Elm mədəniyyətin ana xəttidir. Elm cəmiyyətin irəli aparıcısı, onu həmişə tərəqqiyə aparan bir qüvvədir



Yüklə 42,29 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü42,29 Kb.
#26221


 

www.turkalevi.com 



Elm haqqında 

 

 



Elm mədəniyyətin ana xəttidir. Elm cəmiyyətin irəli aparıcısı, onu həmişə tərəqqiyə aparan bir 

qüvvədir. 

 

***


 

 

 



Bizim  düşüncəmizə  görə,  BİLGİ  (ELM)  çözələşən  və  çulğaşan,  çözələnən  və  çulğanan, 

çözələyən və çuğlayan daimi bir titrəyiş, tərpəniş və yürüşdür. Bu böyük bilgidə tarix elminin 

yeri əvəzsiz və ölçüyəgəlməzdir. 

 

***



 

 

 



Elm  tək  bir  sistemdir,  dinamikdir,  daim  inkişafdadır,  təkamül  və  sıçrayışla  irəliləyir.  Orta 

çağlarda  din  hakim  mövqedə  olanda  bütün  elmlərin  məcmusunu  fəlsəfə  təmsil  edirdi,  elmin 

adından  fəlsəfə  çıxış  edirdi.  O  zaman  din-fəlsəfə  münaqişəsi  daha  kəskin,  daha  sərt  idi. 

Çatışmazlıqlarına  baxmayaraq,  formal  məntiq  fəlsəfənin  bir  silahı  kimi,  mifə  və  dinə  qarşı 

mübarizədə əsas yer tuturdu. 

 

***



 

 

 



Lap orta çağda İslam aləmində elm iki yerə bölünürdü: elmül-ədyan - din elmləri, yəni dinləri 

öyrənən elm və elmül-əbdan - fiziologiya elmləri, yəni təbiətşünaslığı öyrənən elm. Sonra elm 

inkişaf  etdi,  İslam  fəlsəfəsi  yarandı.  İslam  alimləri  fəlsəfəni  elmlərin  elmi  sayır,  təbiəti 

öyrənməyə  və  ayrı-ayrılıqda  fizikaya,  riyaziyyata  geniş  yer  verir,  məktəblər,  rəsədxanalar 

açırdılar. İslam dünyasında, o sıradan Türkiyədə bu elmlər yüksək inkişaf etdi. 

 

***



 

 

 



Öz  dövrlərində  dünyanın  ən  böyük  filosofları  olan  Kindi,  Farabi,  İbn  Sina,  İbn  Rüşd, 

Bəhmənyar və b. məntiq və fəlsəfəni cəmiyyətdə yüksək bir mövqeyə qaldırmışdılar. 

 

***


 

 

 



Elm  və  fəlsəfə…  həm  özünütəqdimat  baxımından,  həm  də  qavranılma  baxımından  çox 

mürəkkəbdir, çoxlu maddi əsas və ağır zəhmət tələb edir. 

 

***


 

 

 



…Elm  və  fəlsəfə  çətin  mənimsənilsə  də  bəşərin  ən  böyük  nailiyyətləri  elmin  hesabına 

olmuşdur. 

 

***


 

 

 



Alimlər,  siyasətçilər  bilməlidirlər  ki,  başqasının  yalanı  birini-beşini  bədbəxt  edirsə  onların 

yalanı  minləri,  milyonları,  xalqları  və  ölkələri  bədbəxt  edə  bilər.  “Güclü  birini,  bilikli  minini 

yıxar” atalar sözü burada yerinə düşür. 



 

www.turkalevi.com 

***


 

 

 



İbn  Xaldun…  tarixin  müqayisəli  metodundan  danışaraq  yazır:  “Keçmiş  indiyə  və  gələcəyə 

suyun suya bənzəməsindən daha çox bənzər”. 

 

***


 

 

 



…Tarix  elmindən yaramaz  məqsədlər üçün də  geniş istifadə edilməyə çalışılmış,  çox  vaxtı  da 

buna nail ola bilmişlər. Buna görə də bu elmdən ucuz şöhrət axtaranlar, ondan gəlir yeri kimi 

yararlananlar… daha çox istifadə etməyə çalışmışlar. 

 

***



 

 

 



Tarix elmi Sovet İttifaqında yalan marksist ideologiyanın yalançı quluna çevrildi. 

 

 



***

 

 



 

Ümumiyyətlə götürsək, mən marksist-leninçi metodologiyaya qarşıyam. 

 

 

***



 

 

 



Marks'ın  və  Lenin'in  böyük  tarixi  səhvlərini  mən  universitetin  üçüncü  kursunda  oxuyarkən 

anlamağa başlamışdım, 64-74-cü illərdə universitetdə dərs deyərkən bu səhvləri tələbələrimə 

və mənə yaxın olan alimlərimizə deyirdim. […] Bununla yanaşı, Marks və Engels'in elmdə bir 

sıra  xidmətlərini  sadalayırdım,  indi  də  inkar  etmirəm.  Xüsusən  də  Engelsin  təbiətin  tarixi  və 

dialektikası,  Marksın  cəmiyyətin  tarixi  və  dialektikası  ilə  ciddi  məşğul  olmaları  və  hər  ikisinin 

bir yerdə müəyyən yeni ideyalar kəşf etməsi tarix elmi baxımından çox qiymətli idi. Marks və 

Engels  tarix  elmi haqqında  yazırdılar:  “Bizim tanıdığımız tək  bir  elm var  - tarix  elmi!  Tarix iki 

cəhətdən nəzərdən keçirilə  bilər,  onu  təbiət tarixi ilə insanlar  tarixinə  bölmək  olar.  Ancaq  bu 

iki cəhət bir-biri ilə qırılmaz dərəcədə bağlıdır”. Bizcə, sonuncu cümlə tarixin əsas düsturudur. 

Bu  düstur  başqa  fikirləri,  məsələn,  tarixin  obyekti  və  subyekti  olan  xalqlar,  “tarix  yazıdan 

başlayır”,  “tarix  Şumerdən  başlayır”,  “tarixi  xalqlar,  qeyri-tarixi  xalqlar”,  “təkmərkəzçilik”, 

“avropamərkəzçilik”  və  s.  və  s.  alt-üst  edir,  onları  puça  çıxarır.  Belə  ki,  bütün  varlığın 

varoluşundan tarix başlayır. 

 

***



 

 

 



Dinlərə  görə,  Tanrı  varlığı  yaradan  andan  zaman-tarix  başlayır.  Yunan  filosoflarının  təliminə 

görə,  bütün  varlıq  -  fizika  (təbiiyyat)  bir  bütövdür,  onun  mənbəyi  və  hərəkətvericisi,  daha 

doğrusu,  ilkin  təkanvericisi  fizikadan  (təbiiyyatdan)  oyanadır  -  metatafizikadır  (ma  bə’d  ət- 

təbiiyyat'dır). Bir çox orta çağ İslam filosoflarına görə, Varlıq iki bir-birini tamamlayan tamdır: 

MÜTLƏQ VARLIQ, VACİB VARLIQ. 

 

Bunlara  diqqətlə  yanaşsaq,  Tanrı  metafizika,  mütləq  varlıq  və  böyük  Demiruq  və  ya  ideya 



(Hegel'də)  bir-biri  ilə  çox  yaxındır.  Eləcə  də  yer-göy  (dində),  fizika,  vacib  varlıq,  təbiət  bir- 

biriylə  hətta  eyniyyət  təşkil  edir.  Tarix  elminin  vəzifəsi  bu  ikincini  yaranışından  bugünədək 




 

www.turkalevi.com 

öyrənməkdir,  əsl  tarix  də  budur.  İnsan  cəmiyyətinin  təbiətin  ayrılmaz  bir  hissəsi  olduğunu 

əsas götürən L.Qumilyov tədqiqatlarında bu prinsipə üstünlük vermişdir. 

 

***



 

 

 



…Sözün  əsl  mənasında  tarixin  başlanğıcı  iki  anın  birindən  götürülməlidir:  əgər  metatafizika 

(ya da dində: Tanrı) fizikanı yaratmışsa, onda metatafizikanın (Tanrının) yaradıcılığa başladığı 

andan;  yox,  fizika  özü  fəallaşaraq  bir  təkanla  metatafizikadan  qoparaq  yaranmışsa,  onda 

fizikanın  hərəkətə  başlama  anından  tarix  başlayır.  Hər  iki  anda  tarix  fizikanın  yaranması  (ya 

da yaradılması olsun) ilə başlayır. 

 

***



 

 

 



…Tarix  elmi  inkişaf  etməkdə  olsa  da  inkişaf  mərhələsinə  çatmamışdır.  Daha  doğrusu,  tarix 

bilgisi  başqa  bilgilərin  başarılarından  gərəyincə  yararlana  bilməmiş,  nə  yazıq  ki,  bu  gün  də 

yararlana  bilmir.  Məsələn,  fiziklər  maddələrin,  kimyaçılar  elementlərin,  bioloqlar  bitkilərin 

özünü,   tərkibini  və  mənşəyini   öyrəndikləri  şəkildə  tarixçilər  ellərin,  ulusların,   xalq   və 

etnosların,  mədəniyyətlərin,  dinlərin-inancların,  dillərin  tarixini,  mənşə,  törəmə  və  çulğaşma 

prinsiplərini  öyrənə  bilməmişlər.  İtin,  pişiyin,  almanın,  armudun,  şam  ağacının  və  dəvənin 

hansı  ölkələrdən  hansı  ölkələrə  yayıldığı  və  onların  ilkin  yurdlarının  hara  olduğu  açıqlandığı 

halda,  xalqların,  toplumların,  mədəniyyət  və  inancların mənşəyi  və  yerdəyişməsi  hələ  ki,  çox 

qaranlıq qalmışdır. 

 

***



 

 

 



Ümumiyyətlə,  bütün  tarix  boyu,  ayrıca  da  olaraq  son  üç-dörd  yüzildə  tarix  elmindən  siyasi, 

ideoloji  münaqişələr  məqsədiylə  ayrı-ayrı  dövlətlər  tərəfindən  istifadə  edildiyindən 

(kullanıldığından),  tarixçilər  arasında  parçalanma, ciddi  fikir  ixtilafları  yarandı,  bundan  ən  çox 

itirən biz insanlar və tarix elmi oldu. Tarix elmini elmliyindən uzaqlaşdırıb ondan siyasi-ideoloji 

məqsədlə  istifadə  etmək  bəşəriyyətə,  sağlam  insan  düşüncəsinə  xəyanətdən  başqa  bir  şey 

deyildir! 

 

***


 

 

 



Dünyanın  bir  yerində,  demək  olar  ki,  qazılmamış,  yəni  arxeoloji  qazıntı  aparılmamış  yer 

qalmadığı  halda,  başqa  bir  yerində  bir-iki  qəbiristanlıq  və  ya  kurqan-təpədə  qazıntı  aparılmış 

(dediyimiz  kimi,  qızıl  axtarmışlar),  bunun  ucbatından  da  ölkələrin  və  xalqların  tarixi  birtərəfli 

öyrənilmişdir. 

 

***


 

 

 



Hər  bir  elm  öz  tarixini  və  öyrəndiyi  elmin  tarixini  öyrənməkdədir  və  buna  məcburdur,  çünki 

bunsuz gərəyincə inkişaf edə bilməz. 

 

***


 


 

www.turkalevi.com 

İctimai  elmlər  sırasında  sayılan  tarix  elmi  dəqiq  maddi  sübutlara,  məlumatlara  (arxeologiya, 

etnoqrafiya,  etnologiya)  və  dəqiq  zaman  ölçülərinə  və  məkana  dayandığı  üçün  dəqiq  elmlər 

sırasına da daxil ola bilir. 

 

***


 

 

 



Tarixçi,  tarixçi-filosof,  ruhunda  daşıdığı  böyük  Gerçəklik  naminə  hər  cür  saxtalaşdırmanın 

qarşısını  almalı,  sözün  əsl  mənasında  saxtakarlığa  qarşı  dör-dör  döyüşməlidir.  Tarix  elminin 

cəlbediciliyi,  insanlar  üzərində  güclü  təsiri  vardır. Buna  görə  də  sovet  diktaturası  tarix  elmini 

marksist-leninçi  ideologiyanın  “əsaslarından  biri  kimi”  götürərək  onu  ideologiyanın  əlaltısına 

çevirmişdi.  Tarix  elmində  yalanla  azca  həqiqət  elə  qarşdırılıb  kütlənin  mədəsinə  yeridilirdi  ki, 

insanlar bunu asanlıqla həzm edir, beyinlər asanlıqla dumanlanırdı. 

 

***


 

 

 



Sovet  tarixçiləri  yeni  tezis  meydana  atdılar:  ruslar,  ümumiyyətlə  götürdükdə  slavyanlar  qul 

olmayıblar,  quldarlıqdan  yan  keçiblər,  birbaşa  feodalizmə  daxil  olublar.  Çox  qəribə  bir 

mənzərə  yarandı:  almanlar  da  quldarlıqdan  yan  keçiblər.  Bunun  ardınca  gürcü  və  erməni 

tarixçiləri  də  dəridən-qabıqdan  çıxıb  sübut  etmək  istəyirdilər  ki,  gürcülər  də,  ermənilər  də 

quldarlıqdan  yan  keçiblər.  Sonra  bu  sovet  tarixçiləri  dilemma  qarşısında,  iki  yol  ayrıcında 

qaldılar  -  bu  ölkələrdə  feodalizm  IX  yüzildən  sonra  başlayıb,  quldarlıq  da  olmayıb;  deməli,  X 

yüzilədək  bu  xalqların  dövləti  olmayıb?  Onda  iki  yol  seçildi:  birinci,  bu  ölkələrdə  feodalizmin 

tarixini  qədimə  sürükləmək;  ikincisi,  Marks'ın  əsərlərində  bir-iki  yerdə  işlətdiyi  “Asiya istehsal 

üsulu”  ifadəsini  əsas  götürmək,  ona  yeni  şərhlər  vermək,  quldarlıq  istehsal  üsulundan  fərqli 

olan yeni bir istehsal üsulu tapmaq və oraya daxil olmaq! Nəticədə daima “Asiya feodalizmi”, 

“hərbi-demokratiya  dövlətləri”,  “tayfa  dövlətləri”  və  başqa  təyinatlar  meydana  çıxdı.  “Asiya 

istehsal üsulu” haqqında mübahisələrə 1938-ci ildə Stalin'in göstərişi ilə qadağa qoyuldu, 60- 

cı illərdə sovet tarixçiləri bir daha bu problemi ortaya atdılar, içindən heç nə çıxmadı… 

 

***



 

 

 



Bir məsələdə daha  diqqətli  olmalıyıq:  Avropa və Rusiyanın bir  sıra tarixçi və şərqşünaslarının 

əsərlərində  çox  qiymətli  cəhətlər  var.  Onların  xidmətini  heçə  endirmək  olmaz.  Etiraf  etmək 

gərək  ki,  XVIII-XX yüzillər Avropa və Rusiyası biz türklərin tarixini,  ədəbiyyat,  incəsənət,  din, 

fəlsəfə  və  mədəniyyətini  bizim  özümüzdən  çox  öyrənmiş,  yüz  minlərlə  əlyazmalarımızı 

qoruyub saxlamış, bu yolda var-dövlət, qızıl-gümüş, milyardlar xərcləmişlər. Bu baxımdan biz 

Avropa elm və mədəniyyətinə minnətdar olmalıyıq, ondan səmərəli faydalanmalıyıq. 



Yüklə 42,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə