Elm sahəsi: filologiya – dilçilik


Tədqiqatın məqsəd və vəzifələri



Yüklə 0,84 Mb.
səhifə3/54
tarix31.12.2021
ölçüsü0,84 Mb.
#81610
1   2   3   4   5   6   7   8   9   ...   54
Sevda-Xelilova-Dissertasiya

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işinin əsas məqsədi ingilis və Azərbaycan dillərində antonimlik hadisəsinin qrammatik və struktur-semantik xüsusiyyətlərinin müəyyənləşdirilmək, hər iki dildə antonim münasibəti əsasında meydana çıxan qarşılaşmaların funksional imkanlarını müqayisəli aspektdə öyrənməkdir. Bu məqsədlə aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

– Müasir dilçilik ədəbiyyatında antonimliyin tədqiqinin əsas məsələləri ilə əlaqəli materialları, “antonim”, “antonimlik” anlayışlarının müəyyən edilməsinə və antonimlərin təsnifi probleminə yanaşmaları təhlil etmək;

– antonimlərin ziddiyyət, əkslik, tamamlama, inkar meyarlarına görə təsnifinə cəhd etmək;

– dilin leksik antonimlik sistemi vahidlərinin sahə strukturunu nəzərdən keşirmək, həmin vahidlərin əmələ gətirdiyi funksional sahəni təyin etmək;

– İngilis və Azərbaycan dillərində antonimlik hadisəsini və antonimləri məntiqi-semantik və semantik-tematik baxımdan təhlil etmək;

– İngilis və Azərbaycan dillərində antonimləri struktur baxımdan təhlil etmək;

– konversiv münasibəti ifadə edən antonimlər və tamamlama prinsipi üzrə formalaşan antonimliyin xüsusiyyətlərini aydınlaşdırmaq;

– dərəcələnən (qradual) antonimlərin əsas xüsusiyyətlərini öyrənmək;

– antonim cüt qütblərində yerləşən sözlər arasında mənfi və ya müsbət istiqamətdə intensivliyin ifadəsi xüsusiyyətlərini öyrənmək;

– frazeoloji vahidlərdə antonim münasibət və antonim vahidlərin işləklik səbəblərini öyrənmək;

– qarşılaşdırılan dillərdə antonimlərin üslubi xüsusiyyətlərini öyrənmək;

– qarşılaşdırılan dillərdə bədii mətn daxilində antonimlərin işlənməsi ilə meydana çıxan üslubi fiqurları müəyyənləşdirmək;

– qarşılaşdırılan dillərdə antonimlərin mətnyaratmadakı rolunu araşdırmaq.


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə