ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə22/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   18   19   20   21   22   23   24   25   ...   123

 

70 


oxu zalı vardır. Tələbələr burada 21 mindən çox kitabın elektron va-

riantından istifadə edə biləcəklər. Bu kitabxananın M.F.Axundzadə 

adına Azərbaycan Milli Kitabxanasına birbaşa çıxışı vardır. 

Qeyd  edildi  ki,  bütün  ali  təhsil  müəssisələri  kimi,  Moskva 

Dövlət  Universitetinin  Bakı  filialı  da  hər  zaman  maraqlı  mü-

zakirələrlə yaddaqalan elmi şuraların, elmi diskussiyaların təşkili 

ilə fərqlənir. Bu məqsədlə binada konfrans zalı yaradılmışdır. 

Məlumat verildi ki, yeni binadakı 70 auditoriyanın bəzilərində 

eyni zamanda 100  tələbə tədris prosesində iştirak edə bilər. 

Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva  uni-

versitetin  1-ci  mərtəbəsində  köhnə  Bakının  və  köhnə  Moskvanın 

görüntülərini əks etdirən fotosərgiyə baxdılar. 

Diqqətə  çatdırıldı  ki,  tələbə  mərkəzinin  də  yaradıldığı  binada 

müəllimlər  və  tələbələr  üçün  ayrıca  yeməkxanalar  fəaliyyət 

göstərir.  Burada,  həmçinin  xarici  ölkələrdən  və  Azərbaycanın 

rayonlarından gələn müəllim və tələbələr üçün hər cür şəraiti olan 

yataqxanalar tikilmişdir. 

Məlumat  verildi  ki,  hazırda  filialın  yeni  binasında  16  la-

boratoriya  yaradılıb.  Laboratoriyalarda  müasir  avadanlıqlar 

quraşdırılıb  ki,  bu  da  tədris  prosesinin  keyfiyyətinin  yüksəldil-

məsinə  imkan  verəcəkdir.  Filialda  ən  son  proqramlarla  təmin 

olunmuş kompüter kabinetləri də fəaliyyət göstərir. 

 

 

 


 

71 


 

                    

                             * * *  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  mə-

rasimdə çıxış etdi: 

                                           

    – Əziz dostlar! 

Hörmətli qonaqlar! 

Bu  gün  ölkəmizin  həyatında  gözəl,  əlamətdar  gündür.  Biz 

MDU-nun Bakı filialının yeni binasını açırıq. Bu yaraşıqlı bina 

ilə  tanış  olarkən  mən  xəyalən  4  il  əvvələ,  MDU-nun 

Azərbaycanda  filialının  yaradılması  haqqında  sərəncam 

imzaladığım  vaxta  qayıtdım.  Bu  sərəncam  təsadüfi  meydana 

gəlməmişdi.  Əvvəlcə    Rusiya  tərəfi  ilə  danışıqlar  aparılmış  və 

MDU-nun  rəhbərliyinin  fəal  dəstəyi  ilə  biz  belə  mühüm  qərar 

qəbul 

etmişik. 



Bu, 

Azərbaycanda 

təhsil 

sisteminin 



təkmilləşdirilməsi  prosesində,  habelə  Rusiya  ilə  Azərbaycan 

arasında ikitərəfli dostluq münasibətlərinin möhkəmləndirilməsi 

çərçivəsində həqiqətən əhəmiyyətli qərar idi. 

Bakıda  MDU-nun  filialının  yaradılması  hüquqi  cəhətdən 

2008-ci  ilin  əvvəllərində  sənədləşdirilmişdi.  Artıq  1  il  sonra, 

2009-cu  ildə  filial  fəaliyyətə  başladı.  Bina  ayrıldı  və  yadım-

dadır,  2009-cu  ildə  biz  hörmətli  Viktor  Antonoviç  ilə  birlikdə 

filialı açdıq. Orada çox gözəl şərait yaradılmasına baxmayaraq, 

yeni  binanın  tikilməsinin  zəruriliyi  ideyası  meydana  gəldi. 

Çünki MDU dünyanın aparıcı təhsil müəssisələrindən biridir və 

əlbəttə  ki,  bu  cür  təhsil  müəssisəsinə  müstəqil,  ayrıca  bina 

lazımdır.  Mən  şadam  ki,  uğurlu  yer  seçilib.  Bura  şəhərin 

mərkəzindən  çox  uzaq  deyil.  Azərbaycan  paytaxtının  sürətlə 

inkişafını  və  bizim  infrastrukturu  təkmilləşdirmək  planlarımızı 

nəzərə alsaq, mən əminəm ki, bir neçə ildən sonra bu yer daha 

çox  məskunlaşacaqdır.  Bizim  burada,  bu  zonada  tələbə 

şəhərciyi yaradılması ilə bağlı müəyyən planlarımız var. Başqa 

sözlə,  gələcəkdə  yeni  ali  təhsil  müəssisələri  yaradılarsa,  yəqin 

ki,  burada  yaradılacaq.  Bəzi  ali  məktəblərimizin  bu  zonaya 



 

72 


köçürülməsi  ilə  bağlı  ideyalar  da  vardır  ki,  şəhərimizin 

infrastrukturunun  tərəqqisində  məhz  tədris-tələbə  istiqamətini 

burada inkişaf etdirək. 

Mən  çox  şadam  ki,  qısa  müddətdə  filial  ölkəmizdə  böyük 

nüfuz  qazandı.  Filialın  rəhbərliyi  MDU-nun  rəhbərliyinin 

dəstəyi  ilə  sıfırdan  başlayaraq  böyük  nüfuz  qazanmış  və 

gənclərin  can  atdığı  ali  təhsil  müəssisəsi  yarada  bilmişdir. 

Buradakı  tədris  prosesi,  kadrların  seçilməsi  sistemi,  logistika 

infrastrukturu  və  avadanlıqlar  təhsil  üçün  gözəl  şərait  yaradır. 

Ən  başlıcası  isə  biz  MDU-nun  Bakı  filialının  simasında  Azər-

baycanda dünya səviyyəli ali təhsil müəssisəsini görürük. Artıq 

dediyim  kimi,  MDU  dünyanın  nüfuzlu  təhsil  müəssisələrindən 

biri, böyük ənənələrə malik universitet, Rusiyanın aparıcı təhsil 

ocağıdır. Əlbəttə ki, MDU-da tədrisin səviyyəsi onun filialının 

harada  olmasından  asılı  olmayaraq  qoruyub  saxladığı 

standartdır.  Bildiyimə  görə,  MDU-nun  Bakı  filialında  da 

təhsilin səviyyəsi çox yüksəkdir. 

Bu  gözəl  gündə  bir  neçə  ildə  sıfırdan  müasir  təhsil  müəs-

sisəsi  yaratmış  MDU-nun  rektoru,  bizim  böyük  dostumuz 

Viktor  Antonoviç  Sadovniçiyə,  universitetin  Bakı  filialının 

rektoru  Nərgiz  Paşayevaya,  habelə  bütün  həm  yerli,  həm  də 

moskvalı  müəllimlərə  təşəkkürümü  bildirmək  istəyirəm. 

Dediyim kimi, filial cəmi bir neçə ildir fəaliyyət göstərir. Bu il 

ilk  buraxılışı  olub.  Lakin  bu  gün  artıq  nəticələri  görürük. 

Düşünürəm ki, yaxın illərdə Azərbaycanda filialın məzunlarının 

fəaliyyətlərinin nəticəsini görəcəyik. 

Ölkəmiz  fəal  surətdə  inkişaf  edir,  bütün  sahələr  dinamik 

inkişaf edir. İqtisadiyyat dünya miqyasında ən yüksək templərlə 

inkişaf  edir.  Əlbəttə,  qarşımızda  duran  bütün  vəzifələri 

gerçəkləşdirməyə nail olmaq üçün bizə ilk növbədə, peşəkarlar 

lazımdır. Bütün sahələrdə peşəkarlar lazımdır. Hansısa mühüm 

bir istiqamətə peşəkar kadr gələn kimi, biz         o saat müsbət 

dinamika  görürük.  Çünki  iş  dərhal  düzgün  təşkil  edilir  və  biz 

dərhal  peşəkarlıq,  öz  işinə  sədaqət  görürük.  Çünki  müasir 

dünyada bunsuz hər hansı bir ölkənin müvəffəqiyyət qazanması 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə