«Elm və həyat».-2010.-№2.-S.35-38.
KATAKLİZMLƏR VƏ ONLARDAN MÜDAFİƏ YOLLARI
Haqverdi HAQVERDİYEV,
geologiya-mineralogiya elmləri namizədi
Son zamanlar kataklizmlərin - təbii fəlakətlərin intensivləşməsi problemlərinə kütləvi informasiya
vasitələrində geniş yer verilir və bunun da qlobal istiləşmə ilə bağlılığı gündəmdən çıxmır. Bu isə öz növbəsində
insanlar arasında qorxu və təlaş yaradır. Əlbəttə, istiləşmə geoloji proseslərin intensivləşməsində önəmli amildir.
Lakin Yerin geoloji tarixi haqqında mükəmməl elmi araşdırmaların nəticəsi göstərir ki, geoloji proseslərin
intensivləşməsini təkcə iqlim dəyişmələri ilə bağlamaq olmaz. Geoloji proseslərin təkamül səciyyəli inkişafı
kompleks şəkildə araşdırılmalıdır.
Geoloji araşdırmalar göstərir ki, yer qabığının inkişaf tarixində (onun tarixi isə beş milyard ilə yaxındır)
kataklizmlər həmişə olub və bu gün də baş verməkdədir. Kataklizmlərin əmələ gəlməsi Yerin geometriyasının
intensivliyi ilə düz mütənasibdir və tarixən Yerin geometrik ölçülərinin təkmilləşməsi ilə xarakterizə olunur. Bunun
özü və həm do digər geoloji məlumatlar kataklizmlərin sönən xarakterli olmasını göstərir. Yuxarıda qeyd etdiyimiz
kimi, kataklizmlərin əmələ gəlməsi və yer qabığında yayılması, Yerin inkişafı və onun qabığının dinamikası ilə
bağlı olduğundan, onların təzahür formaları da öz möhtəşəmliyi ilə fərqlənir və hələlik insanların ona müdaxilə
etməsi mümkün deyildir. Onların fəaliyyəti ümumi təbiət qanunları ilə tənzim olunduğuna görə təsərrüfatlara külli
miqdarda ziyan vurmaqla yanaşı, həm də kütləvi insan tələfatı ilə nəticələnir.
Yerin tarixi, onun daxili quruluşu və inkişaf xüsusiyyətləri ilə məşğul olan alimlər, ən əvvəl geotektonistlər
və geofiziklər təbiətin bu möhtəşəm qlobal proseslərinin təbiətini aydınlaşdırmaq üçün əsrlərlə səylər göstərsələr
do, bu sahədə çoxlu boşluqların olması danılmazdır. Yer daxilində çoxsaylı müəmmalı qatların mövcud olması
geofiziki üsullarla təsdiq olunsa da, həmin qatların təbiətinin aydınlaşdırılması bu gün də mübahisələr
çərçivəsindən uzaqlaşa bilmir. Bu qəbildən olan proseslərə astenosfer, diapir və plyumlar, qabıqaltı axımlar,
dağəmələgəlmə proseslərinin və başqalarının təbiətini aydınlaşdırmadan insanların hər an, hər vaxt qarşılaşdığı təbii
fəlakətlərdən müdafiə olunmaq da çətinləşir.
Ona görə də Yer elmlərinin tədqiqi ilə məşğul olanlar əsas diqqəti təbiətin ümumi qanunauyğunluqlarının
aydınlaşdırılmasına yönəltməlidirlər.
İnsanları daha çox dağların, okeanların və kontinentlərin necə əmələ gəlməsi maraqlandırmışdır. Daha sonra
vulkanların, zəlzələlərin, sunamilərin, qasırğaların və sair təbiət hadisələrinin başvermə səbəbləri və onların
fəsadlarından qorunmaq zərurəti meydana çıxmışdır. Bir-birini təkzib edən çoxsaylı yeni fərziyyə və konsepsiyalar
yaradılsa da, araşdırmalar bu gün də davam etməkdədir.
Bəşəri elmlərin inkişaf səviyyəsinə uyğun olaraq, yuxarıda adı çəkilən problemlərin həlli istiqamətində
zaman-zaman daha mütərəqqi fikirlər formalaşmağa başlamış, bir çox geotektonik proseslərin əmələgəlmə
səbəbləri, formalaşma mexanizmi haqqında yeni mülahizələr yaranmışdır. Artıq qırışıq əmələgəlmə proseslərinin
mexanizmi, vulkan və zəlzələlərin yaranma səbəbləri və Yer kürəsində paylanması təkzibedilməz faktlar əsasında
dəqiqləş-dirilmişdir. Müasir elmlərin inkişaf səviyyəsində sunamilərin, qasırğaların, uçqun və sürüşmələrin
başvermə səbəbləri və yayılma sahələrini də müəyyən etmək mümkündür.
Son qırx ildə üzərində işlədiyim bir problemin-Yer qabığı təkamülünün dinamikası konsepsiyası
mövqeyindən alman nəticələr deməyə əsas verir ki, kataklizmlər Yer kürəsində baş verən qlobal geodinamiki
proseslərlə əlaqəli şəkildə inkişaf etməklə, bütünlükdə onların hərəkətverici qüvvəsi Yer kürəsinin öz oxu ətrafında
fırlanması nəticəsində yaranan dinamiki qüvvələrlə bağlıdır.
Araşdırmalar göstərir ki, əvvəlki geodinamiki konsepsiyalarda mövcud olan boşluqlar, adıçəkilən
geodinamiki qüvvələrin nəzərə alınmaması və lazımınca qiymətləndirilməməsi ilə əlaqəli olmuşdur. Təqdim edilən
konsepsiyanın işlənib hazırlanmasında mövcud fiziki və mexaniki qanunların, hamı tərəfindən qəbul edilmiş geoloji
və geotektonik faktların nəzərə alınması, onun sistemli bir elmi istiqamət kimi formalaşmasını təmin etmişdir.
Həmin konsepsiya mövqeyindən yanaşma nəticəsində əksər geoloji proseslərin təbiətinin aydınlaşdırılması
mümkündür. Qlobal geotektonik proseslərin, o cümlədən materiklərin və okeanların əmələ gəlməsi, inkişafı
problemləri, vulkanoplutonik proseslər, spredinq və subduksiya proseslərinin əmələ gəlməsi və yer qabığında
paylanma qanunauyğunluqları, adalar qövslərinin əmələ gəlməsi, litosfer kütlələrinin yerdəyişməsinin səbəbləri,
hərəkət mexanizmi və digər qanunauyğunluqları, yer qabığında qlobal dərinlik yarıqlarının əmələ gəlməsi və inkişaf
xüsusiyyətləri, dağ qırışıq sistemlərinin əmələ gəlməsi və təsnifatı, vulkan püskürmələrinin, zəlzələlərin
əmələgəlmə səbəbləri və yer qabığında paylanma qanunauyğunluqları aydınlaşdırılmış, habelə sunami, uçurumlar,
sürüşmələr, qasırğalar və digər anomal proseslərin əmələgəlmə səbəblərinin aydınlaşdırılması, onlardan mümkün
olan müdafiə yollarım göstərməyə imkan vermişdir.
Araşdırmalar təsdiq edir ki, hər növ kataklizmlər qlobal geodinamiki proseslərlə bağlıdır və onlar mənşəcə,
yəni genetik nöqteyi-nəzərdən Yer kürəsinin fırlanmasından alman dinamiki qüvvələrin təsiri altında yaranır və
inkişaf edir. Bu da öz növbəsində birmənalı olaraq deməyə əsas verir ki, kataklizmlər müəyyən
qanunauyğunluqlarla bağlı yaransa da, təbiətin kortəbii qüvvələri kimi fəaliyyət göstərməklə onların tənzimlənməsi
insanların imkanı xaricindədir və insanlar bu qüvvələrdən müdafiə olunmağı öyrənməlidirlər.
Əgər qlobal miqyaslı kataklizmlərdən söhbət açsaq, onların əksəriyyəti, o cümlədən, vulkanik proseslər,
zəlzələlər, sunamilər, dağəmələgəlmə və s. qlobal geodinamik qüvvələrlə bağlıdır. Onlar isə təbiətin ən dağıdıcı
qüvvələri hesab edilir. Digər kiçikmiqyaslı təbii fəlakət törədən proseslərə uçqunları, sürüşmələri, qasırğaları,
subasmaları, selləri, dolu yağıntılarını və s. aid etmək olar. Əlbəttə, burada da elmin nailiyyətlərindən faydalanmaq
lazımdır.
Qlobal xarakterli fəlakətlərdən müdafiə üçün, insanlar birinci növbədə onların baş verəcəyi yerlərdə
məskunlaşmaqdan çəkinməlidirlər.
Nisbətən kiçikmiqyaslı təbii fəlakətlərdən müdafiə üçün dünyanın hər bir bölgəsinə fərdi yanaşma tələb
olunur və hər bölgə üçün elmi-tədqiqat işlərinin aparılması olduqca vacibdir. Bu nöqteyi-nəzərdən respublikamızın
ərazisində elmi-tədqiqat işlərinin aparılması olduqca vacibdir. Respublikamızda baş verə biləcək itkilərin (bu
itkilərin miqdarı iqtisadi baxımdan yüz milyard manatlarla ölçülə bilər, insan itkilərinin dəyəri isə pulla ölçülə
bilməz) qarşısını almaq üçün törətdiyi maddi itkilərin müqabilində, cüzi xərc tələb edən elmi-tədqiqat işlərinin
planlaşdırılması və aparılması olduqca vacibdir.
Yer qabığının dinamikasını öyrənən bir mütəxəssis kimi elmi-tədqiqat işlərinin mühüm cəhətlərini aşağıdakı
kimi görürəm.
1. Azərbaycan ərazisində ehtimal olunan və baş verə biləcək təbii fəlakətlərin elmi əsaslarla öyrənilməsi,
onların növləri, mənşəyi və yayılma xüsusiyyətlərini aydınlaşdırmaqla, yayılma zonaları xəritələşdirilməlidir.
2. Ayrılmış zonaların spesifik xüsusiyyətləri araşdırılmalı və həmin zona üçün xarakterik olan fəlakət
növündən qorunmaq məqsədilə cari və perspektiv layihələr hazırlanmalıdır.
3. Təhlükəli zonaların ayrılması, həmin zonalarda yaşayış məqsədilə tikinti aparılmasına qadağa qoyulması və
orada yaşayanların təhlükəsiz zonalara köçürülməsi nəzərə alınmalıdır.
4. Azərbaycan ərazisi üçün səciyyəvi olan təbii fəlakət törədən proseslərin öyrənilməsi, onların təsnifatı və
onlardan qorunmaq üçün tədbirlər planının hazırlanması.
Bəs Yer kürəsində baş verən kataklizm və digər təbii fəlakətlərin hansı növlərinin Azərbaycan ərazisində baş
verməsi mümkündür və onlardan necə qorunmaq olar?
Əvvəla, onu qeyd etmək lazımdır ki, bütün kataklizmlər və təbii fəlakətlər özlüyündə geoloji proseslər
olduğuna görə onların əmələ gəlməsi və inkişafı zamanla bağlıdır. Çünki hər bir təbii prosesin əmələ gəlməsi və
inkişafı müəyyən zaman kəsiyində baş verir. Hər bir geoloji hadisə Kainatın ümumi qanunları ilə tənzimlənir. Yəni
yaranır, inkişaf edir və nəhayət, ömrünü başa vurur. Lakin geoloji hadisələrin miqyasından asılı olaraq, onların
yaşama müddətinin davam etməsi də müxtəlif ola bilər. Yəni Yerin və ya başqa səma cisimlərinin yaşı milyard
illərlə ölçülsə də, təbii ki, Yerdə baş verən və ona xas olan hadisələrin ömrü maksimum ona bərabər və ya qat-qat az
ola bilər. Həm də Yerdə baş verən hadisələrin inkişafında dövrilik xüsusiyyətləri də danılmaz faktdır.
Geoloji araşdırmalar, birmənalı olaraq təsdiq edir ki, respublikamızın yerləşdiyi məkanda yüz milyon
(mezokaynazoy və daha qədim) illər zaman kəsiyində dəfələrlə yer qabığı dəyişmələrə məruz qalmış, dəniz və
kontinental şəraitdə vulkanlar tüğyan etmiş, sıxılma və gərilmələr və s. baş vermişdir. Ehtimal olunur ki, vulkan
püskürmələrini Azərbaycan ərazisində yaşayan qədim insanlar da müşahidə etmişlər (təqribi hesablamalara görə,
Yer kürəsində insanlar 1,5-2,5 milyon il əvvəl meydana gəliblər).
Əlbəttə, bu möhtəşəm geoloji hadisələrin inkişafı ilə bağlı ölkəmizdə müxtəlif tip faydalı qazıntı yataqları
formalaşmışdır. Hal-hazırda ölkəmizin ərazisində geoloji hadisələrin inkişafının zəif dövrünə təsadüf edilir. Demək
olar ki, ən azı bir milyon ildir ki, palçıq vulkanları istisna olmaqla, vulkan püskürmələrinin fəaliyyəti dayanmış,
zəlzələlər zəifləmiş, sunamilərin fəaliyyəti üçün şərait yoxa çıxmışdır.
Bununla belə, respublikamızın ərazisində çoxsaylı geoloji proseslərin inkişafı davam edir və onlarla əlaqəli
təbii fəlakətlər də baş verir. Onu qeyd etmək vacibdir ki, geoloji proseslər bütövlükdə Yer kürəsi üçün xarakterik
olsa da, onun intensivliyi, ayrı-ayrı bölgələr üçün müxtəlifdir. Bu da ilk növbədə yer qabığının inkişaf
xüsusiyyətlərindən və qlobal geodinamiki qüvvələrin inkişafı ilə bağlı əmələ gələn geoloji proseslərin paylanma
xüsusiyyətlərindən asılıdır. Bəs Azərbaycanda inkişaf edən geoloji prosesləri necə səciyyələndirmək olar, onlarla
hansı təbii fəlakətlər əlaqəlidir və onlardan müdafiə olunmaq mümkündürmü?
Vulkanlar Yer kürəsində ən möhtəşəm təzahür forması olan təbiət hadisəsidir və inkişaf etdiyi bölgələrdə
dəhşətli fəlakətlər törətdiyi məlumdur. Onun təzahür forması dərinlik yarıqları ilə bağlı olmaqla mantiyanın
astenosfer zonası - yəni mantiyada baş verən intensiv fiziki-kimyəvi faza dəyişmələri zonası ilə əlaqəlidir.
Vulkanların xarakter xüsusiyyətlərindən biri odur ki, onlar yer qabığının nazik zonalarında daha çox inkişaf edir və
qabıq qalınlaşdıqca onun təzahür formasının intensivliyi zəifləyir və ömrü də çox uzun olmur. Məhz bu səbəbdən
onun respublikamızın ərazisində yer qabığının indiki inkişaf mərhələsində baş verməsi ehtimalı sıfıra bərabərdir.
Miqyasına görə və öz möhtəşəmliyi ilə fərqlənən geoloji proseslərdən biri də zəlzələlərdir. Onların da təzahür
forması vulkanlar kimi Yerin daxilində gedən proseslərlə bağlı olmaqla, yer qabığının daha intensiv
nazik-mütəhərrik zonalarında baş verir və qabıq qalınlaşdıqca onun da təzahür formasının intensivliyi zəifləyir.
Vulkanlardan fərqli olaraq zəlzələlər Yerin daxilində müxtəlif dərinliklərdə baş verən fiziki-kimyəvi faza
dəyişmələrinin mexaniki təzahür formasıdır və onlar Yerin qütbləri istisna olmaqla, onun hər bir sahəsində baş verə
bilər, daha intensiv isə Yer kürəsinin orta en dairələrində baş verməlidir. Geoloji araşdırmalar nəticəsində onların
yer qabığının hansı zonalarında baş verməsi ehtimalı müəyyən edilsə də, başvermə vaxtmı müəyyən etmək çətindir.
Zəlzələlərin gücü onun dağıdıcı qüvvəsi ilə ölçülür. Respublikamızda güclü və geniş ərazini əhatə edə biləcək
zəlzələlərin baş verməsi, bezi lokal xarakterli zəlzələlər istisna olmaqla (Gəncə, Şamaxı), mümkünsüzdür. Adı
çəkilən lokal xarakterli zəlzələlər isə yer qabığında baş verən qırılmalarla əlaqəli olmaqla daha intensiv, bu
qırılmaların kəsilmə zonalarında baş verir. Respublikamızın ərazisində zəlzələlərin ehtimal olunan güclərinin
xəritələşdirilməsi aparılsa və bu tikinti-quraşdırma işlərində nəzərə alınsa da, tarixən dağıntılarla müşayiət olunmuş
bəzi zonalarda, xüsusilə dərinlik yarıqlarının kəsilmə zonalarında məskunlaşmaya qadağa qoyulmalı, bu, mümkün
olmasa, ən azı yüksəkmərtəbəli tikinti işlərindən imtina edilməli və ya onlar güclü zəlzələlərə davamlı olmalıdır.
Olduqca kütləvi insan tələfatı və maddi dağıntılara səbəb olan təbiət hadisələrindən biri də sunamilərdir.
Sunamilər bir qayda olaraq okean hövzələrində və onların sahillərində baş verir. Respublikamızda və hətta ona
yaxın bölgələrdə sunamilərin baş verməsi mümkünsüzdür. Çünki onun baş verməsi üçün Xəzər dənizində elə bir
hadisə olmalıdır ki, nəticədə on milyardlarla kub metr su sıxışdırılaraq sahillərə hərəkət etmiş olsun. Belə bir
möhtəşəm qüvvənin isə Xəzər hövzəsində mövcudluğunu təsəvvür etmək çox çətindir.
Respublikamızda baş verən və müəyyən təbii fəlakətlər doğuran proseslərdən biri də relyefin diferensial
xarakterli enmə və qalxmalara məruz qalması ilə əlaqədardır. Bu proses isə mürəkkəb olmaqla yanaşı, çoxşaxəli və
həm də qlobal prosesdir. O, əsasən yer qabığında gedən horizontal (üfüqi) hərəkətlərlə bağlıdır. Səbəbi isə Yerin
fırlanması nəticəsində əmələ gələn geodinamiki qüvvələrin təsiri altında yer qabığının həm qərbdən şərqə, həm də
qütblərdən ekvator istiqamətində dislokasiyaya uğraması, bununla bağlı litosfer kütlələrinin yerdəyişməyə məruz
qalmasıdır. Bu proseslər sahəvi xarakter daşıdığı üçün dəniz sahillərinin dəyişməsi ilə bahəm, həm çay sularının
axım istiqamətlərini müəyyən edir, həm də relyefdə baş verən denudasiya proseslərinə də təsir göstərir. Çaylar öz
məcrasından çıxır, çay hövzələrinin yamaclarında uçqunlar və sürüşmələr yaranır. Həmin proseslər dəniz
sahillərində də baş verir və beləliklə, insanların məskunlaşdığı obyektlər, təsərrüfat sahələri və s. təbii fəlakətə
məruz qalır.
Adı çəkilən təbii fəlakətlərdən müdafiə olunmaq üçün ilk növbədə respublikamızın ərazisində, qonşu
ölkələrin ərazisinin xüsusiyyətlərini də nəzərə almaqla qalxma-enmə zonaları müasir elmi-tərəqqinin inkişafı
baxımından xəritələşdirilməlidir. Nəzərə alınmalıdır ki, geoloji proseslərin əksəriyyəti, o cümlədən qalxma və
enmələr irsi xarakterlidir, yəni bu proseslər uzun müddət dəyişmir. Belə xəritələrin tərtib edilməsi üçün müəyyən
zaman kəsiyində monitorium xarakterli elmi-tədqiqat işlərinin aparılması tələb olunur. Bu, uzun zaman tələb etdiyi
üçün hazırda mövcud olan məlumatlar və geoloji, o cümlədən neotektonik üsulların köməyi ilə işçi xəritəsi tərtib
edilməlidir. Kür-Araz çökəkliyində baş verən təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması və həm də
gələcəkdə belə fəlakətlərin fəsadlarından müdafiə olunmaq üçün onların köməyindən istifadə edilməlidir. Bu
məqsədlə ilk növbədə aşağıdakı işlərin aparılması olduqca vacibdir:
1. Azərbaycanın mövcud geoloji və neotektonik materialları əsasında yarım milyonluq neotektonik işçi
xəritəsi tərtib edilməlidir. Bu xəritənin tərtib edilməsində geoloji materiallarla yanaşı, bir əsrdən çox müddətdə
Azərbaycan ərazisində XIX və XX əsrlərdə çəkilmiş dəmir yolları şəbəkəsində aparılmış nivelirləşmə işlərinin
materiallarının və topoqrafik xəritələrdə olan mütləq hündürlüklərin dəyişməsindən istifadə imkanlarının
mümkünlüyü araşdırılıb öyrənilməlidir.
2. Azərbaycanın əsas çay hövzələrinin tutumu və onların cilovlanmasının (tənzimlənməsinin) rentabelli
layihələri hazırlanmalıdır. Bu sahədə istifadə ediləcək bəndlərin tikilməsində əvvəlki bəndqurmalarda buraxılan
nöqsanlar təkrar olunmamalıdır. Məsələn, Mingəçevir bəndinin yerinin düzgün seçilməməsi ucbatından bir neçə
bölgənin ərazisi şoranlaşmaya məruz qalmışdır.
3. Mövcud geoloji və geotektonik materiallar əsasında çay hövzələrinin və dəniz sahillərinin morfo-struktur
xüsusiyyətləri öyrənilməli, uçqun, sürüşmə, selləmə və digər ehtimal olunan təbii fəlakət zonaları ayrılmalı və
faktiki yaşayış məskənlərinin qorunması üçün tədbir layihələrinin tərtib edilməsi ilə yanaşı, gələcək məskunlaşanlar
üçün perspektivli zonaların aşkar edilməsi və qeydiyyata götürülməsi təmin edilməlidir.
4. Və nəhayət, bütün qeyd olunan problemlərin həlli fonunda respublikamızın infrastrukturunun baş planı
(dəmir yollan, şosse yolları, su, qaz və neft kəmərləri və s.) hazırlanmalı və gələcəkdə bu qəbildən olan işlərin
görülməsi baş plana uyğunlaşdırılmalıdır.
Dostları ilə paylaş: |