ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


K  r  i  s  t  i  a  n    M  o  n  s



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə5/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   2   3   4   5   6   7   8   9   ...   123

 

16 


K  r  i  s  t  i  a  n    M  o  n  s:  Təşəkkür  edirik,  cənab  Prezident. 

Cənab Gebal, əlavə etmək istədiyiniz bir şey varmı? 



E r i k  G e b a l: Xeyr, yalnız istərdim Sizi əmin edim ki, biz 

«Azərsu»nu  mümkün  qədər  tez  bir  zamanda  dünya  səviyyəli 

müəssisəyə  çevirmək  fikrimizdə  qətiyyətliyik.  Artıq  2-3  ildir 

«Azərsu»  ilə  əməkdaşlıq  edirik  və  Bakının  tarixi  su  təchizatının 

təkmilləşdirilməsinə  nail  olmuş  ilk  şirkət  olmağa  yaxınıq.  Bu 

bizim  üçün  ciddi  məsələdir  və  biz  əminik  ki,  2-3  ilə  rəqabətə-

davamlı şərait yaranacaqdır. 

İ l h a m  Ə l i y e v: Təşəkkür edirəm. Sadəcə, əlavə etmək 

istərdim  ki,  bizim  görüşümüzdən  sonra  mən  «Azərsu»ya  sizin 

şirkətlə  daha  da  yaxından  işləmələri  və  layihənin  icrasına  baş-

lamaları  üçün  tapşırıqlar  verdim.  Bütün  dostlarımıza  xatırlatmaq 

istərdim  ki, bizim 2  gün əvvəlki  görüşümüzdə  mən dedim  ki, su 

təchizatı məsələsinə gəldikdə qarşımızda çox asan hədəflər durur: 

bizə  24  saat  su  təchizatı,  100  faiz  əhatə  dairəsi  və  Ümumdünya 

Səhiyyə Təşkilatının standartlarına cavab verən su lazımdır. 3 əsas, 

sadə  məqsəd.  Həmin  məqsədlərə  çatmaqla,  düşünürəm,  bu 

problem  həmişəlik  həll  olunacaqdır.  Bunun  da  insanların  yaşayış 

şəraitinə, onların səhhətinə, ölkəmizin ümumi inkişafına çox ciddi 

təsiri  olacaqdır.  Çünki  Azərbaycan  çox  sürətlə  inkişaf  edir. 

Müasirləşmə  prosesi  elə  tez  gedir  ki,  biz  mövcud  su  təchizatının 

hazırkı vəziyyəti ilə barışa bilmərik. Lakin bir daha demək istərdim 

ki, bu problem bizim ölkədə həmişə olub. 

Müstəqilliyimizin  ilk  illərində  həll  olunası  digər  daha  ciddi 

məsələlər var idi və ola bilsin, buna görə də bu məsələ prioritet 

deyildi,  üstəlik  bu  çox  baha  idi.  Biz  özümüz-özümüzə  sərmayə 

qoymağa başlamamışdan öncə, 10 ildən çox bir müddət ərzində 

beynəlxalq maliyyə təsisatları ilə aparılan danışıqlar əsaslı nəticə 

vermirdi. 

Su 


layihələrini  büdcəmizə,  dövlət  sərmayə 

proqramlarımıza  daxil  etdikdən  sonra  beynəlxalq  maliyyə 

təsisatları  da  buna  maraq  göstərdilər  və  daha  fəal  oldular.  İndi 

dövlətin, 

bankların 

maliyyələşdirdiyi 

layihələrin 

yaxşı 


əlaqələndirilməsi  mövcuddur  və  bu  da  sıx  əməkdaşlıq  əhval-

ruhiyyəsi yaradır. 




 

17 


K r i s t i a n  M o n s: Çox sağ olun, cənab Prezident. Burada 

iştirak edən fransız şirkətlərinin əksəriyyətinin adından Sizə sual 

verə bilərəmmi? Bu daha çox siyasi sualdır, amma iqtisadiyyatla 

əlaqəsi  var.  Çox  maraqlı  olardı  ki,  bizə  ölkənizin  Ümumdünya 

Ticarət  Təşkilatına  daxil  olmasının  təqvimi  haqqında  məlumat 

verəsiniz. Siz əvvəllər də bu haqda danışmısınız, amma istərdik 

Sizin planlarınız barədə eşidək. 

İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Biz  bu  məsələ  üzərində  işləyirik. 

Tərəfdaş  ölkələrlə  ikitərəfli  məsləhətləşmələr  prosesindəyik  və 

bu  proses  uğurla  davam  edir.  Bildirmək  istərdim  ki,  Azərbay-

canın  Ümumdünya  Ticarət  Təşkilatına  nə  zaman  üzv  olmasına 

dair 2 fikir mövcuddur. Birincisi, mümkün qədər tez – bu fikir də 

yetərincə  əsaslıdır  –  çünki  bu,  bazarda  rəqabətədavamlılığı 

artıracaqdır.  Ümid  edirik  ki,  bu,  istehlakçı  qiymətlərinə  müsbət 

təsir  edəcək.  Hazırda  Azərbaycan  bir  sıra  beynəlxalq  təsisatlara 

inteqrasiya edən ölkədir və Ümumdünya Ticarət Təşkilatının bir 

hissəsi  olmağa  yaxındır.  Digər  yanaşma  bir  az  fərqlidir  – 

məzmun nöqteyi-nəzərindən deyil, vaxt etibarilə fərqlənir. Çünki 

indi biz şaxələndirmə istiqamətində ciddi iş görürük. Bizim fərdi 

sahibkarlığın həvəsləndirilməsi üzrə Dövlət Proqramımız vardır. 

Məsələn, gələn il kənd yerlərində kiçik və orta müəssisələr üçün 

300  milyon  avro  məbləğində  vəsait  nəzərdə  tutulub.  Onlara 

dövlət tərəfindən kiçik faizlə kredit ayrılacaqdır. Biz kənd təsər-

rüfatına böyük  subsidiyalar ayırırıq. Fermerlərə yanacaq 50 faiz 

güzəştlə  satılır.  Onlar  gübrəni  də  50–75  faiz  arasında  güzəştlə 

alırlar.  Onlar  torpaq  vergisindən  başqa,  bütün  vergilərdən  azad 

olunublar.  Onlara  taxıl  əkdikdə  hər  bir  hektara  görə      100  avro 

verilir.  Bu  subsidiyalar  bizə  kənd  təsərrüfatı  məhsullarının 

idxalından asılılığı əhəmiyyətli şəkildə azaltmağa kömək edir. 

Bu gün biz bəzi mövqelərdə tələbatımızı 80-85 faiz həcmində 

ödəyə bilirik. Məqsədimiz 2015-ci ilin sonunadək özümüzü kənd 

təsərrüfatı məhsulları ilə təmin etməkdir. Bu, 1 milyon iş yerinin 

açılmasına  şərait  yaratdı  ki,  bunların  da  əksəriyyəti  kənd 

yerlərindədir. 



 

18 


Beləliklə  də  mən  ikinci  yanaşmaya  toxunmaq  istəyirəm. 

İkinci yanaşma ondan ibarətdir ki, əgər biz Ümumdünya Ticarət 

Təşkilatına  bu  gün  qoşulsaq,  bu,  kənd  yerində  sahibkarlığın 

inkişafına  mənfi  təsir  göstərə  bilər.  Bu,  məşğulluqla  bağlı  mü-

əyyən  problemlər  yarada  bilər.  Bizim  bəzi  mallarımız 

rəqabətədavamlılığını  itirə  bilər.  Beləliklə,  əsas  fikir,  deyərdim, 

ondan  ibarətdir  ki,  təkmilləşdirmə,  şaxələndirmə,  sərmayə 

qoyuluşu  prosesini,  özəl  sektorun  həvəsləndirilməsini  davam 

etdirmək,  təkcə  kənd  təsərrüfatının  deyil,  həmçinin  ağır 

sənayenin  və  ümumiyyətlə,  iqtisadiyyatımızın  artıq  daha  yaxşı 

şəkildə  olduğu  bir  vaxt  Ümumdünya  Ticarət  Təşkilatına  üzv 

olmaqdır.  Biz  bu  2  yanaşma  arasında  yolumuzu  tapmağa 

çalışırıq.  Beləliklə,  biz  danışıqlar  prosesindəyik.  Çox  güman  ki, 

bizim  üzv  qəbul  olunmağımız  yaxın  gələcəkdə  baş  ver-

məyəcəkdir. 

K r i s t i a n  M o n s: Çox aydın izah idi. 

İ l h a m  Ə l i y e v: Təşəkkür edirəm. 

K  r  i  s  t  i  a  n    M  o  n  s:  Çox  sağ  olun.  İndi  isə  biz  digər 

suallara  keçə  bilərik.  Bizim  hələ  bir  az  da  vaxtımız  var.  İs-

təyirsinizsə, razısınızsa turizm və idman haqqında danışa bilərik. 

Hamımız ölkənizin necə gözəl olduğunu bilirik. Turizm və idman 

infrastrukturu  layihələri  haqqında  daha  yaxşı  məlumatı  olan 

«Gregory İnternational» şirkəti üçün bu çox maraqlı olacaqdır. 



«Gregory  İnternational»  şirkətinin  nümayəndəsi:  Sabahı-

nız  xeyir,  cənab  Prezident.  Bizim  şirkət  qolf  və  idman  mey-

dançalarının  inşası  üzrə  ixtisaslaşıb.  Biz  yalnız  beynəlxalq 

miqyasda  fəaliyyət  göstəririk.  Biz  Sizin  ölkənizdə  olmuşuq  və 

böyük inkişaf potensialının şahidiyik. Mənim sualım çox sadədir. 

Bilmək  istərdim,  Siz  qolf  meydançası  tikintisi  layihəsini  təyin 

etmisinizmi  və  gələcəkdə  hansı  idman  meydançalarının  tikintisi 

gözlənilir? 



İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Bəli,  qolf  meydançalarının tikintisi 

layihələri var və onlar artıq icra olunur. İkisi tikilir, amma Ba-

kıda  deyil,  paytaxtdan  150–200  kilometr  kənarda,  dağlıq  və 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə