340
sağlamlığında göstərəcəkdir. Çünki insan amili bizim üçün əsas
sosial məsələdir. Bu gün bölgə sahibkarları ilə görüşdə də bu
məsələyə toxundum. Biz iqtisadi islahatları uğurla icra edirik,
bölgələr inkişaf edir, gözəlləşir, abadlaşır, yeni iş yerləri açılır.
Ancaq bütün bu işlərin təməlində və mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Azərbaycan vətəndaşı sağlam olmalıdır.
Azərbaycan vətəndaşı yaxşı şəraitdə, gözəl şəhərlərdə
yaşamalıdır. Bütün infrastruktur layihələri icra edilməlidir ki,
biz dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsindən geri
qalmayaq. Biz bunu edirik, edəcəyik. Ölkəmizdə gedən
quruculuq, abadlıq işləri hər bir rayonda öz bəhrəsini verir.
Xüsusilə İmişli rayonunun son bir neçə ay ərzində uğurlu
inkişafı məni ürəkdən sevindirir. Mən dəfələrlə İmişlidə
olmuşam. Keçən il də olmuşam. İmişlinin inkişafı üçün lazımi
tədbirlər görülmüşdür. Kənd yollarının tikintisinə vəsait
ayrılmışdır. Ancaq mən bilirdim və siz də bilirdiniz ki, işlər
daha da sürətlə gedə bilər. Son bir neçə ayın təcrübəsi mənim
sözlərimi təsdiqləyir. Əminəm ki, bu reallıqları sizdən yaxşı
bilən heç kim tapılmaz. Ancaq mən də, yəni keçən il burada
olduğuma görə öz təəssüratlarımı sizinlə bölüşmək istəyirəm.
Doğrudan da son bir neçə ay ərzində İmişli rayonunun
inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini
tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim
ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm.
Doğrudan da tarixi dəyişikliklər baş vermişdir – gözəllik,
abadlıq, yeni meydan, Bayraq Meydanı, yeni parklar, Heydər
Əliyev Mərkəzi, Gənclər Mərkəzinin tikintisi, binaların bərpası,
küçələrin salınması, yeni işıq dirəklərinin qurulması. Görülən
bütün işləri sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaq,
ancaq bir sözlə, siz İmişli sakinləri bunu yaxşı bilirsiniz və
bütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz. Bu
sizin ümumi zəhmətinizin bəhrəsidir.
Bu dəyişikliklər, əlbəttə ki, məni ürəkdən sevindirir.
Əminəm ki, sizi də sevindirir. Ancaq eyni zamanda, bir vacib
məsələni üzə çıxarır ki, istək, siyasi iradə və öz xalqına qayğı
341
olan yerdə hər şey etmək mümkündür. Bir neçə ay bundan
əvvəl İmişli rayonuna yeni icra başçısı təyin edilmişdir. O, təyin
edilərkən mən ona çox önəmli tövsiyələr, göstərişlər verdim və
dedim ki, İmişli rayonu geridə qalmamalıdır, əksinə, ölkəmizin
ən qabaqcıl rayonlarının birinə çevrilməlidir. Son neçə ayın
təcrübəsi göstərir ki, siz bu yolda uğurla irəliləyirsiniz. Əminəm
ki, gələn səfərdə yeni gözəl binaları, yeni açılan obyektləri
görəcəyəm və beləliklə, İmişlinin uzunmüddətli inkişafı təmin
ediləcəkdir.
Dövlət isə öz tərəfindən siyasətini davam etdirəcəkdir.
Ölkəmizin bütün yerlərində infrastruktur layihələri icra edilir,
yollar çəkilir, sürətlə qazlaşdırma gedir, o cümlədən İmişlidə də
qazlaşdırma gedir və qarşıya məqsəd qoyulmuşdur ki, İmişlidə
qazlaşdırma 100 faiz səviyyəsində olmalıdır. Bütün kəndlər
qazlaşdırılmalıdır. Əminəm ki, gələn ilin sonuna qədər biz bu
məqsədə çatacağıq.
İçməli su layihəsinin başlamasını biz artıq qeyd edirik.
Çəkilən su xətti 1 ay ərzində ümumi şəbəkəyə qoşulacaq və
imişlililər təmiz, dayanıqlı içməli suya malik olacaqlar. Eyni
zamanda, kanalizasiya sisteminin yaradılması prosesi başlayıb,
kənd yollarının tikintisi gedir. Sağlamlığı bərpa etmək üçün
gözəl xəstəxana vardır. İstirahət etmək üçün gözəl parklar,
küçələr, xiyabanlar salınır, məktəblər tikilir. Əgər imişlililər bu
yüksək templəri saxlaya bilsələr – mən əminəm ki,
saxlayacaqlar – çox qısa müddət ərzində İmişli ölkəmizin ən
qabaqcıl rayonuna çevriləcəkdir.
Bu gün mən yeni sənaye müəssisələrinin açılışında da iştirak
etdim. Bu da məni çox sevindirir. Özəl sektor tərəfindən
yaradılan ən böyük taxıl anbarı İmişlidə açılmışdır. Ən böyük
damazlıq yumurta fabriki açılıb. Bu həm ölkə iqtisadiyyatına
verilən bir töhfədir, həm yeni iş yerlərinin açılışı deməkdir,
insanların rifah halının yaxşılaşdırılması üçün atılan çox vacib
addımdır.
Bir daha deyirəm ki, iqtisadi siyasətimizin təməlində
Azərbaycan vətəndaşı dayanır. İqtisadi islahatları aparmaq olar.
342
Bəzi ölkələrdə bu daha uğurlu olur, bəzi ölkələrdə o qədər də
böyük uğur gətirmir. Ancaq vacib məsələ ondan ibarətdir ki,
islahatları apararkən sosial məsələlər yaddan çıxmasın. Çünki
transformasiya dövrünü yaşayan ölkələrdə iqtisadi islahatlar bəzi
hallarda çox acı nəticələrə gətirib çıxarır. İnsanların yaşayış
səviyyəsi aşağı düşür. İslahatlar insanların maddi rifahına mənfi
təsir göstərir. Bax, gözümüzün qabağında Avropanın bəzi
ölkələrində gedən proseslər dayanmışdır və biz bunu müşahidə
edirik. Orada indi köklü islahatlar aparılır. Dövlət xərcləri ixtisar
edilir. Bu islahatlar istər-istəməz insanların yaşayış səviyyəsinə
çox mənfi təsir göstərir. Bizim islahatların üstünlüyü ondan ibarət
idi ki, bu islahatlar sosialyönümlüdür. İslahatlar nəticəsində əldə
edilən əlavə gəlirlər ədalətli şəkildə insanların rifah halının
yaxşılaşdırılmasına sərf edilmişdir. Ona görə biz gələcəyə də
böyük ümidlərlə baxırıq. Çünki iqtisadi sahədə növbəti illərdə
ancaq və ancaq inkişaf gözlənilir, xüsusilə qeyri-neft sektoru
sahəsində. Bölgə sakinləri də bu inkişafdan bəhrələnirlər və
əminəm ki, uğurlar daha da böyük olacaqdır.
Azərbaycan regionda siyasi sahədə söz sahibidir, çox güclü
mövqelərə malikdir, dünya miqyasında tədbirlərdə də çox fəal
iştirak edir. Biz dünyanın ən aparıcı, ən böyük qurumu olan
BMT
Təhlükəsizlik
Şurasının
üzvüyük.
Biz
dünya
məsələlərinin həllində öz sözümüzü deyirik və gələcək illərdə
bizim təsir imkanlarımız yalnız artacaqdır.
Sosial sferada nəzərdə tutulmuş bütün layihələr icra edilir.
Bu layihələrin icrası insanların ildən-ilə artan maddi rifahında
özünü göstərir. Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının ikinci hissəsi başa çatmaq üzrədir, gələn il başa
çatacaqdır. Artıq növbəti 10 illik üçün yeni proqram hazırlanır
və vaxt gələndə proqram ictimaiyyətə təqdim ediləcəkdir.
Bütün infrastruktur layihələri icra edilir. Bir sözlə, biz qürur
hissi ilə deyə bilərik ki, Azərbaycan dövləti müstəqillik
dövründə özünü dünya xəritəsində təsdiq edib. İqtisadi və siyasi
cəhətdən müstəqil Azərbaycan dövləti uğurla inkişaf edir.
Uğurumuzun dayanıqlı, davamlı olması üçün bütün bölgələr
Dostları ilə paylaş: |