Elm dunyasi 7 mehi++2++++ Layout 1



Yüklə 23,26 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix08.11.2018
ölçüsü23,26 Mb.
#79426
1   2   3   4   5   6   7   8   9   ...   53

5
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
az bir müddət ərzində bu istiqamətdə xeyli
iş görməyə nail ola bildik. Bu iş lərin tərkib
hissəsi olaraq həyata keçirilən ən önəmli iş
isə  Aka de mi ya nın  elmi  və  elmi‐təş kilati  fəa ‐
liyyətini tənzimləyən əsas nor mativ‐hüquqi
sə 
nədin, AMEA‐nın yeni Nizam 
namə layi 

həsinin  hazır lan masıdır. 
Azərbaycan Milli Elmlər Akade mi yası
Rəyasət Heyətinin 18 sentyabr 2013‐cü il ta ‐
rixli Qərarına əsasən AMEA Ni zam namə Ko ‐
 mis si ya sının  yeni  tərkibi  təsdiq  olunmuş,
Komissiyaya  AMEA  Ni zam na mə sinin  yeni
layihəsinin  hazır lan ması  tapşırılmışdır.
Komissiya  tə  rə findən  la yihə  üzərində  mü ‐
təmadi iş aparılmış, müxtəlif təklif və tövsiyələr
nə 
zə 
rə alınmışdır. Hesab edirəm ki, yeni
Nizam 
namənin qəbulu elmi fəaliyyət sa 

həsində normativ‐hüquqi bazanın güc 

ləndirilməsi istiqamətində əhə 
miy 
yətli bir
addım olacaqdır.
Bugünkü Ümumi yığıncaq həm də onunla
əlamətdardır ki, burada  bir sıra yeni elmi
müəssisələrin, Molekulyar Biologiya və Biotex ‐
no lo gi ya lar,  Elm  Ta rixi  və  Dünya  Siyasəti
institutlarının yaradılması nəzərdə tutulur.
Adlarını qeyd etdiyimiz institutların yara 

dılması, ilk növbədə, Azər 
baycanın sosial‐
iqtisadi inkişaf meyarları, həmçinin Azər 

baycan elminin müasir dünya elminin inkişaf
tendensiyalarına  inteq ra siyası  zərurə tin dən
irəli gəlmişdir. 
Hazırda gen mühəndisliyi dünya elminin
ən prioritet istiqamətlərindən 
dir. Müxtəlif
ölkələrdə bio 
texno 
logiyanın əsasını təşkil
edən isti qa mət lər canlı orqanizmlərin genetik
kom plek sinin  məq sədyönlü  də yiş di ri lə rək  əl ‐
verişli məh sulların və texnologiyaların alın ‐
masına yönəldilmişdir. Azərbay canda da bu
istiqamətdə müəyyən işlər gö rülmüşdür. Bu
sa hə də ki  araş dır ma ların  müvafiq  elmi‐tədqiqat
müəssisəsi daxilində mühüm el mi istiqamətlər
altında aparılması zərurəti yaranmışdır. Hesab
edirik ki, Mo 
lekulyar Biologiya və Bio 
tex 

nologiyalar İnstitutunun yara dıl ması bu is ‐
tiqa mətdə tədqiqatların dünya elmi sə ‐
viyyəsinə yüksəldilməsində əhə miy yətli rol
oynayacaqdır.
Müasir dövrdə Azərbaycanın qlobal dünya
siyasətinə qoşulması, xüsusilə BMT ilə qu ‐
rulmuş əlaqələr, eləcə də Azərbaycanın Avropa
təh lü kəsizlik  və  əməkdaşlıq  sisteminə
inteqrasiyası, Azərbaycan–ATƏT, Azər  baycan–
Avropa Şurası əlaqələri, Azərbaycan–Avropa
İttifaqı  mü na si bətləri,  bütövlükdə  Qərb
təhlükəsizlik sisteminə inteqrasiya və Azər ‐
bay can–NATO əlaqələri, Azərbay canın İslam
Konfransı Təşkilatı ilə mü na sibətləri beynəlxalq
münasibətlər sis  teminin öyrənilməsi, dünya
si ya sə ti nin  xarakteristikasının  tədqiqi  Azər ‐
baycan elmi qarşısında duran ən mü 
hüm
mə sələlərdəndir.
Dünya Siyasəti İnstitutu dünyada baş verən
siyasi prosesləri və onların gələcək inkişafını,
beynəlxalq proseslərin regiona təsirinin araş ‐
dı rıl ması, dövlətin fəaliy yətinin  kompleks və
sistemli tədqiqi, daxili və xa ri ci siyasətin elmi
əsaslarının işlənib hazırlanması, uzunmüddətli
fun da men tal  elmi  tədqiqatların  aparılması
kimi  strateji  məqsədlərin  real laş dı rıl ma sını
nəzərdə tutur.
İstənilən cəmiyyətin inkişafının, döv lətin
varlığının və təhlükəsizliyinin əsasında dayanan
elm və onun tarixinin öyrənilməsi, elmi irsin
qorunub sax la nılması və ondan milli inkişaf
naminə daha səmərəli is 
ti 
fa 
də olunması
döv 
lətin və cəmiyyətin qarşısında duran
əsas  vəzi fə lər dən dir.  Elm  tarixi  bəşəriyyət
üçün araşdırılması zəruri olan ən dəyərli
mənb ə dir. 


6
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
Azərbaycanda elmi araşdırmaların qədim
və zəngin ənənələri var 
dır. Onun XX əsr
tarixini yaradan görkəmli alim lərin bir çoxu
bu gün bu sa londa əyləşmişlər. Hesab edirik
ki,  Aka de miyanın  qocaman  üzv lə ri nin  zəngin
elmi təcrübəsinin professional səviyyədə araş ‐
dırılması  ol duq ca  əhəmiyyətlidir. 
Beləliklə, elm və texnikanın tarixi, elm ‐
şünaslıq, onun təşəkkülü, inkişafı və müasir
vəziyyətinin öyrənilməsi, eləcə də elmin
metodoloji ba 
zasının tə 
şək 
külü, bir sözlə,
elm tarixinin öyrənilməsi və dünya el mi nin
qabaqcıl metodlarının tədqiqi zərurətindən
irəli gələrək Elm Ta ri xi İns titutunun yaradılması
məq sə dəuyğun  hesab  edilmişdir. 
Hörmətli yığıncaq iştirakçıları!
Heç şübhəsiz, bugünkü iclasın gün dəliyinə
daxil olan ən mühüm məsə lələrdən biri AMEA
üzvlüyünə seçkilərin keçirilməsidir. Bu, Aka ‐
de miya həyatı üçün olduqca əlamətdar bir
hadisədir. Çünki sonuncu dəfə AMEA
üzvlüyünə seçkilərin keçirilməsindən 7 ildən
artıq vaxt keçmiş, bu müddət ərzində Aka ‐
demiya üzvlərinin sayı xeyli azalmışdır. Hazırda
Aka demiya üzvlərinin sayı 144 nəfərdir.
Məlum olduğu kimi, hələ iki il bundan
əvvəl AMEA üzv lü yü nə seç kilərlə bağlı elan
dərc edilmiş və na 
mizədlərin sənədlərinin
qəbulu pro 
sesi həyata keçirilmişdir. Lakin
obyektiv səbəblərdən həmin vaxt seç 
ki 
nin
keçiril məsi mümkün olmamışdır. Ötən müd ‐
dət ərzində AMEA‐nın bir sıra üzv lərinin vəfatı
ilə əlaqədar AMEA üzvlüyünə əlavə vakant
yer lə rin yaran ması nəzərə alınaraq, 19 mart
2014‐cü il tarixində respublika mət buatında
növ bəti elan dərc edilmiş, AMEA‐nın həqiqi
və müx bir üzvlüyünə qeydə alınmış na ‐
mizədlərin təsdiq olunmuş siyahısı dərc edi ‐
lərək geniş elmi ictimaiyyətə təqdim edilmişdir.
Hazırda AMEA‐nın vakant 21 həqiqi üzv
yerinə 43  namizəd,  53 müx bir üzv yerinə
isə 265 namizəd sənəd vermişdir. Beləliklə,
ümu mi lik də elan olunmuş 74 yerə 308 nəfər
namizəd sənəd vermişdir. Xüsusi ola raq
nəzərinizə çatdırmaq istərdim ki, Akademiya
tarixində bu sayda üz vün eyni zamanda
seçilməsi halına az təsadüf edilir.
Seçkilərin istər hüquqi, istərsə də texniki
baxımdan müasir tələb lə rə uy ğun aparılması
üçün AMEA rəhbərliyi tərəfindən bütün lazımi
təd 
bir 
lər həyata keçirilmişdir. Bu seçkinin
əsas özəl liklərindən biri də seçki pro sesinin
asanlaşdırılması, şəffaflığın təmin edil məsi,
seçki  komis si ya la rı nın  işinin  təkmilləşdirilməsi
üçün bir sıra təd birlərin görülməsidir.
Əminəm ki, bugünkü seçkidə ən layiqli
namizədlər seçiləcək və bu seç 
ki Aka 
de 

miyamızın islahatlarla xarakterizə olunan
müasir  mər hə lə sin də  kadr  po tensialının
güclənməsində, xüsusən son dövrlər müşahidə
olu nan elmdə qocal ma tendensiyasının aradan
qalx 
masında, kadrların gənc 
ləşməsində
mühüm rol oynayacaqdır.


Yüklə 23,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə