ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə10/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   6   7   8   9   10   11   12   13   ...   123

 

31 


iqtisadi sahədə qarşılıqlı marağın nə qədər böyük olmasının bir 

daha şahidi olduq. 

Fransa  Azərbaycanın  ikinci  ticarət  tərəfdaşıdır  və  ticarətin 

həcmi  ildən-ilə  artmaqdadır.  Bu  gün  biz  Azərbaycanın  bu  mə-

dəniyyət  ocağında  görüşürük  və  dostlarımızla  təmasda  oluruq. 

Bu  fürsətdən  istifadə  edərək  Fransa–Azərbaycan  əlaqələrinin 

mədəniyyət  sahəsindəki  fəaliyyətinə  görə  Heydər  Əliyev 

Fondunun  prezidenti,  Fransa–Azərbaycan  parlamentlərarası 

dostluq  qrupunun  rəhbəri  Mehriban  Əliyevanın  fəaliyyətini 

xüsusilə  qeyd  etmək  istəyirəm.  Onun  təşəbbüsü  ilə  Fransanın 

mədəni  irsinin  qorunması  üçün  Strasburqda,  Versalda, 

Normandiya  bölgəsində  müxtəlif  layihələr  icra  edilib. 

Azərbaycan  mədəniyyət  xadimlərinin  Fransada  konsertləri, 

sərgiləri  təşkil  edilib.  Keçən  il  Bakıda  Fransız  liseyinin  təməl 

daşı qoyulmuşdur. Bakıda möhtəşəm «Plaisir de France» sərgisi 

keçirilib.  Bu  mədəniyyət  ocağının  fəaliyyətə  başlaması  məhz 

Mehriban  xanımın  təşəbbüsü  ilə  mümkün  olmuşdur.  Fransa 

dövləti  onun  fəaliyyətini  çox  yüksək  qiymətləndirib  və  onu 

«Fəxri Legion» ordeni ilə təltif etmişdir. 

Bu  axşam  doğrudan  da  Fransa–Azərbaycan  dostluğu  axşa-

mıdır.  Bizim  Fransada  dostlarımız  çoxdur.  Bu  binanın  qapıları 

həmişə dostlarımızın üzünə açıq olacaqdır. 

Bu  gün  bizimlə  bərabər  bu  sevincli  günü  qeyd  etmək  üçün 

bu ziyafətə gəlmiş bütün dostları bir daha salamlayıram. Bütün 

fransalı  dostlarımıza  yeni  uğurlar  və  cansağlığı  arzulayıram. 

Sağ olun. 



* * * 

 

Azərbaycanın və Fransanın dövlət və hökumət rəsmiləri-



nin,  tanınmış  ictimai-siyasi,  mədəniyyət  xadimlərinin  və  digər 

nüfuzlu qonaqların iştirak etdikləri qəbulda milli mətbəximizin 

ləziz təamları təqdim olundu. 

Tədbir konsert proqramı ilə davam etdi. 

 

 


 

32 


 

                          Səfər başa çatdı  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



sentyabrın  20-də  Fransa  Respublikasına  işgüzar  səfərini  başa 

çatdıraraq Bakıya qayıtmışdır. 

Dövlətimizin  başçısını  Heydər  Əliyev  Beynəlxalq  Aeropor-

tunda  Baş  nazir  Artur  Rasizadə,  Prezident  Administrasiyasının 

rəhbəri  Ramiz  Mehdiyev,  Bakı  Şəhər  İcra  Hakimiyyətinin 

başçısı Hacıbala Abutalıbov qarşıladılar. 

 

 


 

33 


 

AZƏRBAYCAN DİPLOMATİK 

AKADEMİYASININ YENİ TƏDRİS 

KOMPLEKSİNİN AÇILIŞINDA VƏ YENİ 

KOMPLEKSDƏ KEÇİRİLMİŞ   

AZƏRBAYCANIN DİPLOMATİK XİDMƏT 

ORQANLARI RƏHBƏRLƏRİNİN  

IV MÜŞAVİRƏSİNDƏ İŞTİRAK  

 

21 sentyabr 2012-ci il  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 

xanımı Mehriban Əliyeva sentyabrın 21-də Azərbaycan Diplo-

matik  Akademiyasının  yeni  tədris  kompleksinin    açılışında  və 

yeni  kompleksdə  keçirilmiş  Azərbaycanın  diplomatik  xidmət 

orqanları rəhbərlərinin IV  müşavirəsində iştirak etmişlər. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun pre-

zidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi. 

Dövlətimizin başçısı Akademiyanın yeni tədris kompleksinin 

rəmzi açılışını bildirən lenti kəsdi. 

Azərbaycan  Diplomatik  Akademiyasının  rektoru  Hafiz  Paşa-

yev  prezident  İlham  Əliyevə  məlumat  verdi  ki,  xarici  siyasət 

sahəsində  uğurların  əldə  olunmasında  ilk  növbədə  diplomatiya-

mızın  xüsusi  rolu  vardır.  Müstəqilliyimizin  möhkəmləndirilməsi, 

dünya  dövlətləri  arasında  Azərbaycanın  ədalətli  mövqeyinin 

təbliği və qorunması məhz diplomatların üzərinə düşən böyük və 

şərəfli  vəzifədir.  Gənc  diplomatların  hazırlanması  və  Azərbay-

canın  beynəlxalq  aləmdə  mövqeyinin  qorunub  saxlanması  isti-

qamətində xüsusi rol oynayan mərkəzlərdən biri də Azərbaycan 

Diplomatik  Akademiyasıdır.  Dövlət  başçısının  2006-cı  il  6  mart 

tarixli  Fərmanı  ilə  təsis  edilmiş  Azərbaycan  Diplomatik  Aka-

demiyası  yarandığı  gündən  öz  fəaliyyətində  xüsusi  ixtisaslı  dip-

lomat  kadrların  hazırlanmasını  və  beynəlxalq  münasibətlər 

sahəsində  elmi  tədqiqatların  aparılmasını  əsas  prioritet  kimi 

götürüb.  Fəaliyyətə  başladığı  2007-ci  ildən  bəri  Akademiyada 



 

34 


400  gənc  diplomat  hazırlanmışdır.  2009-cu  ildən  bu  təhsil  oca-

ğında  tədris  proqramının  genişləndirilməsinə  və  «Beynəlxalq 

əlaqələr  və  diplomatiya»  sahəsində  magistratura  proqramının 

reallaşdırılmasına  başlanılıb.  2011-ci  ildən  etibarən  isə  «Biz-

nesin  idarə  edilməsi  və  beynəlxalq  münasibətlər»  üzrə  bakalavr 

ixtisasları yaradılıb. Bu ixtisaslar üzrə hazırda 250 tələbə təhsil 

alır. Akademiyanın 19 xarici ölkədən 35 tələbəsi də var. Fəaliy-

yətinin ildən-ilə genişlənməsi və beynəlxalq əlaqələrinin əhəmiy-

yətli  dərəcədə  artması  Azərbaycan  Diplomatik  Akademiyasının 

yeni  tədris  korpusu  ilə  təmin  olunması  zərurəti  yaratmışdır. 

Bununla  əlaqədar  olaraq,  prezident  İlham  Əliyevin  sərəncamı 

əsasında  2009-cu  ildən  paytaxtın  Nərimanov  rayonu  ərazisində 

təhsil  ocağının  yeni  tədris  kompleksinin  tikintisinə  başlanılıb. 

Yeni tədris kompleksi ABŞ-ın «EYP» şirkətinin layihəsi əsasında 

xüsusi  dizaynla  yüksək  standartlar  səviyyəsində  tikilmişdir.  Bu 

tədris  ocağı  dünyanın  tanınmış  universitetlərinin  təcrübəsinə 

əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunmuşdur. 

Kompleksin ərazisi ilə tanış olan dövlətimizin başçısına bil-

dirildi  ki,  burada  4  ayrı  bina  –  biznes  və  beynəlxalq  mü-

nasibətlər  institutları,  tələbə  mərkəzi  və  kitabxana  tikilmişdir. 

Azərbaycanda  ilk  dəfə  olaraq  bu  tədris  kompleksinin  hava-

landırma sistemi geotermal enerji ilə həyata keçirilir. Bu məq-

sədlə Akademiyanın ərazisində ayrıca geotermal enerji sistemi 

qurulub. Kompleksin ətrafında geniş yaşıllaşdırma işləri aparıl-

mış, müasir işıqlandırma sistemi qurulmuşdur. 

Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva 

ümummilli lider Heydər Əliyevin Azərbaycan Diplomatik Aka-

demiyasının  mərkəzində  ucaldılan  abidəsinə  baxdılar,  Aka-

demiyanın  Biznes  İnstitutunun  3  mərtəbədən  ibarət  binasında 

yaradılan şəraitlə tanış oldular. 

Bildirildi  ki,  Akademiyada  idarəetmə  sistemi  tam  avtomat-

laşdırıldığından  tələbələrin  bu  təhsil  ocağına  gəlişi,  dərslərdə 

iştirakı  və  onların  nəticələri  avtomatik  olaraq  kompüterlərə 

ötürülür,  tələbələr  tələbə  kartları  vasitəsilə  auditoriyalara  daxil 

olurlar. Biznes fakültəsində 40 və 80 nəfərlik elektronlaşdırılmış 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə