ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə13/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   9   10   11   12   13   14   15   16   ...   123

 

41 


 

* * * 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  mü-

şavirədə nitq söylədi: 

 

– Hörmətli səfirlər! 

Xanımlar və cənablar! 

Əziz qonaqlar! 

Bu gün ölkəmizin tarixində çox gözəl və əlamətdar bir gün-

dür.  Diplomatik  Akademiyanın  yeni  binasının  açılışını  qeyd 

edirik.  Eyni  zamanda,  ənənəvi  olaraq  səfirlərlə  müşavirəni 

açırıq. 


Diplomatik  Akademiyanın  yaradılması  ölkəmizin  tarixində 

çox əlamətdar bir hadisə idi. Çox şadam ki, qısa müddət ərzində 

Akademiya  sürətlə  inkişaf  etmiş,  ölkədə,  regionda  və  dünyada 

böyük  nüfuz  qazanmışdır.  Bu  gün  peşəkar  kadrların 

hazırlanması  işində  Akademiyanın  fəaliyyəti  gözəgörünəndir. 

Əminəm ki, gələcək illərdə Akademiya öz fəaliyyətini daha da 

genişləndirəcəkdir.  Bu  gün  biz  Akademiyanın  rektoru  ilə  bu 

barədə söhbət etdik. 

Akademiya üçün gözəl bina tikilmişdir. Deyə bilərəm ki, son 

illər  təhsil  sahəsində  tikilən  binaların  içində  öz  gözəlliyi, 

dizaynı,  funksional  tərəfləri  ilə  seçilən  bir  binadır.  Burada  

oxumaq, çalışmaq üçün bütün şərait vardır. Əminəm ki, burada 

oxuyan  və  oxuyacaq  gənclər  gələcəkdə  Azərbaycanın  milli 

maraqlarını şərəflə müdafiə edəcəklər. 

Akademiyanın  inkişafı  ilə  bağlı  yeni  təkliflər,  yeni  planlar 

vardır. Hesab edirəm ki, bu bazada Akademiyanın fəaliyyətini, 

istiqamətlərini,  çoxşaxəli  funksiyalarını  daha  da  geniş-

ləndirməliyik. 

Təsadüfi  deyildir  ki,  səfirlərlə  ənənəvi  müşavirə  məhz  yeni 

binada keçirilir. Bu binada birinci tədbir bu mövzu ilə bağlıdır. 

Bu da təbiidir. Çünki Azərbaycanın xarici siyasəti çox çevikdir, 

dinamikdir,  sürətlə  inkişaf  edəndir  və  ölkəmizə  böyük  uğurlar 

gətirən xarici siyasətdir. 



 

42 


Səfirlərlə  mənim  təmaslarım  mütəmadi  xarakter  daşıyır. 

Həm onları yeni vəzifəyə təyin edəndə görüşürük, həm vaxtaşırı 

görüşürük,  həm  də  Xarici  İşlər  Nazirliyi  vasitəsilə  bütün 

müvafiq  göstərişlər,  tapşırıqlar  verilir.  Bir  sözlə,  indi 

səfirliklərimizin  sayı  sürətlə  artmaqdadır.  Əlbəttə,  bu  bizim 

xarici  siyasətdəki  uğurumuzu  şərtləndirən  amillərdən  biridir. 

Gələcəkdə  biz  diplomatik nümayəndəliklərin  sayını  artıracağıq 

ki,  Azərbaycan  öz  maraqlarını  daha  da  böyük  uğurla  müdafiə 

edə bilsin. 

 Səfirlər peşəkar diplomatdırlar. Onların arasında gənclər də 

kifayət qədər çoxdur, təcrübəli diplomatlar da vardır. Onlar öz 

vəzifə  borclarını  yaxşı  bilirlər  və  hesab  edirəm  ki,  bütövlükdə 

öz vəzifə borclarını yaxşı yerinə yetirirlər. Səfirlərin qarşısında 

duran vəzifələr bəllidir, aydındır. Ancaq yenə də deyirəm, həyat 

sürətlə  inkişaf  edir,  beynəlxalq  münasibətlər  dəyişir  və 

beynəlxalq  aləmdə  yeni  məsələlər,  yeni  çağırışlar  ortaya  çıxır. 

Əlbəttə ki, biz xarici siyasətimizə mütəmadi qaydada müəyyən 

düzəlişlər  etməliyik.  Nəzərə  almalıyıq  ki,  strateji  xəttimiz 

dəyişməz  olaraq  qalır.  Azərbaycanın  xarici  siyasətinin 

istiqamətlərini  ulu  öndər  Heydər  Əliyev  müəyyən  etmişdir.  Bu 

gün bu sahədə və bütün başqa sahələrdə strateji xətt icra edilir. 

 Xarici  siyasətlə  bağlı  ölkə  qarşısında  duran  əsas  vəzifə 

Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli 

məsələsidir.  Bu  nəinki  xarici  siyasətdə,  ümumiyyətlə,  ölkə 

qarşısında  duran  əsas  məsələdir.  Bildiyiniz  kimi,  məsələ  uzun 

illərdir  öz  həllini  tapmır,  ədalət,  beynəlxalq  hüquq  normaları 

pozulur  və  bu  ədalətsizlik  davam  edir.  Azərbaycan  bu 

məsələnin  həlli  üçün  bütün  imkanlardan  istifadə  edir  və 

etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. 

Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır 

və bu istiqamətdə önəmli addımlar atılır. 

Əgər müstəqillik dövrünə nəzər salsaq görərik ki, bu 20 il ər-

zində  Ermənistan  ilə  Azərbaycan  arasındakı  fərq,  yəni  uçurum 

daha  da  böyük  olmuşdur.  Növbəti  illərdə  bu  fərq  yalnız  və 




 

43 


yalnız  böyüyəcək  və  Azərbaycanın  üstünlükləri  daha  da 

görünəcəkdir. 

Diplomatik səylər davam etdirilir. Səfirliklərin bu istiqamət-

də  fəaliyyəti  məqsədyönlüdür.  Dünyadakı  dostlarımızın,  dost 

ölkələrin  sayı  artmaqdadır.  Beynəlxalq  təşkilatlarda  Dağlıq 

Qarabağ məsələsinə dair ədalətli, yəni maraqlarımızı təmin edən 

qətnamələr  kifayət  qədər  qəbul  edilmişdir.  BMT Təhlükəsizlik 

Şurasının  4  qətnaməsi,  ATƏT-in  qərarları,  digər  beynəlxalq 

təşkilatların  –  İslam  Əməkdaşlıq  Təşkilatının,  Avropa 

Parlamentinin,  Avropa  Şurasının,  «Qoşulmama  Hərəkatı»nın 

qətnamələri,  NATO-nun  qərarları,  yəni  hüquqi  baza  kifayət 

qədər  genişdir,  möhkəmdir  və  sarsılmazdır.  Münaqişənin  həlli 

üçün ilk növbədə hüquqi baza möhkəm olmalıdır. Bu məsələ ilə 

bağlı  Ermənistanın  mövqeləri  çox  zəifdir,  bizim  mövqelərimiz 

isə çox güclüdür. 

Mən  məsələnin  tarixi  aspekti  haqqında  dəfələrlə  fikirlərimi 

bildirmişəm,  müvafiq  göstərişlər  vermişəm,  o  cümlədən  bizim 

alimlərə ki, məsələnin tarixi aspektinə dair tutarlı arqumentlərlə 

zəngin yeni kitablar dərc edilsin. Bu istiqamətdə də  işlər gedir 

və araşdırmalarımız, əsərlərimiz həqiqəti əks etdirir, yəni tarixi 

həqiqət üzərində qurulmuşdur. Məsələnin tarixi aspekti də çox 

önəmlidir.  Çünki  uzun  illər  ermənilər  öz  lobbi  qurumları 

vasitəsilə  dünyada  belə  bir  rəy  formalaşdırmağa  çalışırlar  ki, 

Dağlıq Qarabağ qədim erməni torpağıdır və erməni xalqı əsrlər 

boyu  bu  torpaqda  yaşamışdır.  Bunlar  tamamilə  yalan,  təhrif 

edilmiş  məlumatlardır.  Hazırda  biz  bu  yalanları  ifşa  etməklə, 

həqiqətləri  ortaya  qoymaqla,  eyni  zamanda,  münaqişənin  həlli 

üçün tarixi bazanı da möhkəmləndiririk. 

Bildiyiniz  kimi,  Dağlıq  Qarabağ  əzəli  Azərbaycan  torpağı-

dır. Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntə-

qələrinin  toponimləri  Azərbaycan  mənşəlidir.  Nəinki  Dağlıq 

Qarabağ, indiki Ermənistanın toponimlərinin mütləq əksəriyyəti 

Azərbaycan  mənşəlidir.  Xalqımız  əsrlər  boyu  bu  torpaqda 

yaşamış, yaratmış və bundan sonra da bu torpaqda yaşamalıdır. 

Biz bunu təmin edəcəyik. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə