334
Bu gün də demək istəyirəm, bütün dövrlərdə – sovet dövründə,
müstəqillik dövründə, əfsuslar olsun ki, uşaq ölümü yüksək idi.
İndi doğum şöbələrinin müasir avadanlıqla təchiz edilməsi bu
məsələnin həllinə də kömək göstərəcəkdir. Uşaq ölümü azalır
və həkimlər elə xidmət göstərməlidirlər ki, ümumiyyətlə, uşaq
ölümü olmasın. Uşaq ölümü inkişaf etmiş ölkələrin
səviyyəsində olmalıdır. Yəni biz qarşıya belə hədəf qoymuşuq.
Əminəm ki, yeni tikilən, bərpa olunan tibb ocaqlarının
fəaliyyəti sayəsində biz buna nail olacağıq. Həkimlər də
xəstələrə yaxşı xidmət göstərməlidirlər, xüsusilə belə gözəl
şərait olduğu halda, bunu etmək çətin olmayacaqdır. Sizi bir
daha təbrik edirəm.
Şahmat məktəbinin açılışı mərasimi
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də İmişli
şəhərində Şahmat məktəbinin açılışı mərasimində iştirak
etmişdir.
Məlumat verildi ki, Şahmat məktəbinin tikinti sahəsi 570 kvad-
ratmetrdir. Məktəbin ətrafında əsaslı abadlıq işləri aparılmışdır.
Dövlətimizin başçısı Şahmat məktəbinin rəmzi açılışını
bildirən lenti kəsdi.
Məktəbdə geniş salonla yanaşı, daha 7 otaqda yeniyetmə və
gənclərə şahmatın sirləri öyrədilir. Burada ulu öndər Heydər
Əliyevin və prezident İlham Əliyevin ölkəmizin regionlarına
səfərlərinin, eləcə də respublikamızda idmanın hərtərəfli
inkişafı üçün həyata keçirilən kompleks tədbirlərin əks olun-
duğu fotoguşələr yaradılmışdır. Məktəbin orijinal dizaynı
burada şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır.
Təhsil ocağında yeniyetmə və gənclərin şahmat kompozisi-
yalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani və-
saitlərdən və informasiya-kommunikasiya texnologiyalarının
imkanlarından geniş istifadə olunur. Bu cür sosialtəyinatlı təh-
sil ocaqlarında məşğul olanlar həm asudə vaxtlarını maraqlı
keçirir, həm də vacib bilik və bacarıqlara yiyələnirlər. Res-
335
publikamızın bütün bölgələrində fəaliyyətə başlayan və müasir
tələblərə cavab verən belə şahmat məktəblərində zəngin təcrübə
toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq
ölkəmizi yüksək səviyyədə təmsil edirlər.
Dövlətimizin başçısı Şahmat məktəbində yaradılmış
şəraitdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.
«Araz» damazlıq quşçuluq fabrikinin açılışı mərasimi
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də
İmişli rayonuna səfəri çərçivəsində «Araz» damazlıq quşçuluq
fabrikinin açılışında iştirak etmişdir.
İqtisadi İnkişaf naziri Şahin Mustafayev məlumat verdi ki,
«Araz» damazlıq quşçuluq fabriki regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun
Qaragüvənli kəndində ən müasir standartlar səviyyəsində
qurulmuşdur.
Bildirildi ki, Azərbaycan prezidentinin təsdiq etdiyi region-
ların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində
ölkənin müxtəlif regionlarında ayrı-ayrı istehsal sahələri isti-
fadəyə verilir, rayon və kəndlərdə əhalinin həyat şəraitinin yax-
şılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
«Araz» damazlıq quşçuluq fabriki də belə müəssisələrdən
biridir. Fabrikin ümumi dəyəri 7,3 milyon manatdır. Bu
layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə
olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən kompleksin inşasına 5 milyon manat
güzəştli kredit verilmişdir. Damazlıq yumurta istehsal edəcək
fabrikin ümumi sahəsi 24 hektardır. Müəssisədə tikinti işlərinin
aparılmasına və avadanlıqla təchiz edilməsinə 2010-cu ilin
sonunda başlanılmış, bu ilin oktyabrında isə işlər tam başa
çatdırılmışdır.
Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, fabrikdə hər
birinin sahəsi 1728 kvadratmetr olmaqla, 7 quş ferması inşa
edilib. Quş fermaları Türkiyənin bu sahədə dünyada məşhur
336
olan «Altuntaş» şirkətinin avadanlığı ilə təchiz edilib. Buradakı
damazlıq cücələr isə Hollandiyadan gətirilmişdir.
Hazır məhsullara baxan Azərbaycan prezidentinə məlumat
verildi ki, fabrikdə illik 10 milyon damazlıq yumurta istehsalı
nəzərdə tutulur. Müəssisədə istehsal gücü saatda 10 ton olan
yem istehsalı sexi və tutumu 3,5 min ton olan yem anbarı
fəaliyyət göstərir. Fabrikdə laboratoriya, inzibati və digər kö-
məkçi binalar inşa edilib. Layihənin icrası nəticəsində 80 nəfər
yeni iş yeri ilə təmin olunub.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, eyni za-
manda, İmişli rayonu ərazisində illik istehsal gücü 4 min ton
olan broyler fabrikinin və illik 110 milyon əmtəə yumurtası
istehsal etmək imkanına malik quşçuluq fabrikinin maliyyələş-
dirilməsinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrıl-
mışdır. Bu müəssisələr də ən müasir avadanlıqla təchiz edilə-
cəkdir. Layihələrin icrası nəticəsində 110 yeni iş yeri açıla-
caqdır.
Qeyd edildi ki, artıq dövlətin güzəştli krediti hesabına
damazlıq təsərrüfatlar yaradılır. Həmin təsərrüfatlar hesabına
ölkənin damazlıq yumurtaya olan tələbatının xeyli hissəsi yerli
istehsalla ödənilir. Növbəti illərdə bu tələbat tamamilə yerli
məhsullar hesabına ödəniləcəkdir. Bu həm də quş əti isteh-
salında maya dəyərini aşağı salacaqdır.
«Kraun KO» taxıl anbarı kompleksinin açılışı mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 28-də İmişlidə «Kraun KO» taxıl anbarı kompleksinin
açılışında iştirak etmişdir.
İqtisadi İnkişaf naziri Şahin Mustafayev məlumat verdi ki,
«Kraun KO» taxıl anbarı kompleksi regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun
Şahverdili kəndi ərazisində inşa olunmuşdur. Anbar ən müasir
avadanlıqla təchiz edilib. Kompleksin ümumi dəyəri 7,3 milyon