Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   2   3   4   5   6   7   8   9   10   ...   36

26
çox böyük rol oynamışdır və onlar bu iş üçün canlarını fəda 
etməyə belə hazırdırlar. Bir sözlə, onlar çar idarə üsulunun 
qatı düşməni, sırf inqilabçı şair və yazıçılardılar. 
Nikolay: Ona görə də belə inqilabi əhval-ruhiyyəli yazı-
çı və şairləri izləməli, onların həyatı, fəaliyyəti və kimlərlə 
əlaqə saxlamaları barədə geniş məlumata malik olmalıyıq. 
Çünki bütün gördüyümüz bu tədbirlərlə biz çar taxt-tacını 
və kübar cəmiyyətin mənafeyini müdafiə etmiş olarıq. Bu-
nun üçün isə biz öz qüvvələrimizi həmişə birləşdirməli və 
hər cürə gözlənilə bilən mübarizəyə hazır olmalıyıq. Cənab 
Uvarov, senzuraya ciddi rəhbərlik etməklə isə dekabr silahlı 
üsyanı kimi, bəlkə də ondan da qüvvətli ola biləcək gələcək 
inqilabı Rusiyadan mümkün qədər uzaqlaşdıra bilməyə səy 
etməliyik. İnqilabi əhval-ruhiyyəli bir əsər heç bir zaman 
işıq üzü görməməlidir. Bunu Rusiyanın hökmdarı Nikolay 
deyir. Belə əsərlər əlyazmaları ilə birlikdə məhv edilməli 
,müəlliflərinə ciddi divan tutulmalıdır. 
Bekkendorf:  Əlahəzrət  öz  coşqunluğu  və  vətənpərvər 
hissləri ilə damarlarında rus qanı axdığını hiss etdirdi. Do-
ğurdan da Rusiyanın layiqli bir vətəndaşı kimi, əlahəzrətin 
göstərdiyi yolla hərəkət etmək, onun müdrik məsləhətlərini 
əldə əsas tutaraq irəliləmək ölkənin daxili vəziyyətini ni-
zama salmaq üçün yeganə, görülməsi lap bu gündən lazım 
olan bir işdir. 
Uvarov:  Mən  də  əlahəzrətin  göstərişlərini  özümə  bir 
mayak  hesab  edib  senzura  üzərində  öz  nəzarətimi  daha 
da gücləndirməklə inqilabi əhval-ruhiyyəli fikirləri müm-
kün  qədər  Rusiyadan  uzaqlaşdırmağa  çalışacağam.  Bu 
görülməsi lazım olan birinci vəzifə olaraq, əlahəzrətin qeyd 
etdiyi kimi, həm çar taxt-tacının qorunması, həm də kübar 
cəmiyyətinin mənafeyinin müdafiə olunması deməkdir. 


27
Nikolay:  Mənim  yuxarıda  adları  xüsusilə  qeyd  edilən 
inqilabçı yazıçı və şairlər içərisində ən çox nifrətimə layiq 
olan A.S.Puşkindir.  Bir  hökmdar  kimi  mən  onun  yazdıq-
larında, cəsarətini öz davranış və söhbətlərində həddindən 
artıq  büruzə  verməsində,  taxt-taca  qarşı  bir  nəzakətsizlik 
hiss edirəm. Hiss edirəm ki, onun baxışları bizim üçün yad, 
düşüncələri isə bizim üçün dumanlıdır. Bunu mən onunla 
bir dəfə xüsusi söhbətimiz zamanı duydum və hiss etdim. 
Mən ona sual verdikdə ki, A.S.Puşkin əgər siz dekabr si-
lahlı  üsyanı  zamanı  Peterburqda  olsaydınız  nə  edərdiniz? 
O  isə  mənə  nəzakət  çərçivəsini  belə  gözləmədən  dedi:  – 
Əlahəzrətə məlum olsun ki, əgər mən 1825-ci il dekabr si-
lahlı üsyanı baş verən zaman Peterburqda olsaydım heç də 
şübhə etmirəm ki, Rusiyanın qabaqcıl fikirli, ən ləyaqətli 
vətəndaşları  ilə  birlikdə  Senat  meydanında  olardım.  Bu 
onun tərəfindən çox böyük cəsarət və çar taxt-tacına qar-
şı edilən kobud nəzakətsizlik idi. Bəli, heç də mən bütün 
bunları unutmamışam və unuda da bilmərəm. Düzdür, mən 
A.S.Puşkindən əvvəllər bir saray şairi kimi istifadə etmək 
fikrindəydim. Onu da etiraf edim ki, o, həqiqətən istedad-
lı bir şairdir. Lakin çox təəssüflər olsun ki, onun istedadı 
tamamilə başqa istiqamətə, bizim əksimizə yönəlmişdir. Bu 
isə onun özünə tərəf çevrilən bir silahdır və gec-tez onun 
labüd məhvinə səbəb olacaqdır. 
Bekkendorf: Əlahəzrətin qeydlərindən məlum olur ki, 
A.S.Puşkin çox cəsarətli və inqilabi əhval-ruhiyyəli bir şa-
irdir. Bütün bu keyfiyyətlər isə çar üsuli-idarəsinə yad oldu-
ğundan, demək A.S.Puşkin də çar taxt-tacının düşmənidir. 
Onun inqilabi əhval-ruhiyyəli fikirləri rus cəmiyyəti üçün 
çox mənfi təsir edə bilər və bu, gələcək inqilabçılar nəslinin 
yaranmasında çox böyük rol oynaya bilər. Ona görə də belə 


28
bir əhval-ruhiyyəli şair ədəbiyyatda özünə yer tapmamalı-
dır. Belələri bizim Rusiya üçün lazım deyil. 
Uvarov:  Mən  ədəbi  senzura  üzərində  rəhbərlik  edən 
məsul şəxs kimi həmişə səylə çalışmışam ki, rus ədəbiy-
yatında  inqilabi  əhval-ruhiyyəli  heç  bir  fikir  özünə  yer 
tapmasın. Bu cəhətimi xüsusiyə A.S.Puşkin üzərində daha 
ciddi və dəqiq yerinə yetirməyə çalışmışam. Onun inqila-
bi  əhval-ruhiyyəli,  odlu-alovlu  fikirlərini  rus  mətbuatının 
səhifələrindən uzaqlaşdırmaq tarixi bir vəzifə kimi mənim 
borcumdur və mən həmişə rus xalqının layiqli bir vətəndaşı 
kimi  bu  vəzifənin  öhdəsindən  bacarıqla  gəlmək  üçün 
həyatımdan çox şeyi qurban verməyə hazıram. Unutmama-
lıyıq ki, biz kübar cəmiyyətin nümayəndələri özümüzün və 
övladlarımızın  gələcək  xoş  güzəranını  təmin  etmək  üçün 
belə inqilabi əhval-ruhiyyəli fikirlərə qarşı ardıcıl mübarizə 
aparmalıyıq. Qoymamalıyıq ki, Rusiyanın tarixi inkişafın-
da sensasiya baş versin. 
Bekkendorf:  Bundan  başqa,  A.S.Puşkin  bizim  üçün 
ona görə qorxuludur ki, o, sadə rus xalqının rəğbətini qa-
zana bilmişdir. Böyük rus xalqı içərisində onu sevən, ona 
pərəstiş edən şəxslər rus dövlət aparatında işləyən yüksək 
vəzifə sahibi olan məmurlardan tutmuş təhkimli, avam rus 
kəndlilərinə  qədər  hər  bir  təbəqədə  vardır.  Budur,  Puşki-
ni  Puşkin  edən,  budur  Puşkini  yazmağa  ruhlandıran,  ona 
cəsarət  verən.  Bəli,  Puşkinin  oxucuları  Rusiyada  çoxdur. 
Lap çox. Onu Rusiyada sevə-sevə oxuyurlar. Çünki onun 
əsərlərində demək olar ki, tamamilə əksər rus yazıçılarının 
əsərlərindən fərqli olaraq nəsə yeni bir nəfəs duyur, yeni bir 
hiss kəşf edirlər. Elə buna görə də Puşkin bizim üçün qorxu-
ludur. Onun əsərlərində inqilab dalğaları kükrəyib daşır. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə