ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə9/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   5   6   7   8   9   10   11   12   ...   123

 

28 


Diqqətə  çatdırıldı  ki,  Mərkəzin  binası  1904-cü  ildə  inşa 

olunmuş  tarixi  tikilidir.  3000  kvadratmetr  sahəsi  olan  Mərkəz 

Parisdə  bir  növ  Azərbaycanın  mədəniyyət  ocağı  funksiyasını 

yerinə  yetirəcək  və  ölkəmizlə  bağlı  müxtəlif  humanitar  tədbir-

lərin təşkil olunmasına geniş imkanlar açacaqdır. 

Prezident  İlham  Əliyev  Azərbaycan  Mədəniyyət  Mərkəzinin 

həyətində Dövlət bayrağımızı qaldırdı. 

Bildirildi  ki,  Mərkəzdə  müxtəlif  görüşlərin,  tədbirlərin  keçi-

rilməsi  üçün  hər  cür  imkan  yaradılmış,  otaqlar  lazımi  avadan-

lıqla  təmin  olunmuşdur.  Mərkəzin  əsas  özəlliyi  burada  Azər-

baycan  mədəniyyətinə  dair  nümunələrin  sərgilənməsidir. 

Müxtəlif  ekspozisiya  zallarının  yaradıldığı  Mərkəzdə  Azərbay-

can  tarixini  əks  etdirən  eksponatlar  təqdim  olunur.  Arxeoloji 

tapıntılardan  tutmuş  qədim  pullara,  silahlara,  misgərlik 

məmulatlarına  qədər  hər  şey  burada  Azərbaycanın  qədim  və 

zəngin tarixindən xəbər verir. 

Qeyd  edildi  ki,  Azərbaycan  xalçaları  Mərkəzdəki  ekspozisi-

yanın  ən  qiymətli  inciləri  sırasındadır.  Milli  xalçaçılığımızın 

bütün istiqamətlərinin nümunələrinin təqdim edildiyi Mərkəzdə 

yaşı  yüzillərlə  ölçülən  xalça  və  xalça  məmulatlarının  geniş 

çeşidi  təcəssüm  tapmışdır.  Burada  Azərbaycan  xalçaçılıq 

məktəblərinin  tarixi  və  keçdiyi  inkişaf  yolları  barədə  məlumat 

verilir.  Bundan  başqa,  Azərbaycan  miniatürləri  də  Şərqin  bir 

parçası  olan  ölkəmizdə  qədimlərdən  yaranıb  formalaşan 

rəssamlıq  sənəti  –  miniatür  məktəbi  barədə  ətraflı  məlumat 

verir.  Zinət  və  müxtəlif  bəzək  əşyalarının,  xalq  incəsənətinin 

bütün  istiqamətlərinə  dair  nümunələrin,  taxta  üzərində  oyma 

sənətinin  təqdim  olunduğu  Mərkəzin  ekspozisiyasında 

Azərbaycan  milli  geyimləri  də  diqqəti  cəlb  edir.  Milli  ruhu 

özündə  təcəssüm  etdirən  kuklalar,  bürüncdən  hazırlanan  hey-

kəllər də maraq doğurur. 

Bildirildi  ki,  Azərbaycan  Mədəniyyət  Mərkəzində  kitabxana 

da yaradılıb. Zənginliyi ilə diqqət çəkən bu kitabxanada fransız 

dilinə  tərcümə  edilən  Azərbaycan  ədəbiyyatı  külliyyatı  təqdim 

olunur. Bundan başqa, mədəniyyətimizin müxtəlif qollarına dair 


 

29 


geniş  ədəbiyyat  toplusunun  cəmləndiyi  kitabxana  Mərkəzə 

gələnlərdə  ədəbiyyatımız,  rəssamlıq  sənətimiz  və  musiqimiz 

haqqında,  ümumiyyətlə,  incəsənətin  digər  növləri  barədə 

məlumatların əldə edilməsinə imkan verir. 

Məlumat verildi ki, Mərkəzdə gənc rəssamların işləri də təq-

dim olunur. Odur ki, bu Mərkəzin yaradılması ölkəmizdə inkişaf 

edən  müasir  incəsənət  nümunələrinin  Fransa  ictimaiyyətinə 

təqdim edilməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Bu 

həm  də  Azərbaycanda  müasir  incəsənətə  verilən  dəyərin 

təzahürüdür. 

Mərkəzlə tanışlıq zamanı prezident İlham Əliyevin və xanımı 

Mehriban  Əliyevanın  diqqətinə  çatdırıldı  ki,  burada  Azər-

baycan  musiqisinin  təbliğinə  də  geniş  yer  ayrılıb.  Ayrıca  mu-

ğam  zalı  yaradılmış,  qədim  musiqi  alətlərimizin  sərgisi  təşkil 

olunmuşdur.  Bundan  başqa,  Mərkəzdə  keçiriləcək  təlimlərdə 

Azərbaycan  mətbəxinin  nümunələrinin  hazırlanması  qaydaları 

öyrədiləcəkdir. 

Prezident  İlham  Əliyev  Mərkəzin  yuxarı  mərtəbəsindən  Pa-

risin mənzərəsini seyr etdi. 

Dövlətimizin  başçısı  Azərbaycan  Mədəniyyət  Mərkəzinin 

Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

30 


 

PARİSDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏT 

MƏRKƏZİNİN AÇILIŞINA HƏSR OLUNMUŞ 

QƏBULDA İŞTİRAK  

 

19 sentyabr 2012-ci il  



 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 

xanımı  Mehriban  Əliyeva  sentyabrın  19-da  Parisdə  Heydər 

Əliyev  Fondunun  və  Azərbaycanın  Fransadakı  səfirliyinin 

dəstəyi  ilə  yaradılmış  Azərbaycan  Mədəniyyət  Mərkəzinin 

açılışı mərasiminə həsr edilmiş qəbulda iştirak etmişlər.   

Tədbir iştirakçıları dövlətimizin başçısını və xanımını həra-

rətlə qarşıladılar. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  qə-

bulda çıxış etdi: 

 

–  Hörmətli  xanımlar  və  cənablar!  Bu  gün  Fransa–Azərbay-



can  əlaqələrinin  tarixində  çox  əlamətdar  gündür.  Parisin 

mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzi öz işinə başlayır. 

Təsadüfi  deyildir  ki,  ölkəmizin  xaricdə  birinci  Mədəniyyət 

Mərkəzi məhz Fransanın paytaxtında açılır. Fransa–Azərbaycan 

əlaqələri çox uğurla, sürətlə inkişaf edir. 

Bu gün səhər bu binanın həyətində Azərbaycan bayrağı qal-

dırıldı.  Bu  gün  biz  dostlarımızı  qəbul  edirik.  Bu  Mədəniyyət 

Mərkəzinin fəaliyyəti bizə imkan verəcəkdir ki, Azərbaycan öz 

zəngin  mədəniyyətini,  tarixini,  incəsənətini  fransalılara  geniş 

şəkildə  təqdim  etsin.  Əminəm  ki,  bu  bina  qısa  bir  müddətdə 

Fransa–Azərbaycan dostluq evinə çevriləcəkdir. 

Fransa–Azərbaycan  əlaqələrinin  gözəl  tarixi  vardır  və  əmi-

nəm  ki,  bundan  da  gözəl  gələcəyi  olacaqdır.  Dünən  Fransa 

prezidenti  cənab  Fransua  Ollandla  keçirdiyim  görüş  bir  daha 

münasibətlərimizin strateji xarakterini təsdiq etdi. Bu gün səhər 

MEDEF-də Fransanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə