ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə4/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   2   3   4   5   6   7   8   9   ...   123

 

13 


dövründə tikilib. Amma son bir neçə ildə biz hər il 1 yeni metro 

stansiyası açırıq. Amma planlar daha genişdir. 

Metronun  böyük  inkişaf  planı  2030-cu  ilə  qədər  əlavə  50 

stansiyanın tikintisini nəzərdə tutur. Bu o deməkdir ki, biz çox 

işləməli  olacağıq  və  bizə  yaxşı  tərəfdaşlar  lazım  olacaq.  Yeri 

gəlmişkən,  Fransanın  «SYSTRA»  şirkəti  Bakı  metrosunun 

böyük  inkişaf  planı  üzərində  işləyir.  Bu  layihə  bütövlüklə 

dövlət tərəfindən,  dövlət  büdcəsi  hesabına  maliyyələşdiriləcək. 

Hər  il  biz  bu  məqsədlə  əsaslı  maliyyə  vəsaiti  ayırırıq.  Yeganə 

məsələ onunla bağlıdır ki, bizə yaxşı podratçılar lazımdır. Bizim 

öz  şirkətimiz  var  ki,  hələlik  Azərbaycan  üçün  metro  tikir  və 

onlar işi yüngülləşdirən yeni qazma qurğusu alıblar. Amma işin 

miqyasını,  sürətini  və  2030-cu  ilə  qədər  çatmalı  olduğumuz 

məqsədi  nəzərə  alaraq,  bizim  beynəlxalq  podratçı  şirkətlərə 

ehtiyacımız olacaqdır. Mən şadam ki, siz yerli şirkətlərlə birgə 

işləməyi planlaşdırırsınız, bu da bizim üçün çox vacibdir. Çünki 

biz iqtisadi transformasiya prosesində xarici şirkətlərlə işləyirik 

və  yerli  şirkətlərimizin  də  beynəlxalq  şirkətlərə  çevrilməsini 

istəyirik. 

«Bouygues  Travaux  Publics»  kimi  şirkətlə  işləmək  yerli 

şirkətlər  üçün  yaxşı  təcrübə  və  peşəkar  fəaliyyətlərində  yaxşı 

tarixçə  olacaq.  Əgər  bir  gün  onlar  Azərbaycandan  kənarda 

işləmək qərarına gəlsələr, «Bouygues Travaux Publics»lə birgə 

layihə həyata keçirdiklərini tarixçələrində göstərə bilərlər. Mən 

bu  yanaşmanı  bütövlüklə  dəstəkləyirəm  və  sizə  uğurlar 

arzulayıram. 

Metroda  görüləcək  işlər  çox  olacaqdır.  Bu,  Bakıda  yaxın 

illərdə  həyata  keçiriləcək  ən  əsas  infrastruktur  layihələrindən 

biridir.  

K  r  i  s  t  i  a  n    M  o  n  s:  Cavabınız  üçün  təşəkkür  edirik, 

cənab Prezident. «Vinci Construction» şirkətinin sədri və icraçı 

direktoru  cənab  Bonno  Sizin  şərhinizə  bəzi  şeylər  əlavə  etmək 

istəyir. 



A l e n   B o n n o: Sabahınız xeyir, cənab Prezident. Metro 

layihəsi  haqda  indicə  eşitdim.  Mən  Dünya  Tunel  Konqresində 




 

14 


iştirak etmək üçün Bakıya gəlmişdim. Metro sahəsində çalışan 

bir  çox  insanlarla,  xüsusilə  Bakı  Metropoliteninin  rəisi  ilə 

görüşdüm.  Cənab  Qazenin  dediklərini  təsdiqləmək  istərdim. 

Əgər  Siz  razısınızsa,  yaxşı  bir  fransız  tikinti  qrupu  yeni  metro 

xətlərinin tikintisində maraqlı ola bilərdi və biz bu barədə çox 

danışmışıq.  Bizim  üçün  vacib  olan  məsələ  yaxşı  razılıq  əldə 

etməkdir və düşünürəm ki, biz yerli şirkətlərlə, yaxşı təcrübəsi 

olan Azərbaycan şirkətləri ilə birgə işləməliyik. Qeyd etdiyiniz 

kimi, Azərbaycanda uzun metro xətləri artıq var və biz onların 

müasirləşdirilməsində və digər layihələrdə Sizə kömək etməyə 

hazırıq. Təşəkkür edirəm. 

K r i s t i a n  M o n s: Burada 2 aparıcı su təsərrüfatı şirkə-

tinin  təmsilçiləri  var. Etiraz  etmirsinizsə  onlar   Sizə   2  sual 

vermək  istəyirlər.  Əvvəlcə,  «Veolia  Eau»  şirkətinin  Avropa  üzrə 

direktoru  Jan-Luk  Debran  və  «Suez»dən  beynəlxalq  inkişaf  üzrə 

icraçı vitse-prezident cənab Erik Gebal. 

J a n - L u k  D e b r a n: Cənab Prezident, su və kanaliza-

siya  sistemlərinə  bizim  şirkət  də  iştirak  etdiyi  böyük  maliyyə 

vəsaitlərinin  qoyulması  üzrə  proqramları  nəzərə  alsaq,  bu 

sahənin ixtisaslı kadrlara və idarəetmə mütəxəssislərinə ehtiyacı 

yaranır. 

Mənim  ilk  sualım  belədir:  Azərbaycan  Respublikası  Höku-

məti ilə belə bir məktəbin və ya treninq mərkəzinin yaradılması 

üzrə tərəfdaşlıq mümkündürmü? İkinci sualım: su təsərrüfatı və 

kanalizasiya infrastrukturunun  idarə  olunmasına  rəhbərlik  edən 

nazirlik  belə  ehtiyacların  ödənilməsi  üçün  ixtisaslaşmış  fransız 

şirkətlərinə müraciət edəcəkmi? 

İ l h a m  Ə l i y e v: Bizim su və kanalizasiya layihələri ilə 

bağlı  böyük  planlarımız  var.  Bu  problem  bizdə  hər  zaman 

mövcud  olub.  Təəssüf  ki,  Bakının  və  Azərbaycanın  digər  şə-

hərlərinin  heç  vaxt  kifayət  qədər  su  təchizatı  olmayıb.  Sovet 

dövründə yaradılan sistem kifayət etməyib. Qeyd etməliyəm ki, 

bu  sistem  köhnəlib  və  bir çox  çətinliklər  yaradır.  Bu məqsədlə 

biz təmiz su təchizatı ilə bağlı böyük proqram həyata keçirmək 

qərarına  gəlmişik.  Suyun  keyfiyyəti  Ümumdünya  Səhiyyə 




 

15 


Təşkilatının  standartlarına  uyğun  olmalı  və  bütün  şəhərlərimiz 

su  ilə  təchiz  edilməlidir.  Əlbəttə,  Bakı  birinci  sıradadır,  çünki 

Bakı  nəinki  Azərbaycanın,  hətta  bütün  Qafqazın  ən  böyük 

şəhəridir. 

Proqram  çox  genişdir  və  bizim  dövlət  şirkətimiz  «Azərsu» 

buna görə məsuliyyət daşıyır. Onlar «GDF Suez» ilə işləyirlər, 

yenicə müzakirələr aparıblar. Ümid edirəm ki, tezliklə layihənin 

reallaşdırılması  istiqamətində  praktiki  addımlar  atılacaqdır. 

Hədəfimiz  2013-cü  ilin  sonuna  qədər  Azərbaycanın  bütün 

şəhərlərini  su  ilə  tam  təchiz  etməkdir.  Paralel  olaraq  müasir 

kanalizasiya  sisteminin  qurulması  da  həyata  keçiriləcəkdir. 

Amma  yəqin  ki,  bunu  gələn  ilin  sonuna  qədər  etmək  mümkün 

deyil, bəlkə də bu daha bir neçə ilə başa gələcəkdir. 

Bakı  ilə  əlaqədar  məsələ  daha  mürəkkəbdir.  Çünki  biz  təkcə 

maliyyə  baxımından  deyil,  texniki  nöqteyi-nəzərdən  də  çox  şey 

etməliyik.  İşin  böyük  hissəsi  yenə  də  dövlət  büdcəsindən 

maliyyələşəcəkdir. Bizim banklardan kreditlərimiz də var, hansı ki, 

layihəni daha tez həyata keçirməyə kömək edəcəkdir. Bu, növbəti 

illərin ən vacib infrastruktur layihələrindən biri olacaqdır. Ona görə 

ki,  bütün  digər  infrastruktur  layihələrinin  bəziləri  ya  tamamilə 

yerinə  yetirilib,  ya  da  yeni  elektrik  stansiyalarının  tikintisi, 

Azərbaycanın  qazlaşdırılması,  magistral  və  hətta  kənd  yollarının 

tikintisi kimi layihələr hazırda reallaşmaq mərhələsindədir. 

Gələn 5  il üçün su və kanalizasiya layihəsi yüksək prioritetli 

məsələ  olacaqdır.  Çünki  biz  bu  layihəni  mərhələlərlə  real-

laşdıracağıq.  Qeyd  etdiyim  kimi,  ilk  mərhələ  2013-cü  ilin,  ikinci 

mərhələ  2016-cı  ilin  sonuna  qədərdir.  Buna  görə  də  biz  Fransa 

şirkətləri ilə əməkdaşlığı yüksək qiymətləndiririk. Biz artıq «GDF 

Suez» şirkətinin nümayəndələri ilə onların digər ölkələrdəki təcrü-

bəsini,  onların  bu  layihələri  necə  həyata  keçirmələrini  müzakirə 

etdik. Bildiyimə görə, sizin şirkət də Azərbaycan ilə işləyir, həm də 

uğurlu  şəkildə.  Mən  sizə  uğurlar  arzu  edirəm.  Biz  bu  layihə 

üzərində  işləməyə  davam  edəcəyik.  Ümid  edirəm  ki,  növbəti 

illərdə bu problem daha olmayacaq.  




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə