ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə117/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   113   114   115   116   117   118   119   120   ...   123

 

374 


müəllifi  kimi  daxil  olmuşdur.  Nizami  Gəncəvinin  ilkin  Şərq 

Renessansının  zirvəsi  olan  yaradıcılığında  dövrünün  ən 

humanist,  ümumbəşəri  ictimai-siyasi,  sosial  və  mənəvi-əxlaqi 

idealları  parlaq  bədii  əksini  tapmışdır.  Nizami  Gəncəvi  Yaxın 

Şərq ədəbiyyatında mənzum roman janrının əsasını qoymuş, yeni 

ədəbi  məktəb  yaratmışdır.  Nizami  Gəncəvi  həm  də  dövrünün 

görkəmli  mütəfəkkiri  olmuşdur.  Onun  bütün  əsərlərində 

şəxsiyyət  azadlığı,  insanın  mənəvi  azadlığı  tərənnüm  olunur.  – 

246. 

 

51. Əlişir Nəvai, N i z a m ə d d i n   M i r   Ə l i ş i r (1441–

1501)  –  özbək  şairi  və  mütəfəkkiri,  dövlət  xadimi.  Özbək 

dilində  «Xəmsə»  yaradaraq  Nizami  ədəbi  məktəbinin  ən 

görkəmli  davamçılarından  biri  kimi,  Yaxın  Şərqdə  şöhrət 

qazanmışdır. – 246. 

 

52. Mirzə Uluqbəy,  U l u q b ə y   M ə h ə m m ə d    T a -r 

a  ğ  a  y  (1394–1449)  –  özbək  astronomu,  riyaziyyatçısı,  Əmir 

Teymurun nəvəsi. 1409-cu ildə Səmərqənd hakimi elan edilmiş, 

atası Şahruxun ölümündən (1447) sonra Teymurçilər sülaləsinin 

başçısı  olmuşdur.  Hələ  gəncliyindən  elmlə  maraqlanmış, 

ensiklopedik  biliyə  malik  olmuşdur.  Onun  yaratdığı  Uluqbəy 

rəsədxanasında  tərtib  edilən  ulduz  kataloqu  dünyada  ən  yaxşı 

kataloq olmuş, Oksfordda (1665) nəşr edilmişdir. – 246. 



 

53. İran, İ r a n   İ s l a m   R e s p u b l i k a s ı – Cənub-

Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km

2

, əhalisi 78,4 milyon 



nəfərdir. İnzibati cəhətdən 24 ostana bölünür. Ali qanunverici 

orqanı  4  il  müddətinə  seçilən  Xalq  Şurası  Məclisidir.  Hö-

kuməti  Baş  nazir  təşkil,  prezident  isə  təsdiq  edir.  Paytaxtı 

Tehran şəhəridir. – 256. 



 

54. Mahmud Əhmədinejad (d.1956) – 2005–2013-cü illərdə 

İran İslam Respublikasının Prezidenti olmuşdur. – 256. 



 


 

375 


55.  Emoməli  Rəhmon,  E  m  o  m  ə  l  i      Ş  ə  r  i  f      o  ğ  l  u 

(d.1952) – Tacikistanın siyasi və dövlət xadimi. 1992-ci  ildə  Ta-

cikistan  Ali  Sovetinin  Sədri  olmuşdur.  1994-cü  ilin  noyabrından 

Tacikistan Respublikasının Prezidentidir. «Heydər Əliyev»  ordeni 

ilə təltif edilmişdir. – 257, 265, 271. 

 

56. Əfqanıstan,  Ə f q a n ı s t a n   İ s l a m    R e s p u b l i -k a 

s  ı  –  Cənub-Qərbi  Asiyada  dövlət.  Sahəsi  652,8  min  km

2

,  əhalisi 



32,5  milyon  nəfərdir.  İnzibati  ərazisi  34  vilayətə    bölünür.  Dövlət 

başçısı prezidentdir. Paytaxtı Kabil şəhəridir. – 257, 264. 



 

57. Həmid Kərzai (d.1957) – 2001–2002-ci illərdə Əfqanısta-

nın  Baş  naziri,  2004–2014-cü  illərdə  Əfqanıstan  İslam  Res-

publikasının  Prezidenti olmuşdur. –  257. 

 

58. Pakistan, P a k i s t a n   İ s l a m   R e s p u b l i k a s ı – 

Cənubi Asiyada dövlət. Sahəsi 881,4  min  km

2

,  əhalisi  201  mil-



yon nəfərdir. İnzibati cəhətdən 4 əyalətə və federal paytaxt əra-

zisinə  bölünür.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı 

ikipalatalı parlamentdir. Paytaxtı İslamabad şəhəridir. – 257, 

265, 267, 272. 



 

59.  Asif  Əli  Zərdari  (d.1955)  –  2008–2013-cü  illərdə  Pa-

kistan  İslam  Respublikasının  Prezidenti  olmuşdur.  –  257,  265, 

267, 272. 

 

60. Türkmənistan,  T ü r k m ə n i s t a n   R e s p u b l i k a-  s 

ı  –  Orta  Asiyanın  cənub-qərbində  dövlət.  Sahəsi  491,2  min  km

2



əhalisi  5,8  milyon  nəfərdir.  İnzibati  ərazisi  5  vilayətə  bölünür. 



Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  Məclisdir.  Paytaxtı 

Aşqabad şəhəridir. – 266. 



 

61. Abdullah Gül (d.1950) – Türkiyənin dövlət və siyasi xadi-

mi, iqtisad elmləri doktoru, professor. 1991-ci ildə TBMM-in üzvü 

seçilmişdir.  Abdullah  Gül  Rəcəb  Tayyib  Ərdoğanla  Ədalət  və 



 

376 


İnkişaf  Partiyasının    yaradıcılarından  biridir.  2007–2014-cü 

illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti olmuşdur. Azərbaycan 

Respublikasının  «Heydər  Əliyev»  ordeni  ilə  təltif  edilmişdir.  – 

273. 


 

62.  Qurbanqulu  Berdıməhəmmədov  (d.1957)  –  Türkmə-

nistanın dövlət xadimi. 2007-ci ildən Türkmənistan Respublika-

sının Prezidentidir. – 275. 

 

63.  Çexiya,  Ç e x i  y  a    R  e s p u  b l i  k a  s ı  – Mərkəzi 

Avropada  dövlət.  Sahəsi  78,9  min  km

2

,  əhalisi  10,5  milyon 



nəfərdir.  İnzibati  cəhətdən  7  vilayətə  bölünür.  Dövlət  başçısı 

prezident,  qanunverici  orqanı  ikipalatalı  (Senat  və  Deputatlar 

Palatası) parlamentdir. 1993-cü ildən Çexoslovakiya Federasi-

yasının  fəaliyyəti  dayandırıldıqdan  sonra  Çexiya  müstəqil 

dövlətdir. Paytaxtı Praqa şəhəridir. – 276. 

 

64. Vatslav Klaus (d.1941) – 2003–2013-cü illərdə Çexiya 

Respublikasının Prezidenti olmuşdur. – 276. 



 

65. Avstriya, A v s t r i y a   R e s p u b l i k a s ı  – Mər-

kəzi  Avropada,  Dunay  hövzəsində  dövlət.  Sahəsi  83,8  min 

km

2

,  əhalisi  8,7  milyon  nəfərdir.  Dövlət  başçısı  prezident, 



qanunverici orqanı ikipalatalı parlamentdir. Paytaxtı Vyana şə-

həridir. – 277. 



 

66.  Hayntz  Fişer  (d.1938)  –  Avstriyanın  dövlət  və  siyasi 

xadimi.  Hüquqşünas,  professor.  2004–2016-cı  illərdə  Avstriya 

Respublikasının  Federal Prezidenti olmuşdur. – 277. 

 

67.  Bosniya  və  Herseqovina  –  1945–92-ci  illərdə    Yuqo-

slaviya  Sosialist  Federativ  Respublikasının  tərkibində  olmuş-

dur.  Yuqoslaviyanın  tərkibindən  çıxdıqdan  sonra  əhali  ara-

sında  (müsəlman  başnak,  serb  və  xorvat)  milli-dini  zəmində 

qarşıdurma yarandı və qanlı hərbi konfrantasiyaya səbəb oldu. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə