ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə2/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   2   3   4   5   6   7   8   9   ...   123

 

Gələcəkdə  biz  ticarət  əlaqələrinin  daha  da  şaxələndirilməsinin 



şahidi  olmaq  istərdik.  Hesab  edirəm  ki,  enerji  sektorundan 

kənar  əlaqələrin  genişləndirilməsi  üçün  yaxşı  potensial 

mövcuddur. 

Azərbaycanın apardığı enerji siyasəti region hüdudlarını aşır. 

Bu  gün  biz  Avropanın  enerji  təhlükəsizliyi  məsələləri  ilə  bağlı 

Avropadan  olan  tərəfdaşlarımızla  birgə  fəaliyyət  göstəririk  və 

Fransanın  «Total»  və  «GDF  Suez»  kimi  şirkətləri  bizim 

uzunmüddətli  tərəfdaşlarımızdır.  Biz  qarşıdakı  planları  və 

layihələri həyata keçirmək üçün birgə çalışırıq. 

Azərbaycanın böyük neft və qaz ehtiyatları,  şaxələndirilmiş 

boru kəməri infrastrukturu var. Biz yeni kəmər sistemi üzərində 

işləyirik.  Bu  kəmər  bizdə  olan  və  gələcəkdə  olacaq  qazı 

müxtəlif  istiqamətlərə  ixrac  etməyə  imkan  verəcək. 

İqtisadiyyatın və enerji təchizatı marşrutlarının şaxələndirilməsi 

bizim üçün son dərəcə vacibdir. Şadıq ki, enerji siyasətində də 

maraqlarımız  avropalı  tərəfdaşlarımızla  üst-üstə  düşür.  Təbii 

qaz 

məsələsinə  gəlincə,  Azərbaycan  Avropanın  əsas 



tərəfdaşlarından birinə çevriləcəkdir. Neft məsələsinə gəldikdə, 

Avropa  İttifaqının  bəzi  üzv  dövlətlərinin  enerji  balansında 

Azərbaycan neftinin payı 30 faizdən artıqdır. Onun əsas hissəsi 

nisbətən  yeni  mənbədən  əldə  olunur.  Azərbaycanın  təsdiq 

edilmiş  qaz  ehtiyatları  2,5  trilyon  kubmetrdən  çoxdur.  Qeyd 

etdiyim kimi, biz yeni boru kəməri sistemi üzərində iş aparırıq. 

Bu  layihədə,  xüsusilə  də  regionun  və  Avropanın  enerji 

xəritəsini  əhəmiyyətli  şəkildə  dəyişəcək  TANAP  layihəsində 

Fransa şirkətlərini tərəfdaş kimi görməyə şad olardıq. 

İqtisadi  göstəricilərə  nəzər  saldıqda,  düşünürəm  ki,  iqti-

sadiyyatın  şaxələndirilməsinə  nail  ola  bilmişik.  Bu  bir  sıra 

rəqəmlərdə  də  özünü  göstərmiş,  xüsusilə  də  bu  ilin  6  ayının 

göstəricilərində  öz  əksini  tapmışdır.  Qeyri-enerji  sektorunda 

ümumi  daxili  məhsulun  həcmi  10  faizdən  çox  artmışdır. 

Ümumilikdə  son  8  ildə  Azərbaycan  iqtisadiyyatı  3  dəfə  artıb. 

Yaşayış səviyyəsi yaxşılaşıb, yoxsulluq səviyyəsi təxminən  50 

faizdən  7  faizə  düşüb,  işsizlik  səviyyəsi  5,4  faiz  təşkil  edir. 



 

Xarici  borc  ümumi  daxili  məhsulun  təxminən  7  faizi  həc-



mindədir. Biz 9,3 milyon əhalisi olan ölkədə 1 milyondan artıq 

yeni iş yeri açmışıq, işsizlik 5–10 il bundan əvvəl olduğu kimi, 

ciddi  problem  deyil.  Beynəlxalq  maliyyə  institutları  da 

nailiyyətlərimizi və problemlərimizi yaxından izləyir. Şadıq ki, 

maliyyə  böhranı  dövründə  3  aparıcı  reytinq  agentliyi  – 

«Standard  &  Poors»,  «Fitch»  və  «Moodys»  Azərbaycanın 

kredit  reytinqini  qaldırıb.  Davos  İqtisadi  Forumunun  dünya 

ölkələrinin  rəqabətlilik  göstəricisi  üzrə  sonuncu  siyahısında 

Azərbaycan  46-cı  yerdədir.  Bu  da  region  ölkələri,  bütün 

qonşularımız arasında ən yüksək göstəricidir. 

Gələcəkdə  biz  qeyri-enerji  sektoruna  daha  çox  diqqət  ayı-

racağıq.  Düşünürəm  ki,  enerji  sektorunda  qarşımıza  qoydu-

ğumuz  bütün  məqsədlərimizə  çatmışıq  və  hazırda  icra 

edəcəyimiz layihələrə artıq start verilmişdir. Növbəti 10 il üçün 

məqsədimiz 

iqtisadiyyatın 

modernləşdirilməsi, 

şaxələn-


dirilməsi,  sənayeləşdirilməsi,  kənd  təsərrüfatına,  informasiya 

texnologiyalarına,  xüsusilə  kosmik  texnologiyaya  investi-

siyaların  yatırılmasıdır.  Yeri  gəlmişkən,  fransız  şirkətləri  bizə 

bu  sahədə  yardım  edirlər.  Bu,  növbəti  10  il  üçün  hədəfimiz 

olacaqdır. 

Qeyd etdiyim kimi, son 8-9 ildə biz ümumi daxili məhsulu 3 

dəfə  artırmağa,  ölkədə  müasir  infrastruktur  yaratmağa  nail 

olmuşuq.  Növbəti  10  il  ərzində,  davamlı  inkişaf  onilliyində, 

bizim hədəfimiz qeyri-enerji sektorunda ümumi daxili məhsulu 

2  dəfə  artırmaqdır.  Düşünürəm  ki,  qarşıdakı  10    ildə  bu 

mümkün  olacaq.  Zənnimcə,  transformasiya  sahəsində  təc-

rübəmiz,  dünyanın  aparıcı  şirkətləri  ilə  güclü  əlaqələrimiz 

sayəsində buna nail ola biləcəyik. 

Uzun illərdir Fransa şirkətləri bizim ölkədə uğurla fəaliyyət 

göstərir.  Enerji  sektorunda  onlar  investor,  digər  sektorlarda  iş 

podratçısı  kimi  fəaliyyət  göstərirlər.  Əlbəttə  ki,  biz  Fransa 

şirkətlərini  qeyri-enerji  sektorunda  investor  kimi  görmək 

istərdik.  Düşünürəm  ki,  bunu  etmək  üçün  yaxşı  potensial 

mövcuddur.  Çünki  iqtisadiyyat  inkişaf  edir,  yeni  imkanlar 



 

yaranır, Azərbaycan regional mərkəzə – təkcə siyasi deyil, həm 



də iqtisadi mərkəzə çevrilir. Azərbaycan regionda tarazlaşdırıcı 

rol  oynayır.  Düşünürəm  ki,  Azərbaycana  investisiya  yatırmaq 

imkanlarının  dəyərləndirilməsi  Fransa  şirkətləri  üçün  maraqlı 

olacaq.  Biz  onları  podratçı  kimi  də  görmək  istərdik.  Mən 

bizimlə fəal şəkildə çalışan bir çox Fransa şirkətinin adını çəkə 

bilərəm.  Dünən  prezident  Olland  ilə  görüşdə  bildirdim  ki, 

səfərdən  əvvəl  köməkçim  mənə  Azərbaycandakı  Fransa 

şirkətlərinin  fəaliyyəti  ilə  bağlı  broşür  təqdim  etdi.  Güman 

edirəm ki, bir neçə ilə şirkətlərin adları olan kitab nəşr ediləcək. 

Bunlar  bizim  planlarımızdır.  Mən  həm  siyasi,  həm  də  iqtisadi 

sahədə 

əməkdaşlığımızın 



səviyyəsindən 

məmnunam. 

Əməkdaşlığımız çox mehriban, gözlənilən və möhkəmdir. 

Azərbaycan açıq ölkədir. Bu ölkədə bizneslə məşğul olmaq 

cəlbedicidir. Hazırda Azərbaycanda ümumi daxili məhsulun 80 

faizi  özəl  sektorun  payına  düşür.  Burada  çox  liberal  iqtisadi 

nizamlama  mövcuddur.  Biz  Dünya  Bankının  «Doing 

Business» proqramında aparıcı ölkələr sırasındayıq. Ölkədə çox 

əlverişli  investisiya  mühiti  mövcuddur.  Adambaşına  düşən 

birbaşa  xarici  sərmayələrin  həcminə  görə  Azərbaycan  keçmiş 

sovet  ölkələri  arasında  1-ci  yerdədir.  Bu  il  biz  Azərbaycana, 

iqtisadiyyatımıza  20  milyard  dollar  həcmində  birbaşa 

sərmayələrin  yatırılacağını  gözləyirik.  Hazırda  xarici  və  yerli 

investisiyalar  arasında  nisbət  dəyişib.  Sərmayələrin  70  faizi 

yerli  yatırımlardır.  Bu  o  deməkdir  ki,  şirkətlərimizin 

rəqabətliliyi artır. 

Yeri  gəlmişkən,  Azərbaycan  xaricdə  böyük  investisiya 

layihələrinə  start  verib.  Regionda  biz  ilk  növbədə  Türkiyə 

iqtisadiyyatına  milyardlar  yatırırıq.  Növbəti  5  il  ərzində  bu 

təxminən  20  milyard  dollara  çatacaqdır.  Biz  Gürcüstanda  bir 

nömrəli investoruq. Dövlət Neft Şirkəti Gürcüstanda ən böyük 

vergi  ödəyicisidir.  Bundan  əlavə,  biz  Avropa  İttifaqına  üzv 

ölkələrə,  keçmiş  Sovet  İttifaqı  ölkələrinə  investisiya  yatırmağı 

planlaşdırırıq. 

Həmçinin 

maliyyə 


resurslarımızı 

da 


şaxələndiririk, bu da çox mühümdür. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə