ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə12/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   8   9   10   11   12   13   14   15   ...   123

 

38 


səfirliklərimiz,  Batumidə  isə  baş  konsulluğumuz  fəaliyyətə 

başlamışdır. 

Azərbaycanda  isə  Macarıstan,  Qətər,  Birləşmiş  Ərəb  Əmir-

likləri,  Tacikistan,  Qırğızıstan,  Argentina,  Braziliya,  Çexiya, 

Mərakeş  və  Niderland  Krallığının  səfirlikləri,  habelə  bir  sıra 

digər dövlətlərin Fəxri konsulluqları fəaliyyətə başlamışdır. 

Azərbaycan  Respublikasının  beynəlxalq  münasibətlər  siste-

mində rolunun və etimadının əhəmiyyətli dərəcədə artması, dost 

və  tərəfdaş  dövlətlərlə  əlaqələrin  möhkəmləndirilməsi,  habelə 

yeni  diplomatik  nümayəndəliklərin  təsis  edilməsi  diplomatik 

xidmət orqanları əməkdaşları qarşısında yeni vəzifələr qoymuş 

və hədəfləri müəyyənləşdirmişdir. 

Təbii  olaraq,  Ermənistan–Azərbaycan  münaqişəsinin  həlli 

hərtərəfli fəaliyyətimizin prioritet məsələsi olaraq qalmaqdadır. 

Ermənistan  tərəfindən  işğal  olunmuş  torpaqlarımızın  azad 

edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma 

yurd-yuvalarından  qovulmuş  qaçqın  və  məcburi  köçkün-

lərimizin  geri  qaytarılması  və  ən  əsası  dövlətimizin  suveren-

liyinin  bərpası,  ərazi  bütövlüyünün  təmin  olunması  xarici  döv-

lətlərlə  həm  ikitərəfli,  həm  də  çoxtərəfli  formatda  həyata  ke-

çirilən əməkdaşlıq zamanı gündəliyimizdə duran müstəsna əhə-

miyyətli birinci məsələ olaraq qalmaqdadır. 

Son bir neçə il ərzində Ermənistanın işğalçı siyasətinin ifşası 

və bu siyasətə güclü dəstək verən erməni lobbisinin mənfur və 

riyakar  səylərinə  qarşı  fəaliyyətimiz  gücləndirilməkdədir. 

Xalqımıza  qarşı  Ermənistanın  hazırkı  rəhbərliyinin  bilavasitə 

iştirakı  ilə  həyata  keçirilmiş  Xocalı  soyqırımının  Meksika 

Birləşmiş  Ştatları,  Kolumbiya  Respublikası  və  Pakistan  İslam 

Respublikasının  parlamentləri  tərəfindən  rəsmən  tanınmasına 

nail 


olunmuşdur.  Beynəlxalq  ictimaiyyətin  ermənilərin 

azərbaycanlılara  qarşı  törətdiyi  vəhşiliklər  barədə  məlu-

matlandırılması  və  digər  xarici  ölkələrin  qanunverici  orqanları 

tərəfindən  Xocalı  soyqırımının  tanınması  istiqamətində 

fəaliyyətimiz davam etməkdədir. 



 

39 


2010-cu il sentyabrın 3-də Azərbaycan Respublikası və Ru-

siya  Federasiyası  arasında  dövlət  sərhədi  haqqında  müqavilə 

imzalanmışdır  ki,  bununla  da  2  dövləti  ayıran  dövlət  sərhəd 

xətti müəyyən olunmuşdur. 

2011-ci  il  oktyabrın  24-də  Birləşmiş  Millətlər  Təşkilatının 

Təhlükəsizlik  Şurasına  2012–2013-cü  illər  üçün  qeyri-daimi 

üzvlüyə keçirilən seçkilərdə Azərbaycan Respublikasının    17 

raunddan  sonra  155  ölkənin  dəstəyini  qazanaraq  qalib  gəlməsi 

həmin dövlətlər tərəfindən respublikamıza olan yüksək etimadın 

və  inamın  göstəricisidir.  20  illik  müstəqilliyimiz  dövründə 

beynəlxalq  arenada  belə  böyük  uğurun  əldə  edilməsi 

Azərbaycan  dövlətinin  başçısı  tərəfindən  müəyyən  olunan  və 

həyata  keçirilən xarici  və  daxili siyasət  kursunun  nailiyyətidir. 

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında 

bu  mötəbər  quruma  qeyri-daimi  üzv  seçilən  ilk,  bütün  MDB 

məkanında isə 2-ci ölkədir. Onu qeyd etmək istəyirəm ki, MDB 

ölkələrindən  Ukrayna  bizdən  əvvəl  seçilmişdi,  amma  Ukrayna 

hələ 1945-ci ildən BMT-nin üzvüdür. 

2012-ci ilin may ayında Təhlükəsizlik Şurasında Azərbaycan 

Respublikası  Prezidentinin  sədrliyi  ilə  terrorizmlə  mübarizəyə 

həsr  olunmuş  yüksək  səviyyəli  iclas  keçirilmişdir.  Belə  bir 

mötəbər  quruma  üzvlük  Azərbaycanın  beynəlxalq  nüfuzunun 

daha da gücləndirilməsi üçün böyük imkanlar yaratmışdır. 

Həmçinin  Azərbaycan  2011-ci  ildə  YUNESKO-nun  36-cı 

sessiyası zamanı təşkilatın bir neçə alt qurumlarına üzv seçilmə-

yə və yüksək vəzifələr tutulmasına nail olmuşdur. 

Azərbaycan  Respublikası  2011-ci  ildə  İndoneziyanın  Bali 

şəhərində  keçirilmiş  «Qoşulmama  Hərəkatı»nın  16-cı  Nazirlər 

Konfransında hərəkatın üzvü seçilmişdir. Üzvlərinin sayına gö-

rə  Birləşmiş  Millətlər  Təşkilatından  sonra  2-ci  beynəlxalq 

qurum  olan  «Qoşulmama  Hərəkatı»nda  aparılan  uğurlu  fəaliy-

yət nəticəsində 2012-ci il avqustun 30–31-də Tehran şəhərində 

keçirilmiş  və  Azərbaycanın  ilk  dəfə  üzv  dövlət  kimi  iştirak 

etdiyi zirvə toplantısının yekun sənədinə üzv ölkələrin dövlət və 

hökumət  başçılarının  Ermənistan–Azərbaycan  münaqişəsinin 



 

40 


Azərbaycan  Respublikasının  suverenliyi,  ərazi  bütövlüyü  və 

beynəlxalq  səviyyədə  tanınmış  sərhədləri  çərçivəsində  həllini 

dəstəkləyən bənd daxil olunmuşdur. 

İslam  Əməkdaşlıq  Təşkilatı  ilə  yüksək  səviyyədə  qurulmuş 

əməkdaşlıq  davam  etdirilmişdir.  Bu  təşkilat  çərçivəsində 

Ermənistanın  Azərbaycana  qarşı  təcavüzünün  aradan  qaldırıl-

ması,  suverenliyimizin  bərpa  olunması  ərazi  bütövlüyümüzün 

və  sərhədlərimizin  toxunulmazlığının  təmin  edilməsi  ilə  bağlı 

ədalətli  mövqemiz  bir  daha  bütün  üzv  ölkələr  tərəfindən 

dəstəklənmiş  və  bu  yöndə  bir  sıra  sənədlər  yekdilliklə  qəbul 

edilmişdir. 

Diplomatik  fəaliyyətin  genişləndirilməsi  çərçivəsində  Latın 

Amerikası  və  Asiya  ölkələri  ilə  yüksək  səviyyəli  münasibətlər 

qurulmuşdur.  Yaxın  zamanlarda,  cənab  Prezident,  Azərbaycan 

Respublikasının  Avstraliya  İttifaqında  səfirliyi  fəaliyyətə 

başlayacaqdır. 

Möhtərəm cənab Prezident! 

Sizin göstərdiyiniz yüksək diqqət və qayğı ilə əhatə olunmuş 

diplomatik  xidmət  orqanlarının  əməkdaşları  öz  şərəfli  vəzifə-

lərinin  məsuliyyətini  dərk  edirlər.  Əmin  ola  bilərsiniz  ki, 

dövlətimizin  milli  maraqlarının  təmin  olunması  məqsədini  gü-

dən xarici siyasət kursunun həyata keçirilməsi ilə əlaqədar ver-

diyiniz  tapşırıqların  icrasının  layiqincə  təmin  edilməsi  üçün 

diplomatik xidmət orqanlarının əməkdaşları səy və bacarıqlarını 

əsirgəməyəcəkdir. 

Diqqətinizə görə təşəkkür edirəm. 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə