Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə21/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   17   18   19   20   21   22   23   24   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

57



çıxaran» «məişət bilik»lərini bura aid edir.

5

1



 Baxılan bilik səviyyəsi həmçi-

nin P.V.Kopnin tərəfindən qeyd edilir, lakin artıq «empirik bilik» adı altın-

da: «empirik biliyin məntiqi forması ayrıca götürülmüş mülahizə, konstata-

siya olunan fakt və ya onların hadisəni təsvir edən hansısa sistemidir».

5

2

  



Biliyin bu formasını Aristotel təcrübə adlandırır: «…Təcrübə fərdin 

biliyidir…»

6

3



Belə görünə bilər ki, Aristoteldə «təcrübə» anlayışı daha geniş mə-

naya malikdir və təcrübi biliyi də əhatə edir. Zira, təcrübə yalnız təəssürat 

və ya xatirə ilə yox, çoxlu xatirələrin təkrarlanması ilə yaranır: «İnsanlarda 

təcrübə yaddaş sayəsində meydana gəlir; yəni məhz eyni predmet haqqında 

çoxlu xatirələr bir təcrübənin mənasını qazandırır».

6

4



 Lakin Aristotel «təc-

rübə» anlayışını  təcrübəni təmiz hissi məlumatlardan ayırmaq məqsədilə 

ayrı-ayrı  əşya və hadisələr haqqında anlayışların təşəkkülü prosesi kimi 

istifadə edir. Çünki bilik yalnız anlayış səviyyəsində yaranır. Ona görə də 

müasir şəraitdə, nə zaman ki, qavranılan predmetlərin əksəriyyəti haqqında 

ilkin anlayışlar mövcud olur – təsadüfi bir hadisə təcrübənin, yəni, fərdi bi-

liyin yaranması üçün artıq kifayətdir.  

Beləliklə də, istər Aristotelin «təcrübəsi», istər F.Bekonun «tarixi bi-

liyi», istər A.Spirkinin «məişət biliyi», istər P.V.Kopninin «empirik bili-

yi», istərsə də N.K.Vaxtominin «elmi olmayan empirik biliyi» əslində bili-

yin eyni bir formasını, yəni məhz bizim təqdim etdiyimiz təsnifatda faktiki 

bilik adlandırdığımız formanı əks etdirir. Lakin yuxarıda göstərilən ifadə-

lərdən istənilən birisinin istifadəsi bəzi dolaşıqlıqlara gətirib çıxarardı: 

«təcrübə» və «tarix» anlayışı hazırda digər mənalarda işlədilir, «empirik 

bilik» anlayışı elmi biliyin birinci səviyyəsinin ifadə olunması üçün qəbul 

olunur. «Adi bilik» və ya «məişət biliyi» anlayışlarını isə biliyin səviyyələ-

rini yox, müvafiq sahələrini ifadə etmək üçün işlətmək məqsədəuyğundur. 

Elmi olmayan empirik biliyin «empirik» anlayışının daha geniş anlamında 

anlaşılması biliyin təcrübi səviyyəsini əks etdirdiyi qədər, onun bu səviy-

yəsini də birmənalı olaraq əks eləmir.  

Təkrarlanan konkret faktların ümumiləşməsilə  əldə edilən bilikləri 

biliyin ikinci forması kimi ayırmaq olar. İnsanların təcrübi fəaliyyətinin 

                                                 

1

 БСЭ. Т.9, М., 1972. c. 555. 



2

 П.В. Копнин. Гносеологические и логические основы науки. М., 1974. c. 195. 

3

 Аристотель. Метафизика, с. 66. 



4

 Yenə orada, s. 65. 




Elm haqqında elm 

 

 



 

58

nəticəsi olduğu üçün, biz onu təcrübi bilik adlandırmağı  məqsədəuyğun 



sayırıq. Aristotelin təsnifatında biliyin bu forması «ustalıq» anlayışını ifadə 

edir: «Ustalıq təcrübə ilə alınmış düşüncələrin əsasında bənzər predmetlərə 

bir ümumi baxışın yarandığı zaman mövcud olur»

6

1



Buna baxmayaraq, Aristotedə «təcrübə» «ustalıq»dan kəskin şəkildə 

ayrılmır, ona görə də onun bəzi müddəaları elmlə üst-üstə düşür: «…Təc-

rübəsi olanlar «nəyi» bilirlər, amma «niyə»ni bilmirlər; ustalığı olanlar isə 

«niyə»ni, yəni səbəbini bilirlər»

6

2



. Aristotelin məsələyə bu cür yanaşması 

yəqin ki, təbiidir, çünki müasir anlamda mövcud olan elmin ayrı-ayrı sahə-

ləri onun zamanında hələ formalaşmamışdı. O zaman elmi biliyin kompo-

nentləri təcrübi biliklə birgə vahid kompleks təşkil edirdi, yəni, biliyin el-

mi və təcrübi formaları bir-birindən hələ tamamən ayrılmamışdı. Belə böl-

gü – müasir elmin yaranması  təxminən  İntibah dövründən başladı. Məhz 

bu dövrdən elmi bilik sadəcə təcrübi biliklər bazasında yox, həm də müs-

təqil surətdə, yəni, xüsusi-empirik tədqiqatlar sayəsində meydana çıxır. 

«Mücərrədlik haqqında elm» adı altında isə Aristotel biliyin fəlsəfi səviy-

yəsini başa düşürdü. Qeyd edək ki, bu səviyyə müasir ədəbiyyatda biliyin 

xüsusi forması kimi ayrılır.

6

3



  

Elmi bilik kimi təcrübi bilik də ayrılıqda bir faktı yox, hansısa ümu-

mi olanı əks etdirir, ona görə də onlar arasındakı fərqin vacib əlamətlərini 

göstərmək zəruridir. 

Bu məsələyə iki mövqedən yanaşmaq olar.  

Əvvəla, onları ümumilik dərəcəsinə görə fərqləndirmək olar. Bu hal-

da faktiki biliyə – təkcənin, praktiki biliyə – xüsusinin, elmi biliyə isə – 

ümuminin ifadəsi kimi baxmaq olar. Beləliklə, biliyin formalarının ayırd 

edilməsi əslində təkcə, xüsusi və ümuminin qarşılıqlı münasibəti məsələsi-

nə gətirilir ki, bu da fəlsəfədə xeyli dərəcədə öyrənilmiş bir problemdir. 

İkincisi, bilik formalarını onların əldə edilməsi xüsusiyyətlərinə görə 

fərqləndirmək olar. Yəni bilik elmi tədqiqat yolu ilə alınarkən, o müvafiq 

elmi-nəzəri sistem kontekstinə bağlı olur. Əgər bilik əməli müşahidələrin 

ümumiləşdirilməsi ilə əldə edilirsə, onda o əlahiddə şəkildə mövcud olur. 

Məsələn, sürtmə yolu ilə od əldə edilməsi elmi araşdırmaların nəticəsi 

olmayıb, praktik müşahidələrin və  əməli fəaliyyətin sayəsində  əldə 

                                                 

1

 Yenə orada, s. 66. 



2

 Yenə orada. s. 67. 

3

 А.И. Ракитов. Философские проблемы науки, c. 26-38. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə