ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 2,83 Mb.

səhifə1/123
tarix12.10.2018
ölçüsü2,83 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   123


 

 


 

 



 

ƏLLİ ÜÇÜNCÜ KİTAB 

————— 

SENTYABR 2012 - OKTYABR 2012 

 

 

 

 

 

 

 

 

AZƏRNƏŞR  

BAKI - 2018 


 

 



 

 

ÇIXIŞLAR * NİTQLƏR 



 

BƏYANATLAR * MÜSAHİBƏLƏR 

 

MƏKTUBLAR * MƏRUZƏLƏR 

 

MÜRACİƏTLƏR  

 

 



 

AZƏRNƏŞR  

BAKI – 2018 

 

 


 



BBK 32 



Ə 56         

 

Buraxılışına məsul 



akademik 

 

RAMİZ MEHDİYEV 

 

ƏLİYEV İLHAM 

Ə 56   İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2017,  400 səh.  

 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  oxuculara 

təqdim  olunan  «İnkişaf–məqsədimizdir»  çoxcildliyinin  bu  cildində 

Azərbaycanın  uğurla  aparan  daxili  və  xarici  siyasətinə,  beynəlxalq  müna-

sibətlərdə  artan  nüfuzuna,  iqtisadi  potensialın  möhkəmlənməsinə,  ölkədə 

yoxsulluğun azaldılması və işsizliyin aradan qaldırılması istiqamətində atılan 

ciddi  addımlara,  gənclər  arasında  milli-mənəvi    dəyərlərin  təbliği  və  gənclər 

tərəfindən qaldırılan məsələlərə diqqətlə yanaşılaraq təhlil edilməsi və nəzərə 

alınmasına dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapmışdır.  

Kitabda  prezident  İlham  Əliyevin  Fransaya  səfəri,  həmçinin  Özbəkistan 

Respublikası  Prezidentinin  və  Bosniya  və  Herseqovinanın  Rəyasət  Heyətinin 

Sədrinin    ölkəmizə  səfərləri  zamanı  Azərbaycanın  dünyada  artan  nüfuzundan, 

beynəlxalq  təşkilatlarda  göstərdiyi  yüksək  fəallığından,  şaxələndirilmiş  iqtisa-

diyyatın  dünyada  qazandığı  nüfuzundan,  eyni  zamanda,    ölkələrimiz  arasında  

əlaqələrin  inkişafından,  enerji  və  qeyri-neft  sektoruna  aid  bağlanan  müqa-

vilələrdən,  beynəlxalq  əməkdaşlığın  daha  da  möhkəmləndirilməsi  və    genişlən-

dirilməsindən bəhs olunur.  

Bu  cilddə,  həmçinin  Prezidentin  bölgələrə  səfərləri  zamanı  ictimaiyyət 

nümayəndələri  ilə  görüşlərinə,  bir  sıra  mədəni-məişət,  sosial  və  sənaye 

müəssisələrinin açılışında iştirakına dair materiallar da toplanmışdır.   

 

ISBN  978-9952-8100-7-3 

 

32

-

ББК

     

          

          

2017

651(07)

М

0801000000

Я

  





 

© Azərnəşr, 2018

 

 

 



 



 



PARİSDƏ MEDEF-in ÜZVÜ OLAN İŞ  

ADAMLARI İLƏ GÖRÜŞ 

 

19 sentyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

sentyabrın  19-da  Parisdə  Fransa  Sahibkarlar  Təşkilatına  – 

MEDEF-ə üzv olan iş adamları ilə görüşmüşdür. 

Dövlətimizin  başçısını  «MEDEF  International»ın  rəhbəri 

Jan Bürel qarşıladı. 

J a n  B ü r e l: Cənab Prezident, bu görüşdə aparıcılıq etmək 

mənim  və  dostum,  həmkarım  Kristian  Mons  üçün  şərəfdir.  Bizə 

vaxt  ayırdığınız  üçün  Sizə  təşəkkürümüzü  bildiririk.  Bilirik  ki, 

sevdiyiniz  Paris  şəhərində  səfər  proqramınız  olduqca  gərgindir. 

Burada  Azərbaycanın  iqtisadi  inkişafı,  fransız  şirkətlərinin  bu 

tərəqqiyə verə biləcəyi töhfə, onların Sizin ölkədə oynaya biləcəyi 

rol  ilə  bağlı  düşüncələrinizi  dinləmək  üçün  müxtəlif  şirkətləri 

təmsil  edən  60-a  yaxın  nümayəndə  iştirak  edir.  Sizi  dinləmək 

bizim üçün olduqca maraqlıdır. 

Həmkarım  Kristian  Mons  sual-cavab  sessiyasını  keçirəcək. 

Mənim  qısa  giriş  sözümdən  sonra,  etiraz  etmirsinizsə,  biz  Sizi 

dinləyəcəyik,  sonra  Kristian  Mons  sual-cavab  sessiyasına 

başlayacaq.  Fikirlərinizi  bizimlə  bölüşün.  Bir  daha  bizə  vaxt 

ayırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. 

Dünən  Sizin  prezident  Olland  ilə  görüşünüz  oldu.  Luvr 

Muzeyində  İslam  incəsənətinə  həsr  olunmuş  zalların  açılışı 

mərasimində  də  iştirak  etmisiniz.  İqtisadiyyatdan,  ümumi  daxili 

məhsuldan başqa, bilirik ki, dostluq və mədəniyyət bizim ölkələrin 

böyük sərvətidir. Bizə qarşı xoş  münasibət  vardır. Sizin Fransanı 

sevdiyinizi bilirik. 

Cənab  Prezident,  bir  daha  bizə  vaxt  ayırdığınız  üçün  Sizə 

minnətdarlığımızı bildirir və sözü Sizə veririk.  



İ l h a m  Ə l i y e v: Çox sağ olun, minnətdaram. Əvvəlcə 

dəvətə  görə  Sizə  təşəkkürümü  bildirirəm.  Burada,  Parisdə 




 

köhnə  dostları  görmək  çox  xoşdur.  Mən  MEDEF-də  bizim 



əvvəlki görüşlərimizi xatırlayıram. Bu təmaslar Azərbaycan və 

Fransanın  aparıcı  şirkətləri  arasında  iqtisadi  sahədə  güclü 

tərəfdaşlıq münasibətlərinin yaradılmasına çox kömək etmişdir. 

Parisə yenidən gəlməyimə çox şadam. 

Sizin də qeyd etdiyiniz kimi, dünən mənim prezident Olland 

ilə  görüşüm  oldu.  Biz  bir  çox  məsələlər  ətrafında  çox  uğurla 

inkişaf  etməkdə  olan  ikitərəfli  siyasi  əlaqələrə  dair  səmimi  və 

açıq  müzakirələr  apardıq.  Görüşümüz  siyasi  əlaqələrimizin 

strateji  xarakter  daşıdığını  bir  daha  sübut  etdi.  Biz  dostuq, 

tərəfdaşıq və həm ikitərəfli münasibətlər səviyyəsində, həm də 

beynəlxalq arenada fəal şəkildə əməkdaşlıq edirik. Xüsusilə də 

Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndən sonra 

həm  beynəlxalq  məsələlərlə,  həm  də  regionda  və  dünyada 

qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ölkələrimiz arasında 

əlaqələr daha da fəallaşıb. 

Qeyd  etdiyiniz  kimi,  siyasi  əlaqələrlə  yanaşı,  biz  həm  də 

ölkələrimiz  arasında  mədəniyyət  sahəsində  əlaqələri  müzakirə 

etdik.  Bu  əlaqələr  də  çox  uğurla  inkişaf  edir.  Sizin  də  qeyd 

etdiyiniz  kimi,  dünən  mən  Luvr  Muzeyində  İslam  incəsənəti 

bölməsinin  açılışında  iştirak  etdim.  Bu  gün  də  Parisdə 

Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcəyik. 

Bu,  Azərbaycandan  kənarda  açılan  ilk  mədəniyyət  mərkəzidir. 

Ötən  il  Bakıda  yeni  fransız  məktəbinin  təməlini  qoyduq.  Mən 

bir  çox  başqa  tədbirləri,  sərgiləri,  mədəniyyət  sahəsində 

mübadilə,  konsertlər  və  digər  mühüm  tədbirləri  qeyd  edə 

bilərəm ki, bunlar da işbirliyi həyata keçirmək üçün gözəl şərait 

yaradır. 

Ümumilikdə  siyasi  əlaqələr  və  açıq,  səmimi  münasibətlər 

iqtisadi əməkdaşlıqda mühüm rol oynayır. Ona görə də biz çox 

şadıq  ki,  təkcə  siyasi  sahədə  deyil,  xalqlar  arasında  əlaqələr, 

mədəniyyət  sahəsində  də  möhkəm  əməkdaşlıq  əlaqələri 

qurmuşuq.  Ölkələrimiz  arasında  iqtisadi  əməkdaşlığa  gəlincə, 

qarşılıqlı  ticarətdə  dinamik  inkişaf  qeydə  alınır,  hazırda  bu 

göstərici  4,6  milyard  dollar  təşkil  edir  və  getdikcə  artır. 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   123


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə