ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə116/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   112   113   114   115   116   117   118   119   ...   123

 

371 


38.  Xankəndi  –  Azərbaycan  Respublikasında şəhər. Dağlıq 

Qarabağ  Muxtar  Vilayətinin  mərkəzi.  1991-ci  ildən  erməni 

separatçıları tərəfindən işğal edilmişdir. – 170, 228, 351. 

 

39. Səməd  Vurğun,  S ə m ə d  Y u s i f    o ğ l u   V ə k i - l 

o  v  (1906–1956)  –  böyük  Azərbaycan  şairi,  ictimai  xadim. 

Azərbaycanın Xalq  şairi  Səməd  Vurğunun  yaradıcılığı  XX  əsr 

Azərbaycan şeirinin inkişafında mühüm rol oynamışdır. Səməd 

Vurğun  Azərbaycan  Yazıçılar  İttifaqının  məsul  katibi,  sədri, 

Azərbaycanın  Xarici  Ölkələrlə  Mədəni  Əlaqələr  Cəmiyyətinin 

sədri,  Azərbaycan  MEA-nın  vitse-prezidenti  olmuşdur,  2  dəfə 

SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. – 176, 

355. 

 

40.  Yeni  Azərbaycan Partiyası (YAP)  –  Azərbaycanda  ən 

kütləvi siyasi partiya. YAP 1992-ci il noyabrın 21-də Naxçıvan 

şəhərində  təsis  edilib.  81  rayon  və  5000-ə  yaxın  ilk  partiya 

təşkilatı var. Partiyada Gənclər Birliyi və Qadın Şurası fəaliyyət 

göstərir. Üzvlərinin sayına görə parlamentdə çoxluq təşkil edir. 

Azərbaycanın  dövlət  müstəqilliyinin  daha  da  möhkəm-

ləndirilməsində,  ölkəmizdə  demokratik,  hüquqi  və  dünyəvi 

dövlət qurulmasında və iqtisadi-siyasi islahatların həyata keçiril-

məsində  fəal  iştirak  edir.  YAP-ın  təsis  konfransında  (1992) 

mərhum prezidentimiz Heydər Əliyev yekdilliklə partiyanın sədri 

seçilmişdir.  2005-ci  ilin  mart  ayından  isə  YAP-ın  sədri  prezident 

İlham Əliyevdir. – 188,296, 306. 



 

41. Leyla Əliyeva, L e y l a   İ l h a m   q ı z ı (d.1986) – 

«Baku»  jurnalının  baş  redaktoru,  Heydər  Əliyev  Fondunun  

vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyevin  və  Azərbaycan  Respublikasının  Birinci  vitse-

prezidenti  Mehriban  Əliyevanın  böyük  qızı,  Heydər  Əliyevin 

nəvəsi.  2006–2008-ci  illərdə  Leyla  Əliyeva  Moskva  Dövlət 

Beynəlxalq Əlaqələr İnstitutunun magistraturasında oxumuş və 

bu institutda oxuyan azərbaycanlı tələbələrin nümayəndəsi kimi 




 

372 


fəaliyyət göstərmişdir. Leyla Əliyeva həm də Moskvada Heydər 

Əliyev  Fonduna  başçılıq  edir.    Azərbaycan  Respublikasının  

«Tərəqqi» medalı ilə təltif edilmişdir. – 200. 

 

42. Ümumdünya İqtisadi   Forumu, D a v o s   İ q t i s a d i   

F o r u m u  –  İsveçrənin kurort şəhəri Davosda hər il Ümum-

dünya  İqtisadi  Forumu  keçirilir.  1995-ci  il  yanvarın  26–30-da 

Azərbaycan prezidenti Heydər Əliyev başda olmaqla, Azərbaycan 

nümayəndə heyəti ilk dəfə bu forumda iştirak etmişdir. – 211,215. 

 

43. Helsinki Yekun Aktı – 1975-ci il avqustun 1-də Finlan-

diyanın  paytaxtı  Helsinkidə  Avropanın  33  dövlətinin,  ABŞ  və 

Kanadanın  dövlət  və  hökumət  başçılarının    müşavirəsi  oldu. 

Onlar  Avropada  təhlükəsizlik  və  əməkdaşlıq  haqqında    Zirvə 

aktını imzaladılar. Azərbaycan Respublikası bu aktı 1992-ci ildə 

imzalamışdır. – 214. 



 

44. Əlcəzair,   Ə l c ə z a i r   X a l q   D e m o k r a t i k     R e 

s  p  u  b  l  i  k  a  s  ı  –  Şimali  Afrikada  dövlət.  Sahəsi  2,38  milyon  

km

2

,  əhalisi  40,4  milyon  nəfərdir.  İnzibati  ərazisi  48  vilayətə  



bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı 

Milli Xalq Məclisidir. Paytaxtı Əlcəzair şəhəridir. – 229, 279. 



 

45. Əbdüləziz Buteflika (d.1937)  – Əlcəzairin dövlət xadi-

mi,  1999-cu  ildən  Əlcəzair  Respublikasının    Prezidentidir.  – 

229. 

 

46. Özbəkistan, Ö z b ə k i s t a n   R e s p u b l i k a s ı – Orta 

Asiyanın mərkəzində dövlət. Sahəsi 447,4 min km

2

, əhalisi 32,3 



milyon  nəfərdir.  Özbəkistanın  tərkibinə  Qarakalpak  Muxtar 

Respublikası  və  12  vilayət  daxildir.  Dövlətin  başçısı prezident, 

qanunverici orqanı Məclisdir. Paytaxtı Daşkənd şəhəridir. – 231–

251, 266. 



 


 

373 


47. İslam Kərimov, İ s l a m   Ə b d u q ə n i  o ğ l u (1938–

2016)  –  Özbəkistanın  siyasi  və  dövlət  xadimi.  1989–90-cı 

illərdə  Özbəkistan  KP  MK-nın  Birinci  katibi,  1990–2016-cı 

illərdə  Özbəkistan  Respublikasının  Prezidenti  olmuşdur.  –  231–

251. 

 

48. İpək yolu, B ö y ü k   İ p ə k   y o l u – beynəlxalq tarixi 

tranzit-ticarət  yolu,  eramızdan  əvvəl  II  əsrin  sonlarından  era-

mızın XVI əsrinədək fəaliyyət göstərmiş, Çindən Şimali Afrika 

və  İspaniyaya qədər  uzanaraq,  ayrı-ayrı  qolları  ilə o zaman 

dünyanın  məlum  olan,  demək  olar  ki,  bütün  ölkələrini 

birləşdirmişdir. 

Əlverişli  coğrafi  mövqedə  yerləşməsi  və  zəngin  maddi 

sərvətlərə  malik  olması  sayəsində  Azərbaycan  qədim  zaman-

lardan  dünya  ölkələri  arasında  iqtisadi  və  mədəni  əlaqələrdə 

mühüm yer tutmuşdur. 

XX  əsrin  sonunda  Azərbaycan  Respublikasının  Prezidenti 

Heydər  Əliyevin  Böyük  İpək  yolunun  yenidən  dirçəldilməsi 

ideyasını irəli sürməsi bütün dünyada, xüsusilə də Böyük  İpək 

yolunun  üstündə  yerləşən  ölkələrdə  ciddi  maraqla  qarşılandı. 

Bu  məqsədlə  1998-ci  ilin  sentyabrında  Bakıda  33  dövlətin  və 

Avropa  İttifaqının  iştirakı  ilə  beynəlxalq  konfrans  keçirildi, 

TRASEKA  proqramı  çərçivəsində  nəzərdə  tutulan  Asiya–

Qafqaz–Avropa ticarət dəhlizinin – Böyük İpək yolunun bərpa-

sının və onun imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi 

qeyd olundu. – 239. 



 

49. Bakı–Tbilisi–Qars– Azərbaycan, Gürcüstan və Türkiyəni 

dəmir  yolu  ilə  birləşdirən  nəqliyyat  dəhlizi.  Yolun  tikintisinə 

2007-ci  ildə  başlanılmışdır.  30  oktyabr  2017-ci  ildə  istifadəyə 

verilmişdir. Yolun uzunluğu 826 km-dir. – 239, 241. 



 

50. Nizami Gəncəvi,  İ l y a s  Y u s i f  o ğ l u (1141–1209) – 

dahi Azərbaycan şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə 

məsnəvi  formasında  yazdığı  5  epik  poemadan  ibarət  «Xəmsə» 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə