ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə17/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   13   14   15   16   17   18   19   20   ...   123

 

53 


ifadə  edirəm  ki,  bizə  ancaq  bərabərhüquqlu  yanaşma  yaraşır. 

Çünki başqa cür ola bilməz. Biz heç kimin qabağında gözükölgəli 

deyilik.  Heç  kimdən  asılı  deyilik.  Heç  kimdən  yardım  istəmirik. 

Bilirik ki, heç kim bizə yardım etməyəcəkdir. Çünki yardım lazım 

olan  zaman  kimsə  gəlib  bizə  arxa  durdu?!  Yox!  Bizim 

iqtisadiyyatımız  çökəndə,  Ermənistan  torpaqlarımızı  zəbt  edəndə, 

1  milyona  yaxın  azərbaycanlını  sürgün  edəndə  kimsə  gəlib  bizə 

kömək etdi?!  Heç  kim! Ona  görə belə illüziyalar  məndə  yoxdur, 

çoxdan  yoxdur.  Belə  olan  halda,  ölkələrlə  və  beynəlxalq 

təşkilatlarla bərabərhüquqlu yanaşmanın tərəfdarıyıq. 

 Biz  beynəlxalq  təşkilatlara  könüllü  şəkildə  üzv  oluruq.  Əgər 

görsək  ki,  maraqlarımız  orada  tapdalanır,  yaxud  da  ki,  Azər-

baycana qarşı qərəzli mövqe sərgilənir, könüllü şəkildə də oradan 

çıxa  bilərik.  Biz  bu  qərəzli  mövqeni  dəfələrlə  görmüşük.  Mən 

şəxsən görmüşəm. Mən bu qərəzli mövqenin, ikili yox, üçlü, bəlkə 

beşli standartların şahidiyəm. Heç nə dəyişməyibdir. Yəni 2000-ci 

ilin  əvvəlindən  bu  günə  qədər  bu  məsələ  ilə  bağlı  heç  nə 

dəyişməyibdir. Sadəcə olaraq, Azərbaycan dəyişibdir, güclənibdir. 

Azərbaycan o ölkəyə çevrilibdir ki, bizə təzyiq etmək, bizi şantaj 

etmək mümkün deyildir. Qara yaxmaq, böhtan yaymaq olar, ancaq 

bunlar bizə yapışmır. Çünki reallıq, həqiqət tam başqadır. Reallıq 

ondan ibarətdir ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik 

inkişaf  edən  sosial  dövlətdir.  Götürün  bütün  bizim  iqtisadi 

göstəricilərimizi.  Sadəcə  olaraq,  onların  bir  səhifəsi  deməyə 

kifayətdir ki, biz sosial sahədə nəyə nail olmuşuq. Pensiyalar əmək 

haqlarının  40 faizini təşkil edir. 

Bu, Avropa İttifaqının kriteriyalarıdır. Biz buna nail olmuşuq. 

Bir çox təhlilçi bunu bəlkə  də bilmir. Davos  İqtisadi Forumunun 

hesablamalarında 

ölkələrin 

iqtisadiyyatlarının 

rəqabətqabiliyyətliliyinə  görə  Azərbaycan  46-cı  yerdədir,  MDB 

məkanında  1-cidir.  Ondan  sonra  «Doing  Business»  proqramında 

qabaqcıl  yerlərdəyik.  Böhran  zamanı  bütün  Avropa  ölkələrinin 

iqtisadiyyatlarının  kredit  reytinqləri  aşağı  salınır,  bizim  kredit 

reytinqimiz  isə  artır.  «Standard  &  Poors»,  «Fitch»,  «Moodys»  – 

bunlardan  yuxarı  kredit  agentlikləri  yoxdur.  3-ü  də  bizim 



 

54 


reytinqimizi  qaldırıbdır.  Yəni  bunu  neftin  hesabına  etmişik?!  

Əvvəllər paxıllar, bədxahlar, uğurlarımıza ləkə vurmaq istəyənlər 

deyirdilər  ki,  Azərbaycanın  nefti  vardır,  ona  görə  inkişaf  edir. 

Bizdən 10 dəfə çox nefti olan ölkələr var. Orada vəziyyət necədir? 

Onların  reytinqləri  niyə  düşür?  Orada  niyə  sosial  partlayışlar  baş 

verir?  Söhbət  neftdən  getmir.  Söhbət  düzgün  iqtisadi  və  siyasi 

istiqamətlərin seçilməsindən, eyni zamanda, xalqla iqtidar arasında 

olan  birlikdən  gedir.  Çünki  bu  olmasa,  onda  heç  bir  islahat 

mümkün deyildir.  

Ona görə biz iqtisadi sahədə sözümüzü dünyada demişik. Biz 

yoxsulluğu  neçə  dəfə  azalda  bilmişik.  Yadımdadır,  mən  Dövlət 

Neft  Şirkətində  çalışdığım  dövrdə,  təzə-təzə  xarici  şirkətlərlə 

kontraktlarımız  bağlananda  bəzi  təhlilçilər  deyirdilər  ki, 

Azərbaycanı  «Holland  sindromu»  gözləyir,  iqtisadiyyat  birtərəfli 

olacaqdır, batacaqdır, neft qurtarandan sonra çökəcəkdir. Nə oldu?  

Əgər bu doğrudan belə idisə, heç vaxt iqtisadiyyat 3 dəfə artmazdı. 

İndi  yoxsulluq  49  faizdən  8  ildə        7  faizə  düşüb.Mən  bunları 

sadalamaqla,  sadəcə,  demək  istəyirəm  ki,  biz  müstəqil  siyasət 

aparmağa  qadirik,  bunu  edirik.  Hətta  ən  çətin  dövrdə, 

iqtisadiyyatımız  ağır  vəziyyətdə  olan  dövrdə  biz  yolumuzdan 

dönməmişik,  qaldı  ki  indi.  Azərbaycan  regionda  lider  ölkədir. 

Cənubi  Qafqaz  iqtisadiyyatının  təxminən  80  faizi  Azərbaycan 

iqtisadiyyatıdır.  Bizim  enerji  diplomatiyamız  vardır.  Bu  barədə 

mən hələ ki, bir şey deməmişəm. Amma bu da diplomatik vasitədir 

və biz bu vasitədən istifadə edirik.  

Bizim  coğrafi  vəziyyətimiz  əlverişlidir.  Ancaq  infrastruktur 

olmadan  coğrafi  vəziyyət  heç  nə  deməkdir.  Biz  infrastruktur 

yaradırıq.  Bizim  təşəbbüsümüzlə  Asiyanı  Avropa  ilə  birləşdirən 

dəmir  yolu  yaradılır.  İndi  hələ  vaxtı  gəlməyib  ki,  mən  bir  çox 

məsələləri  açım,  amma  onun  da  vaxtı  gələcəkdir.  Bakı–Tbilisi–

Qars  dəmir  yolunu  reallaşdırmaq  istəyəndə  biz  nə  qədər  böyük 

təzyiqlərlə  üzləşmişdik.  Bölgə  ölkələrindən  nə  qədər  təzyiqlər 

göstərilmişdi  ki,  amandır,  bunu  etmək  olmaz.  Bunu  etsəniz 

Ermənistan  batacaqdır,  yəni  Ermənistanın  blokadası,  təcridi 

məsələsi  tamamilə  təmin  ediləcəkdir.  Buna  baxmayaraq,  biz 



 

55 


bunu etmişik. Amma indi bu yoldan nəinki biz, vaxtı ilə onun 

əleyhinə gedənlər də istifadə etmək istəyirlər. Əgər       o vaxt 

biz  zəiflik  göstərsəydik,  yaxud  da  ki,  kiminsə  xoşuna  gəlmək 

üçün  bu  təşəbbüsdən  kənara  çəkilsəydik,  bunlar  olmayacaqdı. 

Təzyiqlər də, sifarişli yazılar da, ləkələmə kampaniyaları da oldu, 

amma  biz  nəticə  etibarı  ilə  Azərbaycan  xalqının,  dövlətinin 

maraqlarını  təmin  etdik.  Coğrafi  vəziyyətimiz  elədir  ki,  bizim 

razılığımız  olmadan  bu  bölgədə  heç  bir  nəqliyyat  layihəsi 

mümkün  deyildir.  Bölgədə  isə,  xüsusilə  Əfqanıstanla  bağlı 

məsələ ilə əlaqədar nəqliyyat məsələləri yeni müstəvidə öz həllini 

tapacaqdır. Burada Azərbaycanın rolu getdikcə artmaqdadır.  

Enerji  diplomatiyamıza  gəldikdə,  bu  gün  deyə  bilərəm  ki, 

Avropa  İttifaqına  üzv  olan  bəzi  ölkələrin  enerji  balansında 

Azərbaycan neftinin payı 35–40 faizə yaxındır. Azərbaycan qazı 

Avropa məkanında gözlənilir və biz bu istiqamətdə işləri aparırıq. 

Bəlkə  də  10  il  ərzində  müzakirə  mövzusu  olan  bəzi  Avropa 

layihələrinin  iflasa  uğraması  bizi  vadar  etdi  ki,  öz  layihəmizi 

ortaya qoyaq. Biz qısa müddətdə TANAP layihəsini, təşəbbüsünü 

irəli  sürdük.  Bütün  hazırlıq  işlərini  gördük.  Türkiyə  ilə  bütün 

sənədlər  imzalandı.  Bu  gün  TANAP  layihəsinə  qoşulmaq 

istəyənlərin  sayı  artır.  Avropa  ölkələri  bu  layihəyə  rəsmi  olaraq 

dəstək  verir.  Əgər  biz  bu  layihəni  ortaya  qoymasaydıq,  indi  nə 

olacaqdı? Bunun adını da biz qoyduq, marşrutunu da biz seçdik. 

Əsas maliyyə yükünü də öz üzərimizə götürürük. Hazırda bizim 

orada 80 faiz payımız vardır. Ancaq bizə müraciətlər gəlir ki, o 

paydan  bir  az  tərəfdaş  kampaniyalara  verək.  Mən  bunu  istisna 

etmirəm.  Yenə  Azərbaycan  öz  təşəbbüsünü  göstərdi  və  bu  bizə 

nə  verəcək?  Bu  bizə  imkan  verəcək  ki,  100  il  bundan  sonrakı 

dövrdə  də  Azərbaycan  etibarlı  enerji  təminatçısı  olsun.  Ən  azı 

100 il. Bu nə deməkdir, bəlkə də bu auditoriyada deməyə ehtiyac 

yoxdur.  Bizim  gücümüz  artacaqdır.  Maliyyə  gücümüz,  siyasi 

gücümüz,  təsiretmə  imkanlarımız  genişlənəcəkdir  və  bizimlə 

daha  da  çox  hesablaşacaqlar.  Hər  bir  ölkə,  hər  bir  insan  bunu 

istəyir.  Təbiidir,  biz  də  bunu  istəyirik.  Biz  bütün  bunları  öz 

zəhmətimiz hesabına əldə etmişik. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə