Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

29
Nikolay: Lakin cənab Bekkendorf, A.S.Puşkin rus xalqı 
üçün nə qədər əziz, əsərləri nə qədər sevilə-sevilə oxunan 
bir  sənətkar  ola  da  mənim  üçün  inqilabi  əhval-ruhiyyə 
toxumu səpən bir əkinçi timsalındadır. Öz əsərləri ilə xalq 
arasında  inqilabi  əhval-ruhiyyəli  fikirlər  yayan,  xalqı  öz 
yolundan  sapındırmağa  çalışan  bir  şair  bizə  lazım  deyil-
dir. Belə bir əhval-ruhiyyəli şairi ya mərkəzdən tamamilə 
uzaqlaşdırmaq, ya da ki, onu məhv etmək lazımdır. Özünün 
qeyd  etdiyi  kimi,  əgər  Puşkin  Rusiyasız  yaşaya  bilməsə, 
onda biz onu məhv edərik. O zaman Rusiya Puşkinsiz yaşa-
ya bilər. Öz nəzakətsiz hərəkətləriylə, hökmdar qarşısında 
cəsarətli sözləri ilə varlığı bəlli olan bir kəs məhv olmalı-
dır. Cənab Bekkendorf, unutmayın ki, bu Nikolayın fikridir. 
Lakin bir şərtlə, bu işi imkan daxilində elə görmək lazımdır 
ki,  az  qala  Rusiyanın  yarısını  əhatə  edən  Puşkinpərəstlər 
bu  işdən  qəzəblənib,  öz  hiddətlərini  müəyyən  vasitə  ilə 
bildirməsinlər. 
Bekkendorf: Əlahəzrətin göstərişlərini həmişə can baş-
la yerinə yetirməyə hazırıq. Biz öz hərəkətlərimizlə sübut 
edərik ki, Rusiya Puşkinsiz də elə həmin Rusiya olaraq qa-
lacaq və yaşayacaqdır. Özü də bu işi imkan daxilində, heç 
kəsi  şübhələndirmədən,  heç  kəsi  başqa  səbəb  düşünməyə 
vadar edən bir iz qoymadan edərik. 
Uvarov: Əlahəzrətin məsləhətləri çox doğru və müdrik-
dir.  Puşkini  məhv  etməklə  biz  Rusiyada  yetişməkdə  olan 
bir qrup inqilabçılar nəslinə də zərbə endirmiş olarıq. Bu, 
bizim üçün hərtərəfli mənfəət verə biləcək bir variantdır. 
Nikolay: Yox, Rusiya artıq əvvəlki Rusiya deyildir. Get-
dikcə bu mənə daha çılpaqlığı ilə aydınlaşmaqdadır. Ölkənin 
müxtəlif yerlərində tez-tez baş verən iğtişaşlar, ədəbiyyatda 
özünə  yer  açmaq  istəyən  inqilabi  əhval-ruhiyyəli  fikirlər 


30
bir  daha  aydın  sürətdə  göstərdi  ki,  Rusiya  artıq  əvvəlki 
Rusiya deyildir. Bir hökmdar kimi isə mən qətiyyən belə 
bir vəziyyətə dözə bilmərəm. Bu barədə ciddi düşünmək, 
mühakimə  yürüdüb  tədbir  görmək  lazımdır.  Elə  etmək 
lazımdır ki, rus cəmiyyətinin daxilində çar taxt-tacı üçün 
qorxu törədə biləcək inqilabçılar nəsli yetişməsin. Bəli, Ni-
kolayın hökmdarlıq etdiyi Rusiya belə bir Rusiya olmalıdır. 
Cənab  Bekkendorf,  ölkənin  daxili  vəziyyəti  bizdən  tələb 
edir  ki,  bir-birimizlə  daha  sıx  birləşək,  əlaqələrimiz  daha 
möhkəm olsun. Çünki ölkənin daxilində baş qaldıran inqi-
labi əhval-ruhiyyəli şəxslərə qarşı birgə mübarizə aparmaq 
lazımdır. Düzdür, onların qüvvəsi bizə nisbətdə o qədər də 
böyük deyildir, lakin hər halda biz heç vəchlə ehtiyatı əldən 
verməməliyik. Əks təqdirdə, sonrakı peşmançılığımız üçün 
əzab çəkmiş olarıq. 
Bekkendorf:  Əlahəzrətin  hər  bir  qeydi  bizim  üçün 
hökm  dür. Mən çalışaram ki, Rusiyanın hal-hazırkı vəziy-
yəti  barədə  hər  gün  məlumat  alıb  əlahəzrətə  çatdırım. 
Ru si yada  inqilabi  əhval-ruhiyyəli  axın  hərəkətdədir.  Biz 
bu  axının  qarşısını  almaq  üçün  yalnız  öz  qüvvələrimizi 
birləşdirməliyik. Yoxsa dekabr üsyanından da daha güclü bir 
üsyanın təkanına məruz qalarıq. Bundan başqa, ədəbiyyat 
da bu üsyanın yaranmasına zəmin hazırlayan vasitələrdən 
biridir. Ədəbiyyatda baş verən hadisələr barədə də hər vaxt 
məlumatımız olmalıdır. 
Nikolay: Cənab Bekkendorf çox haqlı olaraq qeyd etdi 
ki, ədəbiyyatda baş verən hadisələr barədə də hər vaxt mə-
lu matımız olmalıdır. Zamanla daha tez ayaqlaşan, kütlələr 
içərisində daha tez yayılan ədəbiyyat üzərində hər vaxt daha 
sərt və ciddi nəzarətimiz olduqca lazımlı şərtlərdən biridir. 
Ədəbiyyat  üzərində  ciddi  nəzarət  qoymaq,  onu  istədiyin 


31
istiqamətdə inkişaf etdirmək elə həmin ədəbiyyatla mənəvi 
cəhətdən qidalanan xalqın özünün inkişafını istədiyin inki-
şafa yönəltmək deməkdir. Cənab Uvarov, rus ədəbiyyatında 
hər bir xırda yenilik barədə mənə sərasər məlumat vermə-
lisiniz.  Bu  sizin  üçün  Rusiyanın  hökmdarı  Nikolayın  və 
o  cümlədən  mənafeyini  müdafiə  etməyə  çalışdığınız  kü-
bar cəmiyyətin nümayəndələrinin tapşırığıdır. Siz bu tap-
şırığı  yerinə  yetirməklə  mənə  və  mənim  simamda  kübar 
cəmiyyətin nümayəndələrinə öz rəğbətinizi bildirmiş ola-
caqsınız. 
Uvarov: Əlahəzrətin verdiyi tapşırıqla əlaqədar olaraq 
mən bacardığım qədər çalışaram ki, Rus ədəbiyyatında baş 
verən  ən  xırda  yeniliklərə  qədər  müntəzəm  surətdə  çara 
məlumat verəm, əlaqələrimizi daha da möhkəmləndirəm. 
Bekkendorf:  Bizim  bir-birimizlə  əlaqələrimizin  möh-
kəmlənməsi  birinci  növbədə  çarla  əlaqə  saxlamağımız, 
onun müdrik məsləhətlərini dinləməyimiz, hər cür inqilab, 
fəaliyyətdə olan şəxslərə qarşı dəhşətli zərbə endirə biləcək 
qədər bir qüvvəyə malikdir. Xüsusilə biz öz qüvvələrimizi 
ədəbiyyat sahəsində daha da möhkəmləndirməliyik. Çün-
ki ədəbi əsərlər xalq kütlələri içərisində daha tez yayılır və 
xalqa mənəvi cəhətdən çox təsir göstərir. Ona görə də daha 
səylə  çalışmalıyıq  ki,  ədəbiyyat  yalnız  kübar  cəmiyyətin 
mənafeyini  müdafiə  edən  əsərlərə  istiqamətlənsin  və 
təşəkkül tapsın. Çünki yalnız bu yolla biz kütlələr içərisində 
öz  təbliğatımızı  müəyyən  səmtə  istiqamətləndirə  bilərik. 
Əks təqdirdə, bizim üçün böyük rol oynaya bilən ən əsas 
sahələrdən birini itirmiş olarıq. 
Uvarov: Cənab Bekkendorf, bu iş nə qədər məsuliyyətli 
iş olsa da, bir o qədər də çar taxt-tacı qarşısında şərəfli bir 
işdir. Biz bu işi həyata keçirməklə çar taxt-tacının müdafiəsi 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə