Əlizadə ƏSGƏRLİ Filologiya üzrə elmlər doktoru, professor Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü0,49 Mb.
#58461


Poetika, izm

Əlizadə ƏSGƏRLİ

Filologiya üzrə elmlər doktoru, professor 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

alizade.aseerli@gmail.com



MODERN İZM VƏ POSTMODERNİZMƏ 

MÜNASİBƏT HAQQINDA

Açar  sözlər:  modemizm,  postmodernizm,  modemizm  ədəbi  cərəyanı,  Şərq  və 

Qərb modemizmi



Key words:  modernism, postmodernism, modernism literary movement, East and 

West modernism



Ключевые  слова:  модернизм,  постмодернизм,  литературное  течение  мо­

дернизм, восточный и западный модернизм

Milli  dövlət  müstəqilliyindən  sonra  ədəbiyyat  və  incəsənətdə,  elm 

və  fəlsəfədə,  psixologiya və mənəviyyatda modemizm  və postmodernizm 

“söhbətləri”  intensiv olub.

Modernizmin  müəyyən  təzahür  xüsusiyyətləri:  realizmə  etiraz;  ku- 

bizm,  sürrealizm,  abstraksionizm,  avanqardizm,  impressionizm,  imaji- 

nizm və  s.  axınlara  rəğbət;  fərdiyyətçilik;  mövcud  ənənə  və  gələnəklərin 

dağıdılması  və  ya  onlara  yeni  dəyər  verilməsi  -   dekonstruksiya;  poziti- 

vizmə  meyil;  rasionalizmə,  “qəliblərə”,  maarifçiliyə  etiraz;  irrasionallığa 

meyil;  dinlə  təmas;  ehkamlann  dəyişdirilməsi,  klassik  dəyərlərin  bərpası; 

eybəcərlik,  disqarmoniyadan  imtina;  gözəllik,  harmoniya  kimi  klassik 

kateqoriyalara qayıdış;  internet,  sosial  şəbəkə imkanları və sairdir.



Postmodernizmin  müəyyən  təzahür  xüsusiyyətləri:  modernizmin 

bətnində doğulması;  klassik ənənə,  insan və hadisəyə modernist baxışlann 

birliyi;  psixoanaliz;  semiotika,  fəlsəfə  kimi  çağdaş  konsepsiyalann  əsas 

olması;  mübarizədən  imtina;  böhranla  barışıq;  estetik  fikrin  paradiqma- 

lannın  dəyişməsi;  ezoterik  dillə  danışma;  fraqmentlərə  parçalanma,  se- 

mantik  dairənin  genişlənməsi;  ekstensiv  inkişafın  özəlliyi,  dünyanın  elmi 

dərk  yolunun  inkan;  sinergetika;  təbiət  elmləri;  cəmiyyətlə,  bədii-estetik 

fikirlə bağlı  olan bütün elmlərin humanitar düşüncədə  yeri;  postmodernist 

fəlsəfə,  postmodernist  kulturologiya,  postmodernist  sosiologiya,  postmo­

dernist  dilçilik,  postmodernist  estetikanın  yaranması;  mərkəzdənqaçma 

meyilləri;  tarixə  etinasızlıq  və  tarixin  əsasında mifin,  əlaqəsiz,  yayğın  ha­

disələrin  dayanması,  onlann  bir  araya  gətirilməsi  və  m if kimi  dəyərlən­

dirilməsi;  tarixin,  zamanın  parçalanması,  fraqmentallıq;  tarixi  hadisələrin 

insan  iradəsindən  asılı  olmaması  -   dünya  iradəsi,  futurologiya;  vaxtilə




Poetika. ızm

deyilmişlərin  təkrarı;  istehza -  hadisələrə  ikili  münasibət;  sənətkarın  əsər 

yox,  MƏTN  yaratması,  dekonstruksiya;  mətnin  əvvəlki  mətnlərlə  və 

dövrünün mətnləri  ilə  dialoqu;  hermenevtika;  təsdiq və  inkar anları;  məna 

baxımından yazı və oxunun insanın yox,  dilin həqiqəti olması faktı  və i.a.

Modernizmin  və postmodernizmin  əsasında,  təşəkkülündə  müharibə 

(I və II Dünya müharibələri)  amili dayanıb.  Müharibə  yeni  fikir,  düşüncə 

yaradıb.  Eynşteynin  nisbilik  nəzəriyyəsi  də  müharibə  amilinin  nəticəsi 

olub.  Postmodernizm  də  modemizm kimi Dünya  müharibəsindən  sonrakı 

tarixi  şəraitin,  elm  və  mədəniyyətin  yetirməsi  idi.  Kainata  yozum  verdi­

yimiz  “MƏTN”  -   xaos,  oyun  da  əslində  bir  simmetriyaya  -   qanun  və 

Konstitusiyalara  tabedir.  Qanun  hakim  və  hakimiyyətin  adıdır.  Harmo­

niya  olan  yerdə  insan  ağlı  və  dünya  vardır.  Necə  ki,  böyük  kosmos  sis­

temi  və  Yer  də  onun  tərkib  hissəsi  olmaqla  mükəmməl  simmetriyaya  ta­

bedir.  Nəticə:  Bizə postmodern  mədəniyyət yox,  multikultural mədəniyyət 

gərəkdir.

Postmodernizm  qaydasız  oyun  adlandırılır.  Simmetriyasız,  qanun- 

qaydasız  heç  nə  yoxdur.  Varsa,  nəyisə  pozur,  dağıdır.  Kainatın  özü, 

cəmiyyətin  özü  qayda  üzərində  qurulub,  mükəmməl  qurulub.  Və  Allah- 

taala tərəfindən  qutsal kitablarla,  qanunlarla qorunur.  Professor Yaşar Qa­

rayev  demişkən:  Qərb,  Avropa  “mənəm  meymun”  deyir.  (İnsanın  mey­

mundan yaranması/?!/),  Şərq  isə mənəm Allah  deyir.  (İnsanı  Allahın  xəlq 

etməsi,  onun  Adəmdən  yaranması).  Meymunda  qaydasız  oyun,  insanda 

isə  mükəmməl  simmetriya,  toxuma  vardır.  Nəticə:  Kosmos,  kainat,  həyat 



xaos olsa yaxşıdır, yoxsa ahəngdar olsa?!

Postmodernizm  Qərb  (Avropa)  sivilizasiyası  və  mədəniyyətlərinin 

dərindən  dərk  olunduğu  universal,  tarixi  və  çağdaş  qavrayışdır:  kiber­

netika,  hermenevtika,  semiotika,  sinergetika,  qeyri-səlis  məntiq,  meta­

fizika,  fizika,  kimya,  cəbr,  həndəsə,  bir  sözlə,  “cəmiyyətlə,  bədii-estetik 

fikirlə  bağlı  olan  bütün  elmləri  əhatə  edən  humanitar  düşüncədə  hakim 

mövqe”  [1,  s.  177]  sahibidir.  Postmodernizm belə  bilgilərin yüksək bədii­

liklə  zəmin  olunduğu  yerdə  qazana  bilib  ki,  bu  da  artıq  Avropa  və  Qərb 

üçün  səngiyən  kimidir.  Bizim  elmi-nəzəri,  ədəbi-estetik fikirdə  isə post­

modernizmin  yamsılanması,  onun  zahiri  effektindən  yarınma  baş  alıb 

getməkdədir.  Postmodernizm  türk və  islam  müəyyənliyini  aşındırıb  müəl­

lifinə  Orxan  Pamuk  kimi  Nobel  mükafatı  da  qazandıra  bilər,  bilərəkdən 

və  ya  bilməyərəkdən  milli-tarixi  şüur  yaddaşımızı  aşındırıb  müəllifinə 

Əkrəm Əylisli uğursuzluğu da gətirə bilər.

Bir  var,  ümumiyyətlə,  modemizm  ədəbi  cərəyanı,  onun  konkret 

dövr  olaraq  mövcudluğu  (1910-cu  illərdən  1930-ci  illərə  qədər),  bir  var 

Şərq və Qərb modemizmləri, bir də var modemizm ədəbiyyatı,  incəsənəti. 

Bunlar ayn-ayrı məsələlərdir.

31



Poetika.izm

Şərq  və  Qərb  modernizmi  ədəbi  cərəyan  deyildir.  Adlanmadır.  Bir 

anlıq  Şərq və ya Qərb  intibahlarım xatırlayaq.  Şərq və Qərb  intibahları  da 

modemizmdir.  İntibahın  özü  modernist  qavrayışdır.  Bu  terminlərin  fər­

qində olmaq gərəkdir.

Qərb  (Avropa)  intibahı  Qərbə,  Avropaya  orta  əsr  intibahını,  klassi- 

sizmi,  romantizm  və  realizmi,  maarifçiliyi,  şəhərlərin  inkişafı,  iqtisadi- 

burjua  münasibətləri,  millət,  milli  dil,  dövlətlərin  əmələ  gəlməsi,  coğrafi 

kəşflər,  günəş  sisteminin  kəşfi,  milli  ədəbiyyatların  formalaşması  və  s. 

verib.  Bütün bıınlar Qərb modernizminin uğurları olub.

Şərq modernizmi  Şərqə intibahın dahi  şəxsiyyəti Nizami  Gəncəvini, 

Şərq  romantizmini,  klassik  feodal  ölkələrini...  və  s.  verib.  Bütün  bunlar 

Şərq modernizminin əsasları və uğurları olub.

İntibah  modernizm  göstəricisidir.  Modernist  ədəbiyyat  isə  Şərq  və 

Qərbə  mənsub  olan  intibahın  təzahürü  deməkdir.  Bu  ədəbiyyat  hər  bir 

milli  dövlətə,  xalqa mənsubdur.  Müasir modernist ədəbiyyat  dedikdə ədə­

biyyatda siyasi  quruluşdan  asılı  olaraq meydana gələn yenilik,  intibah nə­

zərdə  tutulur.  Bu  mənada  XIX  və  XX  əsrlər  Azərbaycan  ədəbiyyatında 

modernist  mədəniyyət  xüsusiyyətləri  mövcuddur.  Nəticə:  Bu  modernist 

ədəbiyyat milli ədəbiyyatın tərkib hissəsi kimi çıxış edib.

Tutaq  ki,  deyirik:  modernistik və y a  postmodernislik -  yenidən  qu­

ruluruq,  -   bunlar  bizə  nə  verir?  Bunlar  bizə  yeni  ədəbiyyatını,  mənəviy­

yatını  verir?  Məna  və  mahiyyət  kökdə,  islam  dərkində,  islam  şəxsiy- 

yətlərindədir.  Biz  isə  bu  özəyi,  nüvəni  atıb  Avropa  modermizminə  meyil 

edirik.  Mərkəzdə  nə  dayanır -  mücərrədlik,  anlaşılmazlıq.  Bizə  texnogen 

yox,  İnsan,  ədalət və  həqiqət,  ölçü,  dəyər,  əxlaq  və  mənəviyyat  lazımdır. 

Əslində  Qərbin  özü:  Dante,  Hegel,  Höte,  Bayron  və  başqaları  islam 

modemizminə  meyillənməklə  bəşəriyyətə  böyük  incilər  bəxş  ediblər. 

Onlar  Qərbin  oğurlamaq  istədiyi  Şərqi  özünə  qaytarmayıblarmı?  Post­

modernist  əsər bizə nə verir?  Şərqi, Azərbaycanı  Qərbə  qovuşdurmaqmı? 

Ədəbiyyatı  -   Avropaya,  Qərbə  qovuşdururmu?  Və  ya  Qərbi  Şərqə  gəti­

rirmi?  Qurani-Kərimdə  Aralıq  dənizi ilə Atlantik okeanın  sulan  bir-birinə 

qovuşmur,  dünyalann  ayncıdır.  Şərq  Qərbə,  Qərb  Şərqə  qovuşa bilərmi? 

Bunlann  sivilizasiyalan,  mədəniyyətləri,  dinləri  və  həyat  tərzləri  ayn- 

ayndır.  Kökündən  təhrif  edilmiş  dünyanı  ədalət  və  həqiqətinə  qovuşdu­

rurmu  modernizm  və  ya  postmodernizm?  Nəticə:  Onların  Azərbaycana 

təsiri kifayət qədər azdır.  Və belə də olmalıdır.

Böyük dövlət, böyük siyasət, böyük güc söhbəti var.  Bu “böyüklük” 

“xırdalığı”  həmişə  udmaq,  həzm  etmək  əzmində  olub.  Bu  “böyüklük” 

bizim  mənəviyyatımızı,  əxlaqımızı,  dinimizi  və  dilimizi  -   mənliyimizi  ud­

maq  istəyindədir.  Necə  ki,  Qərbin  bütün  islam  dünyasına  təpkilərini, 

islamafobiyasını  görürük!  Qərb  bizim,  Şərqin  deyildir  və  olmayacaq  da!

32



Poetika.izm

Dünyanın  müvazinəti  və  müvaziliyi  bu  ikilikdədir.  Qərb  həmişə  Şərqin 

elm  və  fəlsəfəsini  oğurlamaq  cəhdində  olub.  Bu  gün  də  belədir.  Nəticə: 

Ona Azərbaycan,  islam əxlaqı və mədəniyyəti gərək deyil...

Modernizmə  və ya postmodernizmə  aludəliyimiz  məzmuna görədir, 

yoxsa form aya görə?  Bəlkə  hər  ikisinə  görə?  Məzmun  Şərq,  Azərbaycan 

gerçəkliyi,  psixologiyası,  təfəkkürü,  dini  və  dilidir.  Azərbaycan  həyatı, 

milli  ruh,  kolorit  və  psixologiya  -   milliliyin  bütün  atributlarıdır.  Qərb 

məzmunu  bütün  bunlarda  əriyə  bilərmi?  Təsəvvür  edək,  Avropa  gəlib 

Azərbaycanda  yaşayır,  azərbaycanlılaşırmı,  türkləşirmi?  Ən  əsası  dini, 

milli  aynntılar  bunların  qovuşmasına  heç  vaxt  imkan  verməz.  Yaxud 

Qərb Azərbaycan həyatını,  islam insanını  özündə əridə bilərmi?

Bir  anlıq  qəbul  edək  Avropanın  həyat  tərzini,  düşüncəsini,  -   yad 

həyatı,  yad  dini,  yad  adətləri,  yad  psixologiya  və  mənəviyyatı,  -  millilik 

yox olmurmu?  Klonluğu da unutmayaq!  Növlərdən alman  süni  cinsləri də 

xatırlayaq!  Biz  Avropa  mövcudluğuna  köklənə  bilərikmi?  Belə  çıxır  ki, 

biz öz kökümüzü itirməyə hazırıq.  Bəlkə torpağımızı,  tariximizi,  dinimizi, 

dilimizi  və  mədəniyyətimizi  Avropaya  verək?  Gəldimi,  bizdə  mənlik  qo- 

yacaqmı?  Nədənsə Əkrəm Əylislini xatırladım... Yadlaşma siyasəti budur. 

Beyin  manqurtlaşır,  milli  kök,  şüur,  coğrafi  ərazi,  tarix  və  mədəniyyət 

basılır. Nəticə: Bizə bumu lazımdır?



M əgər H.Caviddə  dekonstruksiya yoxdurmu?  H.Cavid  modernizmə 

meyil  etməyibmi?  O,  Qərb,  yoxsa  Şərq modemizmi  ilə  hərəkət  edib?  Biz 

H.Cavid  modemist  şairdir  desək  də,  bu,  o  demək  deyil  ki,  mütəfəkkir 

sənətkar  Qərb  yönlü  modemistdir.  Yox.  O,  Şərq  modemizmindən  bəhrə­

lənmiş  islam  filosofudur.  Baxın,  məgər  H.Cavidin  tarixi  şəxsiyyətləri 

ironiya  (istehza)  və  ya  təftişlə  hərəkət  edibmi?  Nəticə:  Əksinə,  tarixən 



mövcud  olmuş  türkçülüyü  islamı  milli  mənlik  şüuruna  ötürüb, ’’ittihad, 

işdə ən böyük ideal’’ -  deyib.

Bu günün  çağdaş  “modernistləri” və ya “postmodernistləri”  Şərq və 

Qərb  təfəkkürünü  Caviddən  artıq  dərk  edirlərmi?  Bu  suala  müsbət  cavab 

vermək  çətindir.  Ən  azı  ona  görə  ki,  Cavid  öz  kökü  üstündədir.  İslam 

təfəkkürü  ilə  gəlib və kifayət qədər ciddi planda İslamı,  onun qanunlarını, 

normalarını  gözləyib.  Bu  günün  mütəfəkkirləri  isə  islam  dünyagörüşünə 

yetməkdə  yetərli  deyil  və  demək  olar ki,  əməli  olaraq  islam  dininə  riayət 

etmirlər.  Onlar  dini  mühütdən  də  gəlməyiblər,  Sovet  stixiyasından,  ide­

ologiyasından  gəlib  və  milli  dəyərlərimizi  aşındırıblar.  Bu  günün  təkəb­

bürlü  gəncliyi  (müdrik gəncliyi  yox)  Dədə  Qorqudu,  Şah  İsmayılı,  Füzu­

lini,  Vaqifi,  M.F.Axundzadəni,  A.Bakıxanovu,  Sabiri,  Mirzə  Cəlili, 

S.Vurğunu  kökdən  ayırır,  onlan  islam  müəyyənliyindən  uzaqlaşdırıb,  ba­

yağılıq  edir.  Biz  nə  qədər  kökdən  uzaqlaşırıqsa,  bir  o  qədər  Avropanın 

yabançı  dəyərlərinə  meyil  edirik,  qloballaşır,  milliliyi  itiririk.  Nəticə:

33



Poetika, izm

Qeyri-müəyyən bəşəridənsə,  milli müəyyənlik caiz deyilmi?

Xatırlayaq  Avropanın  islamafobiyasım,  ərəb  dünyasındakı  fəlakət­

ləri,  faciələri.  Bunları  Qərb  törədib,  nəticələrindən  özləri  də  xilas  ola 

bilmir.  Siyasi və mənəvi aşınmalar onların özünə qayıdıb.  Bir vaxt gender 

bərabərliyini  ortaya  atmışdılar,  -   Şərqin,  Azərbaycanın  ailə  institutlarını 

dağıtmaq  üçün.  Avropada  ailə  amili  əsasdırmı?  Qurani-Kərim  insan  hü­

quqları,  azadlıqları  və bərabərliyinin ideal nümunəsini göstərib.

Şərq  mifologiyası,  folkloru,  etnoqrafiyası,  tarixi,  coğrafiyası  üstün­

dədir.  Bunlar  kitabələrimizdə,  Dədə  Qorqudumuzdadır.  Forma,  süjet, 

kompozisiya  xüsusiyyətləri  Şərqin  sənət  ənənələrində  olmayıbım?  Sənət­

karlıq,  bədii  üslub  yenilikləri olmayıbmı?  Məgər  Markesi,  Borxesi,  Kam- 

yunu  və yüzlərlə  başqalarını  bilməklə  orijinal  oluruqmu,  modemist və  ya 

postmodemist  oluruqmu?  Doğrudanmı  onlar  bizim  Şərqin  sənətkarla­

rından  daha üstündür?  Biz  bunları  əsərlərimizdə  yamsılayanda  modemist 

və  ya postmodemist  oluruqmu?  Yenilik budurmu?  Mən  Qərbi tanımaq və 

bilməyin əleyhinə deyiləm, təsirlərin də əleyhinə deyiləm.  Bəs  1960-80-ci 

illərin  Azərbaycan  əsərlərində  yenilik  yox  idimi?  Onda  gərək  onların 

hamısı  modemist  və  ya  postmodemist  olaydı:  İ.Hüseynov,  İ.Şıxlı,  M.İb- 

rahimov,  İ.Əfəndiyev, Anar, Elçin,  Y.Səmədoğlu, M.Süleymanlı,  İ.Məlik- 

zadə  və  başqaları.  Görün  B.Vahabzadə  nə  deyirdi:  “Avropanın  yaxşı  və 

müsbət  cəhətlərini  zahirən  deyil,  daxilən,  mənən  dərk  etmək  lazımdır... 

Avropalılar -   ingilislər,  fransızlar,  almanlar,  ruslar  adlarını  dəfələrlə  çək­

dikləri  öz  babalarının  -   Bethovenin,  Baxın,  Şekspırin,  Tolstoyun,  Bal- 

zakın,  Hüqonun  yubileylərini  keçirir,  heykəllərini  ucaldır,  adlarını  əbədi­

ləşdirir,  əsərlərini  sevə-sevə  oxuyurlar...  [1,  s.  247].  Başqa  torpaqdan, 

başqa  iqlim  şəraitindən  gətirilən  ağaclar  başqa  bir  bar  vermədiyi  kimi, 

import  fikir  və  ideyaların  da  sənin  torpağında,  sənin  iqlim  şəraitində 

istədiyin kimi bar verməyəcəyini bilməmisən.  İdeya təkcə kitab  səhifələri 

arasında  gəlmir.  O  da  torpağın  özündən  cücərməlidir...  Ən  mütərəqqi 



ideyaları  belə  kökə-torpağa  basdırmaq,  torpağın  suyu  və  qidası  ilə 

yetişdirmək lazımdır (kursiv -  Ə.Ə.).  Bar verən ağacın kənardan gətirilmə 

torpaqla  dibçəkdə  yetişdirilməsi mümkün  olmadığı  kimi,  kənardan  gəlmə 

ideyaların  da  xalqsız,  tarixsiz  bəhər  verməsi  mümkün  deyil”  [2,  s.  252- 

253].  Bir  sözlə,  Şərqin  öz suyu var,  biz  onu içirik.  Qərbin  də öz suyu var, 

onlar da onu içirlər. Nəticə: Şərqlə  Qərbin suları qarışmır.

Biz təbii  ki,  təsirə,  əlaqəyə  inkarçı  deyilik.  Dünya  yürüşdədir,  ölkə­

lər,  xalqlar  iqtisadi-siyasi  və  mədəni  olaraq  bir-birinə  yaxınlaşır.  Hibrid- 

ləşirmi?  Bizə  hibrid  lazımdırım?  Hibridin,  cinsin verdiyi  məhsul  məlum­

dur:  yadlaşma və  eybəcərlik!  Dünya  üçün,  həyat  üçün  təhlükə.  Belə  hib­

ridlərə  Haqqın  və  təbabətin  izni  olsa,  Dünya  yeyilər,  həyat  tükənər, 

xəstəliklər dünyanı  götürər.  Gəlin özümüzü,  ədəbiyyatımızı korlamayaq!

34



Poetika, izm

Gəlin  bir  anlıq  düşünək.  Nümunəsiz  dünya  varmı?  Allah-taala  yer 

üzünə  özünün  nümunə  olaraq  dörd  səma  kitabını  göndərib  — məqsəd  də 

budur:  özünü  dərk et,  özünü təmizlə, mənə doğru gəl,  məni dərk elə!  Belə 

olan  surətdə  nümunəsiz,  ideyasız  ədəbiyyatdan  danışmaq  olarmı?  Bəs 

mövcud “Dədə Qorqudumuz”?  Bəs tarixi planda M.C.Həqiqi,  Qara Yusif, 

Uzun Həsən,  Şah  İsmayıl,  Qacar, Nadir?..  Kimlər,  kimlər,  kimlər?..  Gəlin 

bir-bir tariximizi,  tarixi və  çağdaş  milli  insanımızı,  Azərbaycan  insanının 

libaslarını,  mənəvi  simasını  dəyişdirək,  “dekonstruksiya”  edək,  hər  gün 

bir  yeni  postmodernist  əsər  yazaq.  Casus,  fahişə,  satqın,  buqələmun, 

obıvatel  surəti  axtaraq,  yaradaq.  Ümumiyyətlə  qəhrəman,  əsgər,  insan 

obrazı yaradaq,  sərhəd,  əqidə, qeyrət, mənlik, qəlb, ruh yox, xaos yaradaq, 

bunlar bizə nə verir? Nəticə: Biz hara gedirik? Hara gedir bu dünya?

Mirzə  Fətəli  Axundzadə  Qərbə  üz  tutanda  belə  Şərqlə  Qərbin  fər­

qini  göstərirdi.  Qərb  həyatının  pozucu  təsirini  göstərirdi.  Hüseyn  Cavid 

Qərbi  göstərəndə  tamamilə  Şərq  həyatının  “içində”  ona  yer  verirdi  -  

müqayisə  və  məqsədi üçün.  “İblis”,  “Səyavuş”,  “Topal  Teymur”,  “İblisin 

intiqamı”nda  belə  deyildimi?  Məgər  Cəfər  Cabbarlı  Avropanı  oxumur­

dumu?  Tərcümə  etmirdimi?  Öyrənmirdimi?  Şekspiri  də,  Şilleri  də,  Mol- 

yeri  də,  Danteni  də,  Bayronu  da,  Höteni  də,  Hüqonu  da  oxuyurdu.  Onun 

da  əsərlərində  Avropa  vardı.  İsmayıl  Şıxlı,  İsa  Hüseynov,  Mirzə  İbrahi­

mov,  Mehdi  Hüseyn,  İlyas  Əfəndiyev,  Anar,  Elçin  də  Qərbi,  Avropanı 

öyrənirdi,  xarici  ədəbiyyatı  tərcümə  edirdi.  Avropaya meyillilik XX  əsrin 

60-cı  illərindən  artmışdı.  Belə  müəlliflərdə  (əsərlərdə)  Şərq  aşılmayıb. 

Bütün  olanlar  onların  qəhrəmanlarına,  müəllif  mövqeyinə,  məqsədinə 

xidmət  qədərdir.  Milli  ruhu  heç  nə  aşmayıb.  Bu  gün  də  milli  ruh,  tarix, 

dil,  din,  əxlaq  və  mənəviyyat  Qərbin,  Avropanın  Şərqi  yenməsinə  imkan 

vermir.  Nəticə:  Tərəflər  qarışmır.  Qarışsaydı,  bəşəri  insan  olardı,  daha 



milli  insan  y o x !  Hətta  dünyanın  etnik  mədəniyyətləri  belə  qarışmır, 

multikultural mədəniyyətlər və münasibətlər qarşılıqlı təmasda yaşayır.

Müstəqillik  dövrümüzün  çox  şairləri,  nasir  və  dramaturqları  “mo- 

dernist  olub.  Bəs  müstəqillik  dövrünün  özü  və  XXI  əsrin  yaşlı  sənət­

karları necə, modemistdirmi?  Modemist deyilsə,  kimdir?

Ənənəvi milli ədəbiyyat irəliyə doğru  inkişafdadır,  yoxsa modemist 

və  ya  postmodernist  ədəbiyyat?  Biz  modemist  ədəbiyyatı  öncül,  aparıcı 

hesab elməliyik, yoxsa ənənəvi ədəbiyyatı?

Poeziyada  Bəxtiyar  Vahabzadə,  nəsrdə  Kamal  Abdulla,  dramatur­

giyada Firuz  Mustafa,  tənqid  və  ədəbiyyatşünaslıqda Yaşar  Qarayev  filo­

sofdurlar.  İstərdik  ki,  onlar  ədəbiyyatımızda  və  yaddaşımızda  modemist 

və ya posmodemist kimi yox,  ədəbiyyatımızın filosofları,  müdrikləri kimi 

qalsınlar.  Mətn  və  ya  müəllif  mövqeyinin  bizim  üçün  heç  bir  məna  və 

başlanğıcı  yoxdur.  Bizdə  təfəkkür  və  idrak  başlanğıcı  vardır.  Bizdə  Şərq

35



Poetika.izm

müdrikliyi  var,  Qərb  başıpozuqluğu  yox!  Nəticə:  Bizdə  İslam  və  onun 



Əxlaqı vardır!

D üşüm lə  bilər:  bu  modernizm,  postmodernizm  qaçılmazdır.  Yadda 

saxlayaq  ki,  Qərbin,  Avropanın  ədəbi-fəlsəfi  cərəyanlarını,  -   fikir  axın­

larını  Şərq  nəzərə  alıb,  fəqət  qəbul  etməyib.  Əslində  modernizm  Avropa 

üçün  ötüb.  Postmodernizmi  də  ötürmək  cəhdindədir.  Şərq  itirmişdirmi? 

Modernizm və postmodernizm -  bunlar keçicidir.  Mövcud ədəbiyyat mo- 

demizminin bizdə xüsusiyyətləri,  əlamətləri olub.  Bunu H.Cavid,  M.Hadi, 

Ə.Hüseynzadə,  A.Şaiq,  A.Səhhət,  Ə.Cavad,  M.Müşfiq,  S.Vurğun,  R.Rza, 

S.Rüstəmin yaradıcılığına,  1920-30-cu illərə aid edirik  [3, s. 466-486]

Professor  Səlahəddin Xəlilov böyük H.Cavidi  nə panteist,  nə  də  ob­

yektiv  idealist  kimi  səciyyələndirib  [4,  s.  39].  Alim  “mistika  ilə  rasiona- 

lizmin sintezindən  çıxış  edib”  [4,  s.  60],  təsəw üfə  çox  üstünlük  versə  də, 

onu  ictimai  amillərlə  birlikdə  daha  realist  təqdim  edib.  O,  Cavidi  “qəlb 

dünyası  ilə  ictimai  həyatın  bir  küll  halında  qarşılıqlı  əlaqə  və  vəhdətində 

nəzərdən keçirib’  [4,  s.  60].  Professor S.Xəlilov  H.Cavidi fəlsəfi  cərəyan­

lardan  təcrid  etməyib,  fəqət  onu  müxtəlifliyin  vəhdətinə  daha  çox  yaxın­

laşdırıb.  “Cavid  əvvəlcədən  filosof idi.  O,  yüksək  təhsil  görmüş,  bir  sıra 

fəlsəfi təlimlərdən xəbərdar olan və  öz  fəlsəfi konsepsiyası,  ideyaları  olan 

və  bu  ideyaları  bədii  yolla,  sənət  vasitəsilə  çatdırmaq  istəyən bir sənətkar 

idi.  Cavid  birdən-birə  yüksək  mərtəbədən  başlayır.  İdeyalardan  başlayıb 

həyatın özünə doğru gəlir”  [4,  s.  94].

S.Xəlilov  H.Cavidi  Avropa  və  Qərblə  bağlamaqla  bərabər,  onu 

N.Gəncəvi,  F.Əttar,  İbn  Ərəbi,  C.X.Cübran,  M.İqbal,  C.Əfqani,  M.Ə.Sa­

bir  və  C.Cabbarlı  ilə  müqayisədə  təqdim  edib.  Filosof  H.Cavidə  müna­

sibətdə  hökm  vermir,  orta  xəttə,  münkəsirliyə  üstünlük  verir.  Çünki 

modemist təfəkkür bir xətli, bir məcralı, bir sistemli  deyildi.  Bu  gün bizdə 

modernizm  və  postmodernizmin  özü  yox,  izləri  vardır  və  bu  gün  onlara 

etiraz artmaqdadır.

Mən hər bir  Azərbaycan  müəllifinin  modernizm və  postmodernizm 

haqqında  fikirlərinə,  siyasi,  ədəbi-fəlsəfi  təhlillərinə,  onların  fikir  və  dü­

şüncə  mövqeyinə  hörmətlə  yanaşıram  [6;  7;  8;  9;  10;  11;  12;  13;  14;  15; 

16,  17,  18...].  Söhbət  təzahürdən  yox,  mahiyyətdən  gedir.  Mahiyyət  isə 

budur ki,  Azərbaycanın  ailə  institutlarının birliyi,  əxlaq və  gözəllik  ruhu, 

din  və  ayin  mübəlliğliyi,  patriarxallıq  yaddaşı  var.  Biz  Odan  qopmaqla, 

ayrılmaqla  itirik,  kiçilir  və  böyük  güclərin  qarşısında  daha  çox  əzilirik. 

Necə  ki,  ney  əslindən  ayrıldığından  həmişə  nalə  çəkir.  Əxlaq  və  şüuru­

muz aşındıqca ayaqlanmız altındakı torpaqlarımız da kiçilir.  Dahi Hüseyn 

Cavid,  Əli bəy Hüseynzadə,  Cəmaləddin Əfqani,  Ziya Göyalp,  Zəki Vəli- 

di Toğan, Namiq Kamal isə Turan, ittihad və mədəniyyət deyib.

Biz  istəsək də,  istəməsək  də postmodernizm hələ  təbliğ  olunmaqda,

36



Poetika, izm

dəyərləndirilməkdə,  haqqında tədqiqat  əsərləri yazılmaqdadır.  Lakin bun­

lar  müvəqqəti  başlanğıcdır.  Müəyyən  vaxtdan  sonra  sıradan  çıxacaq.  Bu, 

labüddür.



Bizim  milli,  demokratik  ədəbiyyatımız  vardır.  Tarix  boyu  kökii 

üstündədir.  Bu  ədəbiyyat  milli  və  demokratik  ruhu  dağıtmağa,  postmo­

dernist  şüur  axınlarına  yer  verməyəcəkdir.  Hələ  ki,  “qonağı  hörmətlə” 

qarşılayır.  Amma  etirazların  da  kökü  1970-ci  illərdədir.  Professor  Yaşar 

Qarayev  süni  modemizmə toxunmuşdu.  “Qərbin  bir  sıra  ölkələrində p o e­



ziya  öz  oxucusunu  ona  görə  sürətlə  itirir  ki,  o  öz  mahiyyətinə  -   mənəvi 

vəzifəsinə  sədaqəti  itirməyə  (kursiv  -   Ə. Ə.)  başlayır.  Daha  doğrusu,  öz 

oxucusunu  itirən  poeziya  yox,  antipoeziya  olur,  saxta,  ifrat,  süni  mo­



dernist  meyillər  (kursiv  -   Ə.Ə.)  olur”  [5,  s.  46-47].  Anar,  N.Cəfərov  və 

bir  çox  başqaları  da  bu  barədə  fikir  və  mövqe  nümayiş  etdiriblər.  Pro­

fessor N.Cəfərov müsahibələrinin birində:  “Postmodernizm,  modernizm... 

Son  vaxtlar  bu  anlayışlar  tez-tez  işlədilir.  Sizcə,  onları Azərbaycan  ədə­

biyyatına tətbiq etmək düzgündür? ”  sualına haqlı  olaraq belə cavab verib: 

“Olmaz.  Bu,  bizə  nə  verir?  Məmməd  Cəfər  Cəfərov,  Mehdi  Hüseyn  nə 

deyirdisə,  aydın  idi  və  bizim  yadımızda  qalırdı.  İndikilər  nə  deyir,  onu 

mən bilmirəm.  Bir var dərk olunmuş  anlayışdan,  hansısa  ədəbiyyatın  tex­

nologiyasından  çıxmış  qəliblərdən  danışasan...  Bir  də  var,  kənarda  y a ­

rananı  öz  ədəbiyyatına  tətbiq  edəsən  (kursiv — Ə.Ə.).  Bu  zaman  material 

varsa  da,  yoxsa  da tapıb  gətirəcəksən.  Deyəcəksən ki,  Anar modemistdir, 

Elçin  postmodemistdir...  Bir  də  var  ədəbiyyatın  təhlili.  Son  dövr  tən­

qidçilərimiz  elə  içi  mən  qarışıq  ədəbiyyatı  təhlil  edib  hansı  anlayışı 

çıxarıblar ki,  onu təhlilin nəticəsi hesab  eləmək olsun?  Biz nəticəni qoyub 

nəticəyə  qədərki  şeyi  təhlil  edirik.  Bəzən  formanı  qoyub  yazıçıdan  ona 

uyğun  yazmağı  tələb  edirlər.  Yazıçı  bədbəxt  də  bilmir ki,  bu,  nədir.  Yəni 

tənqid  nəyisə  izah  etmək,  açmaq,  sfera  müəyyənləşdirmək  əvəzinə,  pən­

cərə  qoyur və yaradıcı  adamı  gic vəziyyətə salır.  Tənqidin funksiyası han­

sısa  model  yox,  ədəbiyyat  üçün  fəza  müəyyənləşdirməkdir”  [6,  s.  322- 

323].  Daha  ciddi  etiraz  bir  qədər  vaxt  istəyəcək.  Çünki  hələ  dünya,  Av­

ropa  durulmayıb.  Şərq  durulmayıb.  Qonşu  ölkələr  və  Azərbaycan  durul­

mayıb.  Xaos  ədəbiyyat və  incəsənətə  hökm  edir!  Xaos  ədəbiyyat və  incə­

sənətə xaos ötürür!

Bizim  yazıçılarımız  Qərb  (Avropa)  modemizmi  və  Şərq  (Asiya) 

modemizmini,  tarixən  mövcud  ədəbi  cərəyan  olmuş  modernizm  və  post­

modernizmi,  dünyəvi,  dini-mənəvi  və  əxlaqi  bilikləri  əxz  edib  modernist 

və  ya  postmodernist  əsər  təqdim  edə  bilərmi?  Fikrimizcə,  cəmiyyət  və 

təbiət  elmləri,  islam  dini  və  təfəkküründən  qidalana  bilən  əsərlərin  post­

modern təsirlərindən danışmaq  olar.  İsa Hüseynov nəsri kökü üzərindədir, 

Kamal Abdulla nəsri isə kökdən ayrılmadır.  Kamal Abdullanın əsərlərinin

37



Poetika, izm

elmi,  tarixi,  fəlsəfəsi,  semasiologiyası  və  etnoqrafiyası  vardır...  Mən  istə­

məzdim,  onun  özü  də  yəqin  istəməz  ki,  onu  postmodernist  yazıçı  adlan­

dırsınlar.  Onun  geniş  dünyagörüşü,  xarici  ölkə  ədəbiyyatları  ilə  təmasları 

vardır.  Lakin  fıkrimizcə,  Şərq  poetikası,  klassika  onun  üçün  “sıxılır”. 

K.Abdulla  XX  və  XXI  əsr  Azərbaycan  ədəbiyyatının  yenilikçi  sənətka­

rıdır.  Ədəbiyyatımıza  Qərb  modemizmi  və  postmodernizminin  təsirini 

gətirib.  Lakin  nə  Rəsul  Rza modernist  şairdir,  nə  də Kamal  Abdulla post­

modernist yazıçı-dramaturq.  İlqar Fəhmi də postmodernist deyil,  daha çox 

Şərq təfəkkürü üstündədir, -  fəlsəfi,  əxlaqi,  psixoloji,  dini.  Fəqət daha çox 

psixolojı-mənəvi  və  gizlinləri  ilə!  Onlar  XX  və  XXI  əsr  Azərbaycan 

milli-demokratik  ədəbiyyatımızın  istedadlı  nümayəndələri,  əsərləri  isə 

ədəbiyyatımızın  yeni  səviyyə  göstəricisidir.  O  meyillər  ki,  bizim  islam 

dini üzərində gələn təfəkkürümüzə qida vermir,  Şərq və islam düşüncəsini 

qapsayır.  Qeyri-müəyyənlik  şüurumuzu  azdıran  əlamətlərdir.  Filankəsin 

filan  bədii  əsəri  postmodernist  əsərdir.  Rafiq  Tağı,  Orxan  Fikrətoğlu, 

Fəxri Uğurlu və başqaları  yeni bədii təfəkkürün,  forma-məzmunun  yazıçı­

larıdır.  Fleç  onlarda  “postmodernizm”  axtaran  yoxdur.  Bəlkə  postrealizm 

axtaraq?!  Bizim  Qərbdəki  postmodernizmin  nəzəri  əsasları  və  ya 

əhəmiyyəti  ilə  işimiz  yoxdur.  Nəticə:  Söhbət  bizdə  onun  özünü  nə  qədər 



doğrultmasından gedir.

Avropada,  Qərbdə  ərazi  genişliyi,  tarixin  əlvanlığı,  dini-etnik müx­

təliflik,  sivilizasiya  və  mədəniyyət  panoramı  vardır.  Şərq  isə  nisbətdə 

daha çox konservativdir,  Yaxın və Orta  Şərq  əxlaqı  ailə,  adət-ənənə  sabit- 

liyindədir.  Avropa  ailəyə  yox,  elmi-texniki  vərdişlərə,  fərdə  açıqdır.  Bu 

baxımdan  Qərb  daha  çox  başa  düşüləndir.  Şərq  isə  kökü  üstündədir, 

kökdən ayrılmalara hacət yoxdur. Nəticə: Beləliklə, Azərbaycanda moder- 

nizm  və ya postmodernizmin  özündən yox,  onun  təsir  xüsusiyyətlərindən 

danışmaq olar ki,  bu da milli ədəbiyyatlara açıqdır...

Milli-məfkurəvi  və  dini  şüur  yaddaşım,  elmi  və  bədii  müzakirələr, 

məqalə,  monoqrafiya  və  dissertasiyalarda  şahidi  olduğum  postmoderniz­

mə  çağdaş  süni  meyillər məni  bu yazını  yazmağa vadar  etdi.  Qoy  bu  ya­

zının  davamı nəticə: şüurlarımızda gedən mühakimələrin davamı olsun...

ƏDƏBİYYAT

1.  Vahabzadə B.  “Yel qayadan nə aparar? ”,  “Sənətkar və zaman” . Bakı,  1976.

2.  Qarayev Y. Poeziyanın illəri və yolları.  Poeziya və nəsr. Bakı, “Elm”,  1976.

3.  Cəfərov N.  Seçilmiş əsərləri.  5 cilddə, II cild. B ak ı, “Elm”, 2007.

4.  Xəlilov S. Cavid fəlsəfəsi. Bakı, “Nurlar”, 2009.

5.  Quliyev Q.  Postmodernizm.  “Azərbaycan”, 2005, № 9.

6

.  İlya  İlin.  Postmodernizm  XX  əsrin  sonunun  ruhi  konsepsiyası  kıimi. 



“Azərbaycan”, 2005, № 6.

38



Poetika, izm

I.  Hacıyev  T.  Yarımçıq  əlyazma  və  ya  tamamlanmamış  süjet,  yaxud  davamı 

gözlənən roman haqqında.  “525-ci qəzet”,  14 sentyabr 2004.

8

.  Niyazi  Mehdi.  Kamal  Abdullanın  dekonstruksıyasından  açılan  izlər...  “525-ci 



qəzet”, 24 oktyabr 2004.

9.  Rüstəm  Kamal.  “Yarımçıq  əlyazma” :  postmodemist  oyun  fəlsəfəsi.  “Ədalət”, 

17  sentyabr 2005.

10.  Nərmin Kamal. Umberto Eko və postmodernizm fəlsəfəsi.  Bakı, “Qanun”, 2008.

II.  Hacılı A.  Modernizm haqqında bir neçə söz.  “Tənqıd.net”, № 2012.

12.  Hacılı A.  “Yarımçıq əlyazma”:  cəhd və hüquq.  “Ekspres”,  5 oktyabr 2004.

13.  Əlışanoğlu  T.  Çağdaş  Azərbaycan  ədəbiyyatında  modemizmin  gəlisməsi. 

Oktyabr, 2004, “Tənqid.net”, 2012, № 9.

14.  Əlişanoğlu T. “Tənqid.net”. №1 , 3 , 4 ,  5, 7.

15.  Cahangir Ə. Dəmırbaşlar.  “Körpü”, 2005, №  1.

16.  Əsədova A.  Ədəbiyyatlaşan dünya.  Bakı,  “Elm”, 2014.

17.  Akimova  E.  Azərbaycan  poeziyasında  yeni  təfəkkür  kultu  -   modernizm. 

“Ədəbiyyat qəzeti”, 24 oktyabr 2015.

18.  Şərifova S.  Çağdaş Azərbaycan postmodern romam. Bakı, “Elm və təhsil”, 2015.

19.  Əsgərli  Ə.  XX  əsr  Azərbaycan  şeirinin  bədii-estetik  qaynaqları.  Humanitar 

elmlərin  müasir  durumu  və  ədəbiyyatşünaslığın  nəzəri-metodoloji  məsələləri. 

Beynəlxalq elmi  konfransın materialları.  Bakı,  dekabr 2010-cu il  Bakı  “Elm” 

2010


.

20.  Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, 2 cilddə.  Bakı, “Elm və təhsil”, 2016.



Alizade Asgerli

ON THE  ATTITUDE TO  THE 

MODERNISM AND POSTMODERNISM

SUMMARY

In  Europe  the  literature  called  modernism  occurred  during  the  World  War  I,  the 

postmodernism after  the  World  War  II,  and  then passed  to  Russia.  There  were  signs  of 

modernism  in  Azerbaijani  literature  at  the  beginning  of  XX  century  (mainly  1910- 

1930s),  from  the  years  of  independence  period  the  attitude  to  the  modernism  and 

postmodernism  was  strengthened  and  the  “conversations”  about  this  were  taken 

intensively.

In the  articles,  monographs and  dissertation,  artistic tendencies to the  modernism 

and  postmodernism  have  emerged.  For  this  reason  the  article  about  modernism  and 

postmodernism was written.

In  the  article  the  reasons of the  emergence  of modernism and postmodernism,  its 

manifestation  features  and  essence  have  been  enlightened,  many  questions  have  been 

answered  in  the  article.  The  essence is that  neither  modernism nor postmodernism have 

not  been  in  Azerbaijani  literature.  But  their  manifestation  properties  are  not  denied.  In 

this respect, important scientific provisions are mentioned in the article.

39



Poetika.izm

Ализаде Аскерли

ОБ ОТНОШЕНИИ К МОДЕРНИЗМУ 

И ПОСТМОДЕРНИЗМУ

РЕЗЮМЕ

Возникшее  в  годы  Первой  мировой  войны  литературное  течение  модер­

низм,  а  после  Второй  мировой  войны  постмодернизм  получили  становление  в 

Европе,  откуда  перенеслись  в  Россию.  В  азербайджанской  литературе  начала  XX 

века  (в  основном  в  1910-1913  гг.)  наблюдались  следы  модернизма,  а  с  началом 

периода  Независимости  стремление  к  модернизму  и  постмодернизму  усилилось, 

благодаря  чему  их  интенсивное  обсуждение  приняло  широкий  размах.  В  наше 

время  в  статьях,  монографиях  и  диссертационных  работах  наблюдается  искус­

ственное  стремление  к  модернизму  и  постмодернизму,  что  и  явилось  причиной 

написания этой статьи.

В  статье  определены  предпосылки  возникновения  модернизма  и  пост­

модернизма,  выяснены  особенности  их  проявления,  сущность  и  даны  ответы  на 

многие вопросы.  Суть в том, что в азербайджанской литературе ни модернизма, ни 

постмодернизма  не  наблюдалось.  Но  наличие  формирования  их  признаков 

бесспорно.  По  этой  точке  зрения  в  статье  изложены  основательные  научные  по­

ложения.


40

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə