Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   2   3   4   5   6   7   8   9   ...   36

16
Nikolay:  Bəs  siz  bütün  bunlar  barədə  bir  qəti  tədbir 
görməmişsinizmi? Rus mujiklərinə həddini bildirmək vax-
tı  gəlib  çatmamışdırmı?  Əgər  biz  onlar  barədə  bir  tədbir 
görməsək onların könlündən Hökmdar olmağa qədər iddi-
alar keçər. 
Bekkendorf: Əlahəzrət bu barədə də özünü narahat hiss 
etməməlidir.  Biz  kəndlilərin  əksər  cəm  olunduğu  yerlərə 
də  öz  xəfiyyələrimizi  salmışıq.  Onlar  kəndlilərlə  yaxın-
lıq  edir,  onların  hər  bir  sirlərinə  bələd  olur  və  hər  cürə 
fikirlərini  öyrənirlər.  Özünü  kəndlilərə  dost  kimi  qələmə 
verdikdən sonra həmin xəfiyyələr onları çara və sahibkar-
lara qarşı itaətkarlıq etməyə çağırır. Bu vəzifənin icrasında 
dinin də xüsusi rolu vardır ki, bunu da keşişlərimiz – din 
xadimlərimiz mən deyərdim ki, ləyaqətlə yerinə yetirirlər. 
Əgər  kəndlilər  arasında  bir  iğtişaş  və  ya  qiyam  baş  verə 
bilərsə, bunu xəfiyyələrimiz tez bizə məlumat verirlər və 
biz də bu işin qarşısını almaqdan ötrü müxtəlif vasitələrdən 
istifadə edirik. Lakin bütün bunlarla yanaşı, onların arasın-
da yenə də həyəcanlı hadisələr baş verdiyi qeydə alınır. 
Nikolay: Cənab Bekkendorf, demək belə. Siz bu kəndli 
iğtişaşlarının qarşısını almaqdan ötrü müxtəlif vasitələrdən 
istifadə edirsiniz, lakin iğtişaşlar isə hələ də baş verməkdə 
davam edir. Demək, Rusiya artıq əvvəlki Rusiya deyildir. 
Belə olan təqdirdə isə biz də öz iş üsulumuzu dəyişməliyik. 
Daha  qəti  tədbirlərə  əl  atmalı,  daha  ciddi  və  müxtəlif 
vasitələrdən istifadə etməliyik. 
Bekkendorf: Elədir, əlahəzrət. Biz olduqca müxtəlif və 
məkrli  vasitələrdən  istifadə  etməliyik  və  edirik  də.  Həm 
də  belə  müxtəlif  vasitələrdən  istifadə  etməkdən  çəkin-
məməliyik.  Bunun  nəticəsidir  ki,  bütün  sərhədboyu  ra-
yonlarda xariclə əlaqəsi olan hər bir şəxs üzərində nəzarəti 


17
gücləndirməyi xəfiyyələrə tapşırmışam. Çünki sərhədboyu 
rayonlara yad əhval-ruhiyyə daha tez gəlib çatır və belə ra-
yonlarda şübhəsiz ki, xoşagəlməz hadisələr də tez-tez baş 
verir.  Əlahəzrətə  məlum  olsun  ki,  bax  elə  buna  görə  də 
sərhədboyu rayonlarda nəzarətimiz də güclüdür. 
Nikolay:  Bu  işiniz  də  tərifəlayiqdir,  cənab  Bekken-
dorf:  Lakin  dekabr  üsyanında  iştirak  edən  zadəganların 
hə   rə   kət ləri  mənə  elə  təsir  edib  ki,  hətta  çar  xəfiyyələrinə 
belə  etibarım,  inamım  o  qədər  də  qalmayıb.  Heç  olmasa 
xəfiyyələrinizin sədaqətli olmasına inanırsınızmı? Ehtiyat-
sızlıqdan dəyən zərbə heç bir əvəzlə zamanına görə ödənilə 
bilməz. 
Bekkendorf:  Bu  işlərimiz  də  hələlik  öz  qaydasında 
ge  dir,  əlahəzrət.  Bəzi  etibarına  o  qədər  də  inamım  olma-
yan xəfiyyələr üzərində başqa daha etibarlı, inanılmış xə-
fiy yələri  nəzarətçi  qoymuşam.  Lakin  əlahəzrətin  iradı  ilə 
əlaqədar olaraq öz işimizi daha da möhkəmləndirər, xəfiy-
yələrin sayını bir qədər də artırarıq. Bu işdə hər hansı qarşı-
ya çıxan çətinlik bizim üçün maneə olmamalıdır. Axı bura-
da dövlət işinə ciddi münasibət məsələsi həll olunur. 
Nikolay: Cənab Bekkendorf, artırmaq lazımdır, xəfiyyə-
lərin  sayını  artırmaq  lazımdır.  Qoy  Rusiya  başdan  başa 
xəfiyyələr ölkəsinə çevrilsin, ancaq inqilabi əhval-ruhiyyə, 
o vahiməli kabus rus torpağında məskunlaşa bilməsin. Ru-
siya əvvəlki itaətkar sadə Rusiya olaraq qalsın. Rus torpağı-
nın hökmdar mənəm. Mən öz ölkəmi belə görmək istəyirəm 
cənab Bekkendorf: 
Bekkendorf: Əlahəzrət, siz rus torpağını necə görmək 
istəyirsinizsə, rus torpağı elə də olacaqdır. İndiyə qədər rus 
torpağında kübar cəmiyyətin nümayəndələri – zadəganlar, 
yüksək rütbəli məmurlar, çar çinovnikləri ağalıq etmişlər. 


18
Bundan  sonra  da  biz  var  qüvvəmizlə  çalışacağıq  ki,  bu 
köh nə  adət-ənənə  pozulmasın,  yenə  də  əvvəlki  illərdəki 
kimi  Rusiyanın  müqəddəratı  bu  yüksək  dairəli  şəxslərin 
əlin də  olsun.  Rus  tarixinin  səhifələri  onların  əməlləri  ilə 
bəhrələnsin. 
Nikolay:  Cənab  Bekkendorf,  unutmamalısınız  ki,  çar 
taxt-tacı  kübar  cəmiyyətin  mənafeyini  müdafiə  edir.  Bir 
hökmdar kimi çıxardığım hökmlər də, verdiyim əmrlər və 
fərmanlar da onlar üçündür. Mujiklər həmişə mujik olmuş 
və mujik olaraq da qalacaqlar. Onlar yalnız özündən yuxarı, 
vəzifə sahibi tutan kəslər üçün işləməyə yarayırlar. Mənim 
torpağımda  kübar  cəmiyyətinin  üzvləri  isə  yalnız  ağalıq 
etmək  üçün  dünyaya  gəlmişlər.  Mən  nə  qədər  ki,  bu  bö-
yük, geniş və ulu rus torpağının hökmdarıyam bu belə də 
olacaqdır. 
Bekkendorf: Əlahəzrət, biz müti qullarınıza göstərdiyi-
niz  mərhəmət  və  iltifat  üçün  sizə  həmişə  duaçı  və  min-
nətdar  olmuşuq  və  bu  gün  də  minnətdarlıq.  Biz  öz  mü-
qəddəratımızın həmişə sizin əlinizdə olduğunu duyur və an-
layırıq. Anlayırıq ki, çar taxt-tacı həmişə kübar cəmiyyətin 
mənafeyini müdafiə edir. Biz də onun mərhəməti sayəsində 
xoş güzəranımızı təmin edirik. 
Nikolay: Mən sizin bu fikrinizlə şərikəm. Kübar cəmiy-
yətin nümayəndələri həmişə mənə qarşı nəzakətli və tərifə-
layiq  hərəkət  etmişlər.  Bu  sübuta  ehtiyacı  olmayan  bir 
dəlildir, lakin dekabr üsyanının iştirakçıları istisna olmaqla 
(Bir qədər əsəbiliklə). Bircə onlar çar taxt-tacı qarşısında öz 
ləyaqətsiz hərəkətlərini nümayiş etdirdilər. 
Bekkendorf: Əlahəzrətə yaxşı məlumdur ki, çar taxt-ta-
cına qarşı bu ləyaqətsiz hərəkətləri üçün onlar öz cəzalarını 
aldılar. Lakin ümumiyyətlə, biz ölkənin daxilində baş ve-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə