Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   2   3   4   5   6   7   8   9   ...   36

12
qədər də zəifləməmişdir. Bu üsyanın yaratdığı dalğalar hələ 
də Rusiyanın müxtəlif tərəflərində nəzərə çarpmaqdadır. 
Bekkendorf: Əlahəzrətin nəzərinə çatdırıram ki, elə bu-
nun  nəticəsində  də  Rusiyanın  müxtəlif  quberniyalarından 
orta  hesabla  hər  iyirmi  gündən  bir  iğtişaşlar  baş  verdiyi 
qeydə alınır. Bütün bunlar isə ölkənin daxilində fəaliyyət 
göstərən  bəzi  dövlət  idarələrinin  işlərinin  pozulmasına 
səbəb olur. Əgər vəziyyət belə davam etməkdə qalarsa, biz 
gec-tez  Rusiyanı  itirə  bilmək  təhlükəsindən  qorxmalıyıq. 
Onsuz da bu təhlükə bizi izlədiyini 1825-ci ilin dekabr si-
lahlı üsyanı vasitəsi ilə irəlicədən xəbər vermişdir. 
Nikolay: Elə məsələ də bundadır. Rusiyanı itirmək təh-
lükəsi yalnız ölkənin daxilində yaranan iğtişaşlar nəti cəsində 
baş verə bilər. Yoxsa qonşu dövlətlər tərəfindən gözlənilən 
hücum təhlükəsi heç də məni qorxutmur. Birincisi ona görə 
ki, qonşularımız o qədər də güclü rəqiblər deyillər, ikinci-
si ona görə ki, rus xalqının döyüşkənliyi mənə çox yaxşı 
məlumdur. Bu həmin xalqdır ki, bir qərinədən bir qədər çox 
bundan  qabaq  Napoleonu  öz  yuvasına  qısılmağa  məcbur 
etmişdir. 
Bekkendorf: Əlahəzrətə məlum olsun ki, elə qoşunla-
rımızın xaricə səfərinin nəticəsində də Dekabr üsyanı baş 
verdi. Bu üsyan xalqı çox ayıltdı, xalqa çox böyük təsir etdi. 
Nikolay: Cənab Bekkendorf, elə ona görə də bu üsyanın 
iştirakçılarına amansız divan tutmağı özümə borc bildim. 
Mən  öz  amansız  və  sərt  rəftarımla  göstərdim  ki,  hökm-
dara  və  onun  simasında  onun  təyin  etdiyi  yüksək  rütbəli 
şəxslərə qarşı üsyan etmək nə deməkdir? Hələlik hökm və 
fərman mənim əlimdədir. Nə qədər ki, Nikolay rus torpağı-
nın hökmdarıdır, onun ölkəsində dekabr hadisələri bir daha 
təkrar olunmamalıdır. 


13
Bekkendorf:  Əlahəzrət,  düzdür,  siz  o  zaman  üsyanda 
iştirak edənlərlə çox sərt rəftar etdiniz. Bu öz dövrü üçün 
həyatın  inkişafının  doğurduğu  tələbatlardan  irəli  gəlirdi. 
Əgər  belə  etməsəydik,  bu  böyük  hadisənin  son  nəticələri 
çox adiləşərdi və heç də həmin hadisənin səbəbkarları üçün 
ibrət  dərsinə  çevrilməzdi.  Lakin  onu  da  qeyd  etmək  la-
zımdır ki, bizim üsyanda iştirak edənlərlə amansız və sərt 
rəftarımız geniş xalq kütlələrini olduqca qəzəbləndirmişdir. 
Elə  ona  görə  də  imkan  düşdükcə  onlar  da  öz  etirazları-
nı  bildirməkdən  çəkinmirlər.  Bax,  bunun  da  Rusiyanın 
daxilində inqilabi əhval-ruhiyyənin yayılmasında öz təsiri, 
öz rolu vardır. 
Nikolay:  Bizi  düşündürən  və  qəzəblənməyə  məcbur 
edən də elə bu səbəblərin nəticəsidir. Nə qədər ki, ölkə daxili 
inqilabçılardan təmizlənməmişdir, mən rahat ola bilmərəm. 
Bekkendorf:  Doğru  buyurursunuz,  əlahəzrət.  Biz  de-
kab ristlərlə nə qədər sərt və amansız rəftar etsək də, onları 
nə qədər sürgünə göndərsək, nəzarət altına alsaq da, yenə 
də Rusiyada baş verən hadisələrdən belə nəticə çıxarmaq 
olar ki, hələ də onların tör-töküntülərini ölkənin daxilindən 
təmizləmək bizə müyəssər olmamışdır. 
Nikolay: Bəli, elədir. Siz hal-hazırda Rusiyanın daxili 
vəziyyəti barədə çox yaxşı və geniş məlumata maliksiniz, 
cənab Bekkendorf: Lakin unutmamalısınız ki, indicə qeyd 
etdiyimiz o tör-töküntüləri təmizləmək işində fəaliyyətiniz o 
qədər də təqdirəlayiq deyildir. Bu tör-töküntüləri bütünlüklə 
Rusiyadan  təmizləmək,  rus  torpağını  şəffaflaşdırmaq  la-
zımdır. 
Bekkendorf:  Əlahəzrətin  göstərişləri  bizim  üçün  şə-
rəfdir.  Rus  torpağının  hər  bir  vətəndaşına  belə  şərəf  heç 
də nəsib olmur. Lakin bu tör-töküntülərin əlaqələrinin bir 


14
ucu bəzən yüksək rütbəli məmurlara, rus dövlət aparatında 
fəaliyyət göstərən, mənsəb və mərtəbəyə sahib olan şəxslərə 
qədər gedib çıxır. Əlahəzrətin göstərişlərinə əsaslanaraq bu 
şəxslərlə hesablaşmaq lazımdır?
Nikolay: Hökm qətidir. Mənim verdiyim fərmanlara, çı-
xardığım hökmlərə boyun əyməyən hər bir şəxs vəzifəsin-
dən, tutduğu mövqeyindən, mənsəb və mərtəbəsindən asılı 
olmayaraq, cəzalandırılmalıdır. Bu Rusiyanın hökmdarı Ni-
kolayın göstərişidir. 
Bekkendorf: Əlahəzrətə məlum olduğu kimi, onun qon-
şuluğunda yerləşən bəzi dövlətlərdə, məsələn, Niderlandda, 
İngiltərədə, Fransada baş verən ictimai-siyasi dəyişikliklərə 
heç  də  rus  cəmiyyətinin  qabaqcıl  nümayəndələri  biganə 
deyillər, bu doğrudur. Lakin bu marağın özü bəzən müxtəlif 
şəxslər arasında öz həddini aşır və həmin şəxslər Rusiyada 
da belə bir quruluşun yaranması üçün müxtəlif vasitələrdən 
istifadə etməyə çalışırlar. Bax bunun özü də Rusiyada inqila-
bi əhval-ruhiyyənin yaranmasına gətirib çıxaran amillərdən 
biridir. Bu isə bizim üçün heç də xoşa gələn hadisə deyildir. 
Nikolay:  Doğrudur  cənab  Bekkendorf,  keçən  bir  neçə 
yüzilliklər ərzində Avropada çox böyük ictimai-siyasi hadi-
sələr baş vermişdir. Rus cəmiyyətinin qabaqcıl nümayəndə-
lərinin  bu  hadisələrə  biganə  qalmaması  heç  də  təsadüfü 
deyildir. Bu marağın bəzi şəxslər arasında öz həddini aş-
ması halları da doğrudur. Lakin cənab Bekkendorf, ölkənin 
daxilində baş qaldıran belə inqilabi əhval-ruhiyyəli şəxslərə 
qarşı mübarizə aparmasaq, belə bir vəziyyətin mövcud ol-
duğu  həmişə  mümkün  olacaqdır.  Onun  üçün  də  belə  bir 
marağın  sahiblərinə  qarşı  müxtəlif  tədbirlər  görməkdən 
çəkinmək lazım deyildir. 


15
Bekkendorf: Elədir, əlahəzrət. Dekabr silahlı üsyanının 
dərslərini hələ də unutmamışam. Bu üsyan bizə bəzi işlə-
rimizi yenidən qurmaqla yanaşı, bəzi məsələləri də aydınlaş-
dırmaqda çox köməklik etmişdir. Xüsusilə də hər bir sinfin 
nümayəndələrinə qaşı ehtiyatla yanaşmaq məsələsində. 
Bu  inqilaba  qədər  biz  rus  torpağında  qərarlaşmış  bü-
tün  za dəganları  öz  arxamız  hesab  edir,  onlarla  bəzi  incə 
məsələlərdə çox ehtiyatsız davranırdıq. İndi isə dekabr üsya-
nının baş verməsi ilə əlaqədar öz işimizdə bəzi dəyişikliklər 
etmişik. Birinci növbədə silkindən mənsubiyyətindən ası-
lı  olmayaraq,  şübhəli  görünən  hər  bir  kəslə  ciddi  məşğul 
olmağı  özümüz  üçün  daha  qəti  qərarlaşdırmışıq.  İkincisi 
isə  hər  bir  zadəgan  məclisində  xəfiyyələrin  fəaliyyətini 
genişləndirmişik. 
Nikolay:  Cənab  Bekkendorf,  xüsusilə  bu  işi  ballarda, 
teatrlarda qüvvətləndirin. Çünki daha yüksək dairəli şəxs-
lərin, o cümlədən dekabr üsyanının fəal iştirakçıları olan 
zadəganların sevə-sevə toplaşdıqları yer ballar və teatr-
lardır. 
Bekkendorf: Əlahəzrəti tamamilə əmin edə bilərəm ki, 
onun bu ümumi Rusiya işi üçün xeyirxah məsləhətləri can 
başla yerinə yetiriləcəkdir. Bütün bunlardan başqa, indi tez-
tez  müxtəlif  quberniya  və  qəzalardan  da  kəndli  qiyamla-
rı, iğtişaşları barədə xəbərlər gəlir. Bu qiyam və iğtişaşlar 
bir neçə on il bundan qabaq bu qədər kütləvi və təhlükəli 
şəkil  almamışdı.  Görünür,  dekabr  üsyanında  kəndlilərin 
nümayəndələri  o  qədər  iştirak  etməsələr  də,  bu  üsya-
nın Rusiyada yaratdığı əks-səda onlara öz təsirini göstərə 
bilmiş dir. Odur ki, onların arasında da tez-tez xoşagəlməz 
hadisələr baş verir. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə