Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə63/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   59   60   61   62   63   64   65   66   ...   92

Elm adamları elm haqqında 
 
- 208 - 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Prof. Dr. Səlahəddin Xəlilov (1952) 
Fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elm haqqında elm   
 
- 209 - 
 
 
 
 
 
 
Səlahəddin Xəlilov: həyat və yaradıcılığından 
sətirlər 
 
1952-ci  ildə  Borçalı  mahalında,  Sarvanda  anadan  olmuş-
dur. 
 
1966-1967-ci illərdə Gürcüstanda müxtəlif fənlər: fizika, 
riyaziyyat, kimya və ədəbiyyat üzrə keçirilən 
respublika olimpiadalarının hamısında qalib 
olmuş yeganə məktəbli kimi Maarif nazirliyi-
nin xüsusi diplomuna layiq görülmüşdür. 
 
1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, BDU-nun 
fizika fakültəsinə daxil olmuşdur.  
 
1971-ci ildə Lenin təqaüdünə layiq görülmüşdür. 
 
1972-ci  ildə  BDU  nəzdində  “Respublika  Gənc  fiziklər 
məktəbi”ni yaratmış və iki il ona rəhbərlik et-
miş,  prof.  Xudu  Məmmədov,  prof.  Hüseyn 
Çəndirli  və  s.  tanınmış  alimlərlə  birlikdə  bu 
məktəbdə dərs demişdir. 
 
1973-cü  ildə  tələbə  ikən  BDU-nun  Elmi  Əsərlərində  nəşr 
etdirdiyi məqalədə “istiqamətlənmiş inkişaf” , 


Elm adamları elm haqqında 
 
- 210 - 
istiqamətlənmiş  zaman”  və  “təcilli  tərəqqi” 
konsepsiyasını irəli sürmüşdür.  
 
1973-cü ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplo-
mu ilə bitirmiş, təyinat üzrə universitetin mo-
lekulyar  fizika  kafedrasında  saxlanmış,  aspi-
ranturaya isə fəlsəfə ixtisası üzrə qəbul olun-
muşdur. 
 
1974-1976-cı  illərdə  çap  etdirdiyi  məqalələrdə  və  nami-
zədlik  dissertasiyasında  Xudu  Məmmədovla 
paralel surətdə ölkəmizdə elmşünaslığın  əsa-
sını qoymuşdur.    
 
1976-cı  ildə  “Elmi-texniki  tərəqqinin  sistem-struktur  təh-
lili” mövzusunda namizədlik işi müdafiə edə-
rək fəlsəfə elmləri namizədi dərəcəsini almış-
dır.     
 
1981-ci ildə  ADPU-da “Fəlsəfə, elm və həyat” klubunu  
                     yaratmışdır.   
 
1987-ci ildə “Elmi-texniki tərəqqi: problemlər, perspektiv-
lər” adlı kitabına görə Ümumittifaq Bilik Cə-
miyyətinin mükafatına layiq görülmüşdür. 
 
1988-ci ildə Azərbaycan Gənc Cəmiyyətşünaslar Birliyi-
nin sədri seçilmişdir.  
 
1990-cı  ildə  “Elmi-texniki  tərəqqinin  məntiqi-qnoseoloji 
tədqiqi” mövzusunda doktorluq dissertasiyası 
müdafiə  etmiş,  ADPU-nun  fəlsəfə  kafedrası-
nın professoru və müdiri vəzifəsinə seçilmiş-
dir.  
 


Elm haqqında elm   
 
- 211 - 
1991-ci  ildə  Azərbaycanda  özəl  təhsil  sisteminin  əsasını 
qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, hu-
manitar  liseyi  və  ilk  özəl  universitetlərdən 
biri  olan  Azərbaycan  Universitetini  təsis  et-
mişdir. 
 
1992-ci  ildə  Yusif  Məmmədəliyev  adına  mükafata  layiq 
görülmüşdür. 
 
1994-cü ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin əsasını qoy-
muş və indiyə qədər ona rəhbərlik edir.   
 
1996-cı ildən Beynəlxalq Rektorlar Şurasında Azərbayca-
nı təmsil edir. 
 
1997-ci ildə “İpək Yolu” beynəlxalq elmi və ictimai-siyasi 
jurnalını təsis etmiş və 2005-ci ilə qədər onun 
baş redaktoru olmuşdur.  
 
1998-ci ildə “İstedadlar Klubu”nu təsis etmiş və Respubli-
kanın  istedadlı  gənc  alim  və  tələbələri  üçün 
elmi-intellektual mühit yaratmışdır. 
 
1999-cu  ildə  Beynəlxalq  “Who  is  who?”  ensiklopediyası-
na daxil edilmişdir.   
 
 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məc-
lisinin deputatı olmuşdur.  
 
2002-ci ildə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər 
Assosiasiyasının (AFSEA) İdarə Heyətinin 
sədri seçilmişdir. 
 
2003-cü ildən “Fəlsəfə və Sosial-Siyasi Elmlər” jurnalının 
baş redaktorudur.  


Elm adamları elm haqqında 
 
- 212 - 
 
2004-cü ildə Oksford Universitetində “3-cü minillikdə 
təhsilin perspektivləri” mövzusunda plan-
layihə hazırlamaq üçün müəyyən edilmiş 
dünyanın 40 görkəmli təhsil eksperti” 
sırasına daxil edilmişdir.  
 
2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında 
Ali Attestasiya Komissiyasının Rəyasət He-
yətinin üzvüdür.  
 
2007-ci    ildən  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
müxbir üzvüdür.  
 
2009-cu ildən AMEA-nın Fəlsəfə, Politologiya və Sosio-
logiya elmləri üzrə Problem Şurasının səd-
ridir. 
 
Prof.Dr.  S.Xəlilov  həmçinin  İSESKO-nun  İslam 
Dünyası Universitetləri Federasiyasının təmsilçisi, Ameri-
ka Fəlsəfə Cəmiyyətinin, Avropa Təhsil Şurasının, Avropa 
Elm  Fəlsəfəsi  Təşkilatının,  bir  sıra  xarici  ölkə  Akademi-
yalarının  üzvü,  ABŞ-da  təsis  olunmuş  “Şərq-Qərb:  fəlsə-
fələr arasında körpü” beynəlxalq təşkilatının həmsədridir. 
 
Azərbaycanda və xarici  ölkələrdə 37 kitabı  və  400-
dən çox elmi məqaləsi nəşr olunmuşdur. Dəfələrlə ölkəmi-
zi  Dünya  fəlsəfə  konqreslərində,  Beynəlxalq  Metafizika 
konqreslərində,  Elmin  tarixi,  məntiqi  və  metodologiyası 
üzrə beynəlxalq forumlarda təmsil etmişdir. 
 
Əsas  elmi  tədqiqat  istiqamətləri:  elmşünaslıq,  idrak 
nəzəriyyəsi, Şərq və Qərb sivilizasiyaları, fəlsəfi kompara-
tivistika, Əbu Turxan fəlsəfəsi, fenomenologiya.  
 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə