ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə14/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   10   11   12   13   14   15   16   17   ...   123

 

44 


Məsələnin  digər  tərəfləri  də  münaqişənin  həlli  üçün  böyük 

əhəmiyyət kəsb edir. Xüsusilə iqtisadi məsələlər. Bu gün Ermə-

nistan  ilə  Azərbaycan  arasında  fərq  kifayət  qədər  böyükdür. 

Bizim  iqtisadiyyat  müqayisəedilməz  dərəcədə  irəliyə  gedibdir. 

Təkcə hərbi xərclərimiz Ermənistanın bütün büdcəsindən 2 dəfə 

çoxdur. 


İqtisadi 

imkanlarımız 

genişlənir. 

İqtisadi 

tərəfdaşlarımızın  sayı  artmaqdadır,  ixrac  potensialımız  artır. 

İqtisadiyyat artıq çoxşaxəli iqtisadiyyatdır və bu ilin    6 ayının 

yekunları  –  9  ayın  yekunları  bu  yaxınlarda  bəlli  olacaqdır  – 

göstərir ki, qeyri-neft sektorunda artım 10  faizdən çoxdur. 

Biz  istədiyimizə  nail  ola  bilmişik.  Enerji  resurslarımızdan 

səmərəli  şəkildə  istifadə  etməklə  iqtisadiyyatımızı  şaxələn-

dirmişik  və  bu  gün  qeyri-neft  iqtisadiyyatı  uğurla  inkişaf  edir. 

Ermənistan isə iqtisadi cəhətdən çıxılmaz vəziyyətdədir. Xarici 

yardımlar,  kreditlər,  diasporun  ianələri  olmasa,  Ermənistan 

iqtisadiyyatı  tamamilə  çökəcəkdir.  Bu  yaxınlarda  onların  hətta 

rəsmi  statistik  məlumatlarına  görə  Ermənistanın  ixrac 

nomenklaturası bəlli oldu və orada çox gülməli ixrac məhsulları 

üzə  çıxdı.  Yəni  qurbağalar  –  bəlkə  bu  auditoriyada  bu  barədə 

danışmaq  yersiz  olar  –  amma  bu  reallıqdır.  Yəni  bu  ölkənin 

daxili  resursları  tükənir.  İqtisadiyyat  çökür,  sənaye  iflic 

vəziyyətindədir.  Demoqrafik  vəziyyət  acınacaqlıdır.  Ölkədən 

hər il 100 minə qədər əhali köçür  və bu proses davam edir. Bu 

prosesin  qarşısını  almaq  artıq  mümkün  deyildir,  o  vaxta  qədər 

ki,  Ermənistan  öz  qonşularına  qarşı  torpaq  iddiasında  olmağa 

davam edəcəkdir. 

Biz isə uğurla inkişaf edirik. Azərbaycanın dünyadakı nüfu-

zu  artır.  BMT Təhlükəsizlik  Şurasına  seçilməyimiz  tarixi  qələ-

bəmizdir, nəinki diplomatiyada, ümumiyyətlə, deyə bilərəm ki, 

tarixdə  ən  böyük  siyasi  və  diplomatik  qələbədir.  Müstəqilliyin 

20  illiyinə  təsadüf  edən  bu  qələbə  ölkəmizin  uğurlu  inkişafını 

göstərir.  Eyni  zamanda,  onu  göstərir  ki,  biz  erməni  lobbisi 

tərəfindən  Azərbaycan  haqqında  yanlış  rəyin  forma-

laşdırılmasında ermənilərə böyük zərbə vura bilmişik. Beləliklə, 

biz  o  rəyi  dəyişdirə  bilmişik  və  bu  gün  155  ölkə  Azərbaycanı 



 

45 


dəstəkləyir. Biz Təhlükəsizlik Şurasına üzv seçilən zaman mən 

demişəm ki, ədaləti, beynəlxalq hüququ müdafiə edəcəyik və ilk 

günlərdən bu prinsiplərə sadiqik. Bu gün mənim həmkarlarımla 

keçirilən  görüşlərdə daim bu  mövzu  haqqında fikir mübadiləsi 

aparılır.  Azərbaycanın  ədalətli,  cəsarətli  mövqeyi  daim 

vurğulanır. 

Təhlükəsizlik  Şurasında  olmağımız  bizə  imkan  verəcəkdir 

ki,  dünyada  özümüz  haqqında  daha  da  dolğun  məlumat  verək, 

özümüzü  gənc,  dinamik,  müasir,  inkişafda  olan  ölkə  kimi 

təqdim edək. Əlbəttə, Ermənistan bu qələbələr qarşısında aciz-

dir,  əslində  öz  məğlubiyyətini  etiraf  edir.  Çünki  diplomatlar 

yaxşı  bilirlər  ki,  Ermənistan  da  Təhlükəsizlik  Şurasına  üzv 

olmaq  üçün  müraciət  etmişdi.  Ancaq  ondan  sonra  götür-qoy 

etdi  və  anladı  ki,  onları  çox  acı  və  biabırçı  məğlubiyyət 

gözləyir.  Çünki  Azərbaycan  daha  böyük  mövqelərə  malikdir. 

Ermənistan sakitcə bu yarışdan çəkildi. Bütün başqa yarışlardan 

da  çəkilmək  zorundadır.  Yəni  bizimlə  rəqabət  aparmaq 

iqtidarında deyil. Biz gücümüzü artıracağıq. Yenə də deyirəm, 

tarixi, 

hüquqi, 


iqtisadi 

amillər 


bizim 

mövqemizi 

möhkəmləndirir.  Bizimlə  dost  olmaq  istəyən  ölkələrin  sayı 

artmaqdadır.  Mən  bu  işdə  səfirliklərin  rolunu  yüksək  qiy-

mətləndirirəm.  Çünki  biz  xüsusilə  son  bir  neçə  ildə  ikitərəfli 

formatda böyük irəliləyişə nail ola bilmişik. 

Demoqrafik  vəziyyət  gələcəkdə  çox  şeyi  müəyyən  edə-

cəkdir.  Bu  amil  nədənsə  o  qədər  də  nəzərə  alınmırdı.  

Ancaq  biz  görürük  ki,  ölkələrin  imkanları  da,  nüfuzu  da, 

təsir  gücü  də  bir  çox  hallarda  əhalidən,  onun  sayından  asılıdır. 

Bizdə  bu  dinamika  müsbətdir.  Nazirlər  Kabinetinin  toplantısında 

mən  bu  məsələ  ilə  bağlı  öz  fikirlərimi  bildirmişəm.  Biz  elə 

etməliyik  ki,  Azərbaycan  əhalisi  daha  sürətlə  artsın.  Əgər 

Ermənistan rəhbərliyində reallığı dərk edən adamlar hələ qalıbsa, 

anlamalıdırlar  ki,  Azərbaycan  ilə  qısamüddətli  və  uzunmüddətli 

rəqabətdə onları yalnız məğlubiyyət gözləyir. Əgər onlar danışıqlar 

masasında  olan  varianta  razılıq  verərlərsə  və  işğal  edilmiş 

torpaqlardan  qoşunlarını  çıxararlarsa,            o  zaman  öz  xalqının 




 

46 


gələcəyini  təmin  etmiş  olarlar.  Çünki  onları  gələcəkdə  böyük 

təhlükələr  gözləyir.  Dünya  dəyişir,  bölgədə  gedən  proseslər  sizə 

bəllidir. İstisna edilmir ki, vaxt gələcək və hər bir ölkə təkbaşına öz 

maraqlarını müdafiə etmək zorunda qalacaqdır. Azərbaycan buna 

hazırdır. 

 Onsuz  da  biz  20  il  ərzində  təkbaşına  mübarizə  aparırıq.  Bəzi 

hallarda  bizdən  qat-qat  böyük  qüvvələr  qarşısında  öz 

maraqlarımızı təmin edirik, heç kimin qarşısından geri çəkilmirik. 

Regionda  baş  verən  bəzi  son  hadisələr  onu  göstərir  ki,  bizim 

maraqlarımızı nəzərə almadan bölgədə siyasi təşəbbüslər icra edilə 

bilməz.  Biz  ən  böyük  sınaqlardan  üzüağ  çıxmışıq.  Hətta  bizim 

mövqemizi,  necə  deyərlər,  bölüşməyən  və  əks  mövqedə  olan 

böyük  qüvvələr  vahid  bir  mövqe  nümayiş  etdirərkən,  Azər-

baycanın mövqeyi imkan vermədi ki, bölgədə bizim maraqlarımıza 

zidd  olan  hər  hansı  bir  hadisə  baş  versin.  Yəni  biz  təkbaşına 

mübarizəyə  nəinki  hazırıq,  bu  mübarizəni  aparırıq,  özümüzü 

dünyada  təsdiq  edirik,  gələcəyimizi  özümüz  müəyyən  edirik. 

Ermənistan  isə  aydın  məsələdir  ki,  xarici  yardım  olmadan, 

ümumiyyətlə,  heç  bir  gələcəyi  olmayan  ölkədir.  Regionda  gedən 

proseslər, bir daha demək istəyirəm, o vəziyyətə gətirib çıxara bilər 

ki,  Ermənistan  seçim  qarşısında  o  qədər  də  böyük  seçimə  malik 

olmayacaqdır. Ona görə onların xeyrinədir ki, əsassız iddialardan 

əl  çəksinlər,  özlərinə  məxsus  olmayan  torpaqlardan  çıxsınlar.  O 

zaman bölgədə sülh, əməkdaşlıq yaranar. O zaman Ermənistan da 

regional məsələlərə qoşula bilər. 

Biz  bölgədə  söz  sahibiyik  və  bundan  sonra  mövqemiz  daha  da 

möhkəm olacaqdır. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər 

hansı  bir  siyasi,  iqtisadi,  enerji,  nəqliyyat  layihəsinə  qoşulsun.  Biz 

onları  təcrid  etmişik,  bunu  gizlətmirik.  Gələcəkdə  təcridetmə 

siyasətimiz davam etdirilməlidir. Bu öz bəhrəsini verir. Əgər məsələni 

sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar 

doğrudan da istəyirlər ki, bölgədə sülh olsun,      o zaman Ermənistan 

işğal  edilmiş  torpaqlardan  çıxmalıdır.  Çünki  əks-təqdirdə  məsələnin 

başqa  yolla  həll  edilməsi  istisna  deyildir.  Biz  bunu  heç  vaxt  istisna 

etməmişik.  Beynəlxalq  hüquq  bu  haqqı  bizə  verir.  Sadəcə  olaraq, 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə