ƏLİxan musayev şƏRİƏt risaləSİ TƏharət və namazin xülasəSİ



Yüklə 0,84 Mb.
səhifə6/7
tarix23.01.2018
ölçüsü0,84 Mb.
#21924
növüXülasə
1   2   3   4   5   6   7
Təravih namazı

«Təravih»- istirahət, dincəlmə deməkir.435 Müsəlmanlar təravih namazında hər dörd rək'ətdən sonra dincəldiklərinə görə belə adlanmışdır. Aişədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - də belə edərmiş.436

Təravih namazı camaatla on bir rək'ət səslə qılınan müəkkəd (təkid olunmuş) sünnət namazıdır. İyirmi rək'ət ilə əlaqəli hədis və əsərlər isə mötəbər deyildir.437 Bu namazdan sonra təhəccüd namazını qılmaq istəyən şəxs imamla səkkiz və ya on rək'ət qıl­malı, Vitri isə təhəccüddən sonraya saxlamalıdır.438

Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - məsciddə gecələrin birində (Ramazanda) namaz qıldı və camaat da onunla bərabər bu namazı qıldı. Ertəsi gün yenə namaz qıldı və əvvəlkindən də çox camaat onunla bu namazı qıldılar. Üçüncü (və dördüncü) gün yenə bu hal təkrar oldu və ondan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm - camaatla namaz qılmağa gəlmədi. O gecənin səhəri Peyğəm­bər - səllallahu aleyhi və səlləm - dedi: «Sizin bu namazı qılmaq üçün belə çox sayda cəm olduğunuzu gördüm və onun sizə fərz buyrulacağından qorxduğum üçün camaat namazına gəlmədim.»439



Təravih namazının vaxtı: İşa namazının sünnəsindən sonra Sübh namazınadək.



Səfər namazı
Uca Allah buyurur:



«Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcək­lərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rək'ətli namazı iki rək'ət qılmaq) sizə günah hesab edilməz.»440

Aişə (r.a) rəvayət edir ki, səfərdə və evdə iki rək'ət qılınan namazlar fərz edildi, səfərdə qılınan namazlar təsdiq olundu, evdə qılınan namazlara isə (bir və ya iki rək'ət) əlavə olundu.»441

Səfərdə namazları qısaltmaq və cəm şəkildə qılmaq Uca Allah tərəfindən verilmiş rüxsətdir. Bilərəkdən səfərdə namazları tam qılmaq məkruhdur (bəyənilmir), cəm şəkildə qılmaq isə sünnədir.442 Yalnız yerli sakinlərdən olan imamın arxasında namaz qılan müsafir imama tabe olaraq namazını tam qılmalıdır.

Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - səfərdə olduğu müddətdə Zöhrlə Əsr namazını, Məğriblə də İşa namazını cəm edərdi»443

Zöhrlə Əsr namazını Zöhrün əvvəl vaxtından Əsrin axır vaxtınadək, Məğriblə də İşa namazını Məğribin əvvəl vaxtından İşanın axır vaxtınadək istənilən vaxtda qılmaq olar.444

Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərə - səllallahu aleyhi və səlləm -, Əbu Bəkrə (r.a), Ömərə (r.a) və Osmana (r.a) yol yoldaşı oldum. Onlar səfərdə olduqları müddətdə namaz­ları iki rək'ətdən artıq qılmazdılar»445

Yalnız dörd rək'ətli namazlar iki rək'ət qısaldılmış şəkildə qılı­nır. Məğrib namazı isə tam üç rək'ət qılınır.

Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərin - səllallahu aleyhi və səlləm - səfərdə Məğrib namazını üç rükət qıldığını və təxirə saldığını gördüm…»446

Peyğəmbərin - səllallahu aleyhi və səlləm - sünnəsini araşdırıb, onun - səllallahu aleyhi və səlləm -, müsafirə iki rükət namaz qılmağı buyurdu­ğunu, səfər üçün nə məkan nə də üç, ya dörd, ya on iki, ya da on beş gün məhdudlaşdırmadığını görən hər bir şəxs səfərdə namazı qəsr etməlidir (qısaltmalıdır). Necə ki sələfdən (keçmiş nəsildən) bunu edənlər olub. Müsəlmanlar «Nəhavənd»- də altı ay namazla­rı­nı qəsr ediblər.447 El arasında səfər hesab olunan məsafədə səfər namazı qılmaq caizdir.448

Səfərlə əlaqəli məsələlər:449

Birinci məsələ təkbir gətirib (namaza başladıqdan sonra) hər han­­­sı nəqliyyat vasitəsilə səfərə çıxan şəxs namazını tam qılmalı­dır;

İkinci məsələ təkbir gətirib (namaza başladıqdan sonra) hər hansı nəqliyyat vasitəsilə vətəninə daxil olan şəxs də namazını tam qılmalıdır;

Üçüncü məsələ evdə qılınan namazın batil olduğunu səfərdə xatırlayan şəxs o namazı tam qılmalıdır;

Dördüncü məsələ səfərdə qılınan namazın batil olduğunu ev­də xatırlayan şəxs də o namazı tam qılmalıdır;

Beşinci məsələ müsafir, yerli sakinlərdən olan imamın arxa­sın­da qıldığı namazı imama tabe olaraq tam qılmalıdır;

Altıncı məsələ arxasında namaz qıldığı imamın müsafir yoxsa yerli sakin olduğunu bilməyən şəxs imamla namazını tam qılaca­ğını niyyət edib ona tabe olmalıdır (yəni tam qılarsa tam qılmalı, qəsr edərsə qəsr etməlidir);

Yeddinci məsələ İmama tabe olaraq namazı tam qılmağa niyyət edən müsafirin namaz əsnasında dəstəmazı pozularsa o nə etməlidir?

a) Dəstəmaz aldıqdan sonra tərk etdiyi camaat namazına çatar­sa onu tam qılmalıdır.

b) Namaz qılınıb qurtardıqdan sonra o namazı tək qılarsa bu hal­da o, namazı qəsr etməlidir.

* Namazın vaxtı girdikdən sonra (o namazı qılmayıb) səfərə çıxan şəxs həmən namazı səfərdə qəsr etməlidir.

* Namazın vaxtı girdikdən sonra (o namazı qılmayıb) vətəninə daxil olan şəxs həmən namazı tam qılmalıdır.

Səkkizinci məsələ Namazı tam və ya qəsr qılmağı niyyət etmə­dən namaza başlayan müsafir namazını qəsr etməlidir.

Doqquzuncu məsələ Namazı qəsr qılmağı niyyət edib-etmədiyinə şəkk edən müsafir namazını qəsr etməlidir.

Onuncu məsələ Müsafirin səfərdə namaz qılmasına zaman məhdudiyyəti yoxdur.


Kusuf (Xusuf) namazı
«Kusuf»- günəşin tutulmasına, «Xusuf»- isə ayın tutulmasına deyilir.

İslam alimlərinin icmasına görə «Kusuf» və «Xusuf»- günəş və ayın tam yaxud qismən tutulmasına deyilir.450 Hər ikisinin tutulmasını həm «Kusuf» həm də «Xusuf»- adlandırmaq olar.451

Kusuf (Xusuf) namazı günəş və ayın tam yaxud qismən tutulduğu zaman iki rək'ətli səslə qılınan namazdır. Bu namazlardan sonra bir xütbə vermək caizdir.452 Bu namazlardan nə sonra nə də əvvəl sünnə namazı qılınmır.

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbərin - səllallahu aleyhi və səlləm - zamanında günəş tutuldu və o, camaatı namaza çağırmaq üçün bir nəfər göndərdi. Onlar namaz qılmaq üçün toplandıqdan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm - təkbir edib dörd ruku və dörd səcdədən ibarət iki rək'ət namaz qıldı»453

Əbu Məsud – Uqbətu ibn Amr – əl-Ənsari əl-Bədri (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Həqiqətən, günəş və ay Allahın yaratdığı rəmzlərdir ki, Allah bununla (günəş və ay tutulması ilə) qullarını qorxudur. Günəş və ay heç kəsin ölümünə və ya doğulduğuna görə tutulmur. Onların tutulduğunu gördüyünüz zaman namaz qılın və bu hal sona çatana qədər Allaha dua edin!"»454

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbərin - səllallahu aleyhi və səlləm - zamanında günəş tutuldu və o, camaata namaz qıldırdı. Namaz əsnasında qiyam və rukunu uzatdı, sonra rukudan qalxdı və əvvəlkinə nisbətən az qiyamda durdu, sonra ruku etdi və əvvəlkinə nisbətən az rukuda qaldı, (rukudan qalxdıqdan) sonra səcdə etdi və onu da uzatdı. İkinci rək'əti də bu qaydada qılıb, artıq günəşin üzü açıldığı zaman namazını bitirdi. Sonra Allaha həmd-səna edib dedi: "Həqiqətən, günəş və ay Allahın yaratdığı rəmzlərdir. Onlar heç kəsin ölümünə və ya doğulduğuna görə tutulmur. Onların tutulduğunu gördüyünüz zaman Allaha dua edin, təkbir gətirin, namaz qılın və sədəqə verin. Ey Məhəmməd ümməti! Allaha and olsun ki, heç biriniz Allahın zina etdiyi quluna (kişi və ya qadın) qarşı qeyrətli455 olduğu kimi (qeyrətli) ola bilməz. Ey Məhəmməd ümməti! Mənim bildiyimi bilsəniz, az gülüb çox ağlayardınız"»456

Əbu Musa əl-Əşari (r.a) rəvayət edir ki, «Peyğəmbərin - səllallahu aleyhi və səlləm - zamanında günəş tutuldu. O, qiyamətin qopduğunu zənn edib məscidə gəldi və namaz qıldı. Namaz əsnasında qiyamı, rukunu və səcdəni uzatdı. Mən onun bu cür namaz qıldığını görməmişdim. Namaz qıl­dıqdan sonra dedi: "Allahın göndərdiyi bu rəmzlər, kiminsə ölümünə və doğulmasına görə deyildir, lakin Allah bununla qullarını qorxudur. Belə olduğunu gördüyünüz zaman Allaha zikr və dua etməyə, ondan bağışlanma diləməyə tələsin!"»457

Bu namazların hər rək'ətində olan birinci rüku rükn, ikincisi isə sünnədir. Deməli hər rək'ətdə olan birinci rükuya çatan şəxs o rək'ətə çatmış, ikinci rükuya çatan isə o rək'ətə çatmamış hesab olunur.458



Kusuf (Xusuf) namazının vaxtı: Günəş və ya ay tutulan andan açılanadək.

Bu namazları qılmaq vacibdir (fardu-l-kifayədir)." 459


İstisqa namazı
Uca Allah buyurur:

«[İnsanlar] ümidsizliyə qapılandan sonra, yağmur göndərən Odur!»

«İstisqa»- Dua edib Allahdan yağış nazil etməsini istəmək deməkdir.460

«İstisqa», xüsusən quraqlıq olduqda (ümumən isə istənilən vaxt) dua edib Allahdan yağış nazil etməsini istənilən zaman iki rək'ətli səslə qılınan sünnət namazdır. Bu namazdan sonra və ya əvvəl bir xütbə vermək sünnətdir. Bu namazlardan nə sonra nə də əvvəl sünnə namazı qılınmır.461

Abdullah ibn Zeyd ibn Asim əl-Mazini (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - yağışın nazil olmasını Allah­dan istəmək üçün əbasını tərsinə çevirib (geyindi), qibləyə tərəf döndü və dua etdi. Sonra iki rək'ət səslə namaz qıldı»462

Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Cümə günü bir kişi, məscidə Ömərin (r.a) evinin istiqamətində olan qapıdan daxil oldu və ayaq üstə xütbə verən Peyğəmbərə - səllallahu aleyhi və səlləm - yaxınlaşıb dedi: "Ey Allahın elçisi! Mal-qara həlak olur, səfərlər də dayandırılıb (quraqlıq olduğu üçün dəvələrlə səfərə çıxmaq ol­mur). Allahın bizə yağış nazil etməsi üçün dua et!" Peyğəmbər - səllallahu aleyhi və səlləm - əllərini qaldırıb üç dəfə «Allahummə-sqinə» (başqa rəvayətdə «Allahummə əğisnə»)463 - "Allahım, bizə yağış endir!" - deyə dua etdi».

Ənəs (r.a) deyir ki, «Allaha and olsun ki, göydə nəinki bulud, heç bulud parçası da yox idi. Bizimlə Səlin464 arasında da nə bir ev, nə də bir koma var idi. Birdən Səlin arxasından qalxanabən­zər bir bulud göründü. Bulud gəlib səmanın orta­sına çatdıqda yayıldı və yağış yağdı. Allaha and olsun ki, bir həftə gün üzü görmədik. Cümə günü bir kişi yenə məscidə Ömərin (r.a) evinin istiqamətində olan qapıdan daxil oldu və ayaq üstə xütbə verən Peyğəmbərə - səllallahu aleyhi və səlləm - yaxınlaşıb dedi: "Ey Allahın elçisi! Mal-qara həlak olur, səfərlər də dayandırılıb (yolları su basdığı üçün dəvələrlə səfərə çıxmaq olmur). Allaha, yağışı dayan­dırması üçün dua et!" Peyğəmbər - səllallahu aleyhi və səlləm - əllərini qaldırıb dua etdi və dedi: "Allahummə həvaleynə va lə əleynə, Allahummə alə-l-əkəm va-z-zirab va butuni-l-əudiyə va mənabiti-l-əşcar". Bu duadan sonra buludlar çəkildi və biz qızmar günəşin altında gəzişməyə başladıq».

Şureyk deyir ki, «Mən Ənəsdən (r.a): "O (ikinci dəfə gələn kişi) həmən kişi (birinci dəfə gələn) idi?" – deyə soruşduqda, o: "Bilmi­rəm" – deyə cavab verdi»465

Duanın tərcüməsi: «Allahım, bu yağışı bizim üzərimizə yox, ətraf yerlərə endir! Allahım, bu yağışı yaylaların, təpələrin, vadilərin üzərinə və ağacların dibinə endir!»
İstisqa namazının qılınması 466

İmam birinci rək'ətdə ihram təkbirindən və istiftah duasını oxuduqdan sonra altı dəfə təkbir etməli və adi sünnət namazının qılındığı qaydada həmən rək'əti tamamlamalıdır. İkinci rək'ətə qalx­dıqdan sonra isə beş dəfə təkbir etməli və adi sünnət namazı­nın qılındığı qaydada həmən rək'əti tamamlamalıdır. Ca­maat da ima­ma tabe olaraq bu hərəkətləri yerinə yetirməlidirlər. İmam Allahı həmd-səna etməklə, Ondan bağışlanma diləməklə xütbəni başlamalı, sonra mömünləri cənnətlə müjdələməli, cəhənnəm əza­bın­dan çəkindirməli, günahlara görə tövbə etmə­lərini biri-biri­lərinə nifrət etməmələrini və s. lazimi nəsihətləri verməlidir. Sonra əllərini göyə tərəf qaldırıb Allahdan yağışın nazil etməsi üçün dua etməlidir.467



Xauf namazı
Uca Allah buyurur:




«Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (nama­zınızı) piyada gedə-gedə və ya minik üstə qılın. (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Quran və peyğəmbər vasitəsilə) nə cür öyrədibsə, o cür anın (zikr edin, namaz qılın).»468

«Xauf» – qorxu deməkdir (yəni, hər hansı bir hadisədən yaran­mış həyacan)469

Hər hansı bir namazı başqa formada qılmağa rüxsət verən üzr üçdür: Səfər, xəstəlik və qorxu. Qorxu namazının neçə qılınması aşağıdakı kimidir.470

Birinci forma: Bax – ən-Nisa surəsi, 102-ci ayə!

Yezid ibn Rumən, Saleh ibn Xavvət ibn Cubeyrdən, o da Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bərabər «Zatu-r-Riqa» döyüşündə qorxu namazı qılan səhabədən471 rəvayət edir ki, «Bir dəstə, Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bərabər namaza başladı, o biri dəstə isə (onları qorumaq üçün) düşmənə tərəf döndü. Peyğəmbər - səllallahu aleyhi və səlləm - bir rək'ət qıldıqdan sonra ayağa qalxıb səhabələr ikinci rək'əti sərbəst (salam verib namazı) tamamlayana qədər hərəkətsiz dayanıb gözlədi. Dəstələr yerlərini dəyişdirdikdən sonra ikinci rək'əti qıldı və o biri dəstə (birinci rək'əti onunla qıldıqdan sonra) ikinci rək'əti tamamla­yana qədər hərəkətsiz dayanıb gözlədi. Sonra isə (onlardan əvvəl) salam verib namazı tamamladı»472

İkinci forma: Cabir ibn Abdullah əl-Ənsari (r.a) rəvayət edir ki, «Mən Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə qorxu namazını qıldım. O, bizi iki cərgəyə düzdü və düşmən mövqeyi bizimlə qiblə arasında olduğu vəziyyətdə namaza başladı. Biz onunla bərabər təkbir və ruku etdik, sonra da rukudan qalxdıq. O, birinci səf ilə bərabər səcdə etdiyi zaman ikinci səf düşmənə qarşı dayanıb gözlədi. Onlar (hər iki) səcdəni etdikdən sonra ikinci səf də səcdə etdi. Ayağa qalxdıqdan sonra isə cərgələr yerlərini (1-ci cərgə 2-ci cərgənin, 2-ci cərgə də 1-ci cərgənin yerinə keçməklə) dəyişdirdi və ikinci rək'əti də əvvəlki rək'ət kimi qıldıq. Sonra isə hamımız onunla bərabər salam verib namazı bitirdik».

Cabir (r.a) deyir ki, «(Onların qıldığı namaz) keşikçilərimizin əmir­lərini qoruduğu zaman qıldıqları namaz kimidir»473

Başqa rəvayətdə: «O, Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bərabər qorxu namazını yeddinci döyüşdə – Zətu-r-Riqa döyüşündə qıldı»474


Duha namazı
«Duha» – səhər, gündüzün başlanğıcına deyilir.475

Duha namazı iki rək'ət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Bu namazın neçə rək'ət qılınmasına heç bir məhdudiyyət yoxdur.476

Əbu Zər (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Hər biriniz bədən sümüklərinin və oynaq­larının haqqını ödəməlidir. Hər bir təsbih477, hər bir təhmid478, hər bir təhlil479, hər bir təkbir480 sədəqədir. Yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək sədəqədir. Duha namazı isə bunların hamısını əvəz edir!»481

Əbu Hureyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - üç şeyi mənə nəsihət etdi: Hər ayın üç gününü oruc tutmağı, iki rək'ət Duha namazı və yatmazdan əvvəl Vitr namazını qılma­ğı!»482

Ummu Hani (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - Məkkənin fəthi günü səkkiz rək'ət Duha namazı qıldı»483

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Düha namazını daima qılmazdı ki, ümmətinə fərz buyrulma­sın.»484

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dörd rək'ət Duha namazı qılar və istədiyi qədər rək'ətlərin sayını artırardı.»485

Duha namazının vaxtı: Günəş üfüqdən bir nizə hündür­lüyündə qalxdıqdan sonra (yəni, təqribən günəş çıxdıqdan on beş dəqiqə sonra) günəş səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələdək (təqribən on dəqiqə qabaq).486

Təhiyyat namazı
Təhiyyat – salam deməkdir.487

Bu, məscidə daxil olduqda səssiz qılınan iki rək'ətli sünnət namazıdır. Bu namazı günün istənilən vaxtı məscidə daxil olduqda qılınmalıdır.

Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - cümə xütbəsini verdiyi zaman bir kişi gəlib oturdu. Peyğəmbər - səllallahu aleyhi və səlləm - ondan: "Namaz qıldın­mı?" – deyə soruşduqda, o: "Yox"- dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm - də ona əmr edib dedi: "Dur iki rək'ət namaz qıl!"»488

Əbu Qatədə əl-Ənsari489 (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Sizdən biriniz məscidə daxil olduqda iki rək'ət namaz qılmamış oturmasın"»490


Cənazə namazı
Cənazə namazının fəziləti:

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Cənazəni müşahidə491 edib namazını qılana bir, (ondan sonra) dəfn olunana qədər onu təqib edənə isə iki qirat qədər savab yazılır". Səha­bələr: "İki qirat nə qədərdir?" – deyə soruşduqda, Pey­ğəm­bər - səllallahu aleyhi və səlləm - "İki böyük dağ kimidir" – deyə cavab verdi»492

Başqa rəvayətdə: «Qiratların ən kiçiyi Uhud dağı kimidir»493

" Tabutun üzərində olan şəxs «Cənazə» adlanır. Tabutun özü isə «Cinazə» adlanır. Çünki, məna baxımından «fəthə»- hərfin üstündə olduğu üçün tabutun üzərində olana, «kəsrə»- də hərfin altında olduğu üçün meyitin altında olana münasibdir.

Cənazə namazı dörd təkbirdən ibarət rüku və səcdəsiz səssiz qılınan namazdır."494

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Nəca­şinin495 ölüm xəbərini elan etdikdən sonra namaz qılınan yerə gəldi, cərgələri düzdü və dörd təkbirli (rüku və səcdəsiz) namaz qıldı»496

Bu hədisdən belə nəticə də çıxır ki, qəriblikdə ölən şəxs üçün cənazə namazı qılınıbsa, qeyriləri üçün bu namazı qılmaq olmaz. Əks halda isə, cənazə müşahidə olunmasa belə, bu namazı qılmaq vacibdir (fardu-l-kifayədir).

Cənazə namazını camaatla qılmaq əfzəldir. Lakin qeyd etmək lazımdır ki, ölən şəxs dəfn olunduqdan sonra qəbrinin önündə dayanıb onun cənazə namazını qılmaq olar.

Cabir (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Nəcaşinin (cənazə) namazını qıldığı zaman mən ikinci və ya üçüncü səfdə idim»497

Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - meyit dəfn olunduqdan sonra qəbrin önündə dayanıb dörd təkbirli (rüku və səcdəsiz) namaz qıldı»498

Əbu Hureyrə (r.a) rəvayət edir ki, «Peyğəmbərin - səllallahu aleyhi və səlləm - məscidinə xidmət edən bir şəxs vəfat etdi və Peyğəmbər - səllallahu aleyhi və səlləm - onun vəfat etdiyini bilmədi. Bir gün Peyğəmbər - səllallahu aleyhi və səlləm - o şəxs barəsində soruşdu. Səhabələr onun vəfat etdiyini ona xəbər verdikdə o dedi: " Doğrudanda siz mənə (onun vəfat etdiyini xəbər verməməklə) əziyyət vermisiniz!" Sonra qəbrin yerini soruşdu və gedib onun cənazə namazını qıldı.»499

Kişiyə cənazə namazı qılınarkən imam onun baş tərəfində, qadına cənazə namazı qılınarkən isə onun tən orta istiqamətində dayanmalıdır.

Əbu Ğalib əl-Xayyat rəvayət edir ki, «Mən Ənəs ibn Malikin (r.a) cənazə namazı qıldığını müşahidə etdim. O, kişi xeylağının cənazəsinin baş tərəfində durdu və namaz qıldı. Sonra Qureyş qəbiləsindən ya da ənsarlardan olan qadın xeyla­ğının cənazəsini gətirdilər və dedilər: "Bu filankəsin qızı­dır onun cənazə namazını qıl!" Ənəs (r.a) meyitin orta nahiyəsində dayandı və cənazə namazını qıldı. Bu fərqi görən ibn Zeyd əl-Adəvi ona dedi: "Ey Əbu Həmzə! Məgər Peyğəm­bər - səllallahu aleyhi və səlləm - belə namaz qılardı?" O: "Bəli" – deyə cavab verdi. İbn Zeyd bizə tərəf döndü və dedi: «Öyrənin!»500

Bu hədis həmçinin ölən şəxsin kişi, qadın və ya uşaq olduğunu namaz qılan camaata bildirməsinə də dəlildir.

Səmurə ibn Cundəb (r.a) rəvayət edir ki, «Mən Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə nifasdan501 vəfat etmiş qadının cənazə namazını qıldım. O, namazda ikən (axıra qədər) meyitin orta nahiyəsində dayandı»502

Cənazə namazını qılmaq kişilər üçün fardu-l-kifayədir. Qadın­lara isə Peyğəmbər - səllallahu aleyhi və səlləm - cənazəni təqib etməyi (bura cənazə namazı da daxildir) qadağan etmişdir.503

Ummu Atiyyə əl-Ənsariyyə (r.a) rəvayət edir ki, «Peyğəm­bər - səllallahu aleyhi və səlləm - bizə (qadınlara) cənazəni təqib504 etməyi qadağan etdi, lakin haram olmasını təkid etmədi»505

Kafir, müşrik və münafiqin cənazə namazı qılınmır.

Uca Allah buyurur:




«Münafiqlərdən ölən heç bir kəsin namazını heç vaxt qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.»506

Cənazə namazının qılınması üçün heç bir vaxt məhdudiyyəti yoxdur.


Cənazə namazının qılınması
Cənazə namazında birinci təkbirdən sonra Fatihə surəsi oxunur, ikinci təkbirdən sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm - salavat oxunur (bax: namaz qılmağın qaydası), üçüncü təkbirdən sonra vəfat edən şəxs üçün dua oxunur və dördüncü təkbirdən sonra bir və ya hər iki tərəfə salam verməklə namaz tamamlanır.

Vəfat edən şəxs üçün oxunan dua:

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - cənazə namazını qıldıqda bu duanı oxuyardı: «Allahummə-ğfir liheyyinə və meyyitinə, və şahidinə və ğaibinə, və sağirinə və kəbirinə, və zəkərinə və unsanə! Allahummə mən əhyəytəhu minnə fə əhyihi alə-l-isləmi, və mən təvaffəytəhu minnə fətəvaffəhu alə-l-iymən»507

Duanın tərcüməsi: «Allahım, dirilərimizi də, ölülərimizi də, burada olanlarımızı da, olmayanlarımızı da, kiçiklərimizi də, bö­yüklərimizi də, kişilərimizi də, qadınlarımızı da bağış­la! Allahım, bizlərdən yaşatdığını müsəlman kimi yaşat, öldür­düyünü də imana gətirib öldür!»

Auf ibn Malik əl-Əşcəi (r.a) «mən Peyğəmbərin - səllallahu aleyhi və səlləm - cənazə namazında bu duanı oxuduğunu eşitdim: «Allahum­mə-ğfir ləhu vər-həmhu və afihi va'fu anhu, və əkrim nuzuləhu və vassi mudxaləhu, vəğ-silhu biməin və səlcin və bəradin, və nəqqihi minə-l-xataya kəmə yunəqqa-s-səubu-l-əbya­du minə-d-dənəsi, və əbdilhu dəran xayran min dərihi və əhlən xayran min əhlihi və zəucən xayran min zəucihi, və ədxilhu-l-cənnətə və əizhu min azəbi-l-qabri və azəbi-n-nər!»508

Duanın tərcüməsi: «Allahım, onu bağışla, ona rəhm et, onu günahlarından uzaqlaşdır, onun günahlarından keç, yeni məskun­laş­dığı yerini onun üçün şərəfli et, daxil olduğu qəbrini genişlət, onu su, qar və dolu ilə yu, onu günahlarından ağ paltar kirdən təmizlənən kimi təmizlə, onun evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver!»509 Onu Cənnətə daxil et, ona qəbr əzabından Cəhənnəm odunun əzabından sığınacaq ver!»



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə