Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə23/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   19   20   21   22   23   24   25   26   ...   281

Elm haqqında elm 

 

 



 

62

tətbiqini, bütövlükdə  nəzəri və praktik zəkanın kontaktını yeni bir hadisə 



kimi təqdim edir: “Son 100 illikdə texnologiyanın möhtəşəm inkişafı bu-

nun nəticəsidir ki, mücərrəd təfəkkür və praktik zəka, nəhayət ki, əlaqələn-

dirilmişdir.”

6

1



 Lakin məlum olduğu kimi, nəzəri biliklərin tətbiqi heç də 

tamamilə yeni hadisə olmayıb çox qədim köklərə malikdir. Sadəcə olaraq, 

keçmişdə bu proses müntəzəm olmamış və müstəqil fəaliyyət sahəsi kimi 

formalaşmamışdır.  

M.Bunqe “texnologiya” anlayışı  əvəzinə “tətbiqi elmlər” anlayışın-

dan istifadə edir. Elmin bütün başqa formalarına isə “xalis elm” kimi ümu-

miləşdirir: “Xalis və  tətbiqi elmləri fərqləndirmək mümkündür. Əgər biz 

tədqiqatçının motivlərini də nəzərə alsaq, məlum olar ki, kim isə şeylərin 

mahiyyətini anlamağa, kim isə  şeylər üzərində hakim olmağa çalışır.”

6

2



 

M.Bunqeyə görə, ikincilərin məqsədi “faydalı şeylər” almaqdır. Amma əs-

lində bu məqsəd daha geniş fəaliyyət sahəsini əhatə edir; belə ki, bura layi-

hələşdirmə və konstruktor fəaliyyəti daxildir ki, onları tətbiqi elmlərə aid 

etmək düzgün olmazdı. Digər tərəfdən, tətbiqi elmlər də öz növbəsində elə 

sahələri əhatə edir ki, onlar texnologiya anlayışına aid edilə bilməzlər. Mə-

sələn, “tətbiqi riyaziyyat” tətbiqi elmlər sırasında olsa da, maddi fəaliyyət 

sahələrinə, bilavasitə istehsala tətbiq olunmaqdan daha çox müxtəlif elm 

sahələrinin daxili problemlərinin həlli üçün də istifadə olunur.  

Yuxarıda adlarını  çəkdiyimiz müəlliflərin işlətdiyi “texnoloji fəa-

liyyət” və “tətbiqi elmlər” anlayışları  məzmunca “elmi-texniki fəaliyyət” 

anlayışına yaxın olsalar da, onunla tam üst-üstə düşmür. Buna görə  də 

onların sərhədləri dəqiqləşdirilib müəyyənləşdirilməlidir. 

“Elmi-texniki fəaliyyət” anlayışının həcminin müəyyənləşdirilməsi 

xüsusi  əhəmiyyət kəsb edir, çünki biliyin iyerarxik strukturunda yeni sə-

viyyə olan elmi-texniki səviyyənin yaranmasına fəaliyyətin məhz bu for-

ması səbəb olur. 

Müvafiq texnoloji biliyi ehtiva edən “texnoloji fəaliyyət” anlayışı 

ədəbiyyatda fəaliyyət reseptləri haqqında biliklər, texniki qurğularla əmə-

liyyatlar və s. mənasında işlədilməklə artıq elmin verdiyi məlumatlar əsa-

sında yeni tipli texniki qurğuların qurulması (istehsalı yox) üçün lazım 

olan müvafiq elmi-texniki işdən sonra yaranır. Tətbiqi elmlər və müvafiq 

                                                 

1

 Yenə orada, s. 42-43. 



2

 M.Bunge. Forwards a Philosophy of Thechnology // Philosophical problems of 

science and Thechnology. Boston, 1974, p. 29.  



Bilik – Elm – Bilik 

 

 

 

63



elmi fəaliyyət elmi-texniki fəaliyyətin önündə getməklə elmi ideyaların 

daha konkret, tətbiqə hazır formalara çevrilməsinə səbəb olur. 

  



Elm haqqında elm 

 

 



 

64

 



 

 

 

 

Bilik və fəaliyyət 

 

 



Biliklərin nəsildən nəsilə ötürülməsi prosesi müxtəlif dövrlərdə  və 

müxtəlif xalqlarda fərqli üsullarla həyata keçirilmişdir. Fərqlər ötürülməni 

təmin edən mərhələlərin hər birində ortaya çıxır.  Əvvəla, fikir, bilik 

başqasına çatdırılmaq üçün hansı isə formada maddiləşməlidir.  İkincisi, 

bilik müvafiq maddi ifadə vasitəsi ilə başqasına çatdırıldıqdan sonra o 

yenidən ideya, fikir, bilik formasına keçməlidir. 

Kiminsə öz bildiklərini başqalarına çatdırması ilk dövrlərdə  əsasən 

şifahi nitq, şərti işarələr vasitəsi ilə və ya təcrübənin bilavasitə bölüşdürül-

məsi ilə mümkün olmuşdur. Sonralar bu vasitələr getdikcə çoxalmış, yazı-

nın müxtəlif formaları, kitablar, sxem və qrafiklər, radio və televiziya, au-

dio və videokasetlər, kompüter, internet və s. də biliyin saxlanması və ötü-

rülməsi vasitələri kimi çıxış etmişdir. Lakin əhəmiyyətli olan biliyin hansı 

təbii və texniki vasitələrlə ötürülməsi yox, onun necə əldə edilməsi, həqi-

qətə  nə  dərəcədə uyğun olması  və  nə  dərəcədə  dəqiq ifadə edilməsidir. 

Ötürülmə  mərhələsi fikrin ifadə olunmasından sonra gəlir. Bundan sonra 

isə ötürülmüş informasiyanın nə dərəcədə adekvat mənimsənilməsi və ye-

nidən insanın fikir dünyasına daxil olaraq öz yerini tutması, aktiv bilik for-

masına keçməsi problemi gəlir. 

İnsanın bilavasitə təbiətlə, ətraf mühitlə qarşılıqlı əlaqədən, təcrübə 

sahəsində  əldə etdiyi biliklə başqasından hazır  şəkildə aldığı bilik nə ilə 

fərqlənir? Uşaq hələ dil öyrənməmişdən əvvəl hansı isə biliklər əldə edir-

mi? Nəyə görə sistemli təlim ancaq altı yaşdan sonra başlanır? Yaxud 

müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə bu yaş həddi necə olmuşdur? Hansı 

təhsil sistemində biliklərin  şəxsi təcrübə  əsasında öyrənilməsinə üstünlük 

verilir? Bəs biliklərin əsasən hazır şəkildə mənimsənilməsinin üstünlükləri 

nədər ibarətdir? 

Hamının elmi biliklərin  əsaslarına yiyələnməsi vacibdirmi? İnsan 



Bilik – Elm – Bilik 

 

 

 

65



şəxsi həyatında daha çox hansı bilik formalarından istifadə edir? Elmi bili-

yin digər formaları ilə nisbəti necədir? Tarixən hansı bilik forması ən əvvəl 

yaranmışdır? 

Ən qədim dövrlərdə insanın özünü təbiətdən hələ tam şəkildə ayır-

madığı vaxtlarda, dini və mifoloji təfəkkürün üstünlük təşkil etdiyi vaxtlar-

da da məhz adi bilik və faktiki biliklər şüurlu həyatın ilkin zəruri şərtləri 

kimi mövcud idi. Faktiki biliklərin təkrarlanmasından və ümumiləşməsin-

dən əməli biliklər yaranmışdır. Bunların hamısının əsasında şəxsi təcrübə 

dayanır. Biliklərin başqalarına ötürülməsi isə nitqin əmələ gəlməsi ilə pa-

ralel surətdə, onun vasitəsi ilə  həyata keçmişdir.  Əmək nitqi isə ictimai 

əməyi, yaxud əməli biliklərin başqalarına ötürülməsini təmin etmişdir. 

Adi şüur, məişətdə və işdə istifadə olunan əməli biliklər insanın for-

malaşmasında bilavasitə  iştirak etdiyinə görə onların bütün xalqlar üçün 

ümumi olması vacib şərtdir. Lakin əməli biliklərdən elmi biliklərə keçidin 

və elmi biliklərin mənimsənilməsinin tarixən alternativ formaları mövcud 

olmuşdur.  Şərti olaraq, Şərq və  Qərb düşüncə  tərzi kimi qəbul edilən iki 

müxtəlif inkişaf yoluna müvafiq olaraq elmi biliyin ictimai praktika ilə 

əlaqəsi də tarixən fərqli formalarda həyata keçmişdir. 

İnsan mənəvi aləmini təşkil edən müxtəlif şüur formaları içərisində 

ona ən çox yad olan bilikdir. Xüsusən, bilavasitə insanın özü ilə, öz fərdi 

həyatı və taleyi ilə bağlı olmayan biliklər. Əslində bilik dedikdə, insanın öz 

həyatının deyil, onu əhatə edən obyektiv gerçəkliyin inikası nəzərdə tutu-

lur. İnsanın öz fərdi həyatını əks etdirən, onun öz başına gələn hadisələrin 

inikası olan şüur forması artıq başqa anlayışla ifadə olunur — xatirə hesab 

edilir. Əlbəttə, bu fərqləndirmə yalnız insana doğma və ya yad olan hadisə-

lərin fərqləndirilməsindən irəli gəlmir. Həm də təkcə ilə ümumi arasındakı 

fərqi ifadə edir. Belə ki, xatirə hafizədə biliklər şəklində deyil, təsəvvürlər 

şəklində saxlanır.  İnsan öz başına gəlmiş hadisələri qavradığı, bilavasitə 

yaşadığı kimi də yadında saxlayır və ona görə  də, xatirə  həyatın ikinci – 

mənəvi mövcudluğudur, həm də maddi həyatdan fərqli olaraq zamanın 

dönməzliyi qanununa tabe olmayan və istənilən vaxt bərpa oluna bilən, ye-

nidən baş verən bir mövcudluğudur. Xatirə “acı” və ya “şirin”, “solğun” və 

ya “al-əlvan” ola bilər, insanın vaxtilə keçirdiyi hissləri yenidən təkrar et-

dirə bilər. Bilik isə cansız və neytraldır, insanın duyğuları ilə bilavasitə 

bağlı deyil və məhz bu mənada insana yaddır. 

Bəs insanın öz həyatı ilə bağlı hadisələr fikirdə ümumiləşdirilmirmi? 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə