ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə115/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   111   112   113   114   115   116   117   118   ...   123

 

368 


25.  Viktor  Sadovniç  (d.1939)  –  informatika  sahəsində  alim. 

Rusiya  Elmlər  Akademiyasının  akademiki.  Dövlət  mükafatı 

laureatı.  1992-ci  ildən  Moskva  Dövlət  Universitetinin  rektoru.  – 

69–70, 87. 



 

26. Almaniya, A l m a n i y a  F e d e r a t i v  R e s p u b l i- k 

a s ı – Mərkəzi Avropada dövlət. Sahəsi 357 min km

2

, əhalisi 



82,2  milyon  nəfərdir.  AFR  tərkibində  16  ərazisi  olan 

federasiyadır.  Dövlət  başçısı  prezident,  hökumət  başçısı  isə 

federal  kanslerdir.  Ali  qanunverici  hakimiyyət  orqanı  parla-

mentdən  –  Bundestaq  və  Bundesratdan  ibarətdir.  Paytaxtı 

Berlin şəhəridir.  – 62, 89, 255. 

 

27. Koreya, K o r e y a  R e s p u b l i k a s ı  – Şərqi  Asi-

yada dövlət. Sahəsi 100,2 min km

2

, əhalisi 51,4 milyon nəfər-



dir.    İnzibati    ərazisi  9  əyalətə,  mərkəzə    tabeli  6    və  1  xüsusi 

statuslu  şəhərə  bölünür.  Dövlət  başçısı  prezident,  qanunverici 

orqanı  birpalatalı  Milli  Məclisdir.  Paytaxtı  Seul  şəhəridir.  – 

62, 90, 332. 



 

28.  Li  Men  Bak  (d.1941)  –  2008–2013-cü  illərdə  Koreya 

Respublikasının Prezidenti olmuşdur. – 90. 



 

29.  İspaniya  –  Cənub–Qərbi  Avropada  dövlət.  Sahəsi 

504,8 min km

2

, əhalisi 47,3 milyon nəfərdir. İnzibati ərazisi 17 



muxtar  vilayətə  daxil  olan  50 əyalətə  bölünür.  İspaniya  kons-

titusiyalı monarxiyadır. Dövlət başçısı kral, qanunverici orqanı 

Korteslərdir  (ikipalatalı  parlament,  Konqres  və  Senat). 

Mərakeş  sahilindəki  Seuta  və  Melilya  anklav  şəhərləri 

İspaniyanın mülküdür. Paytaxtı Madrid şəhəridir. – 91. 

 

30.  I  Xuan  Karlos  (d.1938)  –  1975–2014-cü  illərdə  İspa-

niya  kralı.  1975-ci  ildə  diktator  Frankonun  ölümündən  sonra 

kral elan edilmişdir. – 91. 

 



 

369 


31. Vladimir Putin  (d.1952) – 2000–2008-ci illərdə Rusiya 

Federasiyasının Prezidenti olmuşdur. 1975–97-ci illərdə bir sıra 

məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası 

Prezidenti  Administrasiyasının  rəhbəri,  1998–99-cu  illərdə 

FTX-nın  direktoru,  1999-cu  ilin  avqustundan  Rusiya  höku-

mətinin  başçısı,  2008-ci  ilin  mayında  Rusiya  Federasiyasının 

Baş  naziri  təyin  edilmişdir.  2012-ci  ilin  mart  ayında  yenidən 

Rusiya Federasiyasının Prezidenti seçilmişdir. – 99, 110, 122. 



 

32. Mahmud Kərimov, M a h m u d   K ə r i m   o ğ l u 

(1948–2013) – fizik, fizika-riyaziyyat elmləri doktoru, profes-

sor, akademik. 2001–2013-cü illərdə Azərbaycan Milli Elmlər 

Akademiyasının    prezidenti  olmuşdur.  Azərbaycan  Respubli-

kasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 129. 

 

33.  Əhməd  Zevayl  (1946–2016)  –  Misir–ABŞ  kimyaçısı. 

Kimya üzrə Nobel mükafatı laureatı. XX əsrin 80-ci illərində Zevayl 

dünyada  ilk dəfə olaraq molekulların izlərini əldə etmək imkanını 

verən ən  sürətli çəkiliş kamerasını yaratmışdır. – 129. 



 

34.  Ağdam  –  Azərbaycan  Respublikasında  inzibati  rayon.  

1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1154 km

2

, əhalisi 194,8 



min nəfərdir. 1993-cü ildə Ağdam şəhəri və əksər kəndləri er-

məni qəsbkarları tərəfindən işğal edilmişdir. – 144. 



 

35.  ATƏT-in  Minsk  qrupu  –  1992-ci  il  martın  24-də  yara-

dılmışdır. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı döv-

lətlər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Alma-

niya,  İtaliya,  Rusiya,  ABŞ,  Fransa,  Türkiyə,  Danimarka  və  İs-

veç. 1994-cü ilin dekabrından Minsk qrupuna 2 sədr – Rusiya və 

İtaliya  rəhbərlik  edirdi.  1996-cı  ilin  dekabrından  onun  3  –  Ru-

siya,  ABŞ  və  fransalı  həmsədrləri  var.  Qrupun  əsas  vəzifəsi 

Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qal-

dırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll 

edilməsinə bilavasitə kömək etməkdir. – 144. 




 

370 


 

36.  ATƏT  –  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təş-

kilatı.  Əsası  1973-cü  ilin  iyulunda  Helsinkidə  qoyulmuşdur. 

Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və 

hökumət  rəhbərləri  iştirak  edir.  ATƏT  «soyuq  müharibə»nin 

qurtarmasından  sonra  Ümumavropa  təhlükəsizlik  sistemini 

formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil 

birgəyaşayış  qaydalarını  müəyyən  edən,  dövlətlərarası  mü-

nasibətləri  rəqiblik  və  münaqişə  yolundan  əməkdaşlıq  və 

qarşılıqlı  mənafe  istiqamətlərinə  yönəldən  bir  təşkilat 

funksiyasını icra edir.  

Azərbaycan  1992-ci  ildən  ATƏT-in  üzvüdür  və  1993-cü 

ilin  ikinci  yarısından  ATƏT-in  zirvə  görüşlərində  Azərbay-

can nümayəndə heyəti fəal iştirak edir. – 144, 146. 

 

37.  Şuşa  –  Azərbaycan  Respublikasında şəhər.  Sahəsi  289 

km

2

,  əhalisi  32,8  min  nəfərdir.  Elmi  ədəbiyyatda  Şuşanın 



əsasının 1750-ci illərin əvvəllərində Qarabağ xanı Pənahəli xan 

Cavanşir tərəfindən qoyulması göstərilsə də, tədqiqatlar Şuşanın 

qədim  yaşayış  məntəqəsi  olduğunu  qeyd  edirlər.  Qarabağ 

xanlığının mərkəzi olan Şuşa bir müddət Pənahəli xanın adı ilə 

Pənahabad adlanmışdır.  

Şuşa 1813-cü il Gülüstan müqaviləsinə əsasən Qarabağ xan-

lığı  tərkibində  Rusiyaya  birləşdirildi.  1920-ci  ilin  martında  er-

məni  daşnaklarının  Qarabağda  törətdikləri  qırğın  nəticəsində 

Şuşanın  bir  hissəsi  tamamilə  yandırıldı  və  minlərlə  günahsız 

insan qətlə  yetirildi. Lakin iyun ayının əvvəlində müsavatçılar 

və türk generalı Nuru Paşa Şuşanı erməni qəsbkarlarından xilas 

etdi.  1923-cü  il    Azərbaycan  MİK-nin  dekretinə  əsasən  Dağlıq 

Qarabağ Muxtar Vilayəti təşkil olunduqda Şuşa muxtar vilayətin 

tərkibinə  daxil  edildi.1992-ci  ildə  erməni  işğalçıları  tərəfindən 

işğal edilmişdir. – 170, 228, 349, 350, 351, 357. 

 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə