Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə9/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

35
Talada ayrı bitib qürrələnirdi söyüd: 
– Mən hamıdan güclüyəm dünyada nə dərdim var. 
Hərdənbir də verirdi başqalarına öyüd: 
– Yerə dərin kök vurun sizi yıxar tufanlar. 
Bu vaxt bərk külək əsdi, söyüdün səsin kəsdi. 
Bütün qalan ağaclar baş-başa verdi bu vaxt, 
Sınmadılar, amma ki söyüd məhv oldu bivaxt. 
İnsan heç vaxt unutmamalıdır ki, cəmdən ayrı düşənin 
qisməti  acı  olar.  Çalışmaq  lazımdır  ki,  cəmiyyətin  daimi 
fəaliyyətdə olan bir üzvünə çevrilib irəliyə doğru can ata­
san. Əgər sən cəmiyyətin inkişafından bir anlıq dala qalsan, 
yerində  saysan,  o  zaman  vəziyyətin  aşağıdakı  təmsildəki 
kimi olar. 
Söylədilər göl niyə daimi sükutdasan sən, 
Dayanmırsan, susursan, tərpənmirsən yerindən. 
Göl dedi: – Düşünməyin bu sükutum əbəsdir, 
Kaş ki, qurumayaydım, bax mənə bu da bəsdir. 
Fəaliyyətsiz kəslərin daim bir insan kimi məhv olmaq 
təhlükəsi var. 
Möhkəm  iradə  və  mətinlik  əsil  insanlıq  simasıdır. Ya­
lançılıq,  ikiüzlülük  və  yaltaqlıq  səni  insanlıq  simasından 
uzaqlaşdırar. Bu əməllərin nəticəsində bəzən yeri gələr ab­
rın, hörmətinlə yanaşı, canın da əldən gedər. Ən yaxşısı bu­
dur ki, düşünmədənmi və ya bilməməzlikdənmi etdiyin hər 
hansı bir səhv hərəkətini başa düşüb ondan əl çəkəsən. Belə 
olsa hər halda özünü bir qədər doğrultmuş olarsan. Aşağı­
dakı bir təmsilə nəzər salaq. 
Quşlar oylağının sultanı tərlan, 
Çağırdı vəzirin yanına pünhan. 


36
Dedi: – Sarayımda kim desə yalan
Mənə gizli söylə eyləmə əyan. 
Vəzir işlərini tamam boşladı, 
Libasın dəyişib işə başladı. 
Öyrəndi quşların bir-bəbir halın, 
Yoxladı onların sözünün dalın. 
Gördü xeylisinin yalanı vardır, 
Onlar saraylarda yaşayan sardır. 
Gəlib siyahıyla, dedi qibləgah, 
Bunlar yalançıdır olgunan agah. 
Sultan car çəkdirdi bütün saraya, 
Səhər yığıncaq var gəlin buraya. 
Elə ki, açıldı günəşli səhər
Qalxdı uca yerə qüdrətli rəhbər. 
Siyahı çıxarıb oxudu adlar, 
Dedi: – Gəlsin bura həmin yoldaşlar. 
Çıxdılar irəli onlar bədgüman, 
Sultan yalanların dedi bu zaman. 
Sonra nəzərlərin dikdi onlara
Gördü girib onlar bir çox donlara. 
Bəzisi qızarıb xəcalətindən, 
Bəzisi utanır öz halətindən. 
Bəzisi yaltaqlıq etmək istəyir, 
Bəzisi arsızca hey gülümsəyir. 
Axır ki, açılıb hamının sirri. 
Sultansa səslədi bu vaxt vəziri
Boşla xəcalətdən utananları. 
Öldürt yaltaq arsız o qalanları. 
Qoy bu iş hamıya böyük dərs olsun, 
Xəyanətə cəza belə sərt olsun. 
Gördüyü pis işdən xəcalət çəkən, 
Utanıb halına göz yaşı tökən, 


37
Bir də əyriliyə eyləməz meyl
Pis işdən çəkinmək alçaqlıq deyil. 
Yalan bir ağac ki, kökü yox onun, 
Yalan başa vurmaz mənzilin sonun
Deyib öz işinə başladı sultan. 
Dostum bu sözlərə hər zaman inan, 
Yalanla heç kəsin başı ucalmaz,
Şüşə parlasa da deyildir almaz. 
Əgər utanmasan pis əməlindən, 
Həmişə hörmətsiz olacaqsan sən. 
Unutma yalanla qazansan da ad, 
Bir vaxt yalanla da olacaq bərbad. 
İnsanlarda insana, həyata, təbiətə məhəbbət olmalıdır ki, 
bu da onları bir çox pis işlərdən uzaqlaşdırar. Ümumiyyətlə, 
gözə və könülə xoş gələn, hiss və duyğularımızı oxşayan 
materiya  növlərinə  məhəbbət  insanın  iradəsidir.  Əgər  bir 
varlığa  qarşı  səndə  məhəbbət  varsa,  sən  o  varlığın  eşqi 
ilə hər hansı bir məqsədə çatmaq üçün mübarizədə bütün 
güc və qüvvəni sərf edəcəksən. Səbir və təmkin isə iradə 
və  mətinliyin  bünövrəsidir.  Ataların  belə  bir  misalı  var: 
”Acıqlı başda ağıl olmaz”. Çalışmaq lazımdır ki, hər bir işə 
səbir və təmkinlə başlayasan. Səbirsiz atılan addım sonrakı 
peşmançılığın başlanğıcı ola bilər. Bir çox həyat və dövlət 
məsələlərinin həllində həmişə qaliblər sırasında səbirli və 
təmkinli  adamlar  olublar.  Lap  adi  şahmat  oyununda  belə 
səbir  və  təmkinlə  oynayan  oyunçu  əksər  hallarda  qalib 
gə lir.  Bundan  başqa,  səbir  və  təmkinlə  hərəkət  edən  kəs 
öz  rəqibinə  psixoloji  cəhətdən  təsir  göstərmiş  olur,  səbri 
və təmkini ilə ondan üstün olduğunu ona aşılayır, onu öz 
təsiri altına alır. Bu da çox vaxt onun qələbəsini təmin edir. 
Səbir  və  təmkinlə  yanaşı,  cəsarətlə  atılan  addım  da  yeni 


38
bir  şeyin  əldə  edilməsinin  başlanğıcıdır.  Bir  çox  hallarda 
yerində işlənən cəsarətin insana çox köməyi dəyir. Yerində 
işlənən cəsarət insanın istək və arzularının təkanvericisidir. 
Həddindən  artıq  ehtiyatlılıq  qorxaqlığa  çevrildiyi  kimi, 
həddindən  artıq  göstərilən  yersiz  cəsarət  də  axmaqlıq 
deməkdir. Risk cəsarətin son hüdududur. Riskə  o zaman 
yol vermək olar ki, artıq öz gələcək həyatının mənasızlığını 
hiss edirsən və bu riskin müsbət tərəfi sənin gələcək həyatını 
mənalandıra bilər. İnsanın mənfi və müsbət informasiyala­
ra qarşı reaksiyası nə qədər güclüdürsə, o insan ibtidaidən 
daha çox alidir. 
Əksliklər olmasa inkişaf olmaz
Gül çiçək açmasa saralıb solmaz. 
Şüursuz canlının gözündə inan, 
Qəpiyə bərabər qoyular almaz. 
    
***
Hamısı insandır varlı da, ac da, 
Poladdır balta da, yaba da, sac da. 
Ulağı çıxar sən Şahlıq taxtına,
Yenə də ulaqdır, qoyubsa tac da. 
Laqeydlik insanın mənəvi cəhətcə yaxşı yetişməməyinin 
sübutudur. İnsan gördüyü və hiss etdiyi şeylərə qarşı fəal 
münasibət bəsləməlidir. Laqeydlik insan cəmiyyətinin bö­
yük bəlasıdır. Laqeydlik məsuliyyətsizlik deməkdir. Əgər 
bir şəxs öz şəxsi mənafeyini güdüb insan cəmiyyətinə ziyan 
vura biləcək hər hansı bir şeyə laqeydlik göstərirsə, o insan 
əsil insanlıq simasından uzaqdır. Bəzən elə hadisələr olur 
ki, həmin hadisələrə laqeydlik göstərmək ən azı laqeydlik 
göstərən  kəsdə  namus  və  qeyrət  hisslərinin  yaxşı  inkişaf 
etmədiyini aydınlaşdırır. Doğrudur, insanlarda laqeydliyin 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə