Elm adamları elm haqqında
- 138 -
görüş sahəsini böyüdür. Şedevrlər istedad yetkinliyi ilə
dünyagörüşü yetkinliyi bir vaxta düşdükdə yaranır. Bəzən
belə hesab edirlər ki, Rasinin sonralar zəif dram – faciələr
yazmasına səbəb onun sənətkarlıq məsələləri üzərində çox
işləməsi olmuşdur. Əlbəttə, bunun səbəbi Rasinin sənət-
karlıq məsələləri ilə məşğul olması deyil, istedadının itili-
yini itirməsi idi.
Dünyagörüşün formalaşmasında dəqiq elmlərin əldə
etdiyi nəticələr həlledici rol oynayır. Sənətkarın müasir in-
tellektual səviyyədə dünyagörüşünə malik olması, oxucu-
sunu, dinləyicisini duya bilməsi, insanlar arasındakı, xalq-
lar arasındakı fərdlə cəmiyyət arasındakı münasibətlərin
müasir xüsusiyyətlərini görə bilməsi deməkdir.
İndiyə kimi insanların əldə etdiyi bilik
müəyyən həc-
mə malikdir. İnsan özü və xarici aləmi haqqında nə öyrənə
bilmişsə, bu xəzinədə toplanmışdır. Burada bir çox cəhət-
dən bərabərsizlik hökm sürür: təbiətin cəhətləri öz əksini
bərabər şəkildə tapa bilməmişdir, bu xəzinədə bütün dövr-
lərin, bütün xalqların payı eyni deyildir. Bir sıra xalqların
müasir bilik həcmi insanlığın bilik həcmi səviyyəsindədir.
Belə ki, “inkişaf etməkdə olan ölkələr” dedikdə, təkcə sə-
naye və kənd təsərrüfatının inkişafı nəzərdə tutulmur.
Xalqların bərabərliyindən söhbət gedəndə onların intellek-
tual imkanlarının bərabərliyini də nəzərdə tuturuq. Ancaq
bu imkanın istifadəsi baxımından bərabərlikdən danışmaq
hələ tezdir. Şübhəsiz, zaman keçdikcə bu fərq azalmağa
doğru gedir. Hələ xalqın bilik həcmi də onun müasirliyi-
nin, tərəqqisinin tam göstəricisi deyil. Müasirliyi müəyyən
edən şərtlərdən biri də bilik həcminin hansı hissəsinin hə-
yat üçün məqsədəuyğun istifadə edilməsidir. Əlbəttə, bü-
tün sahələrdən mütəxəssislər hazırlayıb bilik həcmini in-
sanlığın bilik həcminə çatdırmaq olar. Çünki bir fərdin