Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

32
üçün qabaqlayıcı bir addım atmış oluruq. Elə bir addım ki, 
bu addımın atılması çoxdan lazımmış. Bunu dekabr silahlı 
üsyanı bizə aydın şəkildə göstərdi. Bir-biriylə əlaqə saxla-
maq məsələsinə gəlincə isə biz çalışmalıyıq ki, əlaqələrimiz 
daha sıx və möhkəm olsun. 
(Aşağıda A.S.Puşkinin ruhunun adından deyəcəyim söz-
lər şəxsən yazı əlyazmadan köçürülən zaman A.S.Puşki nin 
ruhu  vasitəsilə  mənə  çatdırıldı.  Onun  ruhu  mənə  həm  də 
onun həyatı ilə ilgili bu əsərin köçürülməsinə icazə, ümumi 
anlamda isə halallıq verdi). (Onu da qeyd edim ki, bu yazını 
bir dəfə bura qədər, iki dəfə isə bir neçə səhifə kompüterə 
köçürdüyüm zaman, əsərə qoyduğum addan savayı qalan 
bütün yazılar təmiz itdi. Bu işdən başı çıxan adamlar da 
onun səbəbini axtarıb tapa bilmədilər. Yalnız onun ruhunun 
aşağıda qeyd edəcəyim sözlərindən və halallığından sonra 
yazını davam etdirə bildim). 
A.S.Puşkinin ruhu (bu onlara aiddir Nikolaya, Uvaro-
va və Bekkendorfa). Möhkəmlənmiş əlaqə potensialı güc-
ləndirir (bu isə mənə aiddir). Amma Puşkin də elə Puşkin-
dir. O zirvədir. Görək nəyə qadirik?!
Nikolay: Ümumiyyətlə, istər ölkənin daxilində baş ve-
rən iğtişaşlar, istərsə də ədəbiyyatda qeydə alınan inqilabi 
əhval-ruhiyyəli  fikirlər  barədə  mənə  müntəzəm  məlumat 
vermək  və  məsləhətləşmək  barədə  sizə  tapşırıq  verirəm. 
Çalışın məlumatlarınızı hər vaxt, həmişə xüsusilə daha eti-
bar etdiyiniz, inandığınız şəxslərdən alasız və həm də onla-
rın dəqiqliyini və dürüstlüyünü bir daha yoxlayasınız. Bü-
tün bu əməliyyatlardan sonra öz məlumatlarınızı mənə bil-


33
dirin. Biz də bir yerdə əyləşib müəyyən fikrə gələk, nəticə 
çıxaraq. 
Bekkendorf:  Bütün  göstərişləriniz  can-başla  yerinə 
yetiriləcəkdir əlahəzrət. Çalışacağıq ki, sizə müntəzəm ola-
raq öz məlumatlarımızı çatdıraq və müdrik məsləhətlərinizə 
qulaq asaq, göstərdiyiniz yolla hərəkət edək. Bu həm də bi-
zim xidməti vəzifəmizdir. 
Nikolay: Cənab Bekkendorf,  Rusiyada mənim qoydu-
ğum qayda-qanunun əksinə getmək istəyən hər bir şəxslə 
ciddi  hesablaşmaq  lazımdır.  Çalışın  hər  vasitə  ilə  belə 
şübhəli  kəsləri  izləyin  və  mümkün  qədər  səssiz  soraqsız 
məhv  edin.  Qoy  bu  sərt  rəftarımız  çar  qanunlarına  zidd 
getmək istəyən hər bir şəxs üçün ibrət dərsi olsun. Heç bir 
şeydən çəkinmək lazım deyildir. Siz hər vaxt Rusiyanın çarı 
Nikolayın köməyinə arxalana bilərsiniz. Ümumiyyətlə, Ru-
siyada baş verən hər bir inqilabi fikir, hər bir qiyam, üsyan 
təhlükəsi barədə sayıq olun və belə bir vəziyyətin yaran-
masında əlaqələri olan şəxslər barədə məlumat verin. Belə 
şəxslərdən biz öz cəza tədbirimizi aydındır ki, əsirgəmərik. 
Yenə  də  təkrar  edirəm  siz  işlərinizdə  mənim  köməyimə 
arxalanacaqsınız. 
Bekkendorf:  Əlahəzrətin  müdrik  məsləhətlərini  əsas 
tutaraq hər cür inqilabi əhval-ruhiyyəli fikirləri Rusiyadan 
uzaqlaşdırmaq  üçün  var  qüvvəmlə  və  bacardığım  qədər 
səylə çalışacağam. Çara, onun ayrı-ayrı yerlərdə vəzifə ba-
şında olan nümayəndələrinə, hər cür pis fikirlə, pis niyyətlə 
fəaliyyət  göstərən  şəxslərə  qarşı  amansız  olacağıma  söz 
verirəm.  Söz  verirəm  ki,  rus  torpağının  hər  qarışında  öz 
xəfiyyələrimin  nəzarətini  daha  da  gücləndirəcəm  və  çar 
taxt-tacının sadiq və sədaqətli bir nümayəndəsi kimi həmişə 
onun  təhlükəsizliyini  qoruyacağam.  Əgər  lazım  gəlsə  öz 


34
canımı  belə  əlahəzrətin  –  bizim  müdrik  məsləhətçimizin, 
xeyirxahımızın yolunda əsirgəməyəcəyəm. 
Nikolay:  Cənab  Bekkendorf,  bütün  bunlardan  başqa 
xariclə,  bizim  üçün  təhlükəli  fikirlərin  mövcud  olduğu 
qonşu  dövlətlərlə,  pis  niyyətlə  əlaqə  saxlayan  şəxslərlə 
xüsusilə amansız olmalıyıq. Çünki bizim sadə və itaətkar 
Rusiya bu xaricdən keçmə yad əhval-ruhiyyənin təsiri al-
tında  öz  əvvəlki  sakitliyini  itirmiş  və  çar  taxt-tacı  üçün, 
onun yerlərdə ayrı-ayrı nümayəndələri üçün təhlükə törədə 
biləcək bir vəziyyətə gəlib çıxmışdır. Elə bir vəziyyətə gəlib 
çıxmışdır ki, Rusiyanın belə bir vəziyyətini ən uzaq görən 
və  Rusiya  üçün  həddindən  artıq  çox  iş  görmüş  çar  Pyotr 
(söhbət Rusiya üçün əvəzsiz xidmətləri olan dəli Pyotrdan, 
yəni I Pyotrdan gedir. – red.) belə təsəvvür edə bilməzdi. 
Ona  görə  də  yenə  də  təkrar  edirəm  cənab  Bekkendorf, 
xariclə pis niyyətlə əlaqəsi olan hər bir şəxsi izləyin və on-
larda sübhə doğuran bir şey tapılsa, ən azı sürgün cəzası ilə 
cəzalandırılmalıdır. Yoxsa biz öz həlim davranışımızla çar 
üsuli-idarəsinin məhvinə doğru yol açmaqdan başqa bir iş 
görmüş olmarıq. 
Bekkendorf:  Əlahəzrət  çox  doğru  buyurur,  Rusiyanın 
daxilində baş verən belə həyəcanlı hadisələrə səbəb, birinci 
növbədə, xaricdən keçmiş yad fikirlərim yaratdığı dalğadır. 
Biz bu dalğanı öz sərt rəftarımızla Rusiyada sakitləşdirməli 
və xaricdən gələn axının qarşısını almalıyıq. Bunun üçün də 
əlahəzrətin də qeyd etdiyi kimi, sərt və amansız rəftarımız 
olduqca lazımdır. Cəza tədbirlərinə gəlincə isə bunlar baş-
qaları üçün də ibrət dərsi olar və ya əgər yanlış yol tutmuş-
larsa, onların da son aqibətinin sürgün və ölüm cəzası oldu-
ğunu anlayarlar. Bunun isə əhəmiyyəti çox böyükdür. 


35
Nikolay: Cənab Uvarov, siz də ədəbiyyat sahəsində öz 
fəaliyyətinizi  xüsusilə  genişləndirməlisiniz.  Ədəbiyyatda 
inqilabı əhval-ruhiyyəli əsərlərlə çıxış etmək istəyən hər bir 
kəs bizim amansız və sərt rəftarımıza məruz qalmalıdır. İnqi-
labi əhval-ruhiyyəli yazıçı və şairləri aradan götürmək və ya 
sürgün etmək məncə daha yaxşı olardı. Lakin hər halda bü-
tün bunları müəyyən vaxt və şəraitin yetişdiyi bir zamanda 
etmək daha düzgün olardı. Çünki bu yazıçı və şairlərin Rusi-
yada inqilabi əhval-ruhiyyənin yayılması üçün oynadığı rol 
ölçüyəgəlməz dərəcədə dəhşətlidir. Biz öz fəaliyyətimizlə 
bu  rolun  icrasından  yaranan  işi  heçə  endirməliyik.  Elə 
etməliyik ki, Rusiyada inqilabi əhval-ruhiyyəli heç bir ya-
zıçı və şair cəsarət edib mətbuat səhifələrində çıxış etməsin, 
öz varlığını bəyan etdirə bilməsin. 
Uvarov:  Əlahəzrətin  göstərişlərini  əsas  tutaraq  çalış-
malıyıq  ki,  çar  Rusiyası  üçün  ləkə  gətirən  bu  yazıçı  və 
şairləri əl-qol açmağa qoymayaq, qolunu hökmdarın verdi-
yi qanunlar və fərmanlarla qandallayaq. Elə edək ki, Rusi-
ya üçün taun xəstəliyi qədər qorxulu olan bu şəxslər imkan 
tapıb geniş xalq kütlələrinin beynini öz bəd niyyətləri ilə 
zəhərləməsinlər. 
Nikolay: Ümumiyyətlə, hələ öz kiçik zərbələri ilə yal-
nız  qayıqlar  üçün  təhlükəli  olan  bir  dalğanın  böyüyüb 
ən  iri  gəmilər  üçün  belə  qorxu  törədəcək  bir  fırtınaya 
çevrilməsinin qarşısını almalıyıq. Rusiya bir daha inqilabi 
böhran vəziyyətinə düşməməlidir. Rus torpağında bir daha 
çar  taxt-tacına  qarşı  çıxışlar,  iğtişaşlar  baş  verməməlidir. 
Bir  çar  kimi  ölkəni  istədiyim  kimi  idarə  etmək  mənim 
səlahiyyətimdədir.  Mənafeyini  müdafiə  etdiyim  bir  sinif 
kimi çar taxt-tacını, onun Rusiyada varlığını müdafiə etmək 
isə sizin vəzifənizdir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə