərə heç vaxt etibar edilməz. Onların 
cəmiyyət içərisində hörməti və qiyməti olmaz. 
Çox nakəslər gördüm mən bu həyatda, 
Qönçədən danışdı, gül qoxlamamış. 
Ovçular yanında coşdu bir anda
Ceyrandan danışdı, quş oxlamamış. 
Ariflərlə cəngə girənlər də var, 
Sözdən gül çələngi hörənlər də var. 
Arxadan it kimi hürənlər də var, 
Tutaram, söyləyir heç haqlamamış. 
Pisliklə dostuna yanaşan gördüm
Pul üçün insana dolaşan gördüm. 
Sözün qiymətindən danışan gördüm, 
Sözünün dəyərin heç yoxlamamış. 


26
Çoxu nadanlıqdan bimaram dedi, 
Haram bir tikə də yemərəm dedi, 
Gördüyün heç kimə demərəm dedi
Özünün sirrini heç saxlamamış. 
Yaxud da başqa bir təmsilə nəzər salaq: 
Çaqqal minib avtobusa göz süzdürdü hər yana, 
Gördü hamı öz işində, baxan yoxdur heç ona. 
Tez kassaya yaxınlaşıb çarxı fırlatdı azca, 
O, bir bilet götürərək uzaqlaşdı da tezcə. 
Bilmirəm fırıldağa nə üçün əl atdı o, 
Bununla da mənliyini bir biletə satdı o. 
İnsan daxilən saf, mənəvi cəhətdən kamil olmalıdır ki, 
bu  da  onun  xoşbəxtliyini  təmin  etsin.  Bir  şey  ki,  insanın 
mənliyini,  ləyaqətini  ayaqlar  altına  atır,  onun  vicdanına 
silinməyən  qara  ləkələr  vurur,  o  şeyin  ardınca  getməyin 
mənası yoxdur. Hər şey əksiklərin vəhdəti üzərində qurul­
muşdur. Cisimlərin tamlığını təmin edən də məhz əksliklərin 
vəhdətidir. Bu təbiətin əsas qanunlarından biri kimi daim in­
kişafdadır və o, maddi cisimlərdən tutmuş xəyali aləmə qədər 
hər şeyə nüfuz edir. Bir canlı varlığın inkişafında müsbət 
cəhətlər nə qədər artsa mənfi hadisələri duymaq qabiliyyəti 
də artır. İnsan nə qədər dərindən duysa, hər şeyi hiss eləsə, 
o qədər də inkişafın yuxarı səviyyəsinə qalxmış olur. Lakin 
bununla yanaşı, o, çox şeyi duyduğu üçün buna müvafiq in­
sanın adına ləkə gətirə biləcək şeyləri də hiss edir və onlar­
dan uzaq olmağa çalışır. Bu da əsil insanın ləyaqətinin qo­
runmasına səbəb olur və onun cəmiyyət içərisində müsbət 
qiymətinin  qorunub  saxlanılmasına  kömək  edir.  Bu  özü 
də  insançün  bir  növ  xoşbəxtlikdir.  Hər  bir  insan  özündə 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə