73
çox çətin olardı. Müasir dünyada ölkələrin uğurunu bilik, elm,
texnologiyalar və təhsil müəyyən edir. Biz şadıq ki, bu gün
Azərbaycanda yüksək savadlılıq səviyyəsini qoruyub saxlamağa
nail olmuşuq. Savadlılığın səviyyəsi faktiki olaraq 100 faizdir.
Biz təhsilin inkişafı üçün çox iş görür və bu sahəyə olduqca çox
sərmayə yatırırıq. Son 8 ildə Azərbaycanda təhsil xərcləri 6 dəfə
artaraq 1,5 milyard manat səviyyəsinə çatmışdır. Bu da
büdcəmizin bütün məxaric hissəsinin 10 faizindən bir qədər
azdır. Azərbaycanda təhsil xərcləri müdafiə xərcləri ilə birinci
və ikinci yerləri bölüşür. Bu isə bizim üçün məhz düzgün tədris
prosesinin nə qədər əhəmiyyətli olduğuna, Azərbaycan gənc-
lərinin onlara həyatda lazım olan bilikləri əldə edə biləcəkləri
belə bir tədris sisteminin yaradılmasının nə qədər əhəmiyyətli
olduğuna dəlalət edir.
Hər bir gənc vəzifə tutmağa və yaxşı biliklərə yiyələnməyə
çalışır və ya çalışmalıdır. Bazar iqtisadiyyatı, azad rəqabət, açıq
bazar və bütövlükdə dünyada rəqabət şəraitində fundamental
biliklər olmadan həyatda öz yerini tapmaq bəzən çox çətin olur.
Azərbaycanda şəxsiyyətin inkişafı, öz yolunu sərbəst seçmək
üçün hər cür şərait yaradılıb. Buna görə də gənclər biliklərə
yiyələnməyə can atmalıdır. Bilik əldə etmək üçün isə yalnız
istək kifayət deyil. Tədris prosesi lazımi səviyyədə təşkil
edilməyibsə, tədrisin səviyyəsi axsayırsa, tələbələr bilik
qazanmağa nə qədər can atsalar da, nəticə əldə etmək çətin
olacaq. MDU-nun Azərbaycandakı filialı çərçivəsində biz
tədrisin səviyyəsinin yüksək olduğunu, habelə gənclərin
biliklərə yiyələnməyə can atdıqlarını görürük.
Filialın fəaliyyəti tədricən, mərhələ-mərhələ yaradılmış və
inkişaf etmişdir. Əlbəttə, təkcə infrastruktur və texniki tərəfi
mərhələ-mərhələ inkişaf etməmişdir – dediyim kimi, biz bu gün
gözəl bir binanı açırıq – həm də fakültələrin sayı ilbəil artır. Bu
da bizim ümumi istəyimiz idi. Biz bu gün də Viktor
Antonoviçlə bu məsələni müzakirə etdik, qısa fikir mübadiləsi
apardıq. Bir daha demək istəyirəm ki, biz imkan daxilində
fakültələrin sayının artırılmasında maraqlıyıq. Çünki birgə
74
əməyimizin nəticəsi olan indi gördüklərimiz böyük nikbinlik
doğurur. Fakültələrin sayının ölkəmizin inkişafı üçün daha
mühüm maraq kəsb edən istiqamətlər üzrə artırılması prioritet
olmalıdır.
Əminəm ki, MDU-nun filialının yaradılması Azərbaycanda
elmin inkişafına yeni təkan verəcək. Biz buna da böyük
əhəmiyyət veririk. Mən Elmlər Akademiyasının illik
toplantısında elmi ictimaiyyətlə son görüşümdə də Azərbaycan
elmi qarşısında duran vəzifələr üzərində kifayət qədər ətraflı
dayandım.
Biz ölkəmizin elmi potensialını hər vəchlə inkişaf etdir-
məliyik. Bütün məsələlərdə müasir cəmiyyətin və müasir dün-
yanın reallıqlarına əsaslanırıq. Biz realistik. Əlbəttə, hansısa
ciddi elmi tədqiqatlarda Azərbaycanın model qanunvericisi
olacağını gözləmək sadəlövhlük və vaxtı qabaqlamaq olardı.
Amma bizim mütləq həll etməli olduğumuz məsələ dinamik
inkişaf edən istiqamətlərdə qabaqcıl elmi təcrübəni mümkün
qədər tez mənimsəməkdir. Bu barədə mənim tərəfimdən
müvafiq göstərişlər verilib.
Müasir texnologiyalarsız heç bir ölkənin inkişafı mümkün
deyil. Bu gün XXI əsrdə, XXI əsrin əvvəlində bu, müasir
həyatın reallığına çevrilib. Elmi araşdırmalarda liderlik edən
ölkələr dünyanın siyasi xəritəsində liderlik edəcəkdir. Ona görə
də biz çox güclü intellektual potensial yaratmalıyıq. Məsələn,
bütün
məktəblərin
kompüterləşdirilməsi
prosesini
yekunlaşdırırıq. İndi 30 şagirdə 1 kompüter düşür. Amma 7-8
il əvvəl 2 min şagirdə 1 kompüter düşürdü. Hətta Azərbaycanın
ən ucqar regionlarında da internetə maneəsiz çıxış imkanı
yaradırıq. İndi Azərbaycanda internet istifadəçilərinin sayı 65
faizi ötüb, bizdə internet azaddır.
Biz kosmik sənaye yaradırıq. Bəziləri düşünə bilər ki,
Azərbaycan buna hələ tam hazır deyil. Ancaq biz kosmik
sənaye yaradırıq, ilk süni peykimizi buraxırıq. Gələcəkdə də bu
istiqamətdə işimizi davam etdirəcəyik. İnkişafın çox mühüm
istiqaməti olan informasiya-kommunikasiya texnologiyaları
75
sahəsi üzrə reytinqdə biz regionumuzda lider mövqe tuturuq.
Elmin inkişafı cəmiyyətin inkişafı deməkdir. Ölkənin
intellektual potensialının inkişafı ölkənin gələcəyidir. Bizim
vəzifəmiz ölkəmizdə müşahidə edilən dinamik iqtisadi artımı,
dünya arenasında mövqelərimizin möhkəmləndirilməsini çox
böyük intellektual potensialla gücləndirməkdən ibarətdir.
Bunun üçün bütün imkanlar var. İlk növbədə, ənənələr
mövcuddur. Azərbaycanda sovet dövründə elm çox güclü
inkişaf etmişdir. Biz görkəmli alimlərimizlə fəxr edirik. Sonra,
təbii ki, tənəzzül oldu. Ancaq bu tənəzzül yalnız bizdə deyil,
bütün postsovet məkanında baş verdi. Keçmiş SSRİ-nin praktiki
olaraq, bütün ölkələrində çox ağır iqtisadi durum yaranmışdı.
Elmi və pedaqoji elita ağır vəziyyətdə idi. Biz hamımız
cəmiyyətdə elmi ziyalıların nüfuzunun təəssüf ki, aşağı düşdüyü
o çətin illəri xatırlayırıq. O zaman sahibkarlıq fəaliyyəti ilə
məşğul olan insanlar təəssüf ki, sosial statuslarına görə
ziyalılardan daha üstün vəziyyətdə idilər. Bunun həm obyektiv,
həm də subyektiv səbəbləri var idi. Ancaq Azərbaycanın
iqtisadi potensialı möhkəmləndikcə elmə də, təhsilə də daha çox
vəsait ayrılır. Elmi işçinin, müəllimin hörmət və nüfuzunu
artırmaq bizim siyasətin vacib vəzifəsidir. Biz buna doğru
gedirik. Çox iş görülüb.
Moskva Dövlət Universitetinin Azərbaycandakı filialı kimi
belə müasir elm mərkəzlərinin yaradılması, həmçinin düzgün
istiqamətə doğru addımdır. Biz gələcəkdə də təhsilin inkişafına
sərmayə qoyacağıq. Biz məsələni kompleks şəkildə nəzərdən
keçiririk – məktəblərin tikintisi və məktəbəqədər təhsil. Son
illərdə Azərbaycanda 2200, bəlkə daha çox məktəb binası inşa
edilib. Məktəblər təmir olunur. Gələn ilin sonuna qədər Bakıda
təchizatına və təmirinə görə bu səviyyədə olmasa da, hər halda,
yüksək səviyyədə olmayan bir məktəb də qalmayacaq. Bir daha
demək istəyirəm ki, ali təhsil bizim diqqət mərkəzimizdə olan
sahədir. Bu, sosial sferadır, iqtisadi sferadır, cəmiyyətimizin
əxlaqi-mənəvi əsaslarının formalaşdığı sferadır. Bunlar, əlbəttə
ki, ailədə yaranır. Amma istər məktəb, istərsə də ali təhsil
Dostları ilə paylaş: |