Əliyeva Sənubər Xıdır qızı azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 14,45 Kb.
tarix03.11.2018
ölçüsü14,45 Kb.
#77906

Əliyeva Sənubər Xıdır qızı

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

 

Mövzunun adı: Mayelərin dəyişən parametrlərində konvektiv istilik mübadiləsinin xüsusiyyətləri



 

3343.01. İstilik texnikasının nəzəri əsasları

 

АЗЕРБАЙДЖАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ НЕФТЯНОЙ И ПРОМЫШЛЕННЫЙ УНИВЕРСИТЕТ



 

ОСОБЕННОСТИ КОНВЕКТИВНОГО ТЕПЛООБМЕНА ПРИ ИЗМЕНЕНИИ ФИЗИЧЕСКИХ ПАРАМЕТРОВ ЖИДКОСТЕЙ

 

3343.01. ТЕОРЕТИЧЕСКИЕ ОСНОВЫ ТЕПЛОТЕХНИКИ



_______________________________________________________________

 

AZERBAIJAN STATE OIL AND INDUSTRIAL UNIVERSITY



 

PECULIARITIES OF CONVECTIVE HEAT EXCHANGE IN VARYING PHYSICAL PARAMETERS OF FLUIDS

 

3343.01. THEORETICAL BASES OF HEAT ENGINEERING



 

Mövzunun pasportu

Mövzunun aktuallığı

Konvektiv istilikvermənin intensivliyinin artırılması mühüm məsələ olub sənayenin müxtəlif sahələrində istifadə olunan yüksək effektli istilik mübadilə aparat və qurğuların yaradılması ilə bilavasitə əlaqədardır. Bu məsələnin həlli yollarından biri göstərilən istilik avadanlıqlarında istifadə edilən işçi cisimlərin böhranətrafı və böhran təzyiqindən yüksək təzyiqlərə keçirilməsidir. Araşdırmalar göstərir ki, baxılan şəraitdə tədqiq edilən mühitin istilik-fiziki parametrlərinin kəskin dəyişkənliyə məruz qalması onsuz da mürəkkəb olan istilikvermə prosesini bir qədər də mürəkkəbləşdirir. Odur ki, bu mürəkkəb proses mükəmməl öyrənilərək konvektiv istilikvermənin intensivliyini qiymətləndirmək üçün mühəndis praktikasında istifadə edilə bilən yekun hesabat tənlikləri alınana qədər elmi axtarışların davam etdirilməsi zəruridir.

Beləliklə, bu problem öz əvvəlki aktuallığını saxlayır və baxılan dissertasiya işi böhran təzyiqindən yüksək təzyiqlərdə aromatik karbohidrogenlərin nümayəndəsi olan etilbenzolun məcburi hərəkətində kanalın fəzadakı vəziyyətinin və mühitin hərəkət istiqamətinin dəyişməsinin konvektiv istilikvermə prosesinə təsirinin öyrənilməsinə həsr edilmişdir.




Mövzunun vəziyyəti

Dissertasiya işi giriş, dörd fəsil, nəticələr, 127 adda istifadə edilən ədəbiyyatların siyahısı və əlavələrdən ibarətdir.

Dissertasiyanın həcmi 95 səhifə əsas mətndən, 42 şəkildən, 15 səhifədən ibarət istifadə olunan ədəbiyyatların siyahısından, təcrübələrin nəticələrini əks etdirən 44 səhifəlik 11 cədvəldən və işin nəticələrinin istifadəsi barədə arayışlardan ibarətdir.

Dissertasiya mövzusuna aid 12 məqalə və tezis dərc edilmişdir. Onlardan 6 məqalə ( 6 məqalə xaricdə dərc olunub), 6-ı konfranslarda edilən məruzələrin tezisləridir


Həlli tələb olunan məsələlər

Böhranətrafı və böhran təzyiqindən yüksək təzyiqlərdə etilbenzol fəzada müxtəlif vəziyyətlərdə yerləşdirilmiş kanallarda hərəkət istiqamətinin dəyişməsini nəzərə almaqla məcburi hərəkətin turbulent rejimində hərəkət edərkən boru divarının soyudulan səthinin temperatur rejimini və konvektiv istilikvermə prosesini tədqiq edərək əldə edilən nəticələr əsasında mühəndis praktikasında istifadəsi nəzərdə tutulan yeni istilik mübadilə aparatlarındaistifadə edilə bilən hesabat tənlikləri və tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir.

Aparılan tədqiqatların nəticələri Azərbaycan Respublikası “Azərenerji” ASC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyi tərəfindən qəbul edilmiş və istilik mübadilə aparat və qurğularının hesabat və layihələndirilməsində istifadəsi nəzərdə tutulur.




Yüklə 14,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə