ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə15/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   11   12   13   14   15   16   17   18   ...   123

 

47 


Azərbaycanın  sülhsevər  siyasəti,  bölgədə  gedən  proseslərə  artan 

məsuliyyəti  və  Azərbaycanın  bölgədə  artıq  sabitləşdirici  amil  kimi 

çıxış etməsi bizi bu radikal addımlardan hələ ki, çəkindirir. Ona görə 

məsələnin tezliklə həlli hər 2 tərəfin marağında olmalıdır. 

Biz  istəyirik  ki,  məsələ  həll  olunsun.  İstəyirik  ki,  bölgədə  sülh 

olsun. Bunu vasitəçilər də istəyir. Bununla bərabər, biz torpaqlarımızı 

geri  istəyirik.  Fərq  bundan  ibarətdir.  Nəyin  bahasına  olursa-olsun, 

«sülh  olsun»  yanaşmasını  biz  qəbul  etmirik.  Yəni  məsələnin 

dondurulması  mümkün  deyil.  Ermənistan  istəyir  ki,  məsələ 

dondurulsun, status-kvo pozulmasın, danışıqlar aparılsın, amma heç 

bir nəticə əldə edilməsin. 

Danışıqlar  prosesində  bir  neçə  dəfə  hesab  edirdik  ki,  biz  artıq 

razılaşmaya yaxınıq. Ermənistanın riyakar mövqeyi, yalançı vədləri 

imkan  vermədi  ki,  biz  razılaşmaya  nail  olaq.  Bu  bizim  üçün  sirr 

deyil,  Ermənistan  çalışır  ki,  məsələni  dondursun,  nə  qədər 

mümkünsə  məsələni  uzatsın.  Həmsədr  ölkələrin  prezidentlərinin 

bəyanatları  bizi    ruhlandırır  ki,  status-kvo  qəbuledilməzdir, 

dəyişdirilməlidir.  Ancaq  bu  bəyanatlardan  sonra  biz  konkret 

addımlar  gözləyirdik.  Biz  gözləyirdik  ki,  nəhayət,  işğalçıya  çox 

ciddi  siqnallar  veriləcək  ki,  daha  bəsdir,  bu  torpaqdan  çıxmasan  , 

Azərbaycan məsələni başqa yolla həll edəcəkdir. 

Ona  görə  daim  məsələnin  sülh  yolu  ilə  həll  edilməsi  prioriteti 

səslənəndə  bu,  Ermənistana  yanlış  mesaj  göndərir  ki,  siz  narahat 

olmayın,  sülh  yolu  ilə  həll  olunacaqdır.  Buna  görə  bu  məsələni 

uzada  bilərsiniz.  Bu,  yanlış  yanaşmadır.  Mən  dəfələrlə  bizim 

tərəfdaşlara bu barədə fikirlərimizi demişəm. Biz də sülh istəyirik, 

amma  bir  daha  demək  istəyirəm  ki,  ilk  növbədə,  vətəndaşlarımız 

işğal edilmiş torpaqlara qayıtmalıdır. Bu məsələ, yenə qeyd edirəm 

ki,  bizim  üçün  əsasdır,  milli  məsələdir  və  bundan  sonra  da  biz 

səylərimizi  gücləndirəcəyik.  Biz  düzgün  yoldayıq.  Biz  hər  gün 

qələbəni  yaxınlaşdırırıq.  Qələbənin  yaxınlaşdırılması  üçün  hər  bir 

Azərbaycan  vətəndaşı,  xüsusilə  diplomatik  fəaliyyətlə  məşğul 

olanlar hər gün fəal çalışmalıdırlar. 

Xarici siyasətlə bağlı digər mühüm vəzifə – o da bu məsələ 

ilə bilavasitə bağlı olan məsələdir – Xocalı soyqırımını dünyada 



 

48 


tanıtdırmaqdır.  Mən  hesab  edirəm  ki,  biz  bu  istiqamətdə  çox 

uğurlu  siyasət  aparmışıq  və  qısa  müddət  ərzində    3  ölkənin 

parlamenti  Xocalı  qırğınını  soyqırımı  kimi  qəbul  edib.  Başqa 

ölkələrdə Xocalı abidələri ucaldılır. Ermənilər keçən əsrin 50-ci 

illərindən  başlayaraq  və  əlbəttə  ki,  diaspor  qurumlarının  gücü 

ilə  müxtəlif  ölkələrdə  dırnaqarası  erməni  soyqırımı  məsələsini 

qaldırmışlar  və  bəzi  ölkələr  bunu  qəbul  edib.  Ancaq  biz  bu 

məsələ  ilə  bir  neçə  ildir  ki,  məşğul  oluruq  və  artıq  gözəl 

nəticələr  vardır.  Ona  görə  mən  hesab  edirəm  ki,  bu  siyasət 

davam etdirilməlidir. Bizim səfirlər, səfirliklərin nümayəndələri 

bu  məsələni  harada  mümkündür  qaldırmalıdırlar.  Onların, 

səfirliklərin  çalışdıqları  ölkələrin  qanunvericilik  orqanlarında 

Xocalı  soyqırımı  məsələsi  qaldırılmalıdır.  Çalışmalıyıq  ki, 

soyqırımı  müxtəlif  səviyyələrdə  tanınsın.  Biz  istər  regional, 

istər munisipal səviyyədə – əlbəttə ki, federal səviyyədə olarsa 

daha  yaxşı  olar  –  bu  işi  daim  aparmalıyıq.  Əldə  edilmiş 

nəticələrsə, bizi ruhlandırır, göstərir ki, bu mümkündür. 

Ümumiyyətlə,  ölkəmizin  dinamik  inkişafı  və  artıq  dünyada 

Azərbaycan haqqında çox müsbət rəyin formalaşması göstərir ki, 

çox  şey  mümkündür.  Sadəcə  olaraq,  işləmək  lazımdır,  konkret 

proqram olmalıdır, tapşırıqlar verilməlidir və icra edilməlidir. Ona 

görə  əminəm  ki,  gələcəkdə  Meksikaya,  Pakistana,  Kolumbiyaya 

digər  ölkələr  də  qoşulacaq  və  Xocalı  soyqırımı  digər  ölkələr 

tərəfindən də tanınacaqdır. Vaxt gələcək bu soyqırımını törədənlər 

qanun qarşısında cavab verəcəklər. Xarici siyasətlə bağlı vəzifələr, 

yenə  də  deyirəm,  səfirlərə  bəllidir,  aydındır.  Bir  neçə  məsələ 

haqqında  fikirlərimi  bir  daha  demək  istəyirəm  –  biz  ikitərəfli 

formatı  gücləndirməliyik.  İkitərəfli  format  bizə  böyük  uğurlar 

gətirir.  Xüsusilə  nəzərə  alsaq  ki,  Azərbaycan  ilə  daha  da  sıx 

münasibətlər  qurmaq  istəyən  ölkələrin  sayı  artır,  bizim  xarici 

diplomatiyamız  çox  fəaldır.  Mənim  çoxsaylı  xarici  səfərlərim  bu 

gözəl  bazanı  möhkəmləndirir  və  ölkəmizə  mənim  həmkarlarımın 

səfərləri və aparılan danışıqlar ikitərəfli formatı  gücləndirir. Yəni 

bizim  xarici  siyasətdəki  əsas  istiqamətimiz  ikitərəfli  əlaqələrdir. 

Deyə  bilərəm  ki,  ikitərəfli  əlaqələrdə  tərəfdaş  ölkələrin  böyüklü-



 

49 


yündən-kiçikliyindən  asılı  olmayaraq,  biz  bərabərhüquqlu 

münasibətlər formalaşdıra bilmişik. Bu çox vacibdir. 

Bu  belə  də  olmalıdır.  Çünki  ikitərəfli  formatda  bərabər-

hüquqlu  münasibətlər  yeganə  mümkün  olan  münasibətlərdir. 

Bizim  yanaşmamız  ondan  ibarətdir  ki,  siyasətimiz  xoşniy-

yətlidir,  əməkdaşlığa,  bütün  sahələrdə  əməkdaşlığın  dərinləş-

məsinə  yönəldilibdir.  Əlbəttə  ki,  bu  münasibətlər  qarşılıqlı 

hörmət,  qarşılıqlı  maraqlar  və  bir-birinin  işinə  qarışmamaq 

prinsipləri  əsasında  qurulmalıdır.  Deyə  bilərəm  ki,  bütün 

ölkələrlə  –  bunu  diplomatlar  bilir,  ictimaiyyət  də  bilsin  – 

münasibətlərimiz bu müstəvidə qurulubdur. Ona görə gələcəkdə 

səfirliklərin  sayı  artacaq  və  beləliklə,  ikitərəfli  format  daha  da 

geniş  olacaqdır.  BMT  Təhlükəsizlik  Şurasındakı  səsvermədə 

bizi  dəstəkləyən  155  ölkə  ilə,  əlbəttə  ki,  daha  da  fəal  əlaqələr 

qurmalıyıq.  Deyə  bilərəm  ki,  155  ölkənin  heç  də  hər  biri  ilə 

bizim  fəal  münasibətlərimiz  yoxdur,  yəni  onların  bizə  dəstək 

verməsi  bir  avans  idi,  biz  indi  bu  münasibətləri 

möhkəmləndirməliyik.  

«Qoşulmama  Hərəkatı»nda  fəaliyyətimiz  daha  da  fəal  ola-

caqdır. Biz bu təşkilata təzə üzv olmuşuq və əgər «Qoşulmama 

Hərəkatı»nın  qətnaməsinə  120  ölkənin  dəstəyini,  NATO  kimi 

mötəbər  təşkilatın  qətnaməsini  nəzərə  alsaq  –  orada  da 

münaqişənin  həlli  ərazi  bütövlüyü  prinsipləri  əsasında  nəzərdə 

tutulubdur – görərik ki, dünya birliyinin ən azı dörddə üç hissəsi 

münaqişənin  həllini  ərazi  bütövlüyü  və  yalnız  ərazi  bütövlüyü 

prinsipləri əsasında görür. 

Biz  ikitərəfli  formatda  iqtisadi  mövzuları  artıq  daha  da 

qabağa  çəkməliyik.  Azərbaycan  indi  öz  investisiya  siyasətində 

düzəlişlər  edir.  Biz  indi  xaricə  investisiyalar  qoymağa 

başlamışıq. Əlbəttə, bu proses region ölkələrindən başlanmışdır. 

Ancaq  bizim  investisiyalara  dünyada  tələbat  artır.  Xüsusilə 

böhrana  düçar  olmuş  ölkələrin  maliyyə  resurslarına  böyük 

ehtiyacı  vardır.  Biz  bu  maliyyə  resurslarını  məqbul  olan 

şərtlərlə təqdim edə bilərik. Beləliklə, investisiyalar, kreditlər və 

iqtisadi  sahədə  yeni  formalar  artıq  tətbiq  edilir.  Səfirlər  də  bu 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə