ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə3/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   2   3   4   5   6   7   8   9   ...   123

 

10 


Azərbaycan və Fransa şirkətləri arasındakı əlaqələrin tarixini 

nəzərə  alaraq,  qarşıdakı  illərdə  biz  üçüncü  ölkələrdə  hətta 

müştərək investor kimi fəaliyyət göstərə bilərik. 

Mən  Azərbaycan  haqqında  danışaraq  daha  çox  vaxtınızı 

almaq  istəmirəm.  Bilirəm  ki,  əksəriyyətiniz  bizim  ölkədə  olub, 

ölkəmizlə  bağlı  öz  təəssüratlarınız  var.  Azərbaycanda 

olmayanları mən bizneslə məşğul olmaq imkanlarını öyrənmək 

və  tərəfdaşlığımızı  möhkəmləndirmək  üçün  ölkəmizə  dəvət 

edirəm. Təşəkkür edirəm. 

 

* * * 



Sonra dövlətimizin başçısı sualları cavablandırdı.  

 

J  a  n    B  ü  r  e  l:  Cənab  Prezident,  Sizi  bu  gün  burada, 

Parisdə  dinləmək,  nailiyyətləriniz,  Azərbaycanın  iqtisadi  du-

rumu  barədə  təqdimatlarınızı,  fikirlərinizi  eşitmək  bizim 

tərəfdən  və  borcla  mübarizə  aparan  Qərbi  Avropanın  hər  bir 

ölkəsi  tərəfindən  təqdir  edilir.  Bir  neçə  dəqiqə  öncə  ölkənizin 

dövlət borcunun ümumi daxili məhsulun 7 faizini təşkil etdiyini 

eşitdikdə bunun Fransa üçün də belə olmasını arzuladım. 

Bizim  Sizdən  soruşmaq  istədiyimiz  bəzi  suallar  var.  İndi 

mənim  həmkarım  Kristian  Mons  sual-cavab  sessiyasına 

başlayacaq. Kristian, buyurun. 

K  r  i  s  t  i  a  n    M  o  n  s:  Cənab  Prezident,  iştirakınız  üçün 

Sizə  təşəkkür  edirik.  Burada  masa  ətrafında  Fransa  şirkətlərini 

təmsil  edən  50-dən  çox  baş  icraçı  direktor  və  baş  menecer 

əyləşib.  Onlar,  yəni  biz,  tərəqqiniz  və  ölkəniz  haqqında  daha 

çox sual vermək məqsədilə burada toplanmışıq. Bizim şirkətlər 

enerji,  nəqliyyat,  infrastruktur,  su  idarəçiliyi,  xidmət,  turizm, 

bankçılıq  və  digər sahələri  təmsil  edir.  Onlar  Sizə  çox  qısa  və 

konkret,  həmişə  olduğu  kimi,  dəqiq  suallar  vermək  istəyirlər. 

Əgər  razısınızsa,  mən  sual-cavaba  «Total»  şirkətindən  olan 

cənab Borrell ilə başlayıram. O Sizə sual vermək istəyir. 



M i ş e l  B o r r e l l: Çox sağ olun. Cənab Prezident, mə-

nim  vermək  istədiyim  xüsusi  bir  sual  yoxdur.  Sadəcə,  həm-




 

11 


karlarımın  qarşısında  Sizin  bazar  ertəsi  keçirdiyiniz  görüşdə 

müzakirə  etdiyiniz  bir  neçə  məsələ  haqqında  şərh  vermək 

istərdim. 

İlk növbədə, qaz sektoru haqqında. Siz öz çıxışınızda enerji 

sektorundakı  nailiyyətlərinizi  və  qarşıda  duran  hədəflərinizi 

qeyd etmişdiniz. Düşünürəm  ki, bunlar Sizin də qeyd etdiyiniz 

kimi,  ölkədəki  investisiya  mühitinin  yaxşı  göstəricisidir.  Öz 

adımızdan  deyə  bilərəm  ki,  biz  Azərbaycanın  neft  və  qaz 

sektorunda iştirak etməkdən məmnunuq və bununla fəxr edirik. 

Yenicə uğurlu şəkildə tamamladığımız və aşkarlanmasını keçən 

ilin  sentyabr  ayında  Sizinlə  birgə  elan  etdiyimiz  «Abşeron» 

yatağı barədə müzakirə aparmaq imkanımız oldu. Burada iştirak 

edən tərəfdaşlarımız «GDF Suez» şirkəti və SOCAR ilə birlikdə 

«Abşeron»  yatağındakı  quyunun  maliyyə  dəyəri  barədə 

açıqlama  vermişdir.  Bildiyiniz  kimi,  onun  Sizin  arzuladığınız 

miqyasda  və  zaman  çərçivəsində  işlənməsinin  əsas  şərti  Xəzər 

dənizində qazma imkanlarını artırmaqdır. Quyunun istismarında 

biz  SOCAR  ilə  birlikdə  yaxından  işləyirik.  Ümid  edirəm, 

istehsalatda yeni qazma qurğuları tətbiq ediləcək. 

Biz həmçinin Sizin də qeyd etdiyiniz məsələ, yəni regionda 

istehsal  edilən  qaz  və  onun  Avropa  bazarına  necə  çıxarılması 

barədə danışdıq. Düşünürəm, «Şahdəniz» yatağındakı 10 faizlik 

payımız nümayiş etdirir ki, bizim də bu işdə rolumuz böyükdür. 

Biz  «CP»  onun  genişləndirilməsi  və  Türkiyədən  keçməklə 

Avropa  bazarlarına  gedəcək  TANAP  layihəsi  üçün  strateji 

cəhətdən  əhəmiyyətli  infrastrukturun  qurulmasında  həm 

operator  və  yenə  də  SOCAR-la  birgə  işləmişik.  Sonra  bu  2 

rəqib boru kəməri qazı ya İtaliya, ya da daha yuxarı, Avstriyaya 

–  Avropa  qaz  bazarının  bir  hissəsinə  çatdıracaqdır.  Bu  sahədə 

tərəfdaşlıq əsas şərtdir. 

Bizim  həm  də  SOCAR  ilə  tərəfdaşlığımızı  daha  da  inkişaf 

etdirmək potensialını, quruda və dənizdə gələcək fəaliyyətimizi 

müzakirə  etmək  imkanımız  oldu.  Hesab  edirəm  ki,  bu 

danışıqlarda  daha  tez  irəliləyiş  etmək  üçün  Siz  bizi  ruhlan-

dırdınız və bununla da biz Sizin neft və qaz sahəsində qarşıya 



 

12 


qoyduğunuz  məqsədlərə  nail  olmağa  davam  edirik.  Hesab 

edirəm  ki,  şərhimin  3  əsas  elementində  də  qeyd  etdiyim  kimi, 

SOCAR  ilə  və  Azərbaycandakı  digər  şirkətlərlə  tərəfdaşlıq 

bizim uğurumuzun açarıdır. «Total»ın Azərbaycandakı sərmayə 

payı  ölkənizin  investisiya  mühitinin  cəlbediciliyi,  sabitlik  və 

bizə layihələrimizə uzun müddətə milyardlarla dollar investisiya 

yatırmaq  imkanı  verən  güvənlik  haqqında  söylədiklərinizin 

aydın  şəkildə  nümayişidir.  Siz  bundan  sonra  da  insanları 

SOCAR ilə, Azərbaycan ilə işləmək səylərini davam etdirməyə, 

etibarlı  tərəfdaş  olmağa,  istər  bizim,  istərsə  də  Sizin  öz 

mütəxəssislərinizlə  və  şirkətlərinizlə  birgə  gəlirləri  artırmağa 

əmin edə bilərsiniz. Təşəkkür edirəm. 



K r i s t i a n  M o n s: Təşəkkür edirəm. «Bouygues Tra-

vaux Publics» şirkətindən cənab Kristian Qazen. 



K r i s t i a n  Q a z e n: Cənab Prezident, mən «Bouygues 

Travaux Publics» şirkətinin tikinti bölməsini təmsil edirəm. Biz 

müxtəlif  növ  binaların,  eləcə  də  infrastruktur,  dəmir  yolu  və 

mülki obyektlərin tikintisi ilə məşğul oluruq. Biz xüsusilə Bakı 

metrosunun  inkişafı  ilə  maraqlanırıq.  Yerli  şirkət  olan 

«Akkord»  ilə  əməkdaşlıq  edirik.  Hazırda  metronun  mavi  xətti 

üzərində çalışırıq. Həmçinin demək istərdim ki, Fransada bizim 

daha iri tərəfdaşımız və hərdən rəqibimiz olan şirkət vardır. Biz 

Azərbaycanda  həmin  bu  şirkətlə  yerli  şirkətlərin  də  daxil 

olacağı  fransız  qrupu  yaratmağı  qərara  almışıq.  Xatırladım  ki, 

bizim  şirkətin  Misirin  paytaxtı  Qahirədə  metro  tikintisində  30 

illik bir uğuru var və hazırda bir sıra digər layihələrdə də iştirak 

edirik. 

Sualım  belədir:  Bakı  metrosunun,  xüsusilə  mavi  xəttin 

gələcəyi haqqında nə deyə bilərsiniz? 

İ l h a m  Ə l i y e v: Təşəkkür edirəm. Bizim Bakı metrosu 

üçün  böyük  inkişaf  planımız  var.  Bir  müddət  öncə  mənim 

sədrliyimlə  bu  məsələ  ilə  bağlı  böyük  konfrans  keçirdik  və 

«Bakı metrosunun inkişafı üzrə Dövlət Proqramı» qəbul edildi. 

Hazırda  23  metro  stansiyamız  var.  Onların  əksəriyyəti  sovet 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə