Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
  1   2   3   4   5   6   7   8   9   ...   29



 

 

 

Əlizadə Əsgərli 

 

 

 

 

 

 

 

 

 

 

Fərdi üslubun poeziyası 

 

 

 

 

 

 

 

 

 

 

«Vektor» Beynəlxalq Nəşrlər Evi 

 

Bakı/Azərbaycan - 2017 

 



     Azərbaycan Respublikası Təhsil Nazirliyi  

 

 Bakı  Dövlət  Universiteti 

Filologiya fakültəsi Elmi Şurasının 26 dekabr 2016-cı il 

tarixli iclasının (protokol № 3) tövsiyəsi ilə çap olunur. 

 

 

Elmi redaktor: 

Tofiq Hüseynoğlu 

filologiya  elmləri  doktoru,  professor 

 

Rəyçi: 

Vaqif  Sultanlı 

filologiya  elmləri  doktoru, professor 

 

Texniki redaktor: 

Şükufə Əhmədli 

 

 

 

 

Monoqrafiyada  Paşa  Qəlbinurun  yaradıcılıq 

poetikasının  bədii  üslub:  ənənə  və  yenilik,  obraz  və 

ideya-məzmun, vəzn və janr, təsvir və ifadə özəllikləri  

tədqiq olunub. 

 

 

 

Китаб мцяллифин «ВЕКТОР» Бейнялхалг Елmlər 

Akademiyasının

 Шащмар ЯКБЯРЗАДЯ адына 

Бейнялхалг Ядябиййат мцкафатына лайиг эюрцлмяси 

мцнасибятиля «ВЕКТОР» БEA тяряфиндян няшр едилир. 

 

 

 

 «ВЕКТОР» БЕЙНЯЛХАЛГ ЕЛМLƏR AKADEMİYASI, 2017   



 



Ön söz əvəzi 



 

Paşa  Qəlbinur  XX  əsr  Azərbaycan  şeirimizin 

poetik söz sahiblərindəndir. Onun poeziyası heca və 

sərbəst  şeirimizin  gələnəkləri  ilə  möhkəm  bağlıdır. 

P.Qəlbinur  bədii  qidasını,  əsasən,  Mikayıl  Müşfiq, 

Rəsul  Rza,  Əli  Kərim,  Fikrət  Qoca  və  Vaqif 

Səmədoğludan alıb. Bununla belə o, Nazim Hikmət, 

Verxarn,  Uolt  Uitmen,  Vladimir  Mayakovski, 

Sergey  Yesenin,  Qarsia  Lorka  və  Anna  Axmatova 

şerinə  də  yad  olmayıb.  Belə  götürəndə,  onun 

poeziyası  ümumən  ədəbi-fəlsəfi  cərəyanlarla  nə 

qədər  ilgilidir  sualı  da  alınır.  Şairin  poetik  fikrində 

modernizm–  bəzən  sürreal,  bəzən  ekzistensial 

qavrayış  təsirləri  duyumlanandır.  Onun  poetik 

düşüncələri  Anna  Axmatova,  Vaqif  Səmədoğlu 

poeziyasında 

olduğu 

kimi, 


akmeizm 

xüsusiyyətlərindən  də  xali  deyil.  Hətta,  “obrazlılıq 

70-ci  illərdə  ədəbiyyata  gələn  və  60-cı  illərin 

əvvəllərindən  baş  verən  ədəbi  islahatların,  hətta, 

mən  deyərdim,  ədəbi  çevrilişin  davamı  sayıla 

biləcək  xüsusi  bir  mərhələnin  təmsilçilərindən  olan 

P.Qəlbinurun 

poeziyadakı 

işıq 

axtarışlarını 



əlamətləndirən 

əsas 


keyfiyyətlərdəndir. 

Yəni 


təfəkkür  tərzinin,  forma  məxsusluğunun  orijinal 

ifadəsinə  əsaslanan  bu  şeirlər  yapon  xokkularının 

poetik  strukturuna  da  yaxındır.  Və  hər  cür 

vəziyyətdə  hansı  ədəbi  ənənəyə  əsaslanmasından 

asılı  olmayaraq  işıq,  rəng  çalarları,  bənzətmə, 

təşbeh,  metafora  və  poetik  detalları  əlamətləndirən 

 



aparıcı amillərdəndir”



1

.  Təbiidir ki, müasir poeziya 

dünya  ədəbi  fikri  və  onun  üslub  dəyərləri  ilə 

qovuşandır.  Paşa  Qəlbinuru  da  bunsuz  təsəvvür 

etmək  olmaz.  Bununla  belə,  şair  daha  çox  milli 

poetik  düşüncənin  yetirməsidir.  Bu  baxımdan 

P.Qəlbinurun sərbəst şeirlərinin özümlüyü güclüdür. 

O,  mövcud  “qəliblərdən”    qaçan  şairimizdir,  daha 

çox  yenilikçidir.  O,  həmişə  yeni  sözə,  poetik 

axtarışlara  can  atır.  Bunu  şeirlərinin  əlyazması  da 

aydın 

göstərir.  P.Qəlbinurun  şeiriyyəti 



həm 

poetikdir,  həm  də  fəlsəfi  fikir  və  düşüncə  ilə 

birlikdədir. Əyani olsun deyə, biz də Paşa Qəlbinur 

poeziyasına ümumi elmi-nəzəri təhlil üsulu ilə yox, 

daha  çox  şeirlərinin  imkan  verdiyi  qədər  adekvat 

təhlil  üsulu  ilə  yanaşdıq  ki,  şairin  poetik  fərdiyyəti 

daha  çox  duyulsun.  Bu  baxımdan  kitabda,  əsasən, 

sitatlardan 

qaçdıq, 

məqalələr, 

monoqrafiyalar 

ardınca  getmədik. 

Sənətkar  haqqında  Tofiq 

Hacıyev, 

Rafael 

Hüseynov, 



Kamil 

Vəli 


Nərimanoğlu, 

Məhərrəm 

Qasımlı, 

Altay 


Məmmədov,  Mirəli  Seyidov,  Vaqif  Bayatlı  Odər, 

Rüstəm  Behrudi,  Yusif  Səmədoğlu,  Vilayət 

Quliyev,  Nəriman  Həsənzadə,  Ramiz  Rövşən, 

Fikrət  Sadıq,  Arif  Abdullazadə,  Məmməd  Aslan, 

Aybəniz  Əliyeva,  Vaqif  Səmədoğlu,  Qabil,  Musa 

Yaqub,  Nurəngiz  Gün,  Vaqif  Yusifli,  Şamil 

Salmanov,  Məmməd  İsmayıl  və  başqaları  yazıb. 

Altay  Məmmədov  “Qəlbinur  poeziyası  XXI  əsrin 

astanasında”,  Aybəniz  Əliyeva  “Paşa  Qəlbinur” 

                                                

1

  Arif  Abdull azad ə.  “R əngli  g ö



z  yaşl arı ”  /  Alt ay M

əmm ədov 

Q əlbi nur  poezi yası  XXI 

əsri n  ast anası nda.  Bakı:  “G əncli k ”, 

1999, s.  200

 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə