ƏLİxan musayev şƏRİƏt risaləSİ TƏharət və namazin xülasəSİ


Nə zaman təyəmmüm etmək olar?



Yüklə 0,84 Mb.
səhifə4/7
tarix23.01.2018
ölçüsü0,84 Mb.
#21924
növüXülasə
1   2   3   4   5   6   7
Nə zaman təyəmmüm etmək olar?


1. Su tapılmadıqda və ya istər qüsl, istərsə də dəstəmaz alaraq paklaşmağa kifayət qədər su olmadıqda;152
2. Dəstəmaz almalı, yaxud qüsl etməli adam yaralı və ya xəstə olduqda halının pisləşməsindən, yaxud xəstəliyinin uzanmasından qorxduğu zaman;153
3. Hava çox soyuq olduqda, dəstəmaz alan, yaxud qüsl edən adam soyuq sudan istifadə etdiyi təqdirdə ona zərər toxunacağın­dan qorxduqda, yaxud sudan istifadə etmək (qızdırmaq və s.) im­kanı olmadıqda.154

Uca Allah buyurur:




«…özünüz özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!»155
4. İçməli su sarıdan korluq çəkdikdə, xörək bişirmək üçün su çatmadıqda və digər zəruri məqsədlərdən ötrü suya ehtiyac olduq­da;156
5. Yaxınlıqda olan suya çatmaq mümkün olmadıqda, məsələn: düşmənin və ya yırtıcı heyvanın onun suya yaxınlaşmasına mane olduğu, yaxud canı, namusu və malından qorxduğu halda, həbsdə olduqda, yaxud suyu quyudan çıxarmağa gücü çatmadıqda və s.157
Təyəmmümü batil edən amillər 158
Əvvəldə göstərilmiş dəstəmaz və qüslü batil edən amillər təyəmmümü də batil edir.

Bura su tapılmadığı halda təyəmmüm edilmişsə, su tapılandan sonra onun batil olmasını və sudan istifadə etməyə imkanı olmadığı üçün təyəmmüm etmiş adamın bu imkanı əldə etməsini də əlavə etmək olar.

Təyəmmüm edib namaz qılmış şəxs su tapılandan sonra təyəm­m­­ü­mlə qıldığı namazı təkrar etməməlidir.

Təyəmmüm alınan namazın vaxtının çıxması həmən təyəmmü­mü batil etmir.


Təyəmmüm etməyin qaydası
Niyyət edib159 [bismilləh]160 demək. Sonra ovucların içini təyəm­müm üçün seçilmiş yerə bir dəfə vurmaq.161 Onlara yapışmış toz-torpağı üfürüb və ya bir-birinə çırpıb təmizləmək.162 Sonra əlləri üzə çəkmək və bir-birinə sürtmək.163

Təyəmmüm yalnız təmiz torpaq164 və buna bənzərlə165 edilməli­dir.

Su ola-ola səbəbsiz yerə təyəmmüm almaq şəriətə müxa­lifdir və bu cür qılınan namaz batildir. Ona ğörə də hətta nama­zın vaxtı çıxırsa da qüsl və ya dəstəmaz əvəzinə təyəmmüm etmək olmaz.166 Su ilə qüsl və ya dəstəmaz alıb sonra namaz qılınmalıdır.

« N A M A Z »
Uca Allah buyurur:

«Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgun din budur!»167

İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahınin olmaması və Məhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq!»168

Malik ibnu-l-Huveyris (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!…»169


Namaz kəlməsi iki cür izah olunur:

Lüğəti mənası dua deməkdir.170 Dində isə (istilahi mənada) «məlum (xüsusi) olan kəlmələri ifadə etmək və hərəkətləri yerinə yetirməklə, təkbirlə başlanıb təslimlə qurtaran ibadətə deyilir.171

Namaz qılmaq, həddi-büluğa çatmış, ağlı başında olan hər bir müsəlmana vacibdir.

Uca Allah buyurur:




«…Namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edil­mişdir172

Ömər ibnu-l-Xəttab (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi-büluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs…»173


Namazın şərtləri
1. Təharətli olmaq (qüsl və ya dəstəmazlı, və ya onları əvəz edən təyəmmümlü olmaq);174

Səhvən və ya bilərəkdən bu şərti tərk edənin namazı batildir.


2. Hər namazı vaxtında qılmaq;

Uca Allah buyurur:




«…Namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edil­mişdir175

Əbu Amr əş-Şeybani176 Abdullah ibn Məsudun (r.a) evini göstərib dedi: «Bu evin sahibi bizə dedi ki, mən Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - hansı əməlin Allah yanında daha sevimli olduğunu soruşdum. O dedi: "Vaxtında qılınan namaz"…»177

Səhvən və ya bilərəkdən vaxtından tez qılınan namaz batil­dir.178

* Vaxtından gec isə yalnız üzrlü səbəbə görə namaz qılmaq olar (yatıb qaldıqda, unutduqda, cərrahiyə əməliyyatında və s. bu kimi çox zəruri hallarda).

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Namazını unudan xatırladığı zaman onu qılsın! Uca Allah buyurmuşdur: "Məni xatırladıqda (anmaq üçün) namaz qıl!"179»180
3. Bədəni, paltarı və namaz qılınan yeri nəcasətdən (murdarlıqdan) təmizləmək;

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Sizdən birinizin dəstəmazı pozulduqda dəstəmaz al­ma­­yınca Allah onun (dəstə­mazsız qıldığı) namazını qəbul et­məz»181

Uca Allah buyurur:


«Libasını təmizlə»182

Uca Allah buyurur:





«İbrahimə və İsmailə: "Evimi [Kəbəni] təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün [bütlərdən və nəcasətdən] təmizləyin!" – deyə tövsiyə etdik.»183

Yalnız bilərəkdən paltarı, ya bədəni, yaxud da namaz qılınan yeri nəcasətdən (murdarlıqdan) təmizləmədən qılınan namaz batildir.184 Səhvən və ya unutqanlıqdan belə halda qılınan namaz batil olmur.


4. Ayıb yerlərini (övrəti185) örtmək;

Uca Allah buyurur:




«Ey Adəm oğulları! Hər ibadət vaxtı (namaz qıldıqda, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyinin!..»186

Libasın vəsfi:

* Əzaları göstərən şəffaf və ya dar olmamalı;

* Natəmiz olmamalı;

* Haram olmamalı (İpək (yalnız kişilərə), kafirlərə məxsus olan geyim, qəsb edilmiş, oğurlanmış və s. geyimlər);

* Narahat edən, zərərli olmamalı (bədəni dalayan, tikanlı və s.).

Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Allah, hicabsız namaz qılan həddi-büluğa çatmış qadının namazını qəbul etməz!»187
* Hicabın şərtləri:

1. Əl və üzdən başqa bütün bədən üzvlərini örtməli;

2. Zinətli olmamalı;

3. Dar olmamalı;

4. Kişilərə və ya kafir qadınlara məxsus geyimlərə oxşama­malı;

5. Şəffaf olmamalı;

6. Diqqəti cəlb edici olmamalı;

7. Ətirlənmiş olmamalı.

Qeyd etmək lazımdır ki, yalnız birinci və beşinci bəndə riayət etmədikdə namaz batil olur.188

Qadın bu şərtlərə yalnız ona naməhram olanların yanında riayət etməlidir. Ona məhrəm olanların yanında isə şəriətin qoy­duğu həddi aşmamaq şərtilə istədiyi kimi geyinə bilər. Yalnız həyat yoldaşı müstəsnadır. Onun yanında istənilən libası geyinə bilər.


Övrət yerinin açılması namazı batil edirmi?

a) Övrət yeri bilərəkdən açılarsa bu halda namaz batil olur. Bu halda onun az və yə çox miqdarda olması, üstündən az və ya çox vaxt keçməsi heç bir əhəmiyyət kəsb etmir. İstənilən halda bu, namazı batil edir.

b) Övrət yeri az miqdarda səhvən açılarsa bu halda namaz batil olmur.

v) Övrət yeri çox miqdarda səhvən açılar, və üstündən az vaxt keçərsə yenə namaz batil olmur.

q) Övrət yeri çox miqdarda səhvən açılar, və üstündən çox vaxt keçərsə bu halda namaz batil olur."189

Qeyd: "Üstündən az və ya çox vaxt keçərsə" – dedikdə namaz əsnasındakı vaxt qəsd olunur.


5. Qibləyə tərəf durmaq.

Uca Allah buyurur:






«Hər hansı bir yerə getdikdə [namaz vaxtı] üzünü Məscidül­hərama [Kəbəyə] tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır.»190

Aşağıdakı hallarda qibləyə tərəf durmaq şərt deyil:

a) Qorxu olduqda (düşməndən, vəhşi heyvandan və s.);

Uca Allah buyurur:






«Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (nama­zınızı) piyada gedə-gedə və ya minik üstə qılın. (Təhlükədən sovuş­mağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Quran və peyğəmbər vasitəsilə) nə cür öyrədibsə, o cür anın (zikr edin, namaz qılın).»191

Abdullah ibn Ömər (r.a) qorxu namazı barəsində soruşul­duqda demişdir: «piyada gedə-gedə və ya minik üstə, qibləyə tərəf və ya qiblədən yayınaraq namazınızı qılın»192


b) Qibləyə tərəf çevrilmək mümkün olmadıqda (xəstəlik, qibləni təyin edə bilməmək və s.);

Uca Allah buyurur:




«Allah heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz.»193

Uca Allah buyurur:





«Allahdan bacardığınız qədər qorxun.»194
v) Fərz namazlarından başqa minik üzərində qılınan nafilə namaz­larında;

Cabir (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - minik üzərində getdiyi istiqamətə tərəf namaz qılar, fərz namazı qılmaq istədikdə isə minikdən düşüb qibləyə tərəf yönələrdi.195

Yalnız bilərəkdən qiblədən yayınanın namazı batil olur. Səhvən bunu edib namaz əsnasında xatırlayan dərhal səhvini düzəltməli (qibləyə tərəf dönməli), qılıb qurtardıqdan sonra namazı təkrar qılmamalıdır. Fərz namazlarını isə yalnız zəruri hallarda (nəqliy­yatın namazın axır vaxtınadək dayanmayacağı təqdirdə, düşmənin, vəhşi heyvannı və s. hücum etmək təhlükəsi olduqda və s.) minik üzərində qılmaq olar.
6. Hər namaz üçün (qəlbdə) niyyət etmək.

Uca Allah buyurur:




«Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgun din budur!»196

Ömər ibnu-l-Xəttab (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Əməllər niyyətlərə görədir…»197

Səhvən və ya bilərəkdən niyyəti tərk edənin namazı batildir.


Namazın rüknləri (əsasları)
1. Qiyam (namazı ayaq üstə qılmaq);

Uca Allah buyurur:




«…Allaha itaət üçün ayağa qalxın198

* Qüvvəsi çatmayan şəxsə namazı ayaq üstə qılmaq vacib deyil.

İmran ibn Hüseyn (r.a) rəvayət edir ki, mən babasil xəstə­liyinə tutulmuşdum və namaz barəsində Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - soruşdum. O dedi: «ayaq üstə qıl, bacarmırsansa oturmuş vəziyyətdə qıl, onu da bacarmırsansa uzanmış vəziy­yətdə qıl!»199

* Qiyam yalnız fərz namazları üçün rükndur. Nafilə (əlavə qılınan) namazlarını isə oturmuş vəziyyətdə də qılmaq olar. Belə namazları ayaq üstə qılmaq sünnədir.200 Gücü çatana oturub qıldığı nafilə namazına görə ayaq üstə qılınan namazın savabının yarısı yazılır.

Cabir (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - minik üzərində getdiyi istiqamətə tərəf namaz qılar, fərz namazı qılmaq istədikdə isə minikdən düşüb qibləyə tərəf yönə­lərdi.201

İbn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - üzünü üzərinə mindiyi heyvanın getdiyi istiqamətə tutub, ba­şı ilə işarə edərək namazını qılardı». Həmçinin İbn Ömər (r.a) də bunu edərdi.202


2. Təkbirlə (Allahu əkbər deməklə) namaza başlamaq;

Əbu Hureyrə (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərə - səllallahu aleyhi və səlləm - dedi: «Mənə namaz qılmağ öyrət!» O dedi: «Namaz qılmağa durduğun zaman təkbir et!…»203


3. Hər rək'ətdə Fatihə surəsini oxumaq;

Ubadə ibnu-s-Samit (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Fatihə surəsini oxumayanın namazı qəbul de­yil­dir»204


4. Rüku etmək;

Uca Allah buyurur:




«Ey iman gətirənlər! [Namaz qıldıqda] rüku edin, səcdəyə qapanın!»205
5. Rukudan qalxıb dikəlmək;

Əbu Hureyrə (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərə - səllallahu aleyhi və səlləm - dedi: «Mənə namaz qılmağ öyrət!» O dedi: «…son­ra rükudan qalx və qamətini tam düzəlt…»206


6. Səcdə etmək;

Uca Allah buyurur:




«Ey iman gətirənlər! [Namaz qıldıqda] rüku edin, səcdəyə qapanın!»207

İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Yeddi əza üzərinə: alın – əli ilə burnuna işarə etdi, – əllər, dizlər və ayaq barmaqları üzərinə səcdə etmək mənə əmr olundu»208


7. Səcdədən qalxıb oturmaq (yalnız iki səcdə arasında);

Əbu Hureyrə (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərə - səllallahu aleyhi və səlləm - dedi: «Mənə namaz qılmağ öyrət!» O dedi: «…sonra səcdədən qalx otur və o vəziyyətdə rahat dur…»209


8. Bu hərəkətləri (rahatlıqla) tələsmədən etmək;

Əbu Hureyrə (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərə - səllallahu aleyhi və səlləm - dedi: «Mənə namaz qılmağ öyrət!» O dedi: «Namaz qılmağa durduğun zaman təkbir et, sonra Qurandan sənə müyəssər olanı oxu, sonra rüku et və o vəziy­yətdə rahat dur, sonra rükudan qalx və qamətini tam düzəlt, sonra səcdə et və o vəziyyətdə rahat dur, sonra səcdədən qalx və o vəziyyətdə rahat dur, sonra bunların hamısını qalan rək'ət­lərdə təkrar et!»210


9. Axırıncı rək'ətdə təşəhhüd demək üçün oturmaq;
10. Axırıncı rək'ətdə təşəhhüdü oxumaq;

Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, biz Peyğəmbərin - səllallahu aleyhi və səlləm - arxasında namaz qıldığımız zaman belə deyərdik: «Salam olsun Allaha! Salam olsun filankəsə!»

Bir gün Peyğəmbər - səllallahu aleyhi və səlləm - bizə dedi: «Həqiqətən Allah Salamdır!211 Sizdən biriniz namazda oturduğu zaman desin! "Ət-təhiyyətu lilləhi və-s-saləvatu və-t-tayyibət, əs-sələmu aleykə eyyuhə-n-nəbiyyu və rahmətullahi və bərakətuhu, əs-sələmu aleynə və alə ibədilləhi-s-salihin, - bunu desə göydəki və yerdəki cəmi əməlisaleh bəndələrə salam vermiş olarsan - əşhədu ən lə iləhə illəllahu və əşhədu ənnə muhammədən abduhu va rasuluhu"212

Duanın tərcüməsi: «Bütün alqışlar, dualar Allaha, bütün yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və bərəkətləri yetişsin! Bizə və Allahın əməlisaleh bəndə­­­lə­­­rinə salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.»


11. Bu hərəkətləri tərtiblə (ardıcıllıqla) etmək;

a) Uca Allah buyurur:




«Ey iman gətirənlər! [Namaz qıldıqda] rüku edin, səcdəyə qapanın!»213

Cabir ibn Abdullahın (r.a) rəvayət etdiyi hədisdə Peyğəmğər - səllallahu aleyhi və səlləm - «…Həqiqətən Səfa və Mərvə214 Allahın əlamətlərindəndir215. Mən də Allahın başladığından başlayıram deyib Səfa dağına qalxdı…»216 Deməli ayədə qeyd olunduğu kimi, (ardıcıllıqla) əvvəl rüku sonra isə səcdə etmək fərzdir.217

b) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - namazlarını daima tərtiblə qılması.

Malik ibnu-l-Huveyris (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «…Mənim necə namaz qıldığımı gö­rür­­­­­­­­sünüz, siz də elə namaz qılın!…»218

v) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - səhabəyə tərtiblə namaz qılmağı öyrətməsi sonra həmişə belə namaz qılmağı ona əmr etməsi.

Əbu Hureyrə (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərə - səllallahu aleyhi və səlləm - dedi: «Mənə namaz qılmağ öyrət!…»219


12. Salam ilə namazı tamamlamaq.

Əli ibn Əbu Talib (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərə - səllallahu aleyhi və səlləm - dedi: «Təmizlik namazın açarı, təkbir onun qadağanı,220 təslim də rüxsət verənidir.221»222

Bu rüknlərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən bu rüknlərdən bəzilərini tərk edən tərk etdiyi rüknə görə yenidən bir rək'ət əlavə qılmalı və səhv səcdəsi etməlidir. Namazı çox tez qılan, yaxud ayaq üstə qılmaq imkanı ola-ola oturaq qılan və yaxud ilk təkbiri etməyən namazı yenidən tam qılmalıdır.
Namazın vacibləri
1. Ehram təkbirindən (namaza başladıqda edilən təkbirdən) başqa olan təkbirlər;

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Hə­qiqətən, imam, namazı qıldırmaq (namaz qılan­ların ona itaət etməsi) üçün seçilib, ona müxalif olmayın! Təkbir223 etdikdə təkbir edin!…»224

Bundan əlavə aşağdakı təkbirlər də mövcuddur:

a) İstisqa və bayram namazlarındakı əlavə təkbirlər (sünnədir);

b) Cənazə namazındakı təkbirlər (rükndür);

v) İmam rüku vəziyyətində olarkən ona çatan şəxsin təkbir etməsi (sünnədir);



2. «Səmi-Allahu limən həmidəh» demək;

Duanın tərcüməsi: Allah Ona həmd edəni eşitdi!


3. «Rabbənə və ləkəl həmd» demək;

Duanın tərcüməsi: Ey Rəbbimiz! Həmd yalnız Sənədir!

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Hə­qiqətən, imam, namazı qıldırmaq (namazda olanların ona itaət etməsi) üçün seçilir, ona müxalif olmayın! Təkbir etdikdə təkbir, rüku etdikdə də rüku edin! "Səmi Allahu limən həmidəh" dedikdə "Rabbənə və ləkəl həmd" deyin!…»225

İbn Əbi Əufə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - rükudan qalxarkən deyərdi: «Səmi-Allahu limən həmidəh, Allahummə Rabbənə ləkəl həmd…»226


4. «Sübhanə Rabbiyə-l-Azım» demək;

Duanın tərcüməsi: Mənim Əzəmətli Rəbbim bütün nöqsan­lardan uzaqdır!


5. «Sübhanə Rabbiyə-l-Ə'lə» demək;

Duanın tərcüməsi: Mənim Uca Rəbbim bütün nöqsanlardan uzaqdır!

Uqbə ibn Amir (r.a) rəvayət edir ki, «Belə olduqda sən əzəmətli olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de! (Onu bütün eyb və nöqsanlardan uzaq bil!)»227 - ayəsi nazil olduqda, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Bunu rükuları­nızda deyin!», «Ən Uca olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de! (Onu bütün eyb və nöqsanlardan uzaq bil!)»228 - ayəsi nazil olduqda, Pey­ğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Bunu səcdələrinizdə deyin!»229

Bu hədis, «Sübhanə Rabbiyə-l-Azım» və «Sübhanə Rabbiyə-l-Ə'lə» dualarının rüku və səcdədə deyilməsinin vacib olmağına dəlil­dir.230


6. «Rabbi-ğ-firli» demək;

Huzeyfə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - iki səcdə arasında oturar və bu duanı oxuyardı: «Rabbi-ğ-firli, Rabbi-ğ-firli»231

Duanın tərcüməsi: Ey Rəbbim, məni bağışla!
7. Dörd və üç rək'ətli namazın ikinci rək'ətindən sonra otur­maq;
8. Dörd və üç rək'ətli namazın ikinci rək'ətindən sonra təşəh­hüdü oxumaq.

Abdullah ibn Buheynə əl-Əsədi (r.a) rəvayət edir ki, Peyğəm­bər - səllallahu aleyhi və səlləm - Zöhr namazında təşəhhüdə oturmadan (üçüncü rək'ətə) qalxdı. Namazın tamamında, salam­dan əvvəl təkbir edərək iki dəfə səhv səcdəsi etdi…»232


Bu vaciblərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən və ya unudaraq bu vaciblərdən birini tərk edən isə yalnız iki dəfə səhv səcdəsi etməlidir.
Namazda bəyənilən əməllər (müstəhəblər)
1. Sağ əl sol əlin üzərində olmaqla əlləri sinənin üzərinə (aşağı hissəsinə) qoymaq;

Vail (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - namaz qıldıqda sağ əli sol əlinin üstündə olmaqla əllərini sinəsinin üzərinə qoyardı…»233


2. İstiftah (Fatihə surəsindən qabaq oxunan dua);

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - təkbir edib (Fatihə surəsini) oxumazdan əvvəl bir az fasilə verərdi. Mən: «Ey Allahın elçisi, təkbirlə qiraət arasında verdiyin fasilədə nə oxuyursan?» – deyə soruşduqda o mənə dedi: "Allahum­mə bə’id bəyni və beynə xatayəyə kəmə bə’adtə bəynə-l-məş­­r­i­qi və-l-məğrib. Allahummə nəqqini min xatayayə kəmə yunəqqə-s-səubu-l-əbyədu minə-d-dənəs. Allahummə-ğ-silni min xatayayə bil-mə’i və-s-səlci və-l-bəradi " duasını oxuyuram»234

Allahım, məşriqi235 məğribdən236 uzaqlaşdırdığın kimi, məni də xətalarımdan uzaqlaşdır! Allahım, ağ paltarın çirkabdan təmizlən­diyi kimi məni də xətalarımdan təmizlə! Allahım, mənim xətaları­mı su, qar və buz ilə təmizlə!
3. «əl-İstiazəni»237 - oxumaq238;

" əl-İstiazəni üç cür ifadə etmək olar:

* «Əuzu billəhi minə-ş-şeytani-r-racim»239

Tərcüməsi: Lənətlənmiş şeytandan Allaha sığınıram!



* «Əuzu billəhi-s-Səmiy'i-l-Alim minə-ş-şeytani-r-racim»

Tərcüməsi: Lənətlənmiş şeytandan hər şeyi eşidən və hər şeyi bilən Allaha sığınıram!



* «Əuzu billəhi-s-Səmiy'i-l-Alim minə-ş-şeytani-r-racim min həmzihi və nəfxihi və nəfsihi»240

Tərcüməsi: Lənətlənmiş şeytanın vəsvəsəsindən, lovğalığından və sehrindən hər şeyi eşidən və hər şeyi bilən Allaha sığınıram!241


4. «Bismilləhi-r-rahməni-r-rahim» demək;

Ənəs ibn Malik (r.a) deyir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm -, Əbu Bəkr (r.a), Ömər (r.a) və Osman (r.a) ilə namaz qıl­dım, onlardan heç birinin "bismilləhi-r-rahməni-r-rahim"i səslə oxudu­ğu­nu eşitmə­dim»242



Qeyd: "bismilləhi-r-rahməni-r-rahim"i Fatihə surəsinin ayəsi hesab edənlər isə, onu Fatihə surəsi ilə birlikdə oxumağı rükn he­sab edirlər.

Ummu Sələmə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - "bismilləhi-r-rahməni-r-rahim"i namazda oxuyar və onu ayə hesab edərdi»243


5. Ayələri aramla oxumaq;

Ummu Sələmə (r.a) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - necə Quran oxuduğu barədə soruşulduqda demişdir: «O, Quranı ayə-ayə oxuyardı:

"bismilləhi-r-rahməni-r-rahim!", "Əlhəmdulilləhi Rabbi-l-aləmin!"

"Ərrahməni-r-Rahim!" "Məliki yəumiddin!"244


6. «Amin» demək;

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «İmam "Amin" dedikdə, siz də birlikdə deyin! Kimin "Amin" deməsi mələklərin "Amin" deməsinə müvafiq olarsa onun keçmiş günahları bağışlanar»245


7. Fatihə surəsindən sonra oxunan hər hansı bir surə;

Ubadə ibnu-s-Samit (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Fatihə surəsini oxumayanın namazı qəbul deyildir»246

İcmanın rəyinə görə namazda Fatihə surəsindən başqa surə oxumaq sünnədir.247

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Sizdən biriniz camaata namaz qıldırdıqda onu yün­gül­ləşdirsin, çünki onların arasında zəif, xəstə və ehtiyac içində ola­­­nı var. Tək qıldığınız namazı isə istədiyiniz qədər uzadın»248

Əbu Qətadə əl-Ənsari (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Zöhr namazının birinci iki rək'ətində "Fa­tihə" və başqa surələr oxuyar, birinci rək'əti uzun, ikincini isə qısa edərdi. Üçüncü və dördüncü rək'ətlərdə isə yalnız "Fatihə" surəsini oxuyardı….»249

* Surələri ardıcıl oxumaq vacib deyildir:

Huzeyfə ibnu-l-Yəmən (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə gecə namazını qıldım. O, bir rək'ətdə «əl-Bəqərə» sonra «ən-Nisa» sonra da «Ali İmran» surələrini oxudu.250



* Ayələrin ardıcıl oxunması isə vacibdir. Onları əksinə, axırdan əvvələ, yaxud bir neçə ayə ortadan sonra əvvəldən, yaxud da başqa cür ardıcıllığı pozaraq oxumaq haramdır. Çünki nə Peyğəmbər - səllallahu aleyhi və səlləm - , nə səhabələr, nə də onların ardıcılları belə etməmişlər.

" Peyğəmbərin - səllallahu aleyhi və səlləm - namazlarda oxuduğu su­­­­­­­­­­­­rə­lər:

* Fəcr namazında: «əl-Vaqiə», «ət-Tur», «ət-Təkvir», «əz-Zəlzələ», «Qaf», «Əl-Fələq», «ən-Nas», «ər-Rum», «Yasin», «əl-Muminun», «əs-Saffat», «əs-Səcdə», «əl-İnsan»;

* Fəcr namazının sünnətində: «əl-Kafirun», «əl-İxlas»; «əl-Bəqərə, 136-cı ayə», «Ali İmran, 64-cü ayə», «Ali İmran, 52-ci ayə»;

* Zöhr namazında: «ət-Tariq», «əl-Leyl», əl-Buruc», «əl-İnşiqaq»;

* Əsr namazında: «ət-Tariq», «əl-Leyl», əl-Buruc», «əl-İnşiqaq»;

* Məğrib namazında: «əl-Ə'raf»; «ət-Tur», «əl-Mursələt», «əl-Ənfal», «ət-Tin»;

* Məğrib namazının sünnətində: «əl-Kafirun», «əl-İxlas»;

* İşa namazında: «əş-Şəms», «əl-İnşiqaq», «ət-Tin»;

* Gecə namazında: «əl-Bəqərə», «ən-Nisa», «Ali İmran», «əz-Zumər», «əl-İsra», «əl-Muzzəmmil», «əl-Maidə» surəsinin 118-ci ayəsini səhərə qədər təkrar edib»;

* Vitr namazında: «əl-Ə'la» - «əl-Kafirun» - «əl-İxlas»; «Əl-Fələq», «ən-Nas», 100 ayə «ən-Nisa» surəsindən - «əz-Zəlzələ» - «əl-Kafirun»;

* Cümə namazında: «əl-Cumuə» - «əl Munafiqun»; «əl-Ə'la» - «əl-Ğaşiyə»;

* Bayram namazında: «əl-Ə'la» - «əl-Ğaşiyə»; «Qaf» - «əl-Qəmər»" 251

Qeyd: İstənilən namazda istənilən surəni (bu və ya digər surələri) oxumaq üçün heç bir məhdudiyyət yoxdur.
8. Səsli namazlarda səslə oxumaq;

Səslə qılınan namazlar aşağıdakılardır:

* Məğrib və İşanın əvvəlki iki rək'əti, Fəcr, Cümə, İstisqa, Kusuf (Xusuf), bayram və gecə namazları.252

Səssiz253 (dil və dodaqları tərpətmək şərtilə) qılınan namaz­lar aşağıdakılardır:

* Məğrib və İşanın üçüncü və dördüncü rək'ətləri, Zöhr, Əsr, nafilə və gecə namazları.254

Əbu Mə'mər rəvayət edir ki, «mən Xabbəb ibnu-l-Ərata (r.a) dedim: Peyğəmbər - səllallahu aleyhi və səlləm - Zöhr və Əsr namaz­larında surə oxuyardımı?» O, «Bəli» deyə cavab verdi. Mən ondan «siz onun surə oxuduğunu necə təyin edirdiniz?» deyə soruşduqda o, «saqqalının tərpənməsindən» deyə cavab verdi.255


9. «Sübhanə Rabbiyə-l-Azım» duasını bir dəfədən artıq oxumaq;

əl-Bəra ibn Azib (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərin - səllallahu aleyhi və səlləm - qıldığı namaza diqqət etdim və qiyamda256, rükuda, rükudan sonra dikəldikdə, səcdədə, iki səcdə arasında və sonuncu təşəhhüddə olduğu (sərf etdiyi) zamanlar bərabər olmağa yaxın idi»257

Rükunun uzadılması «Sübhanə Rabbiyə-l-Azım» duasını bir dəfədən artıq oxumağa rüxsət verir.258
10. Rükuda bu duadan başqa oxunan dualar;

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - "Allahın köməyi və zəfər gəldikdə; insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördüyün zaman; Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə; Həqiqətən, O, tövbələri qəbul edəndir" («ən-Nəsr») surəsi nazil olduqdan sonra hər namazında bu duanı oxuyardı: "Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Allahummə-ğ-firli"»259

Duanın tərcüməsi: «Ey bütün nöqsanlardan uzaq olan Allahım, ey Rəbbim, Sənə həmd olsun! Allahım, məni bağışla!»

Başqa rəvayətdə: «Peyğəmbər (s.ə.s) rüku və səcdədə bu duanı çox edərdi: "Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Allahummə-ğ-firli»260

Rükuda bu duadan başqa dualar da oxumaq olar.
11. Əlləri qaldırmaq (təkbir edərək namaza daxil olduqda, rüku et­dikdə, rükudan və bir də birinci təşəhhüddən sonra üçüncü rək'ətə qalxdıqda);

Abdullah ibn Ömər rəvayət edir ki; «Peyğəmbər - səllallahu aleyhi və səlləm - namaz qılmağa başladıqda, təkbir edib rüku etdikdə və «Səmi-Allahu limən həmidəh» deyib rükudan qalxdıqda əllərini çiyinləri bərabərinə qaldırardı. O, səcdədə (səcdəyə qapandıqdı və səcdədən qalxdıqda) belə etməzdi.»261

Başqa rəvayətdə: «…əllərini qulaqları bərabərinə qaldı­rardı…»262
12. «Sübhanə Rabbiyə-l-Ə'lə» duasını bir dəfədən artıq oxu­maq;

Səcdənin uzadılması «Sübhanə Rabbiyə-l-Ə'lə» duasını bir dəfə­dən artıq oxumağa rüxsət verir.263


13. Səcdədə «Sübhanə Rabbiyə-l-Ə'lə» - dən başqa oxunan dua­lar;

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - "Allahın köməyi və zəfər gəldikdə; insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördüyün zaman; Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə; Həqiqətən, O, tövbələri qəbul edəndir" («ən-Nəsr») surəsi nazil olduqdan sonra hər namazında bu duanı oxuyardı: "Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Allahummə-ğ-firli"»264

Duanın tərcüməsi: «Ey bütün nöqsanlardan uzaq olan Allahım, ey Rəbbim, Sənə həmd olsun! Allahım, məni bağışla!»

Başqa rəvayətdə: «Peyğəmbər (s.ə.s) rüku və səcdədə bu duanı çox edərdi: "Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Allahummə-ğ-firli» 265

Səcdədə bu duadan başqa dualarda oxumaq olar.
14. Sonuncu təşəhhüddə salavatdan sonra oxunan dualar;

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - namazda dua edib deyərdi: "Allahummə inni əuzu bikə mən azəbi-l-qabr va min azəbi-n-nar va min fitnəti-l-məhyə va-l-məməti va min fitnəti-l-məsihi-d-dəccal"»266

Duanın tərcüməsi: «Allahım! Həqiqətən mən qəbr və cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və məsihi-d-dəccalın fitnəsinin şərindən Sənə sığınıram!».

Başqa rəvayətdə: «Təşəhhüddə dörd şeydən Allaha sığının: "Allahummə inni əuzu bikə min azəbi cəhənnəm va əuzu bikə min azəbi-l-qabr va əuzu bikə min fitnəti-l-məhyə va-l-məməti va əuzu bikə min şərri fitnəti-l-məsihi-d-dəccal"»267


15. Birinci rək'ətin ikinci rək'ətdən, ikinci rək'ətin üçüncü rək'ətdən, üçüncü rək'ətin də dördüncü rək'ətdən uzun olması;

Əbu Qətadə əl-Ənsari (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Zöhr namazının birinci iki rək'ətində (hər rək'ətdə) "Fatihə" və başqa surələr oxuyar, birinci rək'əti uzun, ikincini isə qısa edərdi. Üçüncü və dördüncü rək'ətlərdə isə yalnız "Fatihə" surəsini oxuyardı. Həmçinin, sübh namazının birinci rək'ətini uzadar, ikinci rək'ətini isə qısa edərdi»268


16. Təşəhhüddə və ikinci, dördüncü rək'ətlərə qalxmazdan əvvəl sol ayaq üzərində oturmaq və sağ ayağın barmaqlarını qib­ləyə tərəf yö­nəltmək;

Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - … (Təşəhhüdü oxuduğu zaman) sol ayağının üzərində oturub sağ ayağının barmaqlarını qibləyə tərəf yönəldərdi…»269


17. Təşəhhüddə işarə (şəhadət) barmağını qibləyə tərəf yönəltmək və ya onu tər­pətmək;

"Abdullah ibn Ömər rəvayət edir ki; «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Təşəhhüddə barmağı ilə işarə etdikdə baş barmağını orta barmağının üzərinə qoyardı» hərdən də «bu iki barmağı dairə şəklində tutardı» həmçinin «dua edərkən şəhadət barmağını tərpədərdi»"270


18. «Rabbi-ğ-firli» duasını bir dəfədən artıq oxumaq;

Huzeyfə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - iki səcdə arasında oturar və bu duanı oxuyardı: «Rabbi-ğ-firli, Rabbi-ğ-firli»271


19. Peyğəmbərə - səllallahu aleyhi və səlləm - salavat gətirmək;272

Əbdürrəhman ibn Əbi Leylə deyir ki, Kəb ibn Ucra (r.a) ilə rastlaşdıq və o mənə: «İstəyirsən sənə hədiyyə verim?» deyib rəvayət etdi ki, bir dəfə Peyğəmbər - səllallahu aleyhi və səlləm - bizim yanımıza gəldi və biz ona dedik: «Ey Allahın elçisi! Sənə salam verməyi artıq öyrəndik. İndi isə sənə necə salavat etməyi bizə öyrət». O dedi: «Deyin: "Allahummə salli alə Muhammədin va alə əli Muhamməd, kəmə salleytə alə İbrahimə va alə əli İbrahim, innəkə həmidun məcid, va barik alə Muhammədin va alə əli Muham­məd, kəmə bəraktə alə İbrahimə va alə əli İbrahim, innəkə həmidun məcid"»273

Duanın tərcüməsi: «Allahım, Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sən, həqiqətən, alqışlara və həmdlərə layiqsən. Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi bərəkət ver! Sən, həqiqətən, alqışlara və həmdlərə layiqsən».
20. Səcdə yerinə baxmaq.

Əbu Hureyrə (r.a) rəvayət edir ki, «O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)»274 ayəsi nazil olduqdan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm - namaz qıldıqda başını aşağı dikərdi (səcdə yerinə baxardı)275

Bu sünnələrin birini tərk etmək namazı batil etmir və səhv səcdəsi etmək də lazım gəlmir, yalnız namaz qılan bunları etməklə əlavə savab qazanmır.
Namazı batil edən amillər



1. Dindən dönmək (Allah bizi və sizi xüsusilə bundan qorusun!);

Uca Allah buyurur:





«Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə şəxsin bütün əməlləri dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!»276

Uca Allah buyurur:






«Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində Allah onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.»277


«(Ya Məhəmməd!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!»278
2. Rükn, vacib və şərtlərdən hər hansı birini qəsdən tərk etmək; Bax: Ərkan, vacib və şərtlərin əvvəldə qeyd olunmuş nəticələrinə!
3. Namaz əsnasında bilərəkdən artıq (namaza aid olmayan) danışmaq və ya hərəkət etmək;279

Zeyd ibn Ərqam (r.a) rəvayət edir ki, «Biz İslamın əvvəlində namaz əsnasında danışardıq. Bu hal («əl-Bəqərə» surəsi, 238-ci) ayə nazil olana qədər davam etdi. (Bu ayədə Uca Allah buyurur):




«Namazlara, xüsusilə də orta namaza (əsr namazı) riayət edin və Allaha itaət etmək üçün ayağa qalxın və sükutla namaz qılın!». Beləliklə, sükutla namaz qılmaq və namaz əsnasında danışmamaq bizə əmr olundu»280

" Namaz əsnasında edilən hərəkət yalnız üç şərtlə namazı batil edir:

a) Uzun müddət edildikdə;

b) Zərurət olmadıqda;

v) Ardıcıl olduqda. "281


4. Bilərəkdən rükuların, səcdələrin, qiyamların (ayaq üstdə du­ruş­ların) və qüuduların (oturuşların) sayını artırmaq;

Sünnəyə müxalif olan ibadət qəbul olunmur.

Aişədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: «Bizim etdiyimiz ibadətlərə yenilik əlavə edən kimsənin əlavəsi rədd olunur»282
5. Surələri oxuduqda bilərəkdən ya hərfləri, ya kəlmələri, ya da ayələri düz oxumamaq. Bu, Allah tərəfindən nazil olan tərtibin bi­lərək­dən pozulduğuna görədir.283
6. Bilərəkdən namaz əsnasında bir şey yemək və ya içmək;

" Əksər islam alimlərinin rəyinə görə bilərəkdən namaz əsnasın­da yemək, içmək namazı batil edir."284


7. Qəh-qəhə ilə gülüş (təbəssüm müstəsnadır).

Qəh-qəhə, namaz əsnasında (namazdan kənar) danışmağa bənzə­diyinə görə namazı batil edir. Həmçinin namazda olan xuşunu (Allah qorxusunu) azaldır və namazı oyun-oyuncağa çevirir.285

"Bəzi İslam alimləri bütün dəlilləri nəzərə alıb namazda olan hərəkətləri dörd qismə bölmüşlər:

1) Namazı batil edən, haram sayılan hərəkətlər. Məs: danış­maq, və s.

2) Namazı batil etməyən, lakin məkruh (bəyənilməyən) sayı­lan hərəkətlər. Məs: yuxarı baxmaq, əlləri belə qoymaq və s.

3) Ehtiyac ucundan edilən (namazı batil etməyən) hərəkətlər. Məs: bədənin hər hansı bir yerini qaşımaq, gözləri yummaq, öskür­mək, asqırmaq və s.

4) Vacib olan hərəkətlər. Məs: boş cərgələri doldurmaq, «Sübhə­n­allah» deməklə imama səhv etdiyini xatırlatmaq və s."286
8. Bilərəkdən tələffüz olunan rükn287 və vacibləri288 dili tər­pətmədən (qəlbbən keçitrməklə) yerinə yetirmək.289
9. Təyəmmüm etdikdən sonra namaz qılınan vaxt su tapılsa.290
Namazda bəyənilməyən əməllər (məkruhlar)
1. Yuxarı baxmaq;

Cabir ibn Səmura (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Namaz əsnasında göyə (yuxarı) nəzər salanlar (etdikləri əməldən) çəkinsinlər!…»291


2. Səbəbsiz yerə başı döndərmək;

Aişə (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - namazda dönmək barəsində soruşdum? O dedi: "Bu (başı ora-bura döndərmək) namazda olan oğurluqdur ki, şeytan da ondan istifadə edib bəndənin namazından (savabını) oğurla­yır."»292


3. Namazdan yayındıran şeylərə baxmaq;

Aişə (r.a) rəvayət edir ki, «Bir dəfə Peyğəmbər - səllallahu aleyhi və səlləm - üzərində müxtəlif rənglərdən ibarət xətlər olan paltarda namaz qıldı və o xətlərə nəzər saldı. Namazı qılıb qur­tardıqdan sonra dedi: "Aparın bu paltarı verin Əbu Cəhmə293, mənə də sadə (üzərində fikri yayındıra biləcək əlamət olmayan) bir ənbi­caniyyə294 gətirin. Həqiqətən, bu, məni namaz­dan yayındırdı"»295


4. Əlləri belə qoymaq;

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - əllər beldə namaz qılmağı qadağan etdi.296


5. Səcdədə dirsəkləri yerə qoymaq;

Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Səcdədə bədəninizi şax tutun və itin dirsəkləndiyi kimi dirsəklənməyin297»298

Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - … (Təşəhhüdü oxuduğu zaman) sol ayağının üzərində oturub sağ ayağının barmaqlarını qibləyə tərəf yönəldər və şeytan oturuşun­dan299 (səhabələrini) çəkindirərdi. Həmçinin, heyvan oturuşun­dan300 da (onları) çəkindirərdi…»301

6. Gözləri yummaq;

" Bu hərəkət kitab əhlinin əməlindən olduğu üçün müsəlman­lara belə etmək bəyənilmir. Lakin qeyd etmək lazımdır ki, namaz qılanın önündə onu namazdan yayındıra biləcək hər hansı bir şey olarsa o zaman gözləri yummaq caizdir. "302
7. Səbəbsiz yerə namazı batil etməyən artıq hərəkətlər etmək (qaşınmaq, tərpənmək və s.);

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - nafilə namazı qılarkən mən qapını döydüm və o qiblə istiqamə­tində yerləşən qapını açdı sonra namaz qıldığı yerə qayıtdı.»303

Bu hədisdən belə nəticə çıxartmaq olar ki, namaz əsnasında yalnız zəruri halda tərpənmək (telefonu söndürmək, qaşınmaq, öskürmək və s.) olar.
8. Ortalığa yemək qoyulduğu zaman;

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Şam yeməyi süfrəyə qoyulduğu zaman iqamə verilərsə, əvvəlcə yeməyi yeyin! (Sonra namaz qılın)"»304



" Qeyd etmək lazımdır ki, bu halda aşağıdakı şərtlərə riayət etmək lazımdır:

a) Yeməyin süfrədə hazır olması;

b) Nəfsin ehtirasla ona meyl etməsi;

v) Nəfsi çəkən şəxsin onu yeməyə qadir olması.

Deməli, əgər insan toxdursa, yaxud oruc tutubsa, yaxud da yemək çox istidirsə bu halda əksinə namazı gecikdirmək bəyənil­mir. "305
9. Eyni rək'ətdə Fatihəni təkrar oxumaq;

"Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - eyni rək'ətdə Fatihə su­rə­sini təkrar oxuduğu rəvayət olunmadığı üçün bunu etmək bəyənilmir."


10. Sidiyi, havanı və s. zorla saxlayaraq ayaqyoluna getməmək.

Aişə (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərin - səllallahu aleyhi və səlləm - : "Yemək gətirildiyi zaman, həmçinin öndən və arxadan çı­xa­nı306 dəf edərək (sax­layaraq) namaz qılınmamalıdır" – dediyini eşitdim»307


11. Namazdan qabaq pencəyin və ya köynəyin qollarını çırma­la­maq;

İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Yeddi əza üzərinə səcdə etmək mənə əmr olundu, saçı308 və libası çırmalamaq isə qadağan olundu.»»309


12. Çiyni açıq namaz qılmaq;

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Sizdən biriniz çiynini örtməyən bir paltarda namaz qılmasın!"»310

Qeyd etmək lazımdır ki, qəsdən, bilərəkdən çiyni örtməyən bir paltarda qılınan namaz batildir.311
13. Üzərində müxtəlif heyvan, quş, insan və s. şəkli olan paltarda, habelə bu növ şəkillərin qarşısında və ya üstündə namaz qılmaq;

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbərin - səllallahu aleyhi və səlləm - zövcəsi Ummu Sələmə (r.a) və Ummu Həbibə (r.a) Həbəşistandakı Mariya adlı kilsə­nin gözəl olduğunu və içəri­sindəki şəkilləri müşahidə etməsini ölümqabağı ona xəbər ver­dilər, O, başını qaldırıb dedi: "Onlar vəfat etmiş saleh insanın qəbrinin üzərində məscid tikir, sonra da içərisində onun şəklini təsvir edirlər. Onlar Allah yanında məxluqatın ən şərlisi hesab olunurlar»312

Bax: 3-cü bənddəki Aişənin (r.a) rəvayət etdiyi hədisə.
14. Namaz qılanın qabağında sütrənin313 olmaması;

Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, «Peyğəmbərin - səllallahu aleyhi və səlləm - : "Sizdən biriniz namaz qıldığı zaman önü­nə sütrə qoysun! Bundan sonra isə önündən keçmək istəyəni əli ilə dəf etsin, keçməyə cəhd edərsə ona müqavimət göstərsin, çünki artıq o, şeytandır" – dediyini eşitdim»314


15. Niyyəti ürəkdə deyil, dillə ifadə etmək;

Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - və səhabə­lərdən niyyəti dillə tələffüz etdikləri varid olmamışdır. Çünki niyyətin yeri qəlbdir.315 Peyğəmbər - səllallahu aleyhi və səlləm - yalnız həcc və ümrə ziyarətlərində niyyəti dillə tələffüz etmişdir.


16. Rükuda olarkən belin və qolların düz olmaması;

Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - təkbir və qiraətlə ("əl-həmdu lillahi Rabbi-l-aləmin" deməklə) namaza başlayardı. Rüku etdikdə başını düz tutar, yuxarı və aşağı əyməzdi…»316


17. Sıraların tam şəkildə düzəldilməməsi, namaz qılanlar arasında boşluğun olması;

Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Cərgələ­rinizi düzəldin! Həqiqətən, cərgələrin düz olması namazın tamam ol­masına işarədir»317


18. Səcdə zamanı baş və dizlər, dirsəklər və bel arasında məsafə (boşluq) qoymamaq.

Abdullah ibn Malik (r.a) – İbn Büheynə318 – rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - səcdə etdikdə qol­larını o qədər aralayardı ki, qoltuğunun altının ağlığı görünərdi»319


19. Camaat namazında imamdan qabaq hərəkət etmək.

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «İmamdan əvvəl başını (səcdədən) qaldıran qorxmur ki, Allah da onun başını – və ya surətini uzunqulağın surətinə çevirər?»320


20. Rüku və səcdədə Quran oxumaq.

İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «…Həqiqətən rüku və səcdədə Quran oxumaq mənə qadağan edildi…»321


21. Məsciddə yer seçib daima yalnız o yerdə namaz qılmaq.

Abdurrahmən ibn Şibl (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - «qarğa kimi dimdikləməyi,322 heyvan kimi yerə yayılmağı,323 dəvənin özünə daimi yer seçdiyi kimi məsciddə yer seçməyi» qadağan etdi.324

Bu məkruhlardan birini etmək namazı batil etmir və səhv səcdəsi etmək də lazım gəlmir, yalnız namaz qılan əlavə savab qazanmır və hətta bəzilərinə görə günah da qazanır.
Namazın qılınması üçün qadağan olunmuş yerlər 325
1. Murdar yerlər;

Uca Allah buyurur:





«İbrahimə və İsmailə: " Evimi [Kəbəni] təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün [bütlərdən və nəcasətdən] təmizləyin! " – deyə tövsiyə etdik.»326
2. Qəbrstanlıqda (meyit dəfn olunmuş yerdə), qəbrə üz tutmaqla və ya onun üstündə namaz qılmaq (cənazə namazı müs­təs­nadır);

Əbu Mərsəd əl-Ğanəvi (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Qəbrlərin üstündə oturmayın və onlara tərəf namaz qılmayın!»327

Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - meyit dəfn olunduqdan sonra qəbrin önündə daya­nıb dörd təkbirli (rüku və səcdəsiz) namaz qıldı»328

İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Evlərinizdə namaz qılın və onları məqbərəyə döndər­məyin!»329

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Evlərinizi qəbirstanlığa döndər­məyin, həqiqə­tən şeytan "əl-Bəqərə" surəsi oxunan evdən qaçır!»330
3. Hamam və tualetdə;

Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Hamam və məqbərədən başqa, yer üzünün hər tərəfi məsciddir.»331


4. Dəvə saxlanılan yerdə;

Cabir ibn Səmura (r.a) rəvayət edir ki, bir kişi gəlib Peyğəm­bərdən - səllallahu aleyhi və səlləm - soruşdu: «…Dəvə­nin saxlandığı yerlərdə namaz qıla bilərəmmi? O dedi: Xeyr!»332



Azan
[Allahu Əkbər] Allah ən böyükdür! dörd dəfə;

[Əşhədu ən lə iləhə illəllah] Mən şahidlik edirəm ki, Allahdan başqa heç bir mə'bud yoxdur! iki dəfə;

[Əşhədu ənnə Muhammədən rasulullah] Mən şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir! iki dəfə;

[Hayyə alə-s-saləh] Namaza tələsin! iki dəfə;

[Hayyə alə-l-fələh] – Səadətə qovuşmağa tələsin! iki dəfə;

[Allahu Əkbər] iki dəfə;

[Lə iləhə illəllah] bir dəfə.
İqamə
[Allahu Əkbər] iki dəfə;

[Əşhədu ən lə iləhə illəllah] bir dəfə;

[Əşhədu ənnə Muhammədən rasulullah] bir dəfə;

[Hayyə alə-s-saləh] bir dəfə;

[Hayyə alə-l-fələh] bir dəfə;

[Qad qamətis salət] – Artıq namaz başladı! iki dəfə;

[Allahu Əkbər] iki dəfə;

[Lə iləhə illəllah] bir dəfə.
Azan və iqamə demək camaat üçün istənilən halda (səfərdə, evdə, namazın qəzasını qıldıqda) fardu-l-kifayədir,333 tək namaz qılan şəxs üçün isə müstəhəbdir. Qadınlar üçün isə nə azan nə də iqamə vermək vacib deyildir. Lakin səslərini çox uca qaldır­madan bunu etmələri müstəhəbdir. Azan və iqaməsiz namaz qılan cama­atın namazı səhih hesab olunur, lakin vacibi tərk etdiyinə görə tövbə etməsi lazım gəlir. Unutqanlıqdandan və ya bilmə­yərək­dən bunu edənlər isə müstəsnadır334

Tövbənin şərtləri isə bunlardır:



1) Tövbəni ixlas ilə Allah üçün etmək;

2) Keçmiş günaha görə peşmançılıq hissi keçirtmək;

3) Keçmiş günaha bir daha qayıtmamağı niyyət etmək;

4) Keçmiş günahı bir daha təkrar etməmək;

5) Tövbəni qəbul olunan vaxtda etmək.

Tövbənin qəbul olunmayan vaxtı ikidir:



1) Ölüm anında, can (ruh) boğaza yetişdiyi zaman.

Uca Allah buyurur:





«Günah işlər görməkdə davam edərək ölüm yetişən anda "Mən indi tövbə etdim" deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olun­maz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq»335
2) Qiyamət günü, günəş məğribdən çıxıb məşriqdə batdığı zaman. Uca Allah buyurur:




«Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De ki: "Gözləyin, doğrusu, biz də gözləyirik"»336

Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə deyilir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: "Günəş məğribdən çıxmayınca Qiyamət yetişməz. Günəş məğribdən çıxdığı zaman insanların hamısı iman gətirəcək, lakin heç bir şəxsə o gün gətir­diyi imanı fayda verməyəcək". Sonra Pey­ğəmbər - səllallahu aleyhi və səlləm - bu ayəni oxudu»337

Azan və iqamə yalnız Cümə və fərz namazları üçün verilir.
Azanın şərtləri 338
1. Tərtiblə oxunmalı;

2. Ardıcıl oxunmalı;

3. Vaxtı daxil olduqdan sonra oxunmalı;

4. Kəlmələr yanlış oxunmamalı;

5. Mötəbər hədislərdə varid olmuş sayda oxunmalı.
Müəzzinin şərtləri 339
1. Müsəlman olmalı;

2. Ruhi xəstə olmamalı;

3. Kişi olmalı;

4. Bir nəfər olmalı;

5. Adil olmalı;

6. Həddi-büluğa çatmış olmalı.
Namaz qılmağın qaydası
Namaz qılan şəxs heç bir dönmə və fırlanma hərəkətinə yol vermədən bütün bədəni ilə Qibləyə (Məkkə şəhərindəki müqəddəs Kəbəyə tərəf) üz tutmalıdır. Sonra hansı namazı qılmaq niyyətində olduğunu ürəyindən keçirməlidir. Sonra (Allahu Əkbər) deyib əllərini çiyinləri və ya qulaqları səviyyəsinə qaldırmalıdır. Buna ihram təkbiri deyilir. Çünki bu ifadəni deyib namaza başlayan adama başqa vaxt halal olan bəzi şeylər də namaz üstündə olduğu müddətdə qadağan olunur (danışmaq, yemək və s.). Sonra sağ əlinin ovcunu sol əlinin üstünə qoymaq şərtilə əllərini sinəsinə qoy­malıdır. Buna qiyam deyilir. Sonra başlanğıc (istiftah) adlanan duanı oxumalıdır: « Subhanəkə Allahummə va bihəmdikə va təba­rəkə-s-mukə va təalə cəddukə va lə iləhə ğeürukə». 340

Duanın tərcüməsi: Ey bütün nöqsanlardan uzaq olan Allahım, Sənə həmd osun! Sənin adın mübarəkdir, əzəmətin ucadır! Səndən başqa ilahi yoxdur!

Sonra «Əuzu billəhi minə-ş-şeytani-r-rəcim» deməlidir:

Duanın tərcüməsi: Lənətlənmiş şeytandan Allaha sığınıram.

Sonra əl-Fatihə surəsini oxumalıdır: «Bismilləhi-r-rahməni-r-rahim. Əlhəmdu lilləhi rabbi-l-aləmin. Ər-rahməni-r-rahim. Məliki yaumi-d-din. İyyəkə nə'budu və iyyəkə nəstəin. İhdinə-s-sıratal-l-mustəqım. Sırata-l-ləzinə ən'amtə aleyhim, ğeyri-l-məğdubi aley­him və lə-d-dallin».

Surənin tərcüməsi: Rəhimli, Mərhəmətli Allahın adı ilə! Həmd olsun Allaha - aləmlərin Rəbbinə, Rəhimli, Mərhəmətli olana, din (qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və azanların yoluna yox!

Sonra Amin deməlidir: -tərcüməsi- İlahi qəbul et!

Sonra Qurandan bildiyini (istədiyi qədər) oxumalıdır. Sonra rüku etməli, yəni Allaha təzim edərək belini əyməli, belini əyərkən «Allahu Əkbər» deməli və əllərini çiyinləri səviyyəsinə qaldırmalı­dır. Yaxşı olar ki, belini çanaqdan düz əyib başını qabağa düz tutsun və əllərini dizlərinin üstünə barmaqları bir-birindən aralı olmaq şərtilə qoysun. Rüku vəziyyətində olarkən üç dəfə «Subha­nə Rabbiyəl Azım» deməlidir.

Duanın tərcüməsi: Mənim Əzəmətli Rəbbim bütün nöqsan­lardan uzaqdır! Bunları da əlavə etmək müstəhəbdir: «Subhanəkə Allahum­mə Rabbənə və bihamdikə, Allahumə-ğ-firli»

Duanın tərcüməsi: Ey bütün nöqsanlardan uzaq Allahım! Rəb­bim Sənə həmdlər olsun! Allahım məni bağışla!

Sonra «Səmiəllahu limən hamidəh» deyə-deyə rüku vəziyyətin­dən qalxmalı və əllərini çiyinləri səviyyəsinə qaldırmalıdır.

Duanın tərcüməsi: Allah Ona həmd edənləri eşidər!

Rükudan qalxıb dikəldikdən sonra «Rabbənə və ləkəl həmd» və ya «Rabbənə və ləkəl həmd! Həmdən kəsiran tayyibən mubara­kən fihi mil'ə-s-səməvati və mil'ə-l-ərd və mil'ə mə şi'tə min şeyin bə'd» deməlidir.

Birinci duanın tərcüməsi: Ey Rəbbimiz! Sənə həmdlər olsun!

İkinci duanın tərcüməsi: Ey Rəbbimiz! Sənə göylər və yer dolusu, onlardan başqa da istədiyin qədər çoxlu, gözəl və uğur dolu həmdlər olsun!

Sonra Allaha mütiliklə və ehtiramla birinci səcdəyə gedə-gedə «Allahu Əkbər» deməli, hər iki əlinin pəncəsi, iki dizi və hər iki ayağının barmaqları üzərində yerə çökməli, qollarının dirsəkdən yuxarı hissəsini böyürlərindən aralamalı, dirsəkləri yerə qoymama­lı, barmaqlarının uclarını qibləyə yönəltməlidir. Bu zaman dizləri­ni bir-birindən aralı tutmalı, dabanlarını isə birləşdirməlidir. Səcdə vəziyyətində olarkən üç dəfə «Subhanə Rabbiyəl Ə'lə» deməlidir.

Duanın tərcüməsi: Mənim Uca Rəbbim bütün nöqsanlardan uzaq­­dır! Bunları da əlavə etmək müstəhəbdir: «Subhanəkə Allahum­mə Rabbənə və bihamdikə, Allahumə-ğ-firli»

Sonra səcdədən başını qaldıra-qaldıra «Allahu Əkbər» deməli­dir.

Sağ əlini barmaqları açıq şəkildə sağ budunun dizə yaxın yerinə, sol əlini də barmaqları açıq şəkildə sol budunun dizə yaxın yerinə qoymalıdır. İki səcdə arasındakı oturuşu zamanı «Rabbi-ğ-firli vərhamni vəhdini vərzuqni vəcburni və'fini» və ya «Rabbi-ğ-firli, Rabbi-ğ-firli» deməlidir.

Duanın tərcüməsi: «Ey Rəbbim, məni bağışla! Mənə rəhm et! Məni doğru yola yönəlt, mənə ruzi ver, əyər-əskiyimi düzəlt, özü­mü sağlam et!», «Ey Rəbbim, məni bağışla! Ey Rəbbim, məni ba­ğış­­la!»

Sonra Allaha mütilik və ehtiramla birinci səcdədə dediklərini, etdiklərini, səcdəyə gedərkən təkbiri təkrar etməklə ikinci səcdəni yerinə yetirməlidir.

Sonra ikinci səcdədən qalxa-qalxa «Allahu əkbər» deməlidir. Bunun ardınca başlanğıc duasını oxumadan birinci rək'ətdə dedik­ləri­ni və etdiklərini təkrarlamaqla ikinci rək'əti qılmalıdır. İkinci rək'əti qılıb qurtarandan sonra «Allahu əkbər» deyib sonra sol ayağının üstündə pəncəsinin üzünü yerə qoymaqla yanakı oturub sağ ayağını barmaqları üstdə şaquli vəziyyətdə saxlamalı və sağ əlini sağ budunun dizə yaxın hissəsinə qoyaraq adsız və çeçələ barmaq­larını qatlamalı, dua edərkən şəhadət barmağı qaldırıb yuxarı-aşağı hərəkət etdirməli və ya düz saxlamalı, baş barmağın və orta barmağın uclarını qoşalaşdırıb halqa şəklində saxlamalıdır. Sol əlini isə barmaqları açıq şəkildə sol budunun dizə yaxın yerinə qoyma­lıdır. Bu oturuş zamanı təşəhhüd, salavat və istiazə Allaha pənah­apar­ma dualarını oxumalıdır: «Əttəhiyyatu lilləhi və-s-saləvatu və-t-tayibət, əs-sələmu aleykə eyyuhə-n-nəbiyu və rahmətullahi və bəra­kətuh, əs-səlamu aleynə və alə ibadilləhi-s-salihin, əşhədü ən lə iləhə illəllahu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh, Allahum­­­­mə salli alə Muhəmmədin və alə ə'li Muhamməd, kəmə salleytə alə İbrahimə və alə ə'li İbrahimə innəkə həmidun məcid, və barik alə Muhəmmədin və alə ə'li Muhamməd, kəmə bəraktə alə İbrahimə və alə ə'li İbrahimə innəkə həmidun məcid, Allahummə inni əuzu bikə min azəbi-l-qabr, və min azəbi cəhənnəm, və min fitnəti-l-məhyə və-l-məmət, və min şərri fitnəti-l-məsihi-d-dəccəl»

Duanın tərcüməsi: Bütün alqışlar, dualar Allaha, bütün yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti bərəkətləri yetişsin! Bizə və Allahın əməlisaleh bəndələ­rinə salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ilahi yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allahım! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə bərəkər verdiyin kimi bərəkət ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən! Allahım! Həqiqətən, mən qəbir əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və yalançı məsihin (Allahlıq və yə reyğəmbərlik iddiası edən) fitnəsinin şərindən Sənə sığınıram!

Sonra dua edib Rəbbindən dünya və axirət nemətlərindən istədiyini diləyə bilər.

Sonra sağ tərəfə salam verir: «əs-sələmu aleykum və rahmətullah» - Sizə salam olsun və Allahın mərhəməti yetişsin!» - Sol tərəfə də eləcə salam verə bilər.

Namaz üç, yaxud dörd rək'ətdən ibarət olsa, təşəhhüd duasını bu cümləyəcən oxumalıdır: «əşhədu ən lə iləhə iləllah və əşhədu ənnə Muhammədən abduhu va rasuluh). Sonra «Allahu əkbər» deyərək ayağa qalxmalı və bu zaman əllərini çiyinləri səviyyəsinə qaldırmalıdır.

Sonra namazının qalan hissəsini də ikinci rək'əti qıldığı kimi qılmalıdır. Fərq yalnız bundan ibarətdir ki, sonrakı rək'ətlərdə başqa surə oxumayıb əl-Fatihə ilə kifayətlənir. Sonra yanakı (təvər­rük qaydasında) oturmalı, bu zaman sağ ayağını (əvvəl göstərildiyi kimi) şaquli vəziyyətdə saxlamalı və sol ayağını onun altından sağ tərəfə çıxarmalı, əllərini birinci təşəhhüdü oxuyarkən olduğu kimi, budlarının üstünə qoymalıdır. Bu oturuş zamanı təşəhhüd, salavat və istiazə dularını bütünlüklə oxumalıdır. Sonra sağ tərəfə salam verib deməlidir: «əs-sələmu aleykum və rahmətullah» - Sol tərəfə də eləcə salam verə bilər.341

Bəzi namazlar barəsində müxtəsər məlumatlar

Fəcr namazı 342
«Fəcr»- dan yerinin ağarmasına deyilir.343 Buna həmçinin «Sübh» namazı da deyilir.

Fəcr namazı iki rək'ətli səslə qılınan namazdır. Bu namazdan yalnız əvvəl iki rək'ət (daima) sünnə namazı qılmaq olar.

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Fəcr namazını qılarkən, hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı»344

Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «……Sübh namazını Peyğəmbər - səllallahu aleyhi və səlləm - hava işıqlaşmamış (qaranlıqda) qılardı»345

Əbu-l-Minfəl346 rəvayət edir ki, «Mən və atam, Əbu Bərzətə əl-Əsləminin yanına getdik. Atam ona: "Danış, görək Peyğəmbər - səllallahu aleyhi və səlləm - namazları necə qılardı?» – deyə müraciət etdikdə, o dedi: "Peyğəmbər - səllallahu aleyhi və səlləm - Sübh namazını hər bir kəsin yanındakını seçdiyi vaxtda (hava bir az işıqlandıqda) bitirərdi. Bu namazda o, altmış ayədən yüz ayəyə qədər oxuyardı»347

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - başqa nafilə na­mazlarına nisbətən Fəcr namazının sünnəsinə daha çox davamlı və daha çox bağlı idi»348

Başqa rəvayətdə: «Fəcr namazının iki rək'əti dünya və içindəki­lər­dən xeyirlidir»349

Fəcr namazının vaxtı: dan yerinin ağarmasından günəş çıxana­dək.
Zöhr namazı 350

«Zöhr» – günorta vaxtına deyilir.351 Buna həmçinin «əl-Hacira» də deyilir.

Zöhr namazı dörd rək'ətli səssiz qılınan namazdır. (Bax: Na­maz­da bəyənilən əməllər 7-ci bənd). Bu namazdan əvvəl (da­ima) iki və ya dörd (iki-iki) rək'ət, sonra da iki rək'ət sünnə namazı qılmaq olar.

Əbu-l-Minfəl rəvayət edir ki, «Mən və atam, Əbu Bərzətə əl-Əsləminin yanına getdik. Atam ona: "Danış, görək Peyğəmbər - səllallahu aleyhi və səlləm - namazları necə qılardı?» – deyə müraciət etdikdə, o dedi: "Peyğəmbər - səllallahu aleyhi və səlləm - əl-Hacira – sizin saydığınız ilk namazı – günəş zeniti keçdikdə qılardı…»352

Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Mən Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bir yerdə Zöhrdən əvvəl və sonra, həmçinin Cümə, Məğrib və İşa namazlarından sonra da iki rək'ət namaz qıldım»353

Ummu Həbibə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Gün ərzində on iki rək'ət sünnə namazı qılan şəxs üçün Cənnətdə bir ev bina olunar!»354

Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dörd rək'ət Zöhrdən əvvəl və iki rək'ət sonra, iki rək'ət Məğribdən sonra, iki rək'ət İşadan sonra və iki rək'ət də Fəcrdən əvvəl namaz qılardı!355

Zöşr namazının vaxtı: günəş zeniti keçdikdən sonra əşyaların hündürlüyü ilə kölgələrinin uzunluğunun bərabərləşdiyi anadək (Əsr namazınadək).



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə