Əliyev Rəşad Babas əlim İqtisadi t əhlük əsizliyin t əmin edilm əsind ə gömrük xidm ətinin rolu prof


II FƏSİL: İQTİSADİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNDƏ



Yüklə 381,21 Kb.
səhifə3/5
tarix21.10.2017
ölçüsü381,21 Kb.
#6288
1   2   3   4   5

II FƏSİL: İQTİSADİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNDƏ GÖMÜK XİDMƏTİNDƏN İSTİFADƏNİN MÜASİR VƏZİYYƏTİ VƏ ONUN QİYMƏTLƏNDİRİLMƏSİ.
2.1. İqtisadi təhlükəsizliyin təmin edilməsində gömük xidmətindən istifadənin mövcud durumu və onun müqayisəli təhlili.

Əvvəlki fəsildə qeyd etdiyimiz kimi iqtisadi təhlükəsizliyin təmin edilməsində gömük xidmətindən istifadənin özünəməxsus mövqeyi vardır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin I fəslində göstərilir ki, "1.0.13. gömrük xidməti – gömrük qanunvericiliyinin tətbiqinə, habelə gömrük ödənişlərinin tutulmasına görə məsul olan dövlət xidməti"dir. (7)

Belə ki, Respublikamızda yeni gömrük tarif sisteminin yaradılması və fəaliyyəti bugünün tələblərindən biridir. Çünki ölkədə həyata keçirilən iqtisadi islahatların birinci mərhələsi artıq 2000-ci ildə yekunlaşıb. Bu zaman (1996-2000-ci illər) ərzində ölkədə çox iqtisadi islahatlar tətbiq olunmuşdur. Və bu iqtisadi islahatların əsasında iqtisadi təhlükəsizliyin təmin edilməsi məsələləri durur.

Gömük xidmətinin mövcud durumuna nəzər salsaq iqtisadi islahatların nə qədər sürətlə getdiyinin şahidi olarıq. Belə ki, bugün gömrük xidmətində vahid avtomatlaşdırılmış idarəetmə sistemi tətbiq olunur. Bu sistem Oracle Server Enterprise Edition v9.i server idarəetmə bazasının müştəri -server texnologiyası əsasında yaradılmışdır. Sistemin müştəri hissəsi Windows əməliyyat sistemləri üzərində qurulmuşdur və Azərbaycan dilində rahat istifadəçi imkanına malikdir. Sistemdə UNICODE standartı əsasında hər hansı digər dil dəstəklənə bilər. Sistemin bir hissəsini avtomatlaşdırılmış gömrük təmizləmələri və nəzarəti təşkil edir. Bu hissədə gömrük məntəqələrində lokal verilənlər bazası yaradılır. Lokal verilənlər bazaları isə Dövlət Gömrük Komitəsinin vahid mərkəzi məlumat sisteminə ixrac edilir. Sistem sənədləşmə, nəzarət və yük gömrük bəyannamələrinin qeydiyyatı proseslərini avtomatlaşdırmağa imkan verən proqram modullarından ibarətdir. Proqram təminatının müştəri hissəsi iki əsas baş moduldan "Broker" və "Gömrük orqanı"nından ibarətdir. "Broker" modulu gömrük qanunvericiliyinə və qaydalarına əsasən elektron sənəd yaradır. Proqrama daxil edilmiş qaydalardan əlavə istifadəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi bazası üzərində yaradılmış informasiya sisteminin onlayn rejimdə işləyən informasiya kioskundan istifadə edə bilər. (100)

«Gömrük orqanı» modulu elektron sənədin çoxmərhələli yoxlamasını həyata keçirir. Hər istifadəçinin fəaliyyəti sənədin statusu, mərhələlərin növbələşməsi və istifadəçinin hüquqları ilə müəyyən edilir. Elektron sənədin ötürülməsi hər mərhələdə qəbul edilən qərardan asılıdır. Müfəttişlərin şərhləri və qərarları səhvlər protokoluna yazılır və bəyannamələrin düzəlişi zamanı brokerlərə çatdırılır. Sistem gömrük bəyannamələrinin qeydiyyata alınmasının və yoxlanmasının şəffaflığını monitorinq vasitəsilə təmin edir. Qeydiyyata alınan bəyannamələrin hansı mərhələdə olduğuna nəzarət etmək imkanı mövcuddur.

şəkil: 1 (100)

Sistemin ikinci hissəsini Hüquq Pozuntularının Uçotu və Nəzarəti Sistemi


Hüquq pozuntularının uçotu və nəzarəti sistemi (Anti-Smuggling) verilənlər bazası regional gömrük orqanlarında və Dövlət Gömrük Komitəsinin mərkəzi məlumat sistemində yerləşən informasiya sistemidir. Bu sistemin tətbiqi proqram təminatı gömrük pozuntularının qeydiyyatı, uçotu və təhlili üçün nəzərdə tutulmuşdur.

Tətbiqi proqram təminatının kliyent hissəsi məlumatın regional verilənlər bazasına daxil edilməsini, məlumatların statistik analizini, hüquq pozucularına qarşı görülmüş tədbirlərin uçotunu həyata keçirir. Məlumatın daxil edilməsi zamanı onun gömrük orqanlarının məlumat bazası ilə uyğunluğu yoxlanılır. Sistemdə narkotik maddələrin, qaçaqmalçıların və valyutaların ölkəyə daxil olması baxımından təhlükəli olan idxalçı, ixracatçı, ölkə, nəqliyyat və mal qruplarını müəyyən edən informasiya təhlili həyata keçirilir. Təhlilin nəticəsi hesabat generatoru vasitəsilə aparılır və standar formada təqdim edilir.

Sistemin üçüncü hissəsi müvəqqəti saxlama anbarıdır. Gömrük terminalının uçotu və nəzarəti sistemi - Oracle verilənləri idarəetmə serveri üzərində yaradılmış informasiya sistemidir. Proqramın Dövlət Gömrük Komitəsi üçün işlənib hazırlanmasına baxmayaraq, müvəqqəti saxlama anbarları olan müxtəlif müəssisələrdə avtomatlaşdırılmış uçotun aparılması üçün də istifadə oluna bilər. Sistem terminal ərazisinə daxil olan bütün nəqliyyat vasitələrinin uçotunu təmin edir. İçərisində mal olan nəqliyyat vasitələrinə müəyyən dayanacaq təklif edilir. Sistem özü dayanacaqların vəziyyəti, nəqliyyat vasitələrinin sayı haqqında məlumatı təhlil edir. Proqram təminatı başqa təşkilatların tələblərinə uyğunlaşdırıla bilər. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində informasiya-kommunikasiya texnologiyaları üzrə layihələr 1999-2001-ci illər ərzində həyata keçirilmişdir. (101)

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əsas vəzifələrindən biri də gömrük xidmətlərinin müasirləşdirilməsi və beynəlxalq cəmiyyətə inteqrasiya etməsidir. Belə ki, səmərəli və şəffaf gömrük xidmətinin yaradılması biznes fəaliyyətində üzə çıxan maneələri azaldan ən mühüm vasitələrdən biridir. Gömrük xidmətinin təkmilləşdirilməsi 2008-2015-ci illərdə Kasıblığın azaldılması və Dayanıqlı İnkişaf üzrə Dövlət Proqramında önə sürülən ən mühüm prioritetlərdən biridir. Bu da bir daha sübut edir ki, dövlətin hər bir sahədə apardığı islahatlar gömrük xidmətində də öz əksini tapır. Sözsüz ki, gömrük xidmətinin bugünkü vəziyyətindən öncəki tarixə baxdıqda da görürük ki, hələ 2007-2011-ci illərdə Azərbaycan Respublikası Gömrük Xidmətinin təkmilləşdirilməsi haqqında Dövlət Proqramı, Azərbaycanda gömrük xidmətlərinin inkişaf istiqamətini təyin edən digər mühüm bir siyasətdir. Bu layihə, Dövlət Gömrük Komitəsinə hava nəqliyyatı müəssisələrində gömrük nəzarətini gücləndirməkdə həmçinin hava yüklərinin gömrük rəsmilləşdirilməsi, sərnişin prosedurları, qaçaqmalçılığın qarşışının alınması kimi xüsusi əməliyyatların surətləndirilməsində dəstəyi nəzərdə tutur.

Göründüyü kimi, gömrük xidməti sahəsində aparılan bu islahatlar bir başa ölkənin iqtisadi təhlükəsizliyinə təsir edir. Belə ki, bu cür proqramların hazırlanıb, həyata keçirilməsinin məqsədi infranstrukturu inkişaf etdirmək, prosesləri avtomatlaşdırmaq və kadr hazırlığı vasitəsi ilə Azərbaycanda gömrük xidmət sahələrinin müasirləşdirilməsini dəstəkləməkdir. Layihə Hava Nəqliyyatının Baş Departamenti nəzdində Hədəf Mərkəzi yaratmaq və gömrük işçilərinin yeni texnologiya və əməliyyat idarəçiliyindən istifadəsini, həmçinin mövcud sahədə ən yaxşı təcrübəni tətbiq etməyi diqqətdə saxlayır.

İqdisadiyyatımız günü-gündən gücləndiyi kimi gömrük xidmətinin sahələrinin də inkişaf edib, müasirləşməsi əsas vəzifə və məqsəd kimi qarşıda durur. Sözsüz ki, bu da güclü iqtisadiyyatın təhlükəsizliyinin təmin edilməsinə xidmət edən əsas vasitədir.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PİCARD (“Gömrük sahəsində akademik tədqiqatlar və inkişaf üzrə tərəfdaşlıq proqramı”) konfransında çıxışı zamanı belə bir fikir qeyd edib: “Beynəlxalq Ticarətin ötən illər ərzində böyük artımı bütün dünyada gömrük idarələri qarşısında yeni çağırışlara yol açıb. Durmadan artan ticarət həcmi, yeni ticarət tendensiyaları, artmaqda olan təhlükələr və yeni təcrübələrin tətbiqi gömrük işinin modernləşməsini zəruri edir. Belə müasir gömrük xidməti ticarətin və cəmiyyətin tələblərinə cavab verə bilmək üçün daha səmərəli, effektiv xidmət yönümlü və şəffaf olmalıdır. Bu baxımdan, biliklər əsasında yaranan innovasiyalar uğurlu gömrük idarəçiliyində aparıcı qüvvə kimi qalır. İnnovasiyaların tətbiqi gömrük idarələri qarşısında duran bir çağırışdır. Bu əməkdaşlıq şəraitində iş mühiti, yaradıcılıq səyləri və biliklərə əsaslanan idarəetmə tələb edir. Sadəcə yenilik etmək deyil, səmərəli və keyfiyyətli yenilik etmək  lazımdır”. (14)

İqtisadi təhlükəsizliyin təmin edilməsində gömük xidmətindən istifadənin mövcud durumuna baxdıqda görünür ki, gömrük sahəsində əldə edilən nailiyyətlərin başlıca məqsədi,  ölkənin iqtisadi inkişafına və vətəndaşların sosial rifahına xidmət edən səmərəli və müasir gömrük xidməti kimi fəaliyyət göstərməkdir. Bugün tətbiq olunan yeni Gömrük Əsasnaməsi Kioto Konvensiyasının prinsiplərinə əsaslanır və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, həmçinin Gömrük Akademiyasının yaradılması kimi tədbirləri və gömrük prosedurlarının beynəlxalq təcrübələrə uyğunlaşdırılması ilə bağlı vacib məsələlərin nəticəsidir.

         Azərbaycan Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasına daxildir. Hər il bir ölkədə keçirilən MDB ölkələri Gömrük Xidməti iclasında gömrük xidməti olan bir sıra problem və məsələlər qarşılıqlı şəkildə həll olunur. Belə ki, iclasda MDB iştirakçı-dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri Andrey Belyaninov, Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan gömrük xidmətləri hüquq-mühafizə bölmələrinin başçıları, MDB İcraiyyə Komitəsinin nümayəndəsi, həmçinin müşahidəçi qismində Litva və Latviya gömrük xidmətlərinin nümayəndələri iştirak edir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Avropa Gömrüyü, Tasis proqramı çərçivəsində Alman Gömrüyü ekspertləri tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün narkotiklərin müəyyən edilməsi, riskin təyin edilməsi, yükün nəzarətdən keçirilməsi və gəmilərin yoxlanılması, Hava və Dəniz limanlarında, dəmir yolunda, gömrük sənədlərində nəqliyyat vasitələrinə nəzarətə dair, nəzəri və praktiki seminarlar təşkil olunmuşdur. Avropa İttifaqının Tasis proqramı üzrə Azərbaycan Respublikasının milli və dövlətlərarası proqramları və Avropa İttifaqı Komissiyasının Texniki Yardım Proqram çərçivəsində (1996-ci il oktyabr)Daşkənd şəhərində Avropa Gömrüyü və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında Tasis proqramı çərçivəsində “Təhsil”, “İdarəetmə və Təşkil” Layihələri üzrə müqavilələr imzalanmışdır və layihələrdə nəzərdə tutulan bəzi məsələlər həyata keçirilir.

Ümumilikdə Azərbaycan dövləti yalnız xaricdən deyil, daxildən də iqtisadi təhlükəyə məruz qala bilər. Belə ki, əsas iqtisadi təhlükə göstəriciləri aşağıdakılar kimi təsnif etmək olar:


  1. ölkədən valyuta ehtiyatlarının sürətli şəkildə çıxarılması;

  2. iqtisadiyyatın strukturunun deformasiyasının güclənməsi;

  3. innovasiya fəallığının aşağı düşməsi və elmi- texniki potensialın dağılması;

  4. xarici ölkələrə olan borcun artması;

  5. idxaldan asılılığın daha da sürətlənməsi;

  6. cəmiyyətin təbəqələşməsinin güclənməsi və s. (101)

Ümumiyyətlə, dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsində istehsal strukturunun necə formalaşması mühüm amillərdən biridir. Bu anlayış daha çox yeni müstəqillik əldə etmiş dövlətlərə aiddir. Bu dövlətlər istehsalın strukturunu təkmilləşdirmək, xalq təsərrüfatı proporsiyalarını optimallaşdırmaq yolu ilə ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında nailiyyət qazana bilərlər. Məsələn, ABŞ avtomobil sənayesi, Yaponiya elektronika sənayesini seçmiş və bu sahənin rəqabət qabiliyyətini artırmış, həmin sahələrdən əldə edilən gəlirin hesabına digər sahələrdə istehsalın strukturunu milli mənafeyə uyğun qurmuşlar. Həmçinin Azərbaycan üçün də belə sənaye sahəsi neft- maşınqayırma sənayesi seçilmiş və bu strategiya çox böyük uğurla reallaşdırılır.

Azərbaycan üçün iqtisadi təhlükə törədən problemlərdən biri elmi- texniki potensialın dağılmasıdır. Bu innovasiya fəallığının aşağı düşməsi ilə əlaqədardır. Xalq təsərrüfatının strateji sahələrinə böyük həcmdə kapital qoymadan bu problemi həll etmək imkan xaricindədir.

Ölkədə iqtisadi islahatların müvəffəqiyətlə həyata keçirilməsində iqtisadi siyasətin tərkib hissəsi olan gömrük siyasətinin də bilavəsitə rolu vardır. Gömrük siyasətində təşkil edilməsində gömrük vergilərinin rolu əhəmiyyətli rol oynayır. Gömrük vergiləri gömrük işinin atributlarından sayılır.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi fəaliyyətə başladığı 20 il ərzində özünün struktur fəaliyyətinin genişləndirilməsi, ölkəmizdə mal dövriyyəsinin sürətləndirilməsi, gömrük ərazisinin müdafiə olunması, eləcə də iqtisadi təhlükəsizliyin təmin edilməsini beynəlxalq standartlara uyğun qanunvericiliklə möhkəmləndirilmişdir. Son illər gömrük nəzarətinin və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının, habelə maliyyə intizamının möhkəmləndirilməsi sahəsində görülən tədbirlər büdcə gəlirlərinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolunu xeyli artırmışdır.

Beynəlxalq və Azərbaycan Respublikasının gömrük təcrübəsinə uyğun olaraq fiziki və hüquqi şəxslər qanunçuluqda müəyyən edilmiş qayda istisna olmaqla malların və nəqliyyat vastələrinin idxal və ixracınıdan məhrum edilə bilməzlər. Azərbaycan Respublikasınin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə, həmçinin beynəlxalq müqavilələrə əsasən qanunçuluğa uyğun olaraq malların və nəqliyyat vastələrinin idxal və ixracına qadağa qoyula bilər.

Respublikamızda qadağan edilən mallara aşağıdakılar aid edilir:



  1. Bütün növ hərbi məqsədli silahlı və onların ehtiyyat hissələri;

  2. Narkotik psixotrop maddələr, həmçinin çəkmə məmulatı kimi opium, həşiş;

  3. İntelektuall fəaliyyətin nəticəsinə (çap olumuş məhsullar, kino şəkil,audio və video matreallar,maqnitli informasiya daşıyıcıları), dövlət quruluşunun dağıdılmasına istiqamətləndirən tədbirlərə ərazi bütövlüyünün pozulması hallarına dövlətin müstəqilliyinə solsial, milli və dini zəmində qarşıdurmanın qızışdırılmasına, eyni zamanda parnoqrafik məzmunlu martealllar;

  4. Azərbaycan Respublikasının ərazisində saxlamaq, yaxud yandırmaq məqsədilə gətirilməsi nəzərdə tutulan təhlükəli tullantılar;

  5. Dağıdıcı maddələr və onların məhsullarıvə s. (7)

Azərbaycan Respublikasına gətirilməsi malların qadağası ilə yanaşı, aparılması qadağan olunan mallara da var. Belə ki, bu mallara ölkənin həm iqtisadi, həm də milli təhlükəsizliyi üçün qadağan olunub. Bunlar aşağıdakılar kimi təsnif edilir:

  1. Hərbi məqsədli bütün növ silahlar, onların ehtiyyat hissələri və hərbi yüklər;

  2. Narkotik və psixotrop maddələr;

  3. Qiymətli kağızlar (müəyyən həcmdə);

  4. İncəsənət əsərləri və tarixi əşyalar,incəsənət tarixi,elmi mədəni əhəmiyyəti kəsb edən intelektual fəaliyyəin başqa nəticələri;

  5. Azərbaycanın marağına, həmçinin vətəndaşların hüquqlarına ziyan vura bilən matreallar, məlumatlar;

  6. Nəsli kəsilməkdə olan və qanun vericilikdə qadağan edilmiş heyvanlar onların dəriləri və buna uyğunbaşqa əşyalar.Lakin a və b maddələr üzrə malların ixracı və a b d və f maddələr üzrə malların idxalı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş formada həyata keçirilə bilər. (7)

Gömrük qanunvericiliyində gömrük nəzarətinin aparılmasının aşağıdakı formaları əsas hesab edilir:

  • Gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanması;

  • Gömrük yoxlanması (malların və nəqliyyat vasitələrinin yoxlanılması, gömrük nəzarətinin müstəsna forması kimi şəxsi yoxlama);

  • Malların və nəqliyyat vasitələrinin uçotu;

  • Fiziki və vəzifəli şəxslərin şifahi sorğusu;

  • Uçot və hesabat sisteminin yoxlanılması;

  • Müvəqqəti saxlanc anbarlarının, gömrük anbarlarının, sərbəst anbarların, sərbəst gömrük zonalarının, rüsumsuz ticarət mağazalarının və gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin ola biləcəyi digər yerlərin ərazi və binaların yoxlanması, həmçinin icrasına nəzarət respublikanın gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi digər yerlərə baxış keçirilməsi nəzərdə tutulan yerlər. (7)

Bununla yanaşı gömrük işinə dair rspublikanın digər qanunvericilik aktlarında nəzərdə tutulan və ona zidd olmayan digər formalar da aid edilir.

2.2. İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmi.
İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmi çox mütəlifdir. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) həm gömrük sərhəd xidmətində, həm də gömrük orqanlarında yürütdüyü siyasət başlıca olaraq iqtisadi təhlükəsizliyin təmin edilməsinə idmət edir.

Dövlət Gömrük Komitəsi çox qısa bir tarixi inkişaf yolunda özünün struktur fəaliyyətinin genişləndirilməsi, ölkəmizdə mal dövriyəsinin sürətləndirilməsi, gömrük ərazisinin müdafiə və təmin olunması, eləcə də xarici əlaqələr iştiakçıları üçün əlverişli şəraitin yaradılması məqsədilə yeni gömrük orqanları və sərhəd gömrük postları açılmışdır. Gömrük orqanlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradılması və Gömrük Məcəlləsinin qəbul edilməsi, dövlətin vacib tələbi olan dövlət büdcəsinin formalaşdırılmasında yaxından iştirak etməsi gömrük işinin beynəlxalq normalara uyğun təşkil olunmasıdır. Belə ki, beynəlxalq normalara gömrük xidmətinin əsas tələblərindən biri ölkə iqtisadiyyatının təhlükəsizliyin təmin edilməsidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatının üzvüdür və inkişaf etmiş dövlətlərin gömrük təşkilatları ilə əməkdaşlığını genişləndirməkdədir.

Ölkəmizin iqtisadi təhlükəsizliyin və ictimai maraqların qorunması məqsədilə narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, malların ölkəmizə idxal və ixracı zamanı gömrük vergi və rüsumların tətbiq edilməsi çox vacib tələblərdəndir. Eləcə də qadağa, məhdudiyyət və gömrük nəzarətinə aid digər müddəaların yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən ölkəmizin gömrük sərhəddi boyunca fəaliyyət göstərən sərhəd-keçid gömrük məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük qanunvericilik aktlarına, beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq gömrük nəzarətinin mütəlif forma və metodları tətbiq edilməklə gömrük orqanlarının nəzarətindən keçirilməlidir.

Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin tətbiq edilməsi, gömrük rüsumlarının rəsmilləşdirilməsinin aparılması və gömrük nəzarətinin təkmilləşdirilməsi ilə bağlı DGK tərəfindən normativ hüquqi sənədlər işlənib hazırlanarkən beynəlxalq miqyasda tətbiq olunan müasir normalar nəzərə aınmalı, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün İqtisadiyyat Nazirliyi ilə mütəmadi əlaqə saxlanmalıdır.

Hazırda Dövlət Gömrük Komitəsinin strukturu genişləndirilmiş, ölkəmizin müxtəlif bölgələrinə idxal-ixrac olunan mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydada aparılması, ölkə ərazisində mal dövriyyəsinin sürətləndirilməsi məqsədilə Azərbaycanin müxtəlif bölgələrində fəaliyyət göstərən 20-yə yaxın gömrük orqanı və 50-dən çox gömrük postları yaradılmışdır.

Gömrük nəzarətinin həyata keçirilməsi, gömrük orqanlarının fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədi boyunca gömrük orqanlarının yerləşdiyi yerlərdə və DGK-nin müəyyən etdiyi digər yerlərdə gömrük nəzarəti zonaları yaradılır və rejim qaydalara uyğunlaşdırılır.

Respublikamızda daxili bazarın və iqtisadi təhlükəsizliyin qorunub saxlanılmasında, iqtisadi islahatların dərinləşməsində mühüm rol oynayan Dövlət Gömrük Komitəsinə hüquq-mühafizə orqanı statusunun verilməsi ona digər funksiyalarla yanaşı qaçaqmalçılığın və gömrük işi sahəsində digər cinayətlərin qarşısının alınmasında məqsədəuyğun tədbirləri həyata keçirməyə imkan vermişdir. Belə ki, gömrük orqanları tərəfindən gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydalarının və vergi qanunvericiliyinin pozulmasına qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir.

Bu gün gömrük orqanları tərəfindən beynəlxalq ictimaiyyəti narahat edən və iqtisadiyyat üçün təhlükə olan narkotik vasitələri və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinin, eləcə də ölkəmizin ərazisindən tranzit keçirilməsinin qarşısının alınması istiqaqmətində mühüm tədbirlər həyata keçirilir.

Ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək məqsədilə gömrük yoxlamasının tezləşdirilməsi və onun səmərəliyinin artırılması zamanı mallar haqqında lazım olan məlumatları əldə etmək üçün (onların sayı, tərkibi, fiziki və kimyəvi xüsusiyyətləri, əsl mallar olmaları, gizli yerlərin olması və s.) gömrük nəzarətinin mütəllif texniki vasitələrindən istifadə edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən hər bir mala gömrük nəzarətinin texniki vasitələri tətbiq edilir.

İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmlərindən biri də gömrük sərhəd nəzarətində texniki vasitələrdən istifadədir. Bu mexanizm mallar və nəqliyyat vasitələri barədə məlumat əldə etmək, malların eyniləşdirilməsində, bölünən və radioaktiv materialların keçirilməməsidə, gömrük qaydalarının pozulması hallarının aşkar edilməsində vacib vasitədir.

Azərbaycan Respublikasının gömrük məcəlləsinə əsasən gömrük xidmətində insan həyatı və sağlamlığı üçün, gömrük ərazisindən keçən mallar və avadanlıqlar üçün təhlükəsiz olan texniki vasitələrdən istifadə etmək nəzərdə tutulur.

Ölkənin ümumi təhlükəsizliyi, habelə, iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün istifadə olunan belə texniki vasitələr toplusu “gömrük texnikası” adlanır. Gömrük texnikası – gömrük orqanları strukturunda mütəəssislər tərəfindən onların qarşısına qoyulmuş.tapşırıqları yerinə yetirmək üçün istifadə olunan texniki vasitələr toplusudur.

Gömrük texnikası bir neçə əsas hissəyə bölünür. Məsələn, gömrük ekspertizasında istifadə olunan texniki vasitələr, gömrük nəzarətində istifadə olunan texniki vasitələr, gömrükdə aşkar olunan cinayət faktları zamanı tətbiq olunan texniki vasitələr, gömrük orqanlarının öz təhlükəsizliyinin təmin olunması zamanı istifadə olunan texniki vasitələr və s.

Əvvəlki yarımfəsillərdə qeyd etdiyimiz kimi, ölkənin iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətinin müstəsna rolu vardır. Azərbaycan Respublikasında son illər ardıcıl həyata keçirilən dövlət siyasəti nəticəsində gömrük xidmətinin yenidən qurulması istiqamətində mühüm işlər görülmüş, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, gömrük xidmətini nizamlayan qanunvericilik aktları yaradılmış, qaçaqmalçılığa və digər hüquqpozmalara qarşı mübarizə güclənmişdir.

Bu gün Azərbaycanda müşahidə olunan dinamik sosial-iqtisadi sistemə inteqrasiya dövlət gömrük sisteminin təkmilləşdirilməsini, bütün istiqamətlərdə gömrük xidmətinin beynəlxalq standartlara uyğun aparılmasını və bütövlükdə gömrük sisteminin ölkənin sosial-iqtisadi inkişafındakı və iqtisadi təhlükəsizliyin təmin edilməsindəki rolunu daha da zəruri edir.

Ölkənin hüquq-mühafizə orqanlarının tərkib hissəsi olan gömrük xidməti fəaliyyətinin keyfiyyəti yüksək təşkil olunmuş idarəetmə sistemindən əhəmiyyətli dərəcədə asılıdır.

İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmi inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrdə çox fərqlidir. Məsələn, Yaponiya, Çin və Rusiya kimi ölkələrin gömrük xidmətinə baxdıqda bu sahədəki fərqli xüsusiyyətləri müşahidə etmək mümkündür.

Belə ki, iqtisadi cəhətdən dünyanın öndə gedən ölkələrindən biri olan Yaponiyada bir sıra ixrac nəzarət növləri mövcuddur:



    1. İkili təyinatlı mal və texnologiyaların ixracına nəzarət;

    2. Silahların və onların istehsalı üçün avadanlığın ixracına nəzarət;

    3. Raket, raket avadanlığı və texnologiyalarının ixracına nəzarət;

    4. Kimyəvi silah üçün xammala nəzarət;

    5. Nüvə materiallarına nəzarət;

    6. Sanksiyalar haqqında BMT qərarına aid nəzarət;

    7. Adekvat daxili təklifin təmin edilməsi məqsədilə nəzarət və s. (15, s.80-81)

Araşdırmalar göstərir ki, Yaponiya dünya iqtisadiyyatı qarşısında rəsmi olaraq, azad ticarətə sadiq olduğunu bəyan etmişdir. Buda onu göstərir ki, Yaponiya Ümumdünya Ticarət Təşkilatının əsas prinsiplərini qəbul etməkdən imtina edir.

Çində ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək məqsədilə gömrük rüsumları müəyyənləşdirilərkən iki növ norma: ümumi və güzəştli tətbiq olunur. Çinlə qarşılıqlı əlverişli şərait yaratma haqqında müqavilələrin olmadığı ölkələrlə gömrük rüsumları ümumi normalar üzrə tutulur. Əgər həmin müqavilələr varsa güzəştli normalar tətbiq olunur. Müxtəlif hallarda ÇXR Dövlət Şurası Komitəsinin sanksiyası ilə gömrük rüsumlarının ümumi normaları güzəştli normalarla əvəz oluna bilər.

Rusiyanın qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən gömrük orqanları, federal xidmət deməkdir və RF gömrük orqanlarına tabe olur.

Gömrük orqanlarının səlahiyyəti- hakimiyyət sistemi gömrük orqanlarına qoyulan funksiya və vəzifələrin bir biri ilə sıx əlaqədə olması.

Yəni dövlət gömrük orqanlarına düşən funksiyaları yerinə yetirmək üçün müəyyən səlahiyyətləri təqdim edir.

Deməli, gömrük orqanları dövlət orqanları kimi funksiyaların yerinə yetirilməsi üçün həmçinin öz gömrük suverenliyinin birbaşa yerinə yetirilməsi üçün yaradılır.

Belə funksiyalarının sırasına daxildir:

-xarici dövlətlərin müdaxiləsinin qarşısını almaqdan ötrü milli iqtisadiyyatın və gömrük suverenliyinin qorunması;

-ölkənin gömrük sərhədinin mühafizəsi,

-ixrac və idxal əməliyyatlarının gömrük ərazisi daxilində gömrük nəzarəti;

- valyuta sərvətlərinin və valyuta nəzarəti qiymətli kağızların gömrük ərazisi daxilində;

- gömrük rüsumlarının, gömrük yığımlarının toplanması;

- milli pozulmalara görə,hüquqi və fiziki şəxslərin məsuliyyətinin müəyyən edilməsi, gömrük informasiyasının sisteminin təşkili və s. (15)

Hüquq fəaliyyətinin tənzimlənməsinin təhlilində mühüm əhəmiyyəti daşıyan təməlini təşkil edən hüquq prinsipləri dayanır.

Göründüyü kimi inkişaf etmiş ölkələrin iqtisadiyyatı və gömrük orqanları qarşısında çox önəli vəzifələr durur. Bütün bu vəzifələr ölkənin inkişafına və Milli təhlükəsizliyin artırılmasına xidmət edir. Yəni ölkə iqtisadiyyatı gücləndikcə, təhlükəsizlik də artırılmalıdır.

Gömrük xidməti dünya iqtisadiyyatının inkişafında və təhlükəsizliyində müstəsna dərəcədə mühüm rol oynayır.

Ümumdünya Gömrük Təşkilatının tövsiyələrindən biri gömrük xidmətinin texnika və praktikasının birbaşa inkişafına yönəlmişdir: “Gömrük orqanları mövcud təcrübəni təxirəsalmadan nəzərdən keçirməli, effektiv olmayan və ya köhnəlmiş metod və qaydaların islahat proqramını yaratmalıdır”. (15, s. 72)

Dünya ölkələrində gömrük xidməti dövlətin iqtisadi təhlükəsizliyinin əsas elementlərindən biri kimi qiymətləndirilir. İndiki şəraitdə gömrük xidməti müxtəlif mühüm vəzifələri və funksiyaları yerinə yetirir. Azərbaycan Respublikasının iqtisadiyyatının sürətlə inkişaf etdiyi və ard-arda develevasiyanın yaşandığı bir dövrdə gömrük orqanları çox vacib və məsul missiya yerinə yetirirlər. Sözsüz ki, bu zaman gömrük işçiləri öz xidməti vəzifələrini yüksək peşəkarlıq, dürüstlük və sədaqətlə əməl etməlidirlər.

Azərbaycan Respublikasının iqtisadi inkişafı sosial-iqtisadi əlaqələrin formalaşması şəraitində baş verir və iqtisadi təhlükəsizliyin, cəmiyyətin davamlı inkişafını artırmaq üçün münasibətləri tənzimləyən yeni idarəetmə formalara keçid ilə səciyyələnir.

Əsas yerdə milli iqtisadi-maliyyə, vergi-büdcə və milli iqtisadiyyatın inkişafını müəyyən edən istiqamət və imkanlar durur.



Yüklə 381,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə