ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə6/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   2   3   4   5   6   7   8   9   ...   123

 

19 


yaşıl  ərazidə.  2  qolf  meydançasının  tikintisinə  dair  də  planlar 

var. Lakin bunlar özəl sərmayələrdir, dövlət sərmayələri deyil. 

Dövlət  sərmayələrinə  gəldikdə,  biz  idman  infrastrukturuna 

çoxlu vəsait yatırırıq. Ən iri idman və ya konsert zalı – «Crystal 

Hall»  yalnız  «Eurovision»  mahnı  müsabiqəsi  üçün  inşa 

olunmuşdur. Vaxtımız az idi, amma 9 aya tamamlandı. Bu, 17 

mindən  20  minədək  tutumu  olan  gözəl  idman  sarayıdır.  Biz 

stadionlarımızı  da  müasirləşdiririk.  Son  10  il  ərzində 

Azərbaycanda  34  Olimpiya  İdman  Kompleksi  inşa  olunub  ki, 

bu  da  bizim  komandamızın  London  Olimpiadasında  uğurlu 

çıxışının səbəblərindən biridir. 

Bununla  da  idman  bizim  üçün  sərmayələrin  yönəldildiyi  və 

diqqət  mərkəzində  olan,  diqqət  göstərilən  əsas  sahələrdən  biri 

olmağa  davam  edəcəkdir.  Bunun  üçün  də  biz  daha  çox  iş 

görəcəyik.  Hazırda  biz  Qafqaz  dağlarında  yeni  dağ-xizək 

istirahət  kompleksinin  tikintisinin  son  mərhələsindəyik.  Bu  da 

dövlət  sərmayələrinin  hesabına  reallaşır.  Çox  güman  ki,  bu 

mövsümdə  kompleks  xizək  həvəskarları  üçün  açılacaqdır.  Bu, 

ən  gözəl  və  ən  rahat  dağ-xizək  istirahət  komplekslərindən  biri 

olacaqdır.  Çünki  bütün  dağ-xizək  istirahət  komplekslərinin, 

həmçinin  sizdə  –  Fransada,  İsveçrədə,  Avstriyada  olanların  da 

təcrübəsini  öyrənmişik  və  insanlar  üçün,  idmançılar  üçün,  bu 

idman  növünə  üstünlük  verən  hər  kəs  üçün  maksimal  rahatlıq 

yaratmaq  məqsədilə  bütün  bunların  müsbət  tərəflərini 

uyğunlaşdırmışıq.  Bununla  da  biz  bu  sahədə  daha  çox 

layihələrin  şahidi  olacağıq  və  tərəfdaşlarla  işləməyə  hazırıq. 

Hazırda biz 60–80 min arasında tamaşaçı tutumu olan Olimpiya 

stadionunun  inşasını  planlaşdırırıq  və  tikinti  yəqin  ki,  çox 

tezliklə başlanacaqdır. 

Bizim çoxlu planlarımız var. Dediniz ki, Bakıda olmusunuz 

və yəqin  bizim planlardan xəbərdarsınız. Ümid edirəm ki, bəzi 

layihələrdə iştirak edəcəksiniz.  



K  r i s  t  i  a  n   M  o  n  s: Təşəkkür  edirik,  cənab  Prezident. 

Daha  bir  sual  qanunvericilik  haqqında.  «Lactalis»  şirkətindən 




 

20 


cənab Nale Sizə süd məhsulları üçün gömrük qaydaları, gömrük 

qanunvericiliyi haqda sual vermək istəyir. Sözü ona verirəm. 



N  a  l  e  :  Sabahınız  xeyir,  cənab  Prezident.  Bu  qaydalar 

haqqında  danışmamışdan  öncə  deməliyəm  ki,  ölkənizin  kənd 

təsərrüfatı  sahəsi  və  inkişaf  haqqında  dedikləriniz  məni  çox 

maraqlandırdı.  Mən  burada  «Lactalis  Group»u  təmsil  edirəm. 

Bu  salonda  qarşınızda  süd  sənayesinin  2  lideri  əyləşib: 

«Danone»  şirkətindən  olan  həmkarım  masanın  digər  tərə-

findədir.  Fransada  süd  məhsullarının  istehsalı  üzrə  lider  bizik. 

Biz Azərbaycanda 30 nəfərdən ibarət kiçik bir nümayəndəliklə 

təmsil  olunuruq.  Biz  regiondan  və  həmçinin  Fransadan 

məhsullar  idxal  edirik.  Bu  gün  bizim  tələbat  sizin  ölkənizdə 

biznes qurmağı tələb edir ki, biz azərbaycanlılarla tərəfdaş olaq, 

Avropanın  digər  ölkələrində  həyata  keçirdiklərimizi  burada  da 

edək. 

Düşünürük ki, böyük tələbat vardır. Dükanların təklif etdik-



ləri  çeşidlər  artırılmalıdır.  Biz  bunu  inkişaf  etdirmək  arzu-

sundayıq  və  istərdik  ki,  Siz  bizə  –  buradakı  şirkətlərə  yardım 

edəsiniz,  təkcə  ticarətdə  deyil,  dünyanın  başqa  ölkələrində 

etdiyimiz  kimi,  Sizinlə  də  uzunmüddətli  və  davamlı  inkişafın 

əsasını qoymaq üçün. 

İ l h a m  Ə l i y e v: Təşəkkür edirəm. Mən sizin Azərbay-

candakı  fəaliyyətinizi  tam  olaraq  dəstəkləyirəm.  Mən  artıq  bu 

məsələ  ilə  bağlı  fikrimi  bildirmişəm  və  təkrarən  demək 

istəyirəm  ki,  bizim  planımız  bütün  istehlak  məhsulları  ilə 

özümüzü  təmin  etməkdir.  Əlbəttə,  bizdə  azad  bazar  iqtisa-

diyyatıdır. İstehsalın çoxsaylı çeşidi mövcuddur ki, insanlar öz 

maliyyə vəziyyətindən asılı olaraq onları ala bilirlər. Lakin əsas 

məhsullar  olan  gündəlik  tələbat  məhsullarının  ölkə  daxilində 

100  faiz  istehsalına  nail  olmalıyıq.  Bu  həm  qiymətləri  aşağı 

səviyyədə  saxlamaq,  həm  də  məşğulluğu  təmin  etmək 

baxımından faydalı olar. 

Süd  məhsullarına  gəldikdə,  biz  hazırda  ölkənin  südə  olan 

tələbatının  təxminən  80-85  faizini  yerli  istehsal  hesabına  təmin 

edirik. Mən əksər yeni və ən böyük süd istehsalı müəssisələrinin 




 

21 


açılışında  iştirak  etmişəm.  Deməliyəm  ki,  həmin  müəssisələrdə 

istehsal  prosesi  tamamilə  müasir,  yeni  texnologiyalar  əsasında 

təşkil edilib, məhsullar da çox keyfiyyətlidir. 

Tövsiyə  vermək  çətindir,  lakin  mən  böyük  istehsalçı 

şirkətlərin  Azərbaycanda  istehsal  müəssisələrini  yaratmasını 

istərdim.  Bu,  əməkdaşlığı  davam  etdirmək,  biznes  əlaqələri  və 

qarşılıqlı  faydalılıq  baxımından  ən  yaxşı  yoldur.  Bizim  idxal 

məhsullarından  asılı  olduğumuz  dövr  indi  geridə  qalıb.  Hazırda 

vəziyyət  tamamilə  fərqlidir.  Bir  neçə  il  sonra  vəziyyət  yerli 

istehsal baxımından indikindən də yaxşı olacaqdır. Ölkə bazarı da 

böyüyür.  Azərbaycanda  istehsal  edilən  bəzi  məhsullar  regional 

bazarlara  ixrac  edilmək  üçün  çox  yaxşı  potensiala  malikdir. 

Çünki  qonşularımızdan  bəziləri  ilə  azad  ticarət  barədə 

sazişlərimiz  var  və  ona  görə  də  məhsullarımızı  ixrac  etməklə 

bağlı problemlərimiz yoxdur. 

Bizim ölkə daxilində istehlak edilməyən əksər kənd təsərrüfatı 

məhsulları təzə və emal olunmuş şəkildə regional bazarlara ixrac 

edilir.  Bu  regional  bazarlar  isə,  sizin  də  bildiyiniz  kimi,  çox 

böyük  və  genişdir.  Ona  görə  də  mən  tərəfdaşlarımıza  əminliklə 

müasir  istehsal  müəssisələrinin  yaradılması  imkanlarını 

dəyərləndirməyi  tövsiyə  edirəm.  Bu,  istəyinizdən  asılı  olaraq 

tamamilə  sizə  məxsus  və  ya  yerli  istehsalçılarla  şərikli 

müəssisələr ola bilər. Azərbaycanda  müasir, yüksək standartlara 

cavab  verən  və  keyfiyyətli  istehsal  müəssisələrinin  yaradılması 

bizim də marağımızda olan bir məsələdir. Təşəkkür edirəm. 

K r i s t i a n  M o n s: Çox sağ olun, cənab Prezident. İndi 

isə  kosmik  sənaye  layihələri  üzrə  sualını  vermək  üçün  sözü 

«EADS Astrium» şirkətindən cənab Limuziyə verirəm. 

L  i  m  u  z  i:  Sabahınız  xeyir,  cənab  Prezident.  Mən  «EADS 

Astrium» şirkətindənəm. Çox şadam ki, bir az öncə Siz süni peyk 

və  kosmosa  aid  biznesi  qeyd  etdiniz.  Biz  bu  yaxınlarda 

«Azərkosmos»a  Yer  səthinə  nəzarət  peyklərinə  dair  təklif 

vermişik. Mən bu sahədə Azərbaycan hökumətinin tam dəstəyini 

arzu edərdim.  Çünki bu əsasən, qeyri-ticari və hökumətdən asılı 

bir məsələdir. İstərdim aydınlaşdırım, bu məsələyə dair sazişlərin 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə