Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

51
dınız, elə şəfqətli sığal çəkdiniz ki, o, artıq sakitləşmişdir, 
və mən sizin bütün söyləyəcəklərinizi hədsiz sakitliklə və 
mətanətlə  dinləməyə  hazıram.  Əgər  doğurdan  da  söhbət 
insan taleyindən gedirsə, onda onu açıq gözlə, sakitlik və 
soyuqqanlılıqla dinləmək lazımdır. Əks təqdirdə, mən bəşər 
tarixinin ibtidasına doğru bir neçə addım atmış olaram. Bu isə 
əlbəttə ki, daha şüurlu insan övladı üçün yad bir baxışdır. 
B.Solloqub: Əgər siz məni doğrudan da dinləməyə ha-
zırsınızsa, onda mən bura gəlməkdə məqsədimi açıb sizə 
deyə bilərəm. Hərçənd bu, ola bilsin bir qədər qan-qaraçı-
lığa səbəb ola biləcəkdir, amma nə etməli? Mən həqiqəti 
sizə  söyləməliyəm.  Məni  bura  sizin  yanınıza  bir  vasitəçi 
kimi  A.S.Puşkin  göndərmişdir.  O,  mənim  vasitəmlə  sizə 
bildirmək istəyir ki, arvadı ilə, yəni N.N.Puşkina ilə, olan 
münasibətiniz nəsə onun xoşuna gəlmir və özünün qeyd et-
diyi kimi, onun şəxsi hisslərini təhqir edir. Bütün bunlarla 
əlaqədar o, sizi duelə çağırır. Əlbəttə ki, mən bu fikirdən 
onu  çəkindirmək  istədim.  Ona  anlatdım  ki,  Danteslə 
N.N.Puşkina  arasında  sizin  şəxsi  hisslərinizi  təhqir  edə 
biləcək bir münasibət görmürəm. O isə bütün bunlara məhəl 
qoymadı və məndən xahiş edərək dedi ki, sizə çatdırım, o 
mənimlə təkbətək dueldə görüşməlidir. 
Dantes  (Öz-özünə  düşünür):  Necə?  Duel?  Ölmək  və 
ya öldürmək? Yəni mən adi bal münasibətlərindən yalnız 
bir  qədər-cüzi  irəli  getmiş  hərəkətlərim  üçün  dueldəmi 
cavab  verməli  olacağam.  Heç  bunu  təsəvvürümə  belə 
gətirməzdim.  Doğrudur,  N.N.Puşkina  çox  gözəl  bir  qa-
dındır və mən çalışmışam ki, ondan, gözəl bir qadın kimi 
də bu gözəllikləri duya-duya istifadə edim. Lakin hələ ki, 
öz  məqsədimə  çatmamışam,  bu  yandan  da  onun  əri  Puş-
kin  məni  duelə  dəvət  edir.  Heç  eybi  yoxdur,  duelə  dəvət 


52
olunursansa, deməli getməlisən. Qaçmaq öz-özünü olduqca 
alçaltmaq, həm də mənim üçün birdəfəlik NataliyaPuşkina-
dan əl çəkmək deməkdir. Getmək, bu da asan deyildir. Ya-
şamaq və ya ölüm. İki nəfərdən yalnız birinin taleyi üzünə 
gülməlidir. Taleyi üzünə gülənin də yalnız mən ola biləcəyim 
də bəlli deyil. Lakin hər halda mən öz mövqelərimi və kü-
bar  dairələr  içərisində  olan  hörmətimi  saxlamaq  üçün  bu 
yolu seçməliyəm. Əks təqdirdə, etdiyim bu riskin ən bəd 
nəticələrindən də belə çox şərəfsizliyə düçar ola bilərəm. 
B.Solloqub: Deyəsən fikrə getdiniz, cənab Dantes. Yoxsa 
bu sizin üçün tamamilə gözlənilməz bir hadisə oldu? Görü-
nür hər kəsin seçdiyi yol onun keçəcəyi yola zəmindir. Bizə 
məlum olmayan vaxtdan fəaliyyətdə olan hadisələrin səbəb 
və nəticələr külliyyatı bəzən elə zərurətlər meydana çıxa-
rır  ki,  səbəbini  bilmədiyimizdən  taleyin  təsadüfi  hadisəsi 
kimi qiymətləndirdiyimiz bu zərurətlərə boyun əyməkdən 
başqa çarəmiz qalmır. İndi siz də belə bir vəziyyətdəsiniz, 
cənab  Dantes.  Tale  sizi  də  öz  oyunları  ilə  mat  qoymuş-
dur. Nə etmək olar? Ömrümüzün üstündən anlar keçdikcə 
səbəb və nəticələr külliyyatından doğan zərurətlər bizi öz 
müəyyən olunmuş axarı ilə aparır. Bu axarı dəyişməyə nə 
bizim  gücümüz,  nə  də  səyimiz  çatar.  Bu  yolda  etdiyimiz 
hər bir hərəkət isə yenə də səbəb nəticə külliyyatından do-
ğan bir zərurət kimi qeydə alınmışdır. Və bu səylərimiz sən 
demə səbəb və nəticələr külliyyatından yaranan zərurətlərin 
öz müəyyən olunmuş axarı ilə axması üçünmüş. 
J.Dantes: Doğru buyurursunuz, cənab Solloqub. Hadisə-
lərin ümumi gedişindən kənarda qalmaq qeyri mümkündür. 
İndi  artıq  taleyin  çox  adi,  lakin  aidiyyəti  olan  şəxsə  çox 
qəribə gələn bir hadisəsi məni haqlamışdır. Son aqibətimin 


53
nə  ilə  nəticələnəcəyi  mənə  məlum  deyildir.  Lakin  mən 
Puşkinlə  dueldə  təkbətək  vuruşmaq  yolunu  seçirəm.  Bu 
yolu seçməkdə məqsədim heç də günahımın olub-olmama-
sı ilə əlaqədar deyildir. Hər cür əyləncə və gözəllikdən aldı-
ğım zövq mənə xoşdur. Mən öz əyləncələrimin kimisə şəxsi 
təhqirə gətirib çıxardığına görə özümü duelə çıxmış hesab 
etmirəm.  Biz  elə  bir  cəmiyyətdə  yaşayırıq  ki,  hər  şeyin 
daha da ifratına qibtə edirlər, o cümlədən dueldə təkbətək 
vuruşmağa da. Bəli, məni dueldən qaçmamağa, duelə sövq 
edən  şeylər  də  elə  bunlardır  –  öz  nüfuzumu  qorumaq, 
kimsədən daha üstün olduğumu sübuta yetirmək və öz xoş 
əyləncələrimi bir daha davam etdirmək. İnanın mən bütün 
bunlar üçün duelə çıxacağam, cənab Solloqub. Bunları siz 
də Puşkinə beləcə də çatdırın. Deyin, Dantes, heç bir şeydə 
özünü günahkar hesab etmir. O, yalnız öz nüfuzunu qoru-
maq üçün onunla təkbətək duelə çıxmağa hazırdır. 
B.Solloqub: Deməli, siz A.S.Puşkinlə döyüşmək fikrin-
dəsiniz, cənab Dantes. Bu sizin qəti fikrinizdirmi? Siz bu 
məsələyə razılıq verərkən onu hərtərəfli ölçüb-biçdinizmi? 
Öz ehtiyatkarlığını itirmək, taleyinin sükanını təsadüflərin 
əlinə vermək kimi bir şeydir. Buraxılan səhv isə heç vaxt 
bağışlanılmır.  Bu  isbata  ehtiyacı olmayan  bir  aksiomadır. 
Ömrünün  ən  şirin  cağlarında  öz  həyatınla  risk  etmək,  o 
qədər də asan deyil. Belə bir riski etdikdən sonra bəzən et-
diyin hərəkət üçün təəssüflənməyə belə imkan tapmırsan. 
Dantes: Siz bütün bunlarla nə demək istəyirsiniz, cənab 
Solloqub? Yoxsa mənim əhval- ruhiyyəmdə dəyişiklik ya-
ratmaq fikrindəsiniz? Bir daha deyirəm, mən öz qəti fikrimi 
sizə  bildirdim.  Əlbəttə  ki,  bir  vasitəçi  kimi.  Biz  bir  daha 
Puşkinlə dueldə görüşəcəyik. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə