Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 2,48 Kb.

səhifə1/36
tarix15.08.2018
ölçüsü2,48 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   36


Əlisalam Bağırov
RUSİYA 
ƏDƏBİYYATININ 
ƏBƏDİ GÜNƏŞİ –
 A.S.PUŞKİN


Redaktor:
Fəxrəddin Ağazadə,
 fəlsəfə elmləri-doktoru
Korrektor:
Ceyran Abbasova
Bağırov Əlisalam Məmi oğlu
RUSİYA ƏDƏBİYYATININ ƏBƏDİ GÜNƏŞİ A.S.PUŞKİN
Bakı: Qanun nəşriyyatı, 2017, 140 səh. 300 tiraj
Kitab  dahi  rus  şairi,  Rusiya  ədəbiyyatının  əbədi  Günəşi  hesab 
edi   l ən  A.S.Puşkinin  həyatının  son  illərinə  həsr  edilmişdir.  Əsərdə 
A.S.Puşkinin yaşadığı dövrün haqsızlıqları, çirkinlikləri, çar Nikolayın 
və onun hökumətinin üç üzü arxiv sənədləri əsasında böyük məharətlə 
açıqlanır. Mənəviyyatsız, düşüncəsiz, ömrünün mənasını yalnız kef-da-
maqda, əyləncələrdə keçirən Hollandiya səfirinin nümayəndəsi Dantes 
və onun atalığı Hekkerenin riyarkarlığının qurbanı olan böyük şai rin 
üsyankar ruhu 1937-ci ilin yanvarın 29-da günorta saat 14:45-də əbədiyyata 
qoşulur. 5 pərdədən və 17 şəkildən ibarət olan bu dram əsəri öz süje-
tinin dramatikliyi ilə fərqləndiyindən, hesab edirik ki, o, geniş oxucu 
auditoriyası üçün hədsiz maraqlı olacaqdır. 
Kitab ədəbiyyatsevər geniş oxucu auditoriyası üçün nəzərdə tutul-
muşdur. 
ISBN 978-9952-36-394-4
© Əlisalam Bağırov, 2017  
© Qanun nəşriyyatı, 2017


Haqq ədalət uğrunda mübarizə aparmaq 
lazımdır.  O,  müvəqqəti  olaraq  məğlub  ola 
bilər, lakin bundan heç də sarsılmaq olmaz. 
Aleksandr Sergeyeviç Puşkin


İştirak edirlər:
 
Nikolay 
– Rusiyanın çarı
Aleksandr Sergeyeviç Puşkin
 – şair
Nataliya Nikolayevna Puşkina
 – onun arvadı
Yekaterina Andreyevna Qonçarova
 – Puşkinin 
baldızı, məhşur tarixçi N.M.Karamzinin dul arvadı
Sofiya Karamzina
 – onun qızı
Danzas
 – Puşkinin sekundantı
A.X.Bekkendof
 – jandarm rəhbəri (şefi)
C.C.Uvarov 
Xalq maarif naziri, senzuranın rəhbəri
V.Solloqub
 – şair
V.A.Jukovski 
– şair
Hekkeren
 – Hollandiyanın Rusiyadakı elçisi
Jorj Dantes 
– Hekkerenin oğulluğu
D.Arşak
 – Dantesin sekundantı
Andrit 
– həkim
Ağalar və xanımlar


5
BİRİNCİ PƏRDƏ
Birinci şəkil
Rusiyanın çarı Nikolay öz taxtında əyləşib. 
Otaq şahanə bəzənmişdir.
Nikolay (öz-özünə): Ah... torpağımız böyükdür, geniş-
dir, uludur, Rusiya doğurdan da varlı ölkədir. Bol sulu çay-
ları olan, ucsuz bucaqsız taxıl zəmiləri, xəz dərili məmu-
lat ları ilə məşhur olan, müxtəlif faydalı qazıntıları ilə dün-
yada  tanı nan  qüvvətli  və  qüdrətli  Rusiyada  çarlıq  etmək 
gözəldir, tərifəlayiqdir. Lakin əfsuslar olsun ki, bu gözəl-
lik,  bu  tərifəlayiqlik  rus  mujiklərinin  “dinc  durmamaqla-
rı”  sayəsində  tez-tez  öz  mütənasibliyini  itirir,  valehedici 
görünmür. Rusiyanın ucsuz bucaqsız çöllərindən indi yeni 
bir qoxu, yeni bir hiss duyulur – bu üsyan qoxusu, üsyan 
hissidir. 
Bu vaxt jandarm rəhbəri 
A.X.Bekkendorf içəri daxil olur.
Bekkendorf (çara təzim edərək): Xoş gördük əlahəzrət. 
Qulluğunuzda müntəzirəm. Məni sizmi çağırtdırmırsınız?
Nikolay:  Xoş  gününüz  olsun,  cənab  Bekkendorf:  Ke-
çin əyləşin (Bekkendorf keçib bir az aşağıda Nikolayın sağ 


6
tərəfində əyləşir. Sonra Nikolay sözünə davam edir). Bəli 
sizi mən çağırtdırmışam. Bir jandarm rəhbəri kimi sizin də 
böyük vəzifə və səlahiyyətiniz vardır. Siz də rus tarixində 
mühüm rol oynaya bilərsiniz. 
Bekkendorf (yaltaqcasına): Əlahəzrətin taxt-tacını qo-
rumaq,  həmişə  mühüm  və  icra  olunmalı  bir  vəzifə  kimi 
bizim borcumuzdur. Əmr edin, sizin qulluğunuzda ölümə 
belə desəniz getməyə hazıram. 
Nikolay (gülümsünərək): Xatircəm ola bilərsiniz, mən 
sizi ölümə göndərmək fikrində deyiləm, lakin siz boğmalı-
sınız, öldürməlisiniz, (qəzəblə) məhv etməlisiniz. 
Bekkendorf  (həyəcanla  və  bir  az  da  qorxaqcasına): 
Əsə  biləşməyin əlahəzrət. Axı sizin bu müti qulunuz kimi 
boğ malıdır,  kimi  məhv  etməlidir.  Əmr  edin  əmrinizi  icra 
etməyə hazıram. 
Nikolay: Xeyr, cənab Bekkendorf: Mən sizə müəyyən 
və qəti həll olunmalı bir məsələni əmr etməmişdən qabaq, 
ümumiyyətlə,  Rusiyadakı  indiki  vəziyyət  barədə  ətraflı 
söhbət etmək istəyirəm. Biz böyük rus xalqının oğlu kimi 
öz  vəzifəmizi  vicdanla  və  ləyaqətlə  yerinə  yetirməliyik. 
Bizdən  əvvəlki  sələflərimizin  ziddinə  getmədən  hər  cür 
inqilabi əhval-ruhiyyəli fikirləri Rusiyadan uzaqlaşdırmağa 
çalışmalıyıq.  Qoy  bizim  Rusiyanın  “təmiz  havası” Avro-
pada cərəyan edən “çirkli hava” ilə qarışmasın. Rus xalqı 
həmişə sadə və itaətkar olmuş və belə də olaraq qalmalıdır. 
Bekkendorf (başı ilə onun sözünü təsdiq edərək): Düz-
dür, əlahəzrət. Rus xalqı həmişə sadə və itaətkar olmuşdur, 
lakin onun qonşuluğunda yerləşən bəzi xalqlar heç də öz 
padşahlarına qarşı itaətkarlıq etməmişlər və əminəm ki, bu-
nun üçün də əvvəl axır öz cəzalarını çəkəcəklər. Ancaq rus 
xalqına gəlincə isə, bir ovuc ölkənin daxilində o itaətkarlıq 


7
etməməyə çalışanlar ki var, onları bax bu əllərimlə (əllərini 
göstərərək) boğmağa hazıram, bəli hazıram. 
Nikolay:  Cənab  Bekkendorf,  inqilabi  əhval-ruhiyyəli 
şəxslər Rusiyanın hər tərəfində mövcuddur. Belə bir əhval-
ruhiyyənin  alovlar  sayrışan  Rusiyada  mövcudluğuna  söz 
ola bilməz. Lakin məsələ heç də bunda deyildir, bununla 
bitmir.  Hələ  körpə  nəfəsli  Rusiyanı  belə  yad  fikirlərdən, 
yad baxışlardan uzaqlaşdırmaq lazımdır. Bu həm də bizim 
vətəndaşlıq borcumuzdur. 
Bekkendorf  (işgüzarlıqla):  Sözsüz  ki,  belə  olmalıdır 
əlahəzrət. Lakin rus xalqı sadə və itaətkar olmaqla yana-
şı, heç də biz düşündüyümüz qədər avam deyildir ki, onu 
aldatmaq,  hər  cürə  inqilabi  əhval-ruhiyyəli  fikirlərdən 
uzaqlaşdırmaq mümkün olsun. Bir də ki, vahiməli bir ka-
bus  kimi  inqilabi  əhval-ruhiyyəli  fikirlər  bütün  dünyanı 
dolanmaqdadır. Bu vahiməli kabusunsa yuvası Avropada-
dır. Təəssüflər olsun ki, bizim rus xalqı da Avropanın bir 
hissəsində məskunlaşmışdır. 
Nikolay (səsini bir qədər qaldıraraq): Lakin bütün bun-
larla  yanaşı,  biz  əllərimizi  heç  də  yanımıza  salıb  qalma-
malıyıq.  Bu  vahiməli  kabusu  nəinki  Rusiyadan,  bacarsaq 
Avropadan belə qovmalıyıq (sonra öz-özünə). Ax mujiklər, 
mujiklər siz birləşəndə nə qədər qüvvətli və qorxunc olur-
suzmuş. Gör işin harasıdır ki, bu qədər topu tüfəngi, qoşu-
nu olan Nikolayı belə özünüz haqqında düşünməyə məcbur 
edirsiniz  (üzünü  Bekkendorfa  tutaraq). Yox,  bu  mümkün 
deyildir. Nikolay kimi bir çarın torpağında belə fikirlərin 
yaranması mümkün olmamalıdır. Bekkendorf, yəni doğur-
danmı  Nikolayın  hökmdarlıq  etdiyi  Rusiya  bu  kökə  düş-
müşdür  ki,  orada  rəiyyət  öz  ağasına  itaətkarlıq  etməkdən 
boyun qaçırsın, bir sıra bədxahlar ölkənin daxilində pozu-




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə