ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


ARGENTİNA RESPUBLİKASI – DEPUTATLAR



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə33/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   29   30   31   32   33   34   35   36   ...   123

 

109 


 

ARGENTİNA RESPUBLİKASI – DEPUTATLAR 

PALATASININ AZƏRBAYCAN–ARGENTİNA 

DOSTLUQ QRUPUNUN RƏHBƏRİ ROBERTO 

MARİO MOUİLLERONUN BAŞÇILIQ ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

4 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  4-də  Argentina  Respublikası  Deputatlar  Palatasının 

Azərbaycan–Argentina  dostluq  qrupunun  rəhbəri  Roberto 

Mario Mouilleronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş-

müşdür. 

Görüşdə  Bakıda  keçirilən  Beynəlxalq  Humanitar  Forumun 

əhəmiyyəti qeyd edildi, forumun dünyada beynəlxalq humanitar 

əməkdaşlığın  inkişafına  töhfə  verəcəyi  bildirildi.  Son  illərdə 

ölkələrimiz  arasında  əlaqələrin  bütün  sahələrdə,  o  cümlədən 

siyasi,  iqtisadi  və  mədəni  sahələrdə  inkişaf  etdiyinin  qeyd 

olunduğu  görüşdə  parlamentlərarası  əməkdaşlığın  önəmi 

vurğulandı,  qarşılıqlı  səfərlərin  ikitərəfli  əlaqələrin  inkişafına 

töhfə verdiyi bildirildi. 

 

 

 



 

 

 

 

 

 

 

 


 

110 


 

II BAKI BEYNƏLXALQ HUMANİTAR 

FORUMUNDA İŞTİRAK  

 

Heydər Əliyev Mərkəzi  



 

4 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 



xanımı  Mehriban  Əliyeva  oktyabrın  4-də  Heydər  Əliyev 

Mərkəzində  öz  işinə  başlayan  II  Bakı  Beynəlxalq  Humanitar 

Forumunun açılışı mərasimində iştirak etmişlər. 

Bakı  Beynəlxalq  Humanitar  Forumu  aktual  humanitar 

əməkdaşlıq  məsələlərinin  müzakirə  edildiyi  nüfuzlu  bir  mə-

kandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında 

zəngin  əməkdaşlıq  ənənələri  olan  Azərbaycan  bu  formatda 

tədbirlərin  keçirilməsi  üçün  ideal  yerdir.  Forumun  keçirilməsi 

haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş 

Humanitar  Əməkdaşlıq  üzrə  I  Azərbaycan–Rusiya  Forumunda 

qəbul edilmişdir. 

Forumun həmtəsisçiləri Azərbaycan Respublikasının Prezi-

denti  İlham  Əliyev  və  Rusiya  Federasiyasının  Prezidenti  Vla-

dimir Putindir. 

II Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və     7 

mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edir. 

Onlardan  10  nəfəri  sabiq  dövlət  başçısı,  11-i  Nobel  mükafatı 

laureatı,  5-i  dünyanın  nüfuzlu  Fəxri  professoru  (Emeritus 

professor),  10-u  mötəbər  beynəlxalq  təşkilatları  təmsil  edən 

rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadimdir. 

 

 



 

 

                                       



                                      * * * 

 


 

111 


Azərbaycan prezidenti İlham Əliyev forumun açılışında nitq 

söylədi: 

 

 



 

 

 



 

– Hörmətli xanımlar və cənablar! 

Əziz qonaqlar, əziz dostlar! 

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün  II Bakı 

Beynəlxalq  Humanitar  Forumu  öz  işinə  başlayır.  Foruma 

gəlmiş  bütün  insanlar  bizim  əziz  qonaqlarımızdır.  Əminəm  ki, 

bu  gün  və  sabah  keçiriləcək  görüşlər,  aparılacaq  diskussiyalar 

çox  dəyərli  olacaq,  yeni  fikirlər  ortaya  çıxacaq  və  beləliklə, 

humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açılacaqdır. 

Mən çox şadam ki, I forumdan keçən dövr ərzində biz müsbət 

meyilləri  daha  da  gücləndirə  bilmişik.  II  forumun  təşkili  onu 

göstərir  ki,  I  forum  çox  uğurlu  keçmişdir.  Əminəm  ki,  bundan 

sonra  III,  IV,  V  forumlar  keçiriləcək  və  artıq  bu  gözəl  ənənə 

yaranmaqdadır.  Buna doğrudan da böyük ehtiyac vardır. Çünki  I 

forumun  yekunları,  qəbul  edilmiş  qərarlar,  bəyannamə,  əslində 

hamımızın gələcəyə olan baxışlarını ifadə edir. Bu baxışlar ondan 

ibarətdir  ki,  biz  çalışmalıyıq  bütün  dünya  xalqları  bir  yerdə 

olsunlar.  Çalışmalıyıq  ki,  qarşılıqlı  anlaşma  meyilləri  güclənsin, 

dini,  milli  zəmində  qarşıdurmalara  yol  verilməsin.  Əksinə, 

əməkdaşlıq meyilləri daha da gücləndirilməlidir. Ümid edirəm ki, 

II  foumun  yekunları  da  müsbət  olacaqdır.  Beləliklə,  dünya  miq-

yasında  humanitar  məsələlərlə  bağlı  yeni  bir  format 

yaranmaqdadır. 

Bakıda  Humanitar  Forumun  keçirilməsi  təsadüfi  deyil. 

Azərbaycan  əsrlər  boyu  mədəniyyətlərin  qovuşduğu  bir  diyar 

olmuşdur. 

Əsrlər 

boyu 


müxtəlif 

xalqların, 

dinlərin 

nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, 

qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu 

gün də davam edir. Mən əminəm ki, bu meyillər gələcəkdə daha 

da  gücləndiriləcək  və  Azərbaycan  uğurla  inkişafını  davam 

etdirəcəkdir. 

2008-ci  ildə  Bakı  prosesi  başlamışdır.  Bakı  prosesi  2008-ci 

ildə  Bakıda  keçirilmiş  Avropa  Şurası  mədəniyyət  nazirlərinin 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə