Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə39/54
tarix31.12.2021
ölçüsü0,84 Mb.
#81610
1   ...   35   36   37   38   39   40   41   42   ...   54
Sevda-Xelilova-Dissertasiya

If you have obeyed all the rules, good and bad, and you still come out at the dirty end, then I say the rules are no good [145]. Nərmin bu dünyada yaxşı və pisi ayırmaqda, elə bil çətinlik çəkirdi [51, s. 28].

İkinci kontekst birbaşa qarşıqoyma əsasında formalaşır. Istifadə olunan antonimlər həmcins üzvlər olur və qarşılaşdırma vasitələri ilə əlaqələnir.

He was alive, not dead [45].

Yox, yox, ölməmişəm, hələlik sağam.

İndi mən ölümlə çarpışacağam [55, 268].

Üçüncü tip kontekstlər alternativlik əsasında qurulur. Antonim sözlər kontekstdə həmcins olur və bağlayıcılar vasitəsi ilə əlaqələnirlər.

You will see if ye were right or wrong[145].

Mən səhv ya düz düşünürəm bilmirəm. Onun dediyi doğru, ya yalandır. O, məni sevir ya sevmir [51, s. 46].

Dördüncü tip kontekstlər təzad fonunun iştirakı ilə səciyyələnir. Qarşılaşdırılan sözlər cümlənin eyni üzvü kimi iki paralel konstruksiyada işlənir.

Nərminin gözləri yol çəkirdi. Onun başında fikirlər sanki bir-biriilə vuruşurdu. Mən səhv ya düz düşünürəm bilmirəm. O mənə doğruya yalan deyir. O məni sevir ya sevmir [51, s. 45].

The whole was big, oneself was little [145].

Ayrı yaşayırlar atamla anam,

Bir təzad ömr edir bu kainatda,

Onlara doğmayam, onlara yadam,

Göz açıb nənəmi gördüm həyatda [42].

Beşinci kontekst tipi dəqiq struktur quruluşla səciyyələnmir. Antonimlər birgə işlənir. Qarşılaşdırılan sözlər cümlənin fərqli üzvləri kimi ya bir cümlə, ya da iki cümlə daxilində istifadə edilir. Onlar mənaya görə bir-birinə bağlanır.

In its great presence our small sorrows creep away, ashamed [145].

Qarşılıqlı əks olan iki fəaliyyəti bildirən iki sözün həmcins üzv kimi işlənməsi beşinci tip kontekstlərin xüsusi forması sayıla bilər. I’ve lost and won more law suits than any man in England [145].


Yoxsulu, ərbabı, şahı, gədanı

Tutmazbir-birindən aralı dağlar [6, s.14].


Köhnə yaram qövr eylədi təzədən,

Təbib neştər vurdu, yara döyməmiş [6, s.12].

Kür, Araz qəlbimdə xatirə bağlar,

Bir gözüm gülsə də, bir gözüm ağlar [40, s. 27].


Budağı kəsəndə nəydi istəyi,

Yuxusu qarışıb, keyfi qarışıb.

Yuxuda neçə yol üzr istəyib

Yuxuda neçə yol küsüb, barışıb.

“Axırda tamah da səni aldadır,

Bir ucuz ölüm də yoxdu öləsən.

Özünə güldürdün qohumu, yadı,

Torpaq səninkiydi sən də böləsən?!” [40, s.34-35].


Kontekstual antonimlər bədii mətndə müxtəlif mövqelərdə və müxtəlif məqamlarda işlənir. Bəzən bu sözlər leksik vahid kimi əks olmasalar da mətndə antonm mövqe tutur və bir-birinə əks kimi təqdim olunur. Aşağıda kontekstual antonimlərə aid müxtəlif nümunələr verilmişdir.

Bir ömrün mənzili iki yanadır,

Kim bilir hansının uğuru xeyir.

Kənd əli qoynunda qalan anadır,

Bir gözəl qız kimi şəhər gəl,-deyir.


Qayım ağa, niyə fikrə dalırsan?

Yoxsa ki, özündən hesab alırsan,



Sayılmaz mehmana keçə salırsan,

Saydığın qonağa xalı varıymış [6, s.12].

Güzəran xoş olub, gün xoş keçəndə



Ağ otaqdan tövləxana yaxşıdı [6, s.11].
Tülkü havalanıb deyir aslanam,

Tüf dağından ac aslanlar itibdi [6, s.18].


Alçaqda dayan ki, çıxasan başa,

Tülküsən, aslanla girmə savaşa,

Gəl yapışma gücün çatmayan daşa

Götürə bilməzsən, zora düşərsən [6, s.14].

Müəyyən dil hadisəsinə daha dərindən nüfuzetmənin mühüm yollarından biri bu hadisənin müxtəlif dillərin materialları əsasında öyrənilməsi təşkil edir. Belə tədqiqat dil hadisəsinin universal və ayrı-ayrı dillər üçün fərqli cəhətlərini aşkara çıxarmağa imkan yarada bilər.

Antonimlərin ən çox öyrənilməmiş məsələlərindən biri isə kontekstual antonimlikdir. Bu paraqrafda nəzərdən keçirilmiş nümunələr və tədqiqat faktları kontekstual antonimlərin bəzən adi halda antonim olmayan sözlərin kontekstdə qarşılaşdırılaraq və ya bir-birinə qarşı qoyularaq antonim cütü yaratması bir daha təsdiqini tapır. Kontekstual antonimlik üçün əsas əlamət kontekstdir.


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə