Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   2   3   4   5   6   7   8   9   ...   36

19
rən  iğtişaşların  qarşısını  hər  vasitə  ilə  almalıyıq.  Yoxsa 
bilməməzlikdən öz dar düşüncəsizliklərini nümayiş etdirən 
bu kobud kəndlilər öz kortəbii mübarizələri ilə heç özləri 
də  hiss  etmədən  ölkənin  daxilində  yaratdıqları  həyəcanlı 
hadisələrlə, nəinki onsuz da həll olunmuş öz talelərini, hətta 
taxt-tacın  da  müqəddəratını  təhlükə  altında  qoya  bilərlər. 
Buna görə də biz bütün səy və bacarığımızla çalışmalıyıq 
ki, çar taxt-tacı üçün təhlükə yarada bilən belə hadisələrin 
qarşısını alaq və taxt-tacın tamamilə təhlükəsizliyini təmin 
edək. Bütün yüksək dairəli rus cəmiyyətinin üzvlərinə yaxşı 
məlum olmalıdır ki, onlar çarın mərhəmətini və çar da on-
ların itaətkarlıqlarını qiymətləndirir, tutduqları mövqedə öz 
fəaliyyətlərini davam etdirməyə köməklik göstərir. Bunun 
üçün də çar taxt-tacını qorumalı və çara, onlara mərhəmət 
göstərdiyi üçün minnətdar olmalıdırlar. 
Nikolay: Cənab Bekkendorf, biz ölkənin daxilində baş 
verən  hadisələrin  qarşısını  almaq  üçün  müəyyən  qədər 
tədbirlər görmüşük. Həm də biz rus cəmiyyətinin də tərki-
bini kifayət qədər bilirik. Lakin biz özümüz üçün başlıca 
vəzifə  olaraq  müəyyənləşdirməliyik  ki,  xarici  ölkələrlə, 
xüsusilə inqilabi əhval-ruhiyyəli ölkələrlə münasibətdə eh-
tiyatsızlığa yol verməyək. Öz işimizi həmişə etibarlı tutma-
lıyıq. Unutmamalıyıq ki, taxt-tac üçün təhlükə yarada bilən 
bütün iğtişaşlar bizə xaricdən keçmişdir. Buna görə də biz 
bu  ölkələrlə  münasibətlərə  girəndə  qoyulan  məsələlərin 
hər birinə ciddi fikir verməliyik ki, son nəticə bizi məyus 
etməsin. 
Bekkendorf:  Siz  tamamilə  haqlısınız,  əlahəzrət.  Rus 
taxt-tacı üçün təhlükə xarici dövlətlər tərəfindən də həmişə 
gözlənilir  və  bunun  üçün  də  təbiidir  ki,  onlar  hər  vasitə 
ilə  ölkəmizin  daxilində  qalmaqal  salmağa  çalışırlar.  Elə 


20
buna görə də biz xarici dövlətlərlə münasibətlərə girəndə, 
xüsusilə  İngiltərə,  Fransa  və  Niderlandla  daha  ehtiyatlı 
və tədbirli hərəkət etməliyik. Yoxsa hər cürə gözlənilməz 
hadisənin qarşısını almaq üçün çətinlik çəkmiş olarıq. Bir 
də xarici dövlətlərlə bir sıra əlaqə və münasibətlərə girərkən 
sədaqətli  və  etibarına  inandığımız  şəxslərin  xidmətindən 
istifadə etməyə çalışmalıyıq. 
Nikolay: Mən, rus torpağının hökmdarıyam. Ona görə 
də öz vətənimin, Rusiyanın şöhrətlənməsi və qüvvətlənməsi 
naminə çalışmalıyam. Rus torpağında yaşayan yüksək dai-
rəli və geniş dünya görüşünə malik şəxslər bilməlidirlər ki, 
çar  taxt-tacının  qorunması,  birinci  növbədə  kübar  cəmiy-
yətin  qorunması  deməkdir.  Onlar  bilməlidirlər  ki,  çar  öz 
mərhəmət və qayğısını heç vaxt onlardan əsirgəməmişdir 
və həmişə onlar üçün xoş güzəran yaratmağa çalışmışdır. 
Bekkendorf:  Əlahəzrətin  mərhəməti  sayəsində  xoş-
bəxtik və bütün bunların müqabilində ona uzun ömür arzu 
edirik. Biz onun sədaqətli xidmətçiləri kimi həmişə çalış-
mışıq ki, bizim mənafeyimizi qoruyan taxt-tacı həmişə Al-
lahın  qüdrəti  və  mərhəməti  sayəsində  düşmənlərdən  hifz 
edək və məsələyə bu cür münasibətimizlə öz mənafeyimizi 
də  qorumuş  olaq.  Çar  həmişə  öz  mərhəmət  və  qayğısını 
mə nafeyini həmişə müdafiə etdiyi kübar cəmiyyətin nüma-
yəndələrindən əsirgəməmişdir. Ona görə də təbiidir ki, kü-
bar cəmiyyətinə mənsub hər bir vicdanlı və ləyaqətli şəxs də 
çar taxt-tacının şadıq qoruyucusu və müdafiəçisi olmalıdır. 
Çarın sərvət və səltənəti rus torpağında mövcud olduqca, 
biz də özümüzü həmişə xoşbəxt və firavan hiss edəcəyik. 
 


21
İkinci şəkil
Yenə də həmin otaq. Nikolay, Bekkendorf  və 
Uvarov söhbət edirlər.
Nikolay: Cənab Uvarov, unutmayın ki, bir xalq maarif 
naziri  vəzifəsini  icra  etməklə  yanaşı,  senzuraya  rəhbərlik 
işini də mən məsləhət görüb sizə həvalə etmişəm. Hamımı-
zın yaxşı bildiyi kimi, ədəbiyyat kütlələr arasında yayılan 
ən yaxşı vasitələrdən biridir. Ona görə də ümumiyyətlə, rus 
ədəbiyyatı, onda baş verən müxtəlif cərəyanlar haqqında, 
hər birimiz, rus xalqının ləyaqətli bir oğlu kimi, dərin və 
hərtərəfli biliyə malik olmalıyıq ki, bu müxtəlif cərəyanlar 
içərisində ən doğru yol hansı olduğunu duyaq və anlayaq. 
Məhz  bundan  sonra  Rusiya  üçün  təhlükəli  hesab  edilən 
cərəyanlara qarşı mübarizə apara bilərik. 
Uvarov: Əlahəzrət həmişə öz dərin düşünülmüş fikirləri 
və  ağıllı  məsləhətləri  ilə  bizim  üçün  bir  nümunədir.  Ona 
görə də müdrik, bir məsləhətçi kimi sizin dediklərinizi əsas 
tutaraq çalışacağam ki, etimadınızı doğruldum, öz vəzifəmi 
daha ləyaqətlə və vicdanla icra edim. Çox doğru buyurur-
sunuz  ki,  kütlələr  içərisində  ədəbiyyat  ən  sürətlə  yayılan 
vasitələrdən biridir və onun rus cəmiyyətinin inkişafında, 
onların  dünyagörüşlərinin  artmasında,  şüurlarının  oyan-
masında çox qüdrətli, təkrarolunmaz və geniş rolu vardır. 
Bizim vəzifəmiz isə ondan ibarət olmalıdır ki, ədəbiyyatın 
bu rolunun inkişafını daha düzgün istiqamətləndirək və onu 
tamamilə saflaşdıraq və büllurlaşdıraq. 
Nikolay: Rus ədəbiyyatında bizim üçün faydalı və qə-
na ətbəxş  olan  fikirlər  çoxdur,  lakin  bütün  bunlarla  yana-
şı,  ədəbiyyatda  da  inqilabi  əhval-ruhiyyəli  fikirlər  özünü 


22
göstərməkdədir. Təəssüflə də olsa qeyd etməliyik ki, kütlələr 
içərisində belə alovlu fikirlərə qarşı maraq göstərənlər də az 
deyillər. 
Bekkendorf:  Rusiyanın  daxilində  baş  verən  həyəcan-
ların  və  iğtişaşların  da  elə  başlıca  səbəblərindən  biri  də 
ədəbiyyatda  daha  tez-tez  görünməyə  başlayan  inqilabi 
əhval-ruhiyyəli  fikirlərin  yaratdığı  nəticələrdir.  Nə  qədər 
ki, ədəbiyyatda belə fikirlər meydan açıb, özünə yer tapıb 
Rusiyanın daxilində həyəcan dalğalarını yatırmaq o qədər 
də asan olmayacaqdır. 
Uvarov:  Tamamilə  doğru  buyurursunuz.  Son  zaman-
lar  ədəbiyyatda  inqilabi  əhval-ruhiyyəli  fikirlərə  meyl 
göstərənlərin sayı həddindən çox artmışdır. Belə ki, Avro-
pada meydana gələn bəzi “yad” fikirlər rus ədəbiyyatında 
qol-qanad açmaq istəyir. Bu isə hamımızın bildiyi kimi, rus 
cəmiyyəti üçün faydalı ola biləcək bir şey deyildir. Ruslar 
üçün  öz  rus  yazıçılarının  fikirləri,  düşüncələri  kifayətdir. 
Bizim milli mədəniyyətimiz heç də düşmənlərimizdən geri 
qalmır. Lakin bir sıra yazıcı və şairlərin daha odlu və alov-
lu fikirlərinə ədəbiyyatda yer verməməyimiz şərtlərdən biri 
olmalıdır. 
Nikolay: Cənab Uvarov, heç vaxt imkan verməyin ki, 
daha odlu-alovlu, inqilabi əhval-ruhiyyəli fikirlər ədəbiyyata 
gəlib çıxsın, rus ədəbiyyatının içərilərinə soxulmağa imkan 
tapsın. Bizdə deyəsən elə yad baxışlı, yad əhval-ruhiyyəli 
yazıçı və şairlər nəsli az da olsa yetişməkdədir. Belə yad 
baxışlı ünsürlərə qarşı qətiyyətlə mübarizə etmək lazımdır. 
Uvarov:  Əlahəzrətə  məlumdur  ki,  həmin  yad  əhval-
ruhiyyəli  ünsürlərin  bir  nəsli  öz  sözlərini  dekabr  üsyanı-
nın  iştirakçılarını  üsyana  hazırlamaqla  və  ruhlandırmaqla 
dedilər. Düzdür, biz onların cəzasını verdik, lakin hər halda 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə